booked.netbooked.net booked.net  

Yaponiya Atom Enerjisi Agentliyi soyutma sisteminə malik olan və fövqəladə elektrik kəsilməsi halında fəaliyyətini müstəqil şəkildə dayandıra bilən yeni tip atom elektrik stansiyası reaktorunu sınaqdan keçirir.

Bu barədə "Yomiuri" yazır.

Qəzetin yazdığına görə, su ilə soyudulan adi reaktorlardan fərqli olaraq, bu reaktor qaz halında heliumla soyudulacaq. Quraşdırmanın martın sonunda sınaq rejimində tam gücü ilə işə salınması planlaşdırılır. 1000 dərəcəyə qədər isti olacaq.

“Plana görə, reaktoru soyutmaq üçün istifadə edilən helium elektrik kəsilməsindən sonra təbii olaraq istiliyi dağıtacaq və bu, obyektin temperaturunun təhlükəsiz şəkildə aşağı düşməsinə səbəb olacaq”, - nəşr yazır.

Təcrübənin tam nəzarət edilən şəraitdə baş tutacağı dəqiqləşdirilir. Fövqəladə vəziyyət yaranarsa, alimlər reaktoru bağlamaq imkanı əldə edəcəklər.

​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA