Rusiya neftini alan yoxdur, qiyməti 18 dollara enib və bank hesabları isə dondurulub...

Neft istehlakçıları bir-birinin ardınca Rusiya neftini almaqdan imtina edir. virtualaz.org “The Financial Times”ə istinadən xəbər verir ki, hazırda dünya bazarında neftin qiyməti 110 dolları keçsə də Rusiyanın “Brent” və “Ural” markalı neftinə cəmi 18 dollar verirlər. Çünki Rusiya nefti almaq üçün “çox toksik” hesab edilir, alıcılar onu alaraq hansısa formada Qərbin sanksiyaları altına düşə biləcəklərindən ehtiyat edirlər.

“Energy Aspects” konsaltinq şirkətinin məlumatına görə, hazırda Rusiyanın ixrac neftinin üçdə ikisindən çoxuna alıcı tapılmır. Avropanın əksər iri şirkətləri Rusiya neftinə “toxunmaqdan” çəkinir, istehsalçılar faktiki olaraq təcavüzkar ölkənin neftini almaq istəmirlər. Rusiyaya görə Qazaxıstan da öz neftini satmaqda çətinliklərlə üzləşməyə başlayıb. Qazaxıstanlı müstəqil iqtisadçı, Visor Kazakhstan konsaltinq şirkətinin direktorlar şurasının üzvü Almas Çukin CFO SUMMIT də çıxış edərkən bildirib ki, Qazaxıstan neftinin 90 faizi Xəzər Boru Kəmərləri Konsorsiumu (Rusiyadan keçir) vasitəsilə nəql edilir. Həmin şirkətin səhmlərinin 24 faizi Rusiyanın əlindədir.

 

İqtisadçı deyib ki, bu kəmər Rusiyada bitir, neft oradan tankerlərə yüklənir. Tankerlər isə Rusiya limanından çıxır. Və indi heç bir sığorta şirkəti Rusiya tankerlərini sığortalamır. “Mən hesab edirəm ki, bu çox pis xəbərdir. Amma problemi həll etmək olar, başqa sığortaçılar, yollar tapmaq olar. Məsələn, dost ölkə Çinlə razılaşmaq mümkündür ki, onlar yükləri Çin sığorta şirkətlərinin köməyi ilə alsınlar”, - iqtisadçı deyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA