Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai  rayonu, Süleyman Əhmədov küç., ev 5D ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin çörəklərin etiket məlumatlarında çəkisinin qeyd edilmədiyi, duzun, geri qaytarılmış çörəklərin birbaşa döşəmədə saxlanıldığı və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib.

***

Məsəl var, deyirlər, “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”.

Amma belə çörəkçilərə çörəyimizi – bərəkətimizi etibar etmək olarmı?..

Əgər xalqın “çörəkçi”si bu bərəkəti istehsal etdiyi müəssisədə -sexdə (yoxlama və xəbərdarlıq olmadan) sanitar gigiyena qaydalarına yüksək səviyyədə əməl olunması qaydalarını bilmirsə, məsuliyyətini anlamırsa, çörəyimizə hörmət qoymursa – onu birbaşa döşəməyə düzürsə, alıcını aldadaraq üzərindəki çekə çəkisini yazmırsa, beləliklə çörəyə haram qatırsa…  beləsinə ən vacib qida məhsulumuzu etibar edə bilərikmi?..  

Və heç kəs təminat verə bilməz ki, geri qaytarılmış bu çörəklərdən yenidən istifadə edilmir.

Mütəxəssislərin fikrincə, köhnə, satılmamış çörəklərin yenidən istehsalat sexinə qaytarılması yolverilməzdir və çörək sexləri satılmayan çörəkləri quru yerdə saxlamalıdırlar. Həmçinin həmin çörəklərdən yalnız baytar həkimlərin icazəsi ilə, heyvanlar üçün yem məqsədilə istifadə etmək mümkündür.  

Lakin göründüyü kimi, qeyd edilənlərə yuxarıda adı çəkilən müəssisədə qətiyyən riayət olunmayıb. Belə çörək müəssisəsi isə yəqin ki, sonuncu deyil…

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA