Çin şirkətləri Azərbaycandakı böyük bərpaolunan enerji potensialını reallaşdırmaq üçün irimiqyaslı fəaliyyətdə maraqlıdır.

Yaşıl enerji dəhlizləri və interkonnektorların yaradılması, yaşıl enerjinin ixracı, yaşıl hidrogen və yaşıl ammonyakın istehsalı və nəqli, həmçinin enerji saxlama sistemləri üzrə əməkdaşlıq imkanları qiymətləndirilib. Hazırda Çinin tərəfdaşları ilə 60 və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

TEZADLAR.AZ xəbər verir ki, bunu Çin iqtisadiyyatı üzrə ekspert, Çin Qloballaşma Mərkəzinin baş elmi işçisi, “China Cities Bluebook Consulting” şirkətinin təsisçisi Eynar Tangen vergiler.az-ın suallarını cavablandırarkən bildirib.

O vurğulayıb ki,  iqtisadi rəqabət gücləndikcə Çin şirkətləri ABŞ bazarlarına, Azərbaycanın timsalında isə Avropa və Mərkəzi Asiya bazarlarına xidmət göstərməyə imkan verəcək istehsal bazaları axtarırlar. 

“Azərbaycan mühüm logistika mərkəzidir. O, Avropa və digər regionlardakı bazarlara çıxmaq üçün alternativ yol kimi xidmət edir. Ötən il Azərbaycana dəmir yolu ilə yükdaşımalar, demək olar ki, iki dəfə artıb. Bu, Çin şirkətlərinə ucuz və səmərəli xidmətlər təklif etmək imkanı əsasında regional oyunçular arasında rəqabət yaradır”, -deyə diqqətə çatdırıb.

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA