booked.netbooked.net booked.net  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Nobel Sülh Mükafatına namizəd olub.

Onun namizədliyi irəli sürülüb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

 Siyasətçinin namizədliyini respublikaçı deputat Klaudiya Tenni irəli sürüb. Onun fikrincə, belə bir mükafata namizədliyin əsası 2020-ci ildə bağlanmış “Abrahamovlar sazişi” imzalanmasının təşviqidir. Söhbət İsrail, BƏƏ və Bəhreynin əldə etdiyi razılaşmalardan gedir.

 Tenni deyib ki, keçmiş Amerika liderinin bu sahədəki səyləri “görünməmiş işdir və hələ də Nobel komitəsi tərəfindən lazımi qiymət almayıb”.

 2021-ci ilin fevralında Avropa Parlamentinin estoniyalı üzvü Yaak Madison Trampı Nobel Sülh Mükafatına namizəd göstərib. Madison izah edib ki, siyasətçi ABŞ-ın son 30 ildə yeni müharibələrə başlamayan ilk prezidenti olub.

***

Qeyd edək ki, bəzən bu mükafata elə şəxslər layiq görülür ki, razılaşmaq olmur. Məsələn, SSRİ-nin keçmiş baş katibi, həm də ilk və son prezidenti Mixail Qorbaçov 1990-cı ilin 15 oktyabrında "Bugünkü Beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən Sülh prosesindəki aparıcı roluna görə" Nobel Mükafatına layiq görülmüşdü...

Halbuki onu Azərbaycan xalqı belə xatırlayır: ermənilərin Qarabağda, Zəngəzurda... bədxah əməllər üçün baş qaldırması ilə, 1990-cı ildə  20 yanvar  qətliamını törədən SSRİ qoşunlarını (tərkibində ermənilərin olduğu) Bakıya və bəzi rayonlarımıza yeridib beynəlxalq cinayət törətməsi ilə, sonradan ermənilər tərəfindən Qarabağın işğalı, soydaşlarımızın Zəngəzurdan didərgin salınması ilə (qətlə yetirilərək, girov götürülərək), ev-eşiksiz qalan yüz minlərlə insanın illər uzunu əzab -əziyyəti, amansızlıqla qətlə yetirilənlərin ailələrinin, qohumlarının qurumayan göz yaşları, tökülən qanlar ilə...

Y.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA