Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

Bu günlərdə isə havada tozun miqdarı kəskin şəkildə artıb və normadan 4-4.5 dəfə yüksək olub 

Milli Hidrometeorologiya Xidməti isə havada tozun miqdarının artmasının transmilli olduğunu və Türkmənistan ərazisindən daxil olduğunu bildirib.

Xidmətin məlumatı ilə bağlı heç bir sözümüz yoxdur. Lakin Bakı sakinləri də bilir ki, 2 aydır ki, paytaxtda binaların təmir-bərpa işləri aparılır, fasadları rənglənir. Bu da kifayət dərəcədə həm havaya toz qalxamsına, həm də mənzillərə dolmasına səbəb oldu.

Hazırda Xətai rayonu ərazisində yerləşən, 4 saylı Cəzaçəkmə Müəssisəsinin (“Qadın kalonu”, hansı ki, 2022-ci ildə köçürülüb) ərazisində də söküntü – tikinti işləri aparılmaqdadır. Ətraf binalarda yaşayan sakinlərin sözlərinə görə, təqribən 20 gün əvvəl gecə yarısı yatdıqları zaman elə biliblər ki, zəlzələ baş verib və təlaşa düşüblər, lakin sonra görüblər ki, bu dəhşətli gurultu, səs-küy, toz -duman (gecə işıqlar salınaraq texnika çalışdırırlar) tikinti texnikalarının cəlb olunduğu keçmiş “qadın kalonunda”dı.

qadin-kalon

Bu gurultuları eşitməmək üçün pəncərələri bağlamaq belə onlara rahatlıq verməyib. Ətrafda yaşayanlar, əsasən gecə saatlarında (görünür dəhşətli tozu həm də görüb-bilən olmasın deyə) hansısa tikinti şirkətinin fəaliyyətinin qurbanına çevriliblər, çünki gecə saatlarında yatmaq mümkün deyil. Bundan əlavə orada nə tikiləcəyi də sakinlər üçün müəmma olaraq qalmaqdadır. Gecəni xəlvətə salıb söküntü-tikinti aparanlar isə böyük bir ərazidə göyə qalxan tozun qarşısını almaq üçün də heç bir tədbir görməyiblər (su çiləmək və s.). Sakinlər bildirir ki, tikinti şirkəti yenicə təmir olunmuş binanın fasadını da, mənzilləri də toz altında qoyub. Mənzillər, evdəki əşyalar hər gün bu dəhşətli toz burulğanının “oylağına” çevrilir.

sokuntu-gec1

Şirkət tozu gecələr görən gözlərdən gizlətsə də, bunu sakinlər mənzillərində görməyə bilmirlər...

Və artıq 20 gündən artıqdır yuxusu qaçırılmış ətraf binaların sakinləri gündüzlər də tozun şahidi olurlar. Və şirkət tərəfindən hər gün atmosferə külli miqdarda toz atılır. Bu isə Bakı sakinlərinin ilk növbədə ağciyərlərinə daxil olur. Digər xəstəlikərdən danışmaq isə istəmirik...

Görünən odur ki, Bakıdakı tozun normasının artmasına elə yerli tikinti şirkətlərimiz də “töhfə” verməkdədir. Onlara isə “gözün üstə qaşın var” deyən də yoxdur!

 sokuntu-toz

sokuntu-gece

JASMİN    

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA