Ölkəmizdə İtaliya, Filippin və Polşadan diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının və s. gətirilməsinə məhdudiyyət tətbiq edilib.


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Filippin Respublikasının Cənubi Kamarines və Laquna əyalətlərində, həmçinin İtaliya Respublikasının Pyemont regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Filippin Respublikasının Cənubi Kamarines və Laquna əyalətlərindən, həmçinin İtaliya Respublikasının Pyemont regionundan OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Filippin və İtaliya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

***

Xatırladaq ki, bir neçə gün öncə Polşa Respublikasının Opolsk inzibati ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Polşa Respublikasından da yuxarıda adı çəkilən məhsulların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, quş qripi - quşların qripi (lat.- Grippus avium; ing.- İnfluenza; quşların yüksək pato­gen qripi, klassik taun, toyuqların A qripi, ekssudativ tif, toyuqların hollandiya taunu) – müxtəlif növ quşların iti, yüksək kontagioz xəstəliyi olub, respirator orqanların və mədə-bağırsaq traktının müxtəlif dərəcəli zədələnmələri ilə sə­ciyyəvidir.
Quşların qripi əvvəllər “quşların taunu” kimi tanınırdı.
Məlumatlara görə, bu xəstəliyi ilk dəfə 1880-ci ildə İtaliyada Perronçito təsvir etmiş, onu quşların yatalağından təfriq edərək toyuqların ekssudativ vəbası adlandırmışdır. Xəstəliyin şiddətli epizootiyası 1925-ci ildə ölkənin şimalında baş vermiş və bu zaman 200 min toyuq tələf olmuşdu. Xəstəliyə Asiya ölkələrində, Cənubi və Şimali Amerikada, Afrikada təsadüf edilir. Xəstəlik törədicisinin virus təbiəti italiyalı alim Gentanii tərəfindən 1902-ci ildə müəyyən edilmişdir.
1955-ci ildə müəyyən edilmişdir ki, xəstəliyi qrip virusunun A tipi törədir və bu virus sonralar xaricən sağlam görünən 90-dan çox vəhşi quş növündən ayrılmışdır.
Hazırda quşların qripi virusun zəif virulentli yarımtipləri tərəfindən törədilən klassik taun formasında vaxtaşırı epizootiki alışmalar qismində baş verir.
XXI əsrin əvvəllərində quşların yüksək patogenli qripinin alışmalarını bir çox ölkələrdə qeydə almağa başladılar (onun köçəri quşlar tərəfindən Cənubi-Şərqi Asiyadan yayılmasından sonra).
 BEB-in məlumatına görə quşların qripi 2003-2005-ci illərdə dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Belçikada, Alma­ni­yada, Avstraliyada, İtaliyada, Bolqarıstanda, Rumıniyada, Yuna­nıs­tanda, Xorvatiyada, Sloveniyada, həmçinin Rusiyada, Qa­zaxıstanda, Ukraynada, Gürcüstanda, Qonkonqda, Çində, Cənubi Koreyada, Tailandda, Vyetnamda, Laosda, İndoneziyada, Çilidə, ABŞ-ın Texas ştatında, Nigeriyada qeydə alınmışdır.
Quşların H5N1 virusu ştammı tərəfindən törədilən quş qripi 2006-cı ildə Azərbaycan Respublikasında da baş verib.

Quş qripinin 2005-ci ildə baş vermiş panzootiyası zamanı dünyada 4 mlrd avro qiymətləndirilən ziyan dəymişdir.

Ümid edək ki, xəstəliklə əlaqədar quş əti məhsullarının və yemlərinin ölkəyə gətirilməsindəki məhdudiyyət, bəzi işbazların daxili bazarda bu məhsulların qiymətini artırmasına səbəb olmayacaq. 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA