"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar ...

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ administrasiyası İsrail rəhbərliyinə Amerika təyyarədaşıyıcılarının İranın hərəkətlərini izləmək üçün həmişə bölgədə ola bilməyəcəyini bildirib. ...

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ  NAHARI OLUB

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ NAHARI OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. ...

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə ...

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

Böyük Britaniya, ABŞ və Aİ hüquqi cəhətdən məcburi olacaq süni intellektdən (Sİ) istifadəyə dair ilk beynəlxalq müqaviləni imzalamağa hazırlaşır.

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sıra vəzifəli şəxslər saxlanılıb.

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ HƏBS EDİLDİ

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi barədə həbs qətimkan tədbiri seçilib.

MEDİA

06-Sent-2024 By Asif Memmedov

"…

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova

Detay

O, eldən gedən ziyalı və müdrik insan idi...

(Elegiya)

            Mən yandım, şam əridi,

          Sübhəcən tam əridi,

          Göz yaşima dözmədi,

          Əlimdə cam əridi.

 Bu bayatını  cavanlıq dostum, gözəl həkim-folosof, maraqlı yazıçı-publisist, dəyərli ziyalı, ictimai xadim, Sumqayıt Dostlar Klubu idarə heyyətinin  sədri  Hümbət Həsənoğlu  mənə göndərmişdi. Bu bayatı çox xoşuma gəldi. Fikirləşdim ki, belə dərin mənalı bayatını Hümbət Həsənoğlu yazıb. Amma o, dedi ki, “bu bayatının müəllifi mənim dayım  Şikar Məstəlidir”. Və onu da əlavə eləyib dedi; “Mənim həyatda belə uğur qazanmağımda dayım Şikar müəllimin çox böyük əməyi olub. Onun sayəsində məndə ədəbiyyata, elmə və dünya hadisələrinə  maraq artıb və mən insanları daha  dərindən  tanımışam”. Hümbət Həsənoğlu onun haqqında çox danışdı və  məndə də böyük maraq yaratdı ki, Şikar Məstəli lə yaxından tanış olum. Onun  mobil telefon nömrəsini Hümbət həkimdən alıb, Şikar müəllimə zəng elədim. Özümü təqdim elədim və onun nömrəsini mənə Hümbət həkimin verdiyini dedim. Şikar müəllim də Hümbət Həsənoğlu haqqında çox yaxşı, xoş sözlər, maraqlı fikirlər dedi. Mən də vurğuladım ki, “sizin şeirlərinizi, qəzəllərinizi, bayatılarınızı  rəhbərlik elədiyim “Azad Azərbaycan” qəzetində, əməkdaşlıq elədiyim başqa qəzetlərdə və saytlarda vermək istəyirəm. Çox sevindi və elə həmin gün mənə bir neçə şeirini və qəzəllərini  göndərdi. Şeirləri, qəzəlləri  qəzetdə və saytlarda çıxanda çox sevindi. Mənə isə xoş gələn bu idi ki, Şikar Məstəlinin şeirləri böyük fəlsəfi duyuma, çox dərin sözaltı mənaya malikdir. Və o, öz şeirlərində heç kimi təkrar etmirdi. Peşəkar səviyyədə yazırdı. Ona görə də çox oxunaqlı idi. Beləcə  o, şeirlərini mənə göndərir və mən də çap edirdim. Hər dəfə telefonla danışanda deyirdi ki, “görüşüb bir çay içək və yaxşı-yaxşı söhbət edək”.

Bizim onunla söhbətlərimizdə Şikar müəllimin daxilində çox böyük Vətən sevgisi, doğulduğu Cəbrayıl rayonuna və doğma Quycaq kəndinə möhkəm  bağlı olduğunu hiss edirdim. Çünki sözünün əvvəli də, ortası da, sonu da Cəbrayıl və Quycaq olurdu. Mən  bacısı oğlu Hümbət həkimdən və qardaşı oğlu İsmayıldan eşitmişdim ki, o, xəstədir və xəstəliklə dör-dör döyüşür. Şikar Məstəli elə bil haqq dünyasına tezliklə qovuşacağını hiss eləmişdi. Ona görə də bu sətirləri yazmışdı: “Dünyasını dəyişənlərin hər biri doğmalar arasında olan doğmalığın bir hissəsini özü ilə əbədiyyətə aparır, yerində soyuq bir boşluq və uçurum qalır!” Ona görə də bütün gücünü sərf eləyirdi  ki, xəstəliyə qalib gəlsin. Ona xəstəliyə qalib gəlməkdə sevimli həyat yoldaşı Rəhilə xanım  da əlindən gələni edirdi. Amma sən saydığını say, görə fələk nə sayır. Həyat yoldaşı Rəhilə xanımın  2023-cü ilin sentyabr ayının 27-də haqq dünyasına qovuşması elə bil ki, onun da ölümünü tezləşdirdi. Özü deyən kimi: “ Bir növ yetim qaldı”. Və  2024-cü ilin  yanvar ayının  7- də  haqq dünyasına qovuşdu.

Amma mən inanıram ki, yuxarıda yazdığım və tarixlər boyu yaşayacaq  bayatının müəllifi, tanınmış şair, el ağsaqqalı, məşhur pedaqoq və ictimai xadim Şikar Məstəlinin çoxlu şeirləri kimi, belə dərin mənalı bayatılarıdı da, dördlükləri də Azərbaycan ədəbiyyatında yaşayacaq və həmişə oxucuların sevə-sevə oxuduğu bədii əsərlər olacaq.

Bəli, mən  Şikar müəllimlə hər dəfə  telefonla söhbət etdikdə, onun maraqlı söhbətlərinə qulaq asdıqca, bu ağsaqqal, müdrik insandan çox şey öyrənirdim. Ən əsası da  insanlara yaxşılıq etmək, hər adamın işinə yaramaq və istedadlı insalara arxa-dayaq olmaq onun şakəri idi. Həm də Şikar Məstəlinin şeirlərində bir dünya vardı desəm daha düzgün olar...

... Sizin yoxluğunuz da sizi tanıyanların, övladlarınızın, qohumlarınızın, tələbələrinizin  qəlbində bir boşluq qoyub getdi, böyük ustad. Mən bunu sizin yas mərasiminizdə olanda həmin insanlardan eşitdim. Orada olanların hamısı, hətta sizi yaxından tanımayanlar da, sizin yoxluğunuza çox heyifislənirdilər. Göyüm-göyüm göynəyirdilər. Elə bil  Siz də həyat yoldaşınız Rəhilə xanımın  yanına getməyə  çox tələsirdiniz... Və bunu bayramsayağı bir gün kimi qəbul eləyirdiniz. Hətta feyzbuk səhifənizdə də yazırdınız...

Oğlunuz Babəkin mənə verdiyi kitablarınızı vərəqləyirəm. Orada haqqınızda yazılan qısa tarixçələri oxuyuram...

... Beləliklə, tanınmış ziyalı, peşəkar tərcüməçi - diplomat, şair ( Şikar Məstəli)

Şikar İsmayıl oğlu Məstəliyev 28 noyabr 1939 - cu ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuşdu. Maksim  Qorki adına Cəbrayıl orta məktəbini qurtardıqdan sonra 1969 -cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdı. Şikar Məstəliyev üçüncü  kursda oxuyarkən Əfqanıstan Respublikasına  göndərilmişdi və orada  tərcüməçi işləmişdi.  Əfqanıstanın  Couzcan vilayətində, neft - qazma ustaları hazırlayan Texniki Məktəbdə dərs demişdi .

O, SSRİ dövründə - 1971-1974 -cü və 1981-1984 -cü illərdə İran İslam Respublikasında tərcüməçi - diplomat kimi səmərəli fəaliyyət göstərmişdi .

Şikar Məstəliyev uzun illər Bakı şəhərində Seyid Cəfər  Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında fars dili müəllimi işləmişdi.

Şikar müəllim göründüyündən də artıq sadə, təvazökar, incə ruhlu,  şair təbiətli, dostcanlı, mərdanə, vətənpərvər bir insan idi. O, kifayət qədər elmi-publisist məqalələrin, ondan artıq şeirlər kitabının müəllifidir.

Dünya şöhrətli cərrah və tədqiqatçı Cavad Heyətin  “İki dilin müqayisəsi”  elmi əsərini, eyni zamanda böyük şairimiz Məhəmməd  Hüseyn  Şəhriyardan, Pərviz Etesamidən, Məliküşşüəra Bahardan, İran xalq yaradıcılığından, xüsusən Baba Tahir Həmədanidən etdiyi tərcümələr, Şikar  Məstəlinin  böyük linqvistik biliyə, şairlik istedadına və fars dilini mükəmməl bilməsinə əyani sübut idi.

Qəlbi yurd həsrətiylə daim alışıb-yanan Şikar müəllimin 2001- ci ildə qələmə aldığı  “Qaçqın bənövşə”  şeirində insanın qəlbini titrədən  belə bir maraqlı parça var:

 Bənövşə əkmişəm Bakı bağında,

Quycaqda bitənin ətrini vermir.

Nərgiz Quycaqdakı xumar görkəmi,

Qızıl gül ordakı çətrini vermir...

Ləçək titrəyişi, bülbül nəvası ,

Bir tar havasıydı, bir kaman səsi.

Ruha qida idi, hissə qol - qanad,

Quzu mələrtisi, at kişnərtisi...

Ora da vətəndi, bura da, amma,

Başqaydı torpağın naxışı orda.

Artıq yandırırdı Bakıdakından ,

Qara gözlülərin baxışı orda ...

Qaytarın Quycağı, qaytarın mənə,

Görüm bənövşəmin ətrini onda.

Qalın kitablardan üstün görərsiz,

Şeirimin ən zəif sətrini onda!

 … Artıq Quycaq və bütövlükdə Qarabağ yağı düşmənlərdən təmizlənmişdi və Şikar müəllimdə Quycağa gedib, orada, ata ocağında ev tikmək və qalan ömrünü də Quycaqda yaşamaq istəyirdi. Bundan sonrakı yaradıcılığını da  orada davam etdrimək həvəsilə yaşayırdı. Onun Quycaqda yazacağı gör nə qədər bayatılar, dördlüklər, şeirlər, qəzəllər vardı. Bəlkə, bu bayatılar və şeirlər onun şah əsərləri olacaqdı. Axı Vətən torpağı insana daha böyük ilham verir. Amma əfsus  ki, bu arzusunu reallaşdırmaq ona qismət olmadı. O, 84 yaşında haqq dünyasına qovuşdu. Ömür- gün yoldaşı Rəhilə  xanıma qovuşmağa, onu görməyə axı çox tələsirdi…

Oğlu Babək anasının və atasının qəbrləri üzərinə Şikar Məstəlinin ömrünün son günlərində yazdığı bu şeirini yazdırıb:

 Bir az kədərlənin, bir az qəmlənin,

Amma ağlamayın mən öləndə.

Toy-bayram günləri gülün, şənlənin,

Məni də yad edin yeri gələndə.

 

Yeriniz cənnət olsun, sadə və böyük İNSAN ŞİKAR  MƏSTƏLİ.

Dəyərli ziyalı , sədaqətli dost, müdrik el ağsaqqalı Şikar müəllim. Siz  doğrudan da evdən yox, eldən getdiniz. Quycaq camaatının  Sizin kimi şərəfli ömür yaşamış, dünya görmüş ağsaqqal-ziyalısına çox böyük mənəvi ehtiyacı vardı! Amma bunu Ulu Tarı Quycaq camaatına elə bil ki, çox gördü… Bildiyimiz kimi  Tanrının yazdığını pozmaq isə çox çətindir… Əfsus  ki, çox  çətindi… Əgər onu biz özümüm yaza bilsəydik…

Çoxminli oxuculara sizin  bir  neçə  şeirinizi, qəzəlinizi, dördlüklərinizi  təqdim edirəm. Bu şeirləri oxuyanlar həqiqətən də bir usdad sənətkarı istirdiyimizi görəcəklər və çox heyifislənəcəklər…

 Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

aqalar-idrisoqlu

 ŞİKAR   MƏSTƏLİ:  GETMƏ, SƏN ALLAH!

Axır ki, qaytardın dincliyimi sən,

Bir də üz döndərib getmə, sənallah.

Sevinc qapısını örtüb üzümə,

Qəlbimi pərişan etmə, sənallah.

Quraqda yağış ol çilə üstümə,

Qoyma qəm sellənib gələ üstümə,

Nəfəsin həyatdır-fülə üstümə,

Qəfil ilğım olub itmə, sənallah!

Səndəki gözəllik yox özgə kəsdə,

Şikar gül görməyib hələ bu süsdə,

Çevrilim torpağa bit sinəm üstə,

Özgə gülzarında bitmə, sənallah!

  

                          QƏZƏL

Yox bircə günüm ki, keçə qəmsiz bu şəhərdə.

Açdım səhəri hər gecə şəmsiz bu şəhərdə.

 

Yad gülşəninə qonmadı könlüm quşu heç vaxt

Günlərlə düşüb qalsa da dənsiz bu şəhərdə.

 

Hönkürdü tarım hər məqamında səni sordu

Kökləndi zilə ağladı bəmsiz bu şəhərdə.

 

İllər uzunu göz yaşım axdı selə döndü,

Bir lehzə gözüm olmadı nəmsiz bu şəhərdə.

 

Qəlbim evini yaxdı alovlar külə döndüm.

Qalxdı sinəmin naləsi sənsiz bu şəhərdə.

 

Köçsəm nigaran növhə deyənlər oxusunlar:

-Biçarə Şikar köçdü vətənsiz bu şəhərdə.

         Yanvar- 2019-cu il

 

        QARABAĞDAN
Sən ey igid əsgər, sən ey mərd oğul,
Düşmənin əlini üz Qarabağdan!
Qalib addımlarla keç qarış-qarış,
Dağlıq Qarabağdan, Düz Qarabağdan!

Qızıl bir bayrağa döndər qəddini,
Göstər sən yağıya,  göstər həddini,
Dağıdıb, tapdayıb düşmən səddini,
Vüqarla dünyanı süz Qarabağdan!

Zəfər bayramına dünyanı hayla,
Şikar tonqal çatsın o Tay, bu Tayla,
Qadir əllərinlə, əzminlə payla,
Hər sönən ocağa köz Qarabağdan!

       DÖRDLÜKLƏR

Taleyinə çətin gülsə dan yeri,

Nə göydən küs, nə də könül, dan yeri.

Güləcəkdir, ümidini itirmə,

Yürü, tələs, ağarınca dan yeri.

            ***

Sevda günü mərdanə kəs kəsmətin,

Çərçi kimi səhər-axşam kəsmə tin.

Küt bıçaqla kəsmə səbrim, qərarım,

Kəsirsənsə xəncər götür kəs mətin.

            ***

Hökm vermə dərhal nəzər salınca,

Qəzəbliykən əl aparma qılınca.

Bəzən ocaq dağ vurmağa çatılır,

Varıb getmə hər tüstünün dalınca.

           ***

Söz deməmiş əzəl bişir ağzında,

Məna gəzmə hər söylənən loğazda.

Su içəndə füləməyin nə eybi,

Təmiz su da bəzən qalır boğazda.

(Xüsusi olaraq "Təzadlar" üçün)

Pin It

CƏMİYYƏT

04-Sent-2024 By Yasemen Memmedov

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB -…

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sı

04-Sent-2024 By Yasemen Memmedov

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA…

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında

30-Avq-2024 By Elbar Şirinov

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ…

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yana

SİYASƏT

05-Sent-2024 By Yasemen Memmedov

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

05-Sent-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

02-Sent-2024 By Elbar Şirinov

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN…

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir P

30-Avq-2024 By Elbar Şirinov

ELNUR MƏMMƏDOV İƏT XARİCİ İŞLƏR…

29-30 avqust 2024-cü il tarixində İslam Əməkdaşlıq

30-Avq-2024 By Yasemen Memmedov

MİNSK QRUPU LƏĞV EDİLMƏLİDİR -…

 ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsis

MƏDƏNİYYƏT

06-Sent-2024 By Yasemen Memmedov

""KOMEDİXANADA" PARÇALANMA OLDU - YARADICILIQ…

"6 il "Komedixana"da çalışdım. Biri var işçi, biri

06-Sent-2024 By Yasemen Memmedov

HÜSEYİN PAMUKÇU AZƏRBAYCAN MƏTBƏXİNİN ZƏNGİNLİYİNDƏN…

Son illərdə Azərbaycanda eksperimental qastronomik

06-Sent-2024 By Yasemen Memmedov

BU GÜN UNUDULMAZ AKTYOR İLHAM…

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar

06-Sent-2024 By Yasemen Memmedov

HÖKMƏLİ QƏSƏBƏSİNDƏKİ ANTİSANİTARİYAYA ƏNCAM ÇƏKİLDİ…

Vətəndaş təəssübkeşliyi həmişə aktualdır.

06-Sent-2024 By Yasemen Memmedov

ŞUŞADA BEYNƏLXALQ QASTRONOMİYA GÜNÜ KEÇİRİIİR-…

Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu

05-Sent-2024 By Elbar Şirinov

YAZIÇI DOSTOYEVSKİNİN NƏVƏSİ DÜNYASINI…

Yazıçı Fyodor Dostoyevskinin yeganə nəvəsi Dmitri

KRİMİNAL

05-Sent-2024 By Elbar Şirinov

ÖTƏN GÜN İKİ KİLOQRAMDAN…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

04-Sent-2024 By Elbar Şirinov

15 KİLOQRAMADƏK NARKOTİK VASİTƏ QANUNSUZ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

03-Sent-2024 By Asif Memmedov

CİNAYƏT TÖRƏDİB ARADAN ÇIXDILAR, AMMA...

Onlara elə gəlirdi ki, cinayət törədib gizlənsələr

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

07-Sent-2024 By Yasemen Memmedov

DEPUTATLIĞA NAMİZƏD SƏRBƏST BURAXILIB

Ötən gecə saat 23.00 radələrində deputatlığa namiz

06-Sent-2024 By Elbar Şirinov

BU SƏBƏBDƏN BRİTANİYALI MƏHBUSLAR…

Həbsxanalarında yer çatışmazlığı səbəbindən Böyük

06-Sent-2024 By Elbar Şirinov

BRİKS SAMMİTİNDƏ ERMƏNİSTANI PAŞİNYAN TƏMSİL…

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda K

06-Sent-2024 By Elbar Şirinov

PENTAQON: S-300 VƏ R-27 RAKETLƏRİ…

ABŞ avropalı tərəfdaşları ilə birlikdə Ukrayna ilə

06-Sent-2024 By Elbar Şirinov

ŞAHZADƏ HARRİ KRAL AİLƏSİNƏ QAYITMAQ…

III Çarlzın kiçik oğlu Şahzadə Harri yalnız qardaş

06-Sent-2024 By Elbar Şirinov

BAYDEN UKRAYNA ÜÇÜN YENİ MÜQAVİLƏ…

ABŞ prezidenti Co Bayden Ukraynaya 250 milyon doll

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

05-Sent-2024 By Elbar Şirinov

AQTA-DA TÜRKİYƏDƏN OLAN MÜTƏXƏSSİSLƏR VƏ FAO-NUN…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Age

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

06-Sent-2024 By Elbar Şirinov

"…

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə s

TƏHSİL

06-Sent-2024 By Yasemen Memmedov

ALİ MƏ…

16 nəfər  BANM-a müsabiqədənkənar qəbul olub