Ismayıllı rayonunun Tircan kəndindəki marketdə aparılan yoxlamanın nəticəsi ürəkaçan olmayıb...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən İsmayıllı rayonunun Tircan kəndində fəaliyyət göstərən “Girdiman” marketdə aparılmış yoxlama zamanı yararlılıq müddəti bitmiş, istehlaka yararsız qida məhsulları aşkarlanıb. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların satışının qarşısı alınaraq məhv edilib.

***

Qeyd edək ki, AQTA müntəzəm olaraq bu yoxlama tədbirlərini davam etdirir və nəticələri barədə də məlumat verir. Lakin çox təəssüf ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, bəzi mağazalar yenə də istehlak müddəti bitmiş qida məhsulları satmaqda davam edirlər. Belə qanunsuzluqlar, daha çox bölgələrdə - kənd yerlərində baş verir.

Mağaza sahibləri vaxtı ötmüş məhsulları rahatlıqla alıcılara satırlar və bir gün bu kələklərinin üstünün açılacağını heç düşünmürlər də.... Bəzilərində,  hətta qida məhsulları düzgün temperatur rejimində belə saxlanılmır. Bu, daha çox, yay aylarında özünü büruzə verir. İsti yay günlərində mağazaların qapısı ağzına yığılmış qalaq-qalaq sərinləşdirici içkilər, az qala istidən qaynayır. Sonradan həmin içki qutuları içəri daşınaraq, soyuducularda sərinləşdirilib satılır. Belə mağaza sahibləri üçün ölkənin - əhalinin qida təhlükəsizliyi əhəmiyyət daşımır və onlar yalnız öz ciblərini düşünürlər...

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Bəli, düşünün ki, hansısa uzaq qəsəbədə, kənddə fəaliyyət göstərməyinizdən asılı olmayaraq, AQTA əməkdaşları bir gün sizin də qapınızı döyə bilər...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA