“Taliban” hərəkatının nümayəndəsi Zabihullah Mücahid Yaponiyanın NHK telekanalına  verdiyi müsahibədə beynəlxalq birliyi müvəqqəti hökumətlərini tanımağa və

Əfqanıstanın dondurulmuş maliyyə aktivlərindən istifadə edilməsinə dair icazə verməyə çağırıb.

  "Biz beynəlxalq ictimaiyyətlə diplomatiya yolu ilə yaxşı əlaqələr qurmaq istəyirik. Əfqanıstana xeyir verəcək hər şey beynəlxalq birliyə fayda verəcək və Əfqanıstanın sabitliyi bütün dünya üçün vacibdir", - deyə o, bildirib. (TASS)

Mücahid, xüsusilə mövcud hökumətin müvəqqəti olduğunu və onun daha hərtərəfli və inklüziv hala gətirilməsi ilə bağlı müzakirələrin davam etdiyini vurğulayıb.

 Qeyd edək ki, BMT nümayəndələri Əfqanıstanda “Taliban” hökumətinin kəşfiyyat rəhbəri Abdulhak Vasik ilə görüşüb və təşkilatın ölkədəki işçilərinin təhlükəsizliyi məsələsini müzakirə ediblər.

Khaama Press -in verdiyi məlumata görə, çərşənbə günü baş tutan görüşdə də  taliblər  BMT nümayəndələrindən beynəlxalq birliyin hökumətlərini tanımalarına və tətbiq edilən sanksiyaları ləğv etmələrinə kömək etmələrini istəyiblər.

Məlumatlara görə, bir müddət öncə Əfqanıstanın ABŞ banklarında saxlanılan 9,5 milyard dollar vəsaiti də dondurulub.

 Xatırladaq ki, “Taliban” hərəkatının avqustun 15-də paytaxt Kabili ələ keçirməsindən sonra Prezident Əşrəf Qani ölkədən qaçıb.

Avqustun 16-da “Taliban”ın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim Əfqanıstanda müharibənin başa çatdığını bildirib. Daha sonra isə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.  Əfqanıstanda "Taliban"ın müvəqqəti rəhbərliyinə isə, adı 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Molla Məhəmməd Həsən Axundun rəhbərlik edəcəyi açıqlanıb...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA