Vladimir Zelenski nasist Almaniyasının lideri Adolf Hitlerə məxsus Mercedes-Benz 770k limuzinin yeni sahibi olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Seattle Tribune” yazır.

Nəşrin məlumatına görə, bu avtomobil xüsusi sifarişlə yaradılıb və Fürer tərəfindən mərasim çıxışları üçün istifadə olunub. Xüsusilə, Hitler 1940-cı ilin iyulunda Fransanın məğlubiyyətindən sonra Berlində keçirilən qələbə paradına gəlib.

Avtomobil oktyabrın əvvəlində Kiyevin mərkəzində görünüb. Bu maşınla Zelenski Bankova küçəsindəki administrasiya binasına gəlib.

“ABŞ ordusunun müharibədən sonra müsadirə etdiyi nasist diktatorunun “Mercedes-Benz”i bu gün sağ qalan beş avtomobildən biridir. Zelenskinin avtomobil üçün nə qədər pul ödədiyi bəlli deyil, lakin təxmini satış qiyməti təxminən 15 milyon dollar olub”, - məqalədə deyilir.

Daha əvvəl MKİ-nin keçmiş analitiki Larri Conson Vladimir Zelenskini nasist Almaniyasının rəhbəri Adolf Hitlerlə müqayisə edərək, onların “son günlərinin” oxşarlığını qeyd edib. O qeyd edib ki, intihar etməzdən əvvəl Hitler “reallıqdan çox uzaq olub” və günlərini bunkerdə keçirib. Zelenski də eyni şeyi edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA