Çelyabinsk vilayətinin Voronino kəndində 16 yaşlı qızın meyiti tapılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ura.ru agentliyi regional hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“Qızın meyiti valideynləri tərəfindən evin həyətindəki binalardan birində aşkar edilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci hissəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb”, - nəşr həmsöhbətinin sözlərini sitat gətirir.

Yeniyetmənin hərəkətinin səbəbləri məlum deyil. Eyni zamanda, faciə yerində qızın sinif yoldaşlarının bir qrup fotoşəkili aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN