Türkiyə hakimiyyəti ölkədə Discord messencerinə giriş məhdudlaşdırılıb.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Ankara Baş Prokurorluğunun tələbi ilə Ankara 1-ci Cəza Sülh Cəza Məhkəməsi Discord adlı sosial şəbəkədəki bütün nəşrlərin silinməsinə və Türkiyədə göstərilən URL-lərə girişin bloklanmasına qərar verib", - nazir yazıb.

O, messencerin bloklanması qərarını onunla izah edib ki, Türkiyə hakimiyyət orqanlarında xidmətin qanunları pozduğuna dair kifayət qədər dəlil var.

Xüsusilə, söhbət “İnternet yayımının tənzimlənməsi və bu sahədə törədilmiş cinayətlərə qarşı mübarizə haqqında” 5651 nömrəli Qanunun 8/1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərdən gedir: intihara çağırış, uşaqlara qarşı cinsi istismar, narkotik vasitələrin təbliği, sağlamlıq üçün təhlükəli dərmanların istifadəsi və paylanması.

“Gələcəyimiz naminə biz gəncləri və uşaqları sosial şəbəkələrdə və internetdə kriminal xarakterli zərərli nəşrlərdən qorumağa çalışırıq. Biz heç vaxt ictimai quruluşumuzun təməllərini sarsıtmaq cəhdlərinə imkan verməyəcəyik”, - deyə Tunç fikrini yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyada Discord messencerinə giriş də bağlanıb. “Roskomnadzor” aydınlaşdırıb ki, xidmət tərəfindən pozulan qanunlar platformadan terrorçu və ekstremist məqsədlər üçün istifadə edilməsinin və ya orada qadağan olunmuş məlumatların yerləşdirilməsinin qarşısının alınması ilə bağlıdır.

E.ŞİRİNOV                                                                                        

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA