Meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib.

“İxrac icmalı” nın mart sayına əsasən, 2022-ci il ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb.

2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı  9 dəfə,  alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı16,5% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln ABŞ dolları olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.

***

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 3,7 faiz artaraq 501,5 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər biri 3,0 faiz olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2,8 faizini Çinə, 2,1 faizini Birləşmiş Krallığa, 1,9 faizini Belarusa, 1,5 faizini Xorvatiyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə və Almaniyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,5 faiz), Rusiyaya (25,9 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,7 faiz), Çinə (2,3 faiz), Belçikaya (1,8 faiz), Türkmənistana (1,6 faiz), Ukraynaya (1,5 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,3 faiz), İrana (1,1 faiz), Qazaxıstana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Həmçinin qeyd edək ki, 2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 174 ölkədən idxal olunub.

2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 47,2 faiz, real ifadədə 38,4 faiz artaraq 2713,4 milyon dollar təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,3 faiz), Türkiyəyə (24,9 faiz), İsveçrəyə (8,3 faiz), Gürcüstana (5,8 faiz), ABŞ-a (2,8 faiz), Braziliyaya (2,7 faiz), Ukraynaya (2,0 faiz), İtaliyaya (1,9 faiz), Qazaxıstana (1,5 faiz), Niderlanda (1,5 faiz), İrana (1,3 faiz), Çinə (1,3 faiz), Belçikaya (1,2 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA