booked.net booked.net  

“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi bu gün Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olundu.

Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

 “Dəyişikliklərə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması nəzərdə tutulur. Dəyişikliklər sosial xarakter daşıyır”, - o, deyib.

  Bayramov diqqətə çatdırıb ki,  qeydiyyata alınmasına görə rüsum bazar qiyməti yalnız 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manat, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manatdan 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manatdan 30 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manatdan 70 manat və bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdan 100 manata endirilməsi nəzərdə tutulur.

  “Bu o deməkdir ki, dəyişikliklər qəbul olunandan sonra bahalı mobil telefonlar üçün qeydiyyat rüsumu 150 manat deyil, 100 manat olacaq. Qiyməti ucuz olan telefonlar üçün daha aşağı rüsumlar ödəniləcək. Bu mobil telefonların maya dəyərini müəyyən qədər azaltmaqla yanaşı, vətəndaşların da xərclərinin azalmasına gətirib çıxaracaq”, - deyə vurğulayıb.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA