Fridrix Nitsşe: Bütlərin alatoranlığı və ya çəkiclə necə filosofluq edirlər

Fridrix Nitsşe: Bütlərin alatoranlığı və ya çəkiclə necə filosofluq edirlər

 Fridrix Nitsşe  Bütlərin alatoranlığı və ya çəkiclə necə filosofluq edirlər 1 Avaraçılıq bütün psixologiyanın anasıdır?Necə? Məgər psixologiya q...

"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar ...

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ administrasiyası İsrail rəhbərliyinə Amerika təyyarədaşıyıcılarının İranın hərəkətlərini izləmək üçün həmişə bölgədə ola bilməyəcəyini bildirib. ...

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ  NAHARI OLUB

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ NAHARI OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. ...

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə ...

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

Böyük Britaniya, ABŞ və Aİ hüquqi cəhətdən məcburi olacaq süni intellektdən (Sİ) istifadəyə dair ilk beynəlxalq müqaviləni imzalamağa hazırlaşır.

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sıra vəzifəli şəxslər saxlanılıb.

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.

MEDİA

06-Sent-2024 By Asif Memmedov

"…

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova

Detay

…1993-cü ildə Ermənistan silahlı qüvvələrinin və havadarlarının sayəsində işğal olunmuş Füzuli rayonu (şəhəri) 2020-ci ilin sentyabr-oktyabr aylarında Ordumuzun qəfil həmləsi ilə işğaldan azad edildi.

Bəs bu şəhərin tarixi barədə nələri bilirik? Çünki ermənilərin 27 illik işğalı onunla nəticələnmişdi ki, düşmən dünya çapında, xəritələrdə… Füzulini erməni şəhəri kimi təqdim edirdi. Üstəlik, bizə dost deyən dövlətlərin nəşrində, kosmik xəritələrində belə Füzuli rayonunun adı erməni dilində yazılırdı.

Tanınmış etnoqraf və araşdırmaçı jurnalist, əslən Füzulidən olan Ənvər Çingizoğlu Füzuli şəhərinin tarixi ilə bağlı bizə maraqlı açıqlamalar təqdim etdi:

-…Qarabağ dünyanın insan yaşayışı üçün ən əlverişli, ən qədim zonalarından biridir. Buna görədir ki, dünyanın ən qədim insan məskənlərindən biri Qarabağ ərazisində aşkar edilmişdir. Bu ərazidəki Azıx və Tağlar mağaraları paleoloit dövrünün abidələridir. Biz bu yazımızda Füzuli şəhərinin yaranmasından söhbət açacağıq. Füzuli yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir. Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd  ərazisi Səfəvilər  dövlətinin son  dönəmində  Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq  qışlağının adı çəkilir.

1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq  qışlağı haqqında bilgi var. Həmin bilgini olduğu kimi yazımıza köçürürük.

Dizaq nahiyəsinə tabe olan Qarabulaq qışlağı

Cavanşir tayfasının Sabirli oymağı burda əkinçiliklə məşğul olur. Dənli bitkilərdən edilən gəlir: 4.000  ağça. Tutalqamız hazırda Türkiyənin İstanbul şəhərində Başbakanlıq arxivində saxlanılan 930 saylı «Gəncə Qarabağ əyalətinin müfəssəl dəftəri»dir. Dəftərdə Qarabulaq kəndi xali, boş ərazi kimi qeyd olunub. Bu da tarixi həqiqətlərə söykənir. Çünki o vaxtlar, yəni XVI əsrdən başlayaraq Qarabağ Osmanlı – Səfəvi qarşıdurması nəticəsində növbəti müharibə meydanına çevrilmişdir. Elə buna görə də Qarabağın kənd və el-oba əhalisi öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Rus üsul-idarəsi dönəmində  təriqətçi  xristianların,  molakanların  Azərbaycana köçürülməsi  nəticəsində  məskunlaşdırıldı. Belə ki, 1830-cu ildə Zəngəzur mahalının Bazarçay ərazisində 40 ailəlik molokan icması yerləşdirildi. Onların əkdiyi məhsulu çəyirtgə məhv edəndən sonra, 1833-cü ildə bu ailələri Qarabulaq kəndində məskunlaşdırıldı.  (Seqalğ L. Russkie poseləne v Elisavetpolğskoy qubernii. // Kavkaz. 1890. № 40. 13 fevralə.S.3.)

1842-ci ilə bağlı rus qaynağında göstərilir ki, Qarabulaq kəndində 20 qeyri-müsəlman  ailə  yaşayır. Kəndin  kovxası  Stepan  idi. Molakanların  Hamısı dövlət kəndlisi zümrəsinə bağlıydılar.

1886-cı ildə Tiflisdə tərtib edilmiş arxiv sənədlərində də Qarabulaq və ətraf kəndlər haqqında dəyərli tarixi məlumatlar var. Xüsusi cədvəl şəklində tərtib edilmiş bu sənədlərdə Hətta Qarabulaq və onun ətraf kəndlərində yerləşən əhalinin hansı dinə, hansı məzhəbə mənsub olması və həmin kəndlərdə neçə kişi və neçə qadının olması da aydınca göstərilir. Bu sənədlərdən görünür ki, Qarabulağa nəinki erməni, hətta uzaq Rusiyadan da rus ailələri köçürülmüşdür.

Bu cədvəldə rus ailələrinin sayı 45-dir. Onların 104-ü kişi, 109-u isə qadındır. Maraqlıdır ki, həmin cədvəldə Qarabulaqda bir müsəlman ailəsi  göstərilib. Məlumat üçün bunu da qeyd edək ki, ətraf kəndlərin heç birində ruslar yerləşdirilməmişdir.

Qarabulaq  kəndi XIX yüzilin sonu, XX yüzilin önlərində  el  arasında  «Malaqan  bazarı»  adlanırdı. Sonralar çar polkovniki Karyaginin  şərəfinə Karyagin adlandı. Karyagin böyüyüb, şəhər statusu aldı. 1906-cı ildən 1918-ci ilədək qəza, sonra isə rayon mərkəzi oldu. 1959-cu  ildə böyük Azərbaycan şairi Mövlana  Məhəmməd bin Süleyman Füzulinin şərəfinə  Füzuli adlandı.

1961-ci ildə dövlət tərəfindən buraxılan sənədlər məcmuəsinə görə, 1827-ci ilə qədər bura kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. (Prezidium Verxovnoqo Soveta Azerbaydjanskoqo SSR. "Azerbaydjanskaə SSR, Administrativno-territorialğnoe delenie na 1 ənvarə 1961-qo qoda". Azerbaydjanskoe qosudarstvennoe izdatelğstvo, Baku, 1961, str. 9)

Füzuli şəhərindəki qədim abidələr XIX əsrə aiddir. Bunlardan Hacı Ələkbər məscidi (XIX əsr)  və “Məşədi Həbib” hamamını (XIX əsr) göstərmək olar. Şəhər məscidinin banisi Hacı Ələkbər bəy Nəsirbəyov, memarı Kərbəlayı Səfixan Qarabağidir. Ələkbər bəy Atakişi bəy oğlu 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli obasında anadan olmuşdu. Molla yanında, sonra məktəbdə oxumuşdu. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı olmuşdu. Quberniya katibi mülki çini vardı. Ələkbər bəy müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ələkbər bəy qurucu və xeyriyyəçi bir şəxsiyyət idi. Qaryagin kəndində dəyirman, məscid, klub tikdirmiş, kəhriz vurdurmuşdu. Hacı Ələkbər bəy Mina xanım Məşədi Ələkbər bəy qızı Zöhrabbəyova ilə ailə qurmuşdu. Behbud bəy adlı oglu, Sona xanım, Tovuz xanım, Mələk xanım adlı qızları vardı. “Məşədi Həbib” hamamının yiyəsi isə əslən Şuşalıdır. Füzuli şəhərində gecə klubu, kazino fəaliyyət göstərirdi. Şəhər bəyləri burda qumar oynayırdılar. Dədəli oba sakini İbrahim bəy Məhəmmədhüseyn bəy oğlu Əlibəyov və Hoğa (Üçbulaq) kənd sakini Surxay ağa Həsən ağa oğlu Cavanşirlə Qaryagin (indiki Füzuli) şəhərində kazinoda qumar zamanı savaşmış, dueldə onu öldürmüşdü. Füzuli şəhərində XIX əsrə aid bir neçə yaşayış binası vardı. Bunlardan birinin yiyəsi, Güzlək kənd sakini Məşədi İbadulla Məşədi Cəfərqulu oğlu Qasımov idi. Məşədi İbadulla Qasımov Cəbrayıl qəzasının varlı-hallı mülkədarlarından sayılırdı. Onun Güzlək, Pirəhmədli kəndlərində torpağı, şəhərdə dükanları vardı. Qardaşı Fətulla onun şəriki idi. Füzuli şəhərindəki binalardan birinin yiyəsi Qarğabazar kənd sakini Əşrəf Əlmirzə oğlu Ağayev idi. O, qardaşı Rza ilə bərabər şəhərin ilk meşşanlarından sayılırdılar.

Şuşa şəhər sakini Rza Məşədi  Tağı  oğlu Şəfiyev  Füzuli şəhərində yaşayırdı. O, Qaryagin qəza idarəsində qeydiyyatçı kimi xidmətə başlamışdı. Ədliyyə işçisi kimi vəzıfə tutmuşdu. Füzulidə gözəl yaşayış evinə sahib idi.

XIX əsrin sonlarında Füzuli şəhərində vəzirovların, nəsirbəyovların, əlibəyovların, məlikaslanovların, məlikyeqanovların və digərlərin mülkü, malikanəsi vardı. XIX əsr tarixinə nəzər saldıqca, Füzuli şəhərinin çox da abad olmayan bir qəsəbə halında olduğunu müşahidə edə bilərik. Bir neçə mülki bina tikintisini çıxmaq şərtilə, XIX əsrin ortalarına qədər Füzulidə demək olar ki, tikinti aparılmamış və şəhər özünün qədim - malikanə xarakterli arxitektura görkəmini qoruyub saxlamışdı. Memar Kərbəlayı Səfixan Qarabağinin layihələri əsasında tikilmiş binalarda, xüsusilə də məscid tikintisində millilik, yerli ənənələrə sadiqlik açıq-aydın görünürdü. Bacarıqlı memar Füzulinin ayrı-ayrı məhəllə və küçələrini layihələşdirilməsində böyük cəhd və səriştə göstərmişdir. O, layihələmə işlərində yerin topoqrafiya və relyefi kimi mühüm cəhətlərə xüsusi diqqət yetirmişdir. Füzuli şəhərində XIX əsrdə bazar fəaliyyət göstərirdi. Bazarda dükanı olan tacirlərdən biri qalalı Həsən bəy Rzaqulu bəy oğlu Əlibəyov idi. Onun fərş dükanları bütün qəzada ad çıxarmışdı.

Füzuli bazarında dükanı olan tacirlərdən biri də qalalı Hacı Muxtar Sadıqov idi. Hacı Muxtar şəhərdə ikimərtəbəli bina tikdirmişdi. Füzuli bazarında dükanı olan tacirlərdən biri də qalalı Məşədi Bəylər Hacı İbrahim oğlu Fəttahov idi.   Arxiv materiallarına görə, o, 1910-cu ildə Malaqan bazarında qaçaqlar tərəfindən soyulmuşdu. Şuşa şəhərinin Merdinli məhəlləsindən olan Rəhim Məşədi Əliməhəmməd oğlu Şamxalovun bazarda boyaqçı küpü vardı. Füzuli şəhərinin ilk məhəlləsi “Malaqanlar” idi. Sonrakı yaranan məhəllələrdən biri  “Keçəllər” adlandı. Məhəllənin banisi Yunis bəy Ağa bəy oğlu Nəsirbəyov 1887-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında doğulmuşdu. O, Füzuli şəhərinə köçmüş, “Keçəllər” məhəlləsini salmışdı. Füzuli şəhərində Babaşlar, Dəyirmanlı, Bazardiki. Qarabulaq, Cinqobu, Quruçay, Körpüməhəlləsi, Yalməhəllə, Altməhəllə adlı məhəllələr vardı. XX əsrin 30-cu illərindən başlayaraq Füzulinin iqtisadi həyatının daha da canlanması, əhalinin təbii və miqrasiya yolu ilə xeyli artması yeni məhəllələrin əmələ gəlməsinə səbəb oldu. 1897-ci ildən Füzuli şəhərində ikisinifli məktəb fəaliyyət göstərirdi. Məktəbin müəllimlərindən biri qalalı Mirzə Camal Yusifzadə şəhərin mədəni tədbirlərində iştirak edirdi. Dədəli oba sakini, Tehran darülfünunu bitirmiş Mirzə Əliş Mirzə Salah oğlu Axundov Qarabulaq 2 sinifli kənd məktəbinin şəriət və dil müəllimi işləmişdi. XIX əsrdə Füzuli şəhərində ədəbi məclis fəaliyyət göstərirdi. Bu ədəbi yığnaq “Dizaq şairlərinin məclisi” adlanırdı. Mir Möhsün Nəvvabın təzkirəsinə görə, onlar Şuşa şairləri ilə deyişirmişlər. Füzuli şəhərində bir çox inzibati bina vardı. Bunlardan Qəza Polis idarəsinin, Qəza Ədliyyə idarəsinin inzibati binalarını göstərmək olar. Şəhər həbsxanası və silah anbarı qarnizonun əsgərləri tərəfindən qorunurdu. XX əsrin əvvəllərində şəhərin əhalisinin artması, şəhərdə məhəllə sistemilə birlikdə, geniş küçə və meydanların, xəstəxana binası, hamam, əczaxana, qonaq evləri, karvansara, uşaqların təhsil alması üşün məktəb binaları inşa edilmişdir.

 Qeyd etməliyik ki, Füzulinin bir şəhər kimi inkişafı və yüksəlişi  XX əsrin ortalarından başlayır. Şəhərin fiziki cəhətdən böyüməsi sonrakı illərdə də davam etmişdir. Belə ki,  sənayenin sürətli inkişafı  həm şəhər əhalisinin artmasına, həm də tikintinin qədim şəhər yeri boyunca genişlənməsinə səbəb olmuşdu…

Təqdim etdi: A.Məmmədli 

Pin It

CƏMİYYƏT

04-Sent-2024 By Yasemen Memmedov

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB -…

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sı

04-Sent-2024 By Yasemen Memmedov

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA…

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında

30-Avq-2024 By Elbar Şirinov

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ…

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yana

SİYASƏT

05-Sent-2024 By Yasemen Memmedov

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

05-Sent-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

02-Sent-2024 By Elbar Şirinov

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN…

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir P

30-Avq-2024 By Elbar Şirinov

ELNUR MƏMMƏDOV İƏT XARİCİ İŞLƏR…

29-30 avqust 2024-cü il tarixində İslam Əməkdaşlıq

30-Avq-2024 By Yasemen Memmedov

MİNSK QRUPU LƏĞV EDİLMƏLİDİR -…

 ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsis

MƏDƏNİYYƏT

06-Sent-2024 By Yasemen Memmedov

""KOMEDİXANADA" PARÇALANMA OLDU - YARADICILIQ…

"6 il "Komedixana"da çalışdım. Biri var işçi, biri

06-Sent-2024 By Yasemen Memmedov

HÜSEYİN PAMUKÇU AZƏRBAYCAN MƏTBƏXİNİN ZƏNGİNLİYİNDƏN…

Son illərdə Azərbaycanda eksperimental qastronomik

06-Sent-2024 By Yasemen Memmedov

BU GÜN UNUDULMAZ AKTYOR İLHAM…

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar

06-Sent-2024 By Yasemen Memmedov

HÖKMƏLİ QƏSƏBƏSİNDƏKİ ANTİSANİTARİYAYA ƏNCAM ÇƏKİLDİ…

Vətəndaş təəssübkeşliyi həmişə aktualdır.

06-Sent-2024 By Yasemen Memmedov

ŞUŞADA BEYNƏLXALQ QASTRONOMİYA GÜNÜ KEÇİRİIİR-…

Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu

05-Sent-2024 By Elbar Şirinov

YAZIÇI DOSTOYEVSKİNİN NƏVƏSİ DÜNYASINI…

Yazıçı Fyodor Dostoyevskinin yeganə nəvəsi Dmitri

KRİMİNAL

05-Sent-2024 By Elbar Şirinov

ÖTƏN GÜN İKİ KİLOQRAMDAN…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

04-Sent-2024 By Elbar Şirinov

15 KİLOQRAMADƏK NARKOTİK VASİTƏ QANUNSUZ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

03-Sent-2024 By Asif Memmedov

CİNAYƏT TÖRƏDİB ARADAN ÇIXDILAR, AMMA...

Onlara elə gəlirdi ki, cinayət törədib gizlənsələr

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

07-Sent-2024 By Yasemen Memmedov

DEPUTATLIĞA NAMİZƏD SƏRBƏST BURAXILIB

Ötən gecə saat 23.00 radələrində deputatlığa namiz

06-Sent-2024 By Elbar Şirinov

BU SƏBƏBDƏN BRİTANİYALI MƏHBUSLAR…

Həbsxanalarında yer çatışmazlığı səbəbindən Böyük

06-Sent-2024 By Elbar Şirinov

BRİKS SAMMİTİNDƏ ERMƏNİSTANI PAŞİNYAN TƏMSİL…

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda K

06-Sent-2024 By Elbar Şirinov

PENTAQON: S-300 VƏ R-27 RAKETLƏRİ…

ABŞ avropalı tərəfdaşları ilə birlikdə Ukrayna ilə

06-Sent-2024 By Elbar Şirinov

ŞAHZADƏ HARRİ KRAL AİLƏSİNƏ QAYITMAQ…

III Çarlzın kiçik oğlu Şahzadə Harri yalnız qardaş

06-Sent-2024 By Elbar Şirinov

BAYDEN UKRAYNA ÜÇÜN YENİ MÜQAVİLƏ…

ABŞ prezidenti Co Bayden Ukraynaya 250 milyon doll

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

05-Sent-2024 By Elbar Şirinov

AQTA-DA TÜRKİYƏDƏN OLAN MÜTƏXƏSSİSLƏR VƏ FAO-NUN…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Age

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

06-Sent-2024 By Elbar Şirinov

"…

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə s

TƏHSİL

06-Sent-2024 By Yasemen Memmedov

ALİ MƏ…

16 nəfər  BANM-a müsabiqədənkənar qəbul olub