"Saakaşvili oktyabrın 2 -dək Gürcüstana gəlməyə cürət etməyəcək, o buna risk etməyəcək"

Gürcüstan KİV-nin məlumatına görə,  bu sözləri "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze deyib.

“Saakaşvili təəssüf ki, bu gün ikinci yerdə olan partiyanın lideridir. Gürcüstana gələcəyini elan edir, amma sizə söz verirəm, görəcəksiniz, Saakaşvili oktyabrın 2 -dək Gürcüstana gəlməyə cürət etməyəcək, o buna risk etməyəcək. Saakaşvili bunu deməkdən qorxur, qorxacaq və buna görə də açıqlamasının heç bir əhəmiyyəti yoxdur",- deyə Kobaxidze bildirib.

O, keçmiş dövlət başçısının səfərinin bu gün aktual olmadığını qeyd edib. "Gürcü Arzusu" hesab edir ki, Saakaşvili yenidən tərəfdarlarını aldadır və Gürcüstana gəlmək fikrində deyil.

 Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 2-də keçiriləcək yerli özünüidarə orqanlarına seçkilər üçün vətəninə qayıtmağı planlaşdırır. 

Həmçinin Mixeil Saakaşvili Gürcüstana getmək üçün Avropa Parlamentinin üzvləri ilə də görüşlər keçirib. O, açıqlamasında Avropa Parlamentinin üzvlərinin ona dəstək olduqlarını və tərəfini tutduqlarını bidirib. Onun sözlərinə görə, görüşlərin məqsədi ölkəyə necə və hansı yolla gələcəyini müzakirə etməkdir.

“Mən isə artıq qərarımı vermişəm, bu seçkilərdə Gürcüstana gələcəm, sonuna qədər müzakirə aparacam, Avropa Birliyinin razılaşmasından “Gürcü Arzusu”nun çıxmasına icazə verməyəcəm. Bu razılaşma qüvvədədir, kiminsə çıxması Avropa Birliyi tərəfindən qəbuledilməzdir. Onlar 43%-dən az səs yığdığı zaman, Avropa onları növbədənkənar parlament seçkiləri keçirməyə məcbur edəcək və mənim bu görüşlərimin əsas səbəbi də elə budur, onlar növbədənkənar parlament seçkiləri keçirməyə məcbur qalacaqlar”, - deyə Saakaşvili tərəfdarlarını əmin edib.

Avropa Parlamentinin deputatı Marina Kaljurand isə öz növbəsində Avropa Parlamentinin deputatları ilə Mixeil Saakaşvili arasındakı görüşdə onu təxribatlardan çəkinməyə və siyasi kapitalından istifadə edərək Gürcüstanda seçkiqabağı vəziyyətin depolarizasiyasını təşviq etməməyə, 2 oktyabr yerli seçkilərindən sonra ATƏT / DTİHB qərarına hörmət etməyə çağırdığını vurğulayıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA