Azərbaycan Qarabağda suveren hüquqlarını bərpa etməklə erməni separatizminə birdəfəlik son qoymuş oldu...

Artıq Qarabağda erməni silahlıların atəşkəsi pozması barədə hər gün öyrəşdiyimiz xəbərlərdən vaz keçib Qarabağda aparılan quruculuq işlərindən məlumatlar eşidirik. Elə bu səbəbdən də artıq zaman keçdikcə bölgədə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin müşahidə məntəqələrinə ehtiyac qalmır. Rusiya Müdafiə Nazirliyi dünən daha bir məlumat yaydı ki, həmin məntəqələrdən daha biri ləğv edilib. Məlumatda bildirilir ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 9 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Sitat: “Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.

Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib. Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.

 Qarabağda sülhü yaradan da, erməni terrorçularına kimliyini başa salan da nəhayət, Azərbaycanın Ali Baş Komandanı və əsgəri oldu.

Qarabağ Azərbaycandır!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA