Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası  və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, tədbirlərlə rayon sakini, 38 yaşlı Qurban Həsənov saxlanılıb. Onun meşə massivində əkib-becərdiyi 65 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərtkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

whatsapp-image-2024-05-30-at-10_50_583

Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə 6 dəfə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

***

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərdə isə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən A.Əsədov, X.Qubadov və T.Zərbalıyev saxlanılıblar.

whatsapp-image-2024-05-30-at-10_50_591

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA