İntensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.

Bu barədə Tezadlar.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq həyata keçirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN