Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayətində 4 yaşayış məntəqəsinə hücum etmək üçün pilotsuz təyyarələrdən istifadə edib. İlkin məlumata görə, mülki əhali arasında itki olmayıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

“Qrayvoron şəhərinin Qrayvoronski rayonunda pilotsuz uçan aparatın düşməsi və onun partlaması nəticəsində park edilmiş avtomobil yanıb. Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər. Bezymeno kəndində beş fərdi ev bir neçə hücumdan sonra dağıdılıb. Üç pilotsuz təyyarə də kənd təsərrüfatı müəssisəsinin ərazisinə hücum edib - bir avtomobil yanıb. Qorkovski kəndində FPV pilotsuz uçan aparatı fərdi evə çırpılıb – pəncərə sındırılıb, fasad və dam  zədələnib”, - Qladkov yazıb.

O, əlavə edib ki, Krasnoyaruzski rayonunun Repyaxovka kəndində pilotsuz uçan aparatın partladılması nəticəsində 4 avtomobilə ziyan dəyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN