Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İlqar Rəcəbov saxlanılıb. 

Tezadlar.az xəbər verir ki, onun üzərindən və sərnişini olduğu avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 7 kiloqram narkotik vasitə marixuana aşkarlanıb. İ.Rəcəbov narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

RÖVŞANƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN