Azərbaycanda sentyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Sentyabrın 6-da Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 24-25° isti, cənub çimərliklərində -Türkan, Hövsan, Sahil və Şıxda 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 18-22° isti olacağı ehtimal edilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA