"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar ...

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ administrasiyası İsrail rəhbərliyinə Amerika təyyarədaşıyıcılarının İranın hərəkətlərini izləmək üçün həmişə bölgədə ola bilməyəcəyini bildirib. ...

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ  NAHARI OLUB

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ NAHARI OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. ...

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə ...

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

Böyük Britaniya, ABŞ və Aİ hüquqi cəhətdən məcburi olacaq süni intellektdən (Sİ) istifadəyə dair ilk beynəlxalq müqaviləni imzalamağa hazırlaşır.

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sıra vəzifəli şəxslər saxlanılıb.

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ HƏBS EDİLDİ

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi barədə həbs qətimkan tədbiri seçilib.

MEDİA

06-Sent-2024 By Asif Memmedov

"…

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova

Detay

(Həkim Tariyel Salmanovun özü və sözü haqqında düşüncələr...) 

Özü: Tariyel Salmanov 1955-ci il avqustun 5-də Zəngilan rayonunun Şayıflı kəndində anadan olub.

Uşaqlığından rəssam, heykəltaraş olmağa meyilli idi. Elə təsadüflər olur ki, yeniyetmənin niyyətinin səmtini dəyişə bilir. Müəllimlərindən biri niyəsə ona “Həkim olmaq çətindir, ona görə heykəltaraş olmaq istəyirsən, eləmi?”, - deyib. Müəlliminin sorğusuna cavab verməyib. Onun da qəlbində “çətin pe­şə” olan həkimliyə incə maraq yaranıb. Orta məktəbi 1972-ci ildə biti­rən­də sənədlərini N.Nə­rim­anov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Univesitetinə) verib. Müsabiqədən keçməyib. Bakıda Mebel fabrikində işləyib. 1973-cü ildə həmin institutun Müalicə-profilaktika fakültəsinə daxil olub... Və institutu 1979-cu ildə bitirib. 1979-1980-cı illərdə Bakı şəhər 14 nömrəli Tibbi-Sanitar His­sə­sində internatura keçib. Bakıda qalıb işləmək təklif olunsa da, Şayıflı kəndınə qayıtmağı, orada həkim işləməyi qərara alıb. Ona görə də təyinatını Zəngilana alıb. 1980-ci ilin avqust ayından həm Zən­gilan rayon Şayıflı sahə xəstəxanasında hə­kim-te­rapevt, həm də Zəngilan Mərkəzi Rayon Xəs­tə­xanasının Təcili Tibbi Yardım şöbəsində hə­kim işləyib. 1988-ci ildən 1993-cü ilin martına kimi   Şayıflı sahə xəstəxanasının baş həkim vəzifəsində işləyib.

Zəngilan rayon komsomol və partiya komitələrində işlədiyim dövrlərdə (1980-89-cu illərdə) Şayıf­lı­ya gedəndə Tariyel həkimlə də görüşər, söhbətləşərdim. Tariyel həkim sovxoz komsomol təşkila­tı­nın katibi və təbliğatçı-müəllim kimi gənclər arasında geniş təbliğat-təşviqat işləri aparırdı. Dar­danyuxarı adlanan 15 kəndin əhalisi böyük inamla  öz sağlamlığını Tariyel həkimə etibar edirdi.

Sonralar mən Zəngilan rayon ərazi özünümüdafiə taborunun komandiri, alay komandirinin müavini olanda müdafiə postlarımızın böyük  hissəsi Şayıflı, Şərikan və Can­bar sovetliklərinin ərazisini əhatə etdiyinə görə həmin ərazilərdə xəsarət alan və yaralanan hərbçiləri­mi­zə, mülki vətəndaşlara Şayıflı sahə xəstəxanasında yaradılmış hərbi tibbi məntəqədə ilkin tibbi xidmət göstərilirdi. 

Tariyel həkim 1989-cu ildə Moskvada, Kremlin Qurultaylar Sarayında keçirilən ilk və sonuncu SSRİ  həkim­lə­rinin I qurultayının nümayəndəsi olmuşdu,  qurultayda “Kənd rayonlarında səhiyyənin təşkili” mövzusunda çıxış etmişdi; Zəngilanlı kənd həkimini Kremldə maraqla dinləmişdilər...

Respublikanın sərhədyanı  rayonlarında  şəraitin normallaşdırılmasında xidmətlərinə, ictimai asa­yişin mühafizəsi vəzifələrinin həyata keçirilməsi zamanı mərdlik və fədakarlıq göstərdiyinə görə Azərbaycan Prezidenti onu 1991-ci il yanvarın 25-də  Fəxri Fərmanla təltif etdi. 2004-cü ildə “Avropa Nəşr Mətbu Evi” Tariyel həkimi  “İlin ən yaxşı terapevt həkimi” diplomu və medalı ilə təltif etdi.

***

1989-1993-ci illərdə Zəngilan rayonunun müdafiəsində fəal iştirak edən Tariyel həkim  1991-1993-cü illərdə Zəngilan ərazi özünümüdafiə taborunda, Zəngilan alayının Tibb Xid­mə­tinin for­ma­laşmasında, tam gücü ilə fəaliyyət göstərməsində  xüsusi xidmətlər göstərib.  Şa­yıf­lı­da təşkil olunmuş özünü müdafiə qruplarına hərbi həkim kimi rəhbərlik edib. Müharibə döv­rün­də Şayıflı sahə xəstəxanası, həm də hərbi məntəqə idi. Tariyel həkimin rəhbərliyi ilə hərb­çi­lə­rin müalicəsində əvəzsiz xidmət edilirdi.

  1993-cü il oktyabrın 29-da Zəngilan rayonunu ən son tərk edənlərdən biri də Tariyel həkim oldu... 1993-cü ilin mart ayında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zəngilan rayon Həkim Əmək Ekspert Komissiyasının sədri vəzifəsinə təyin olundu. 1997-ci ildə məcburi köçkün rayonlarının Həkim Əmək Ekspert Komissiyaları ləğv ediləndə Zəngilan Mərkəzi Rayon Xəstə­xa­nasının poliklinika şöbəsinə həkim-terapevt təyin olundu. 2015-ci il iyunun 5-dən son nə­fə­si­nə­cən ( 13 aprel 2023-cü ilədək) Zəngilan Mərkəzi Rayon Xəstəxanasının (MRX-nin) baş həkimi ( indiki direktoru) vəzifəsində çalışdı.

***

Tariyel Salmanov Zəngilanda olduğu kimi,  Bakıda da vəzifə borcunu vicdanla, yüksək məsuliyyət hissilə və nümunəvi şəkildə yerinə yetirirdi. Vətəndaşların hər bir müraciətinə həssaslıqla yanaşan, ehtiyacı olanlara köməyini əsirgəməyən Tariyel həkimə insanların  inam və ehtiramı olduqca çox yüksək idi.

O, 1997-ci ildən Yeni Azərbaycan Partiyasının  üzvü olub və 25 ildən artıq Zəngilan Mərkəzi Rayon Xəstəxanası YAP təşkilatının sədri və YAP Zəngilan rayon təşkilatının siyasi şurasının üzvü kimi rayonda böyük ictimai-siyasi iş aparıb.   YAP-ın I, II, III və IV qurultaylarının nümayəndəsi olub. Eyni zamanda,1993-cü ildən 2000-ci ilədək 95 saylı Zəngilan-Qubadlı-Laçın seçki dairəsinin sədri, 2000-ci ildən 2023-cü ilədək  125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin Nəsimi rayonu üzrə 1 saylı məntəqəsinin sədri olub. 2003, 2008, 2013 və 2018-ci illərdə Prezident seçkilərində  məntəqə sədri kimi  seçkinin yüksək səviyyədə yekunlaşmasında əsl vətəndaşlıq nümunəsi göstərib.

1997-ci ildən Azərbaycan Respublikası  Qızıl Aypara Cəmiyyəti Zəngilan rayon bölməsinin sədri kimi 25 il ərzində müharibə əlilləri və şəhid ailələrinin, qaçqın və  məcburi köçkünlərin yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması istiqamətində yaddaqalan işərin görülməsi, müəyyən sosial çətinliklərlə  üzləşən vətəndaşlara  maddi və mənəvi dəstək göstərilməsi üçün bu sahədə üzərinə düşən  vəzifələri layiqincə yerinə yetirib.

Sözü:

Tariyel Ayazoğlu həkimdir, həm də şairdir. Təbiətə sevgi də el-obaya bağlılıqdı, Vətən sevgisidi, Vətənə sevgidi. Təsvir də sevgidi, təs­vi­rin sözə (şeirə) çevrilməsi duyğuların kövrəkliyidi – dünənlərə sədaqət, sədaqətə etibar, eti­ba­rıın şeirləşməsi şairin poetik zikridir. Tariyel Ayazoğlu Zəngilanı ruhunun ucalığında görür və yazır (sözü ilə zikr edir):

“Nəbi daşı” igidlərin qalası,

“Oxçu çayı” gecələrin laylası,

“Güllü yal”ım tər güllərin xalısı,

 Oxçu mənim, xalı mənim, gül mənim.

(“Zəngilandır sevdiyim”)

 Qədimlərdə şahların, vəzirlərin, əyan-əşrəfin saraylarının qarşısında iki daş olardı, biri elçi da­şı, digəri kömək, himayədarlıq daşı. Sarayın qızını oğluna (qardaşına) elçiliyə gələnlər elçi daşının üstündə otu­rardılar. Sarayın qulluqçuları gələnin niyyətini bilərdilər. Şah (vəzir, əyan-əşrəf) onu qəbul edər, mətləbini dinləyər, “hə”sini, “yox”unu deyərdi. Bunun şeirə gətirilməsi yenidir, poetik uğur­dur, qəbul ediləndir. Tariyel Ayazoğlu “Neynirəm, Allah!” şeirində bu adəti də xatırladır:

Oturduğum elçi daşı qınadı,

Mən belə sevgini neynirəm, Allah?!

Şairlər zamanın övladıdır, zamanın yaxşı-yamanını şairlər daha dürüst görürlər. Şairlər həm də dövrünün niyyətinin ifadəçisidir; “gördüyü işlərin bir ocağa qor olmasını”, “öyüdüylə qafillərin ayılmasını”, “zimistanın sovuşmasını”arzulayan şair (“Başqa bir şey istəmirəm”) yağan yağışa qoşa ovuc açır (“Yağ, ey yağış”), pöhrələrin böyüməsini, boy atmasını Vətənin gözəlləşməsi kimi təqdim edir.

Azıxı, Qobustanı xalqımızın qədimliyi bilən (və bununla qürurlanan!), Koroğlunu, Xətaini (Koroğluları, Xətailəri) xalqımızın kimliyinin epiteti kimi bayraqlaşdıran, Qarabağ Zəfərinə –Vətən müharibəsində qazanılan Zəfərə xalqın mətinliyi deyən şair “Bu dünyanın hər üzünü görmüşük” (“Dünya yalan dünyadı”) təəssüfünü də yaşayır, şəlalənin həyatın sevgi nəğməsinə dönməsinə (“Tanrının töhfəsi”) görə təsəlli də tapır.

Tariyel Ayazoğlu müşahidələrini ümumiləşdirə bilir, bu ümumiləşdirmələr poetikası ilə diq­qə­ti çəkir. Göz yaşını qəhərin, kədərin əlaməti bilmişik, sevincin göz yaşları sevgimiz olub. Ana adının ucalığına sığınan şair də müşahidə edib ki, ana bu səadəti “Vağzalı”nın sədalarını göz yaşları ilə uğurlayır. Ona görə ruhunun misralarını yazır:

Analar sevinci tən bölən zaman,

Yanaqdan süzülən yaş nə gözəldir.

 (“Gözəldir”)

Bu şeir həm də dünənlərə, dünənlərimizin poeziyasına ehtiramdır...

İnsana, insanlığa münasibət öz əksini poeziyada da tapır, müəyyən mənada, milli mentalitetin zərrəsi kimi qəbul olunur. Belə şeirlər fəzilətə çağırışdır. Hərə bəxtiyarlığı bir məqamla dəyər­lən­di­rir. Tariyel Ayazoğluna görə xoşbəxtliyin təməli əməlisalehlikdir,

Bil, əməlin qədərdir

Sənin bəxtiyarlığın.

 (“İnsan olmaq gözəldir”)

 “Rəhm qəlbin, qəlb duyğuların açarıdır” (“Özünü dərk elə”) deyən Tariyel Ayazoğlu üçün “duyğuların ən incəsi eşqdir” (“Məhəbbət nə vaxtdan günah sayılır?” )...

Təzad üzərində qurulan bədii (poetik) fikir həmişə lirizmin analoquna dönür. Təzad – söz, təzad – söz birləşməsi, təzad – idiomatik ifadə, təzad –cümlə şeirin poetik dərkini asanlaşdırır, oxucunu düşündürür. “Alovu külə döndərənlər”üçün, “qara saçları ağardanlar üçün” yazılmış “Belə yola salaq” şeirinin bədii dəyəri də təzadla müəyyənləşdirilməlidir:

Mənim ürəyimdə vüsal arzusu,

Sənin gözlərində həsrət yaşları...

“Tanrıdan qərib eldə qalmamağı arzulayan” (“Başqa bir şey istəmirəm”) Tariyel Ayazoğ­lu­nun “Qayıdacaqsan” şeiri diqqəti bir poetik məqamla da çəkir: “daş olacaqsan” söz birlışməsi  “dasla­şa­caqsan” kimi verilib. Əvvəla, misrada sözün sayı azalıb, yəni poetika artıb, digər tərəf­dən, ifadə daha gözəl fəlsəfi çalarla verilib:

Məzarım üstündə daşlaşacaqsan...

Necə yaşadım?” şeiri serenada mahiyyətli şeir kimi oxunur. Düşündürücü bir misra şeirin dərkinə yönəldilmiş işığa dönür; həsrətin sonu vüsal olur. Bəs həsrət ölürsə? – həsrətin ölümü sevginin intiharıdır:

 Qocaldı içimdə, öldü həsrətin, -

 deyən şair sevgisiz yaşamağı ən böyük əzab (Sizif əməyinə tən olan duyğu) bilir. Bəs “eşqinin qarşısında günahkar olanlar?” (“Tapmayacaqsan”).

Tariyel Ayazoğlunun şeirlərinin səmimiyyəti məzmunundan gəlir. Şair oxucusuyla səmi­mi­dir, düşündüklərini, bu anlamda qəlbindən keçənləri şeirləşdirir, oxucusunu özünə sirdaş bilir. “Tənha qadın”, “Kaş ki...”, “Həyatımımın mənası”, ... kimi şeirləri bu qəbildəndir.

Səni axtaracağam

Səhrada qurtum suya

Həsrət bir səyyah kimi, -

 misraları da (“Bir səyyah kimi...”) fikrimizin təsdiqidir.

“Mehrabı eşq olan uca göylər” (N.Cəncəvi) də sevgilərə duaçıdı. Əgər dürüst sevgidirsə, əgər həsrəti də sevənlərin açılan səhərləriylə bağrıbadaşdırsa, əgər duyğuların təbiəti bəlli olmayan fəs­li­nə dönürsə, ... dünya onun işığını bəsirət işığı bilir. Şeirləşən sevgilərdə də belə işıq olur, bu işıq­­da belə qüdrət də var. Tariyel Ayazoğlunun bədii “mən”inin sevdası da belə sevdalardandır:

Dumanlı, çiskinli bir payız günü,

Yatmış xəyalını oyadacaqsan.

Qaranquş baharda qayıdan kimi

Sən mənim ömrümə qayıdacasan.   

(“Qayıdacasan”)

Tariyel Ayazoğlunun bədii “mən”i “qayğılı gözləri yol çəkənini” (“Tapmayacaqsan”) qı­na­yır, bu qınama da sevgidəndi. Qınayır və xatırladır ki, sevgisiz illər qəlbi qocaldır. Tariyel Aya­zoğ­luna görə, sevənin bircə iltiması olur: Son nəfəsimdə yanımda ol ki,  eşqimi sənə əmanət edim. Gözəl bədii fikirdi (“Məhəbbət heç zaman günah sayılmır”)...

***

Tariyel Ayazoğlu həkim idi. 2023-cü il aprelin 13-də dünyasını dəyişsə də  Zəngilanlılar onu həmişə ehtiramlarla yad edirlər... Dörd övlad atası idi Tariyel həkim. Onlara Vətəni tanıda bilmişdi, ona görə hamısı Vətəni se­virdi... Tariyel Ayaz oğlu həm də şair idi. Söhbətləri də şeir kimi dinlənilirdi. İndi xatirəlıri də yaşadılır, şeir­lə­ri də...

 Bayram MƏMMƏDOV,

Əməkdar müəllim

(Şəkuldə: Tariyel Salmanov).

 

 

 

Pin It

CƏMİYYƏT

04-Sent-2024 By Yasemen Memmedov

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB -…

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sı

04-Sent-2024 By Yasemen Memmedov

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA…

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında

30-Avq-2024 By Elbar Şirinov

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ…

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yana

SİYASƏT

05-Sent-2024 By Yasemen Memmedov

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

05-Sent-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

02-Sent-2024 By Elbar Şirinov

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN…

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir P

30-Avq-2024 By Elbar Şirinov

ELNUR MƏMMƏDOV İƏT XARİCİ İŞLƏR…

29-30 avqust 2024-cü il tarixində İslam Əməkdaşlıq

30-Avq-2024 By Yasemen Memmedov

MİNSK QRUPU LƏĞV EDİLMƏLİDİR -…

 ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsis

MƏDƏNİYYƏT

06-Sent-2024 By Yasemen Memmedov

""KOMEDİXANADA" PARÇALANMA OLDU - YARADICILIQ…

"6 il "Komedixana"da çalışdım. Biri var işçi, biri

06-Sent-2024 By Yasemen Memmedov

HÜSEYİN PAMUKÇU AZƏRBAYCAN MƏTBƏXİNİN ZƏNGİNLİYİNDƏN…

Son illərdə Azərbaycanda eksperimental qastronomik

06-Sent-2024 By Yasemen Memmedov

BU GÜN UNUDULMAZ AKTYOR İLHAM…

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar

06-Sent-2024 By Yasemen Memmedov

HÖKMƏLİ QƏSƏBƏSİNDƏKİ ANTİSANİTARİYAYA ƏNCAM ÇƏKİLDİ…

Vətəndaş təəssübkeşliyi həmişə aktualdır.

06-Sent-2024 By Yasemen Memmedov

ŞUŞADA BEYNƏLXALQ QASTRONOMİYA GÜNÜ KEÇİRİIİR-…

Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu

05-Sent-2024 By Elbar Şirinov

YAZIÇI DOSTOYEVSKİNİN NƏVƏSİ DÜNYASINI…

Yazıçı Fyodor Dostoyevskinin yeganə nəvəsi Dmitri

KRİMİNAL

05-Sent-2024 By Elbar Şirinov

ÖTƏN GÜN İKİ KİLOQRAMDAN…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

04-Sent-2024 By Elbar Şirinov

15 KİLOQRAMADƏK NARKOTİK VASİTƏ QANUNSUZ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

03-Sent-2024 By Asif Memmedov

CİNAYƏT TÖRƏDİB ARADAN ÇIXDILAR, AMMA...

Onlara elə gəlirdi ki, cinayət törədib gizlənsələr

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

07-Sent-2024 By Yasemen Memmedov

DEPUTATLIĞA NAMİZƏD SƏRBƏST BURAXILIB

Ötən gecə saat 23.00 radələrində deputatlığa namiz

06-Sent-2024 By Elbar Şirinov

BU SƏBƏBDƏN BRİTANİYALI MƏHBUSLAR…

Həbsxanalarında yer çatışmazlığı səbəbindən Böyük

06-Sent-2024 By Elbar Şirinov

BRİKS SAMMİTİNDƏ ERMƏNİSTANI PAŞİNYAN TƏMSİL…

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda K

06-Sent-2024 By Elbar Şirinov

PENTAQON: S-300 VƏ R-27 RAKETLƏRİ…

ABŞ avropalı tərəfdaşları ilə birlikdə Ukrayna ilə

06-Sent-2024 By Elbar Şirinov

ŞAHZADƏ HARRİ KRAL AİLƏSİNƏ QAYITMAQ…

III Çarlzın kiçik oğlu Şahzadə Harri yalnız qardaş

06-Sent-2024 By Elbar Şirinov

BAYDEN UKRAYNA ÜÇÜN YENİ MÜQAVİLƏ…

ABŞ prezidenti Co Bayden Ukraynaya 250 milyon doll

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

05-Sent-2024 By Elbar Şirinov

AQTA-DA TÜRKİYƏDƏN OLAN MÜTƏXƏSSİSLƏR VƏ FAO-NUN…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Age

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

06-Sent-2024 By Elbar Şirinov

"…

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə s

TƏHSİL

06-Sent-2024 By Yasemen Memmedov

ALİ MƏ…

16 nəfər  BANM-a müsabiqədənkənar qəbul olub