16 nəfər  BANM-a müsabiqədənkənar qəbul olub. ***
Azərbaycanda ali məktəblərə qəbul zamanı ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində qeydə alınıb. Belə ki, BANM-nin  İnformasiya təhlükəsizliyi ixtisasına qəbulla bağlı rəqabətlilik çox yüksək olub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib.
Rektor SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) qəbul nəticələrini açıqlayıb.
 "BANM-a qəbul planı 100 faiz dolub.  Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasına məxsusdur (687.1 bal). Ölkədə ən yüksək orta keçid balı da (645 bal) Ali Məktəbə aiddir. Beynəlxalq və respublika fənn olimpiadaların 16 qalibi müsabiqədənkənar BANM-a qəbul olub.
2024-cü ilin qəbul nəticələri Ali Məktəbin yüksək təhsil standartlarını və tələbələrin böyük marağını əks etdirir. Bununla yanaşı elmi və akademik üstünlüyünü göstərir. BANM öz mükəmməl tədris proqramları və yüksək keyfiyyətli təhsil imkanları ilə tanınaraq, gələcəkdə də Azərbaycanda ali təhsil sahəsində öncül mövqeyini qoruyacaq", - deyə rektor Elmar qasımov əminliklə vurğulayıb.
BANM-nə yalnız uğurlar diləmək qalır!
banm-2024-qebul-netice
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA