Donald Tramp ABŞ prezidenti vəzifəsini icra edərkən, şəxsi istifadəsi üçün 2020-ci il pandemiyasının qızğın vaxtında Rusiya lideri Vladimir Putinə gizli şəkildə COVID-19 testləri göndərib.

Tezadlar.az bildirir kiŞ “The Washington Post” (WP) bu barədə araşdırmaçı jurnalist Bob Vudvordun yeni kitabından parçalara istinadən xəbər verir.

Vudvordun sözlərinə görə, Tramp bu addımı Moskva ilə Vaşinqton arasında münasibətləri yaxşılaşdırmaq cəhdinin bir hissəsi kimi atmağa qərar verib, halbuki ABŞ-ın özündə bu müddət ərzində COVID-19 testlərinin kəskin çatışmazlığı yaşanıb. “Telefon danışıqları zamanı Putin şəxsən Trampa ABŞ-da çatışmayan avadanlığın Moskvaya göndərilməsi ilə bağlı məlumatın açıqlanmasının nəticələri barədə xəbərdarlıq edib”, - nəşr yazır.

Göndərilən testlərin sayı barədə məlumat verilməyib.

Bundan əvvəl Vudvord həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydenin şəxsi söhbətlərində dünya liderlərinin adlarını çəkdiyini bildirmişdi. Belə ki, jurnalistin sözlərinə görə, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Amerika rəsmiləri ilə söhbət zamanı Bayden Vladimir Putini “şər qüvvə” adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA