Tatarıstanın Yelabuqa şəhərində pilotsuz təyyarənin hücumu nəticəsində 6 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"İndi PUA-nın hücumu nəticəsində altı nəfərin yaralandığı müəyyən edilib", - agentliyin mənbəsi bildirib. Mənbə üç yataqxana binasının şüşələrinin sındırıldığına da aydınlıq gətirib.

Respublika başçısının mətbuat xidmətinin aydınlaşdırdığı kimi, üç nəfər xəstəxanaya yerləşdirilib. "Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, 6 nəfər zərərçəkən var. Onların həyat və sağlamlıqları üçün təhlükə yoxdur. 3 nəfər həkimlər tərəfindən müayinə olunduqdan sonra artıq evə göndərilib, daha 3 nəfər xəstəxanaya yerləşdirilib, hazırda tibbi müayinədən keçirilir. Və lazımi yardım göstərildikdən sonra onlar da evə buraxılacaqlar”, - məlumatda deyilir.

Vahid Növbətçi Dispetçer Xidmətinin məlumatına görə, 5 nəfər xəsarət alıb. "Bizim beş yaralımız var. Vəziyyətləri yüngüldür, ağır deyil. Onlar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər", - həmsöhbət qeyd edib.

Bundan əvvəl bir yetkin və iki yeniyetmənin qəlpə yaraları aldığı bildirilmişdi.

Aprelin 2-də səhər saatlarında pilotsuz uçuş aparatları ilk dəfə Tatarıstan ərazisində, Elabuqa və Nijnekamskda müəssisələrə hücum edib. Respublika başçısının mətbuat xidmətindən verilən məlumata görə, müəssisələrdə texnoloji proses pozulmayıb, ciddi ziyan dəyməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN