KRASNODONDA GÜCLÜ PARTLAYIŞ BAŞ VERİB

Luqansk Xalq Respublikasının Krasnodon şəhərində partlayış baş verib. Məktəblərdən birində şüşələr qırılıb və uşaqlar təxliyə edilir. Mülki infrastruktura ziyan dəyib.

FÜZULİDƏ ƏR ARVADINI QƏTLƏ YETİRİB

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

CEYHUN BAYRAMOV BMT-NİN BAŞ KATİBİ İLƏ GÖRÜŞÜB

23 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

TRAMP SEÇKİ ƏRƏFƏSİNDƏ REYTİNQLƏRDƏ BAYDENİ ÖTÜB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkiləri ərəfəsində varisi Co Baydenə qarşı yarışa liderlik edir, – deyə “The Washington Post” nəşri ilə “ABC News” arasında keçirilən birgə sorğuya istinadən yazır.

ПРОФЕССОР КАМРАН РУСТАМОВ: Многие задаются вопросом: удержится Пашинян у власти?

В Ереване нет той критической массы, которая смогла бы сместить Пашиняна. В принципе ничего нового в деятельности Пашиняна нет. Одной из основных целей Пашиняна была избавить Армению от карабахского балласта. Как ставленник Запада Пашинян в первую очередь всю свою политику строил на отторжение Армении от России. Чтобы избавиться от российского присутствия, по его мнению, надо: […]

İTKİN DÜŞMÜŞ 4000-Ə YAXIN AZƏRBAYCAN VƏTƏNDAŞININ TALEYİ MƏLUM DEYİL

Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir. Bu məsələnin həlli təkcə […]

ABŞ KONQRESİNİN NÜMAYƏNDƏ HEYƏTİ İRƏVANA GƏLİB

Senator Cerri Pitersin (Demokratlar Partiyasının Miçiqandan olan nümayəndəsi) başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti baş nazir Nikol Paşinyan və digər siyasətçilərlə görüşmək üçün Ermənistana gəlib.

QARİBAŞVİLİ BMT- DƏ QARABAĞDAKI SÜLHDƏN DANIŞIB

“Gürcüstan hökumətinin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır”. Tezadlar.az xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib. O, bildirib ki, Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır: “Bizim hökumətimizin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır. Coğrafi mövqeyimizin yaratdığı çətinliklərə baxmayaraq, […]

“BU RUS AGENTİ HƏBS EDİLMƏLİDİR…”

“Rus agenti Otar Partsxaladze həbs olunsun!” – bu tələblə vətəndaş fəalları və müxtəlif müxalifət partiyalarının nümayəndələri parlamentin arxa girişində aksiya keçiriblər.

DİQQƏT: DİN XƏBƏRDARLIQ ETDİ

Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən “Linkə keçid et, hədiyyə qazan” və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun.

“ARTSAX”-SARSAX OYUNU BİTDİ VƏ…

Ali Baş Komandan, Prezident cənab İlham Əliyev həm 44 günlük İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi sərkərdəlik bacarığı ilə, həm də 10 minlik silahlı erməni separatçılarını 24 saatlıq savaşla diz çökdürməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə ikiqat yazdırdı

ZELENSKİ BAYDENƏ QIŞDA İRƏLİLƏMƏYƏ VƏ BAXMUTU TUTMAĞA SÖZ VERDİ

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında Vaşinqtonda keçirilən görüşdə Ukrayna lideri Kiyevə yeni ATACMS raketlərinin verilməsini xahiş edib, həmçinin hava şəraitinə baxmayaraq, Ukraynanın əks-hücumunun payız və qış aylarında davam edəcəyinə söz verib.

MƏMMƏD İSMAYIL: “OĞUL ŞƏHİD OLAR VƏTƏN YOLUNDA!”

Oğul şəhid olar vətən yolunda! (Ölümsüz şəhidlərimizin xatirəsinə) Açılan çiçəklər barında ölər, Hörümçək hördüyü torunda ölər, Alışan kösövlər qorunda ölər, Ölsə, bal arısı balında ölər Pərvanə işığın yolunda ölər, – Oğul şəhid olar vətən yolunda. Həyatın sonunda bir “və”si varsa, Əvəz olunmazın əvəzi varsa, Və… bəxtin şəhidlik zirvəsi varsa, Oğul şəhid olar vətən yolunda… Uca zirvə […]

İRƏVANDA GECƏ SAATLARINDA 30 ETİRAZÇI SAXLANILIB

Ötən gecə Ermənistan polisi İrəvanın mərkəzində hökumət binası yaxınlığında Dağlıq Qarabağda baş verən hadisələr fonunda baş nazir Nikol Paşinyanın istefasını tələb edən 30 etirazçını saxlayıb.

PAŞİNYANIN HAKİMİYYƏTİ SAXLAMAQ ŞANSI…

Ermənistan cəmiyyətində baş nazirin hərəkətlərindən hiddətlənsə də, Nikol Paşinyan hakimiyyəti saxlamaq qabiliyyətini saxlayır və küçə etirazlarının onu devirmək ehtimalı azdır.

İRƏVANDA QADINLAR HÖKUMƏTİ QORUYAN POLİSLƏRİ DANLAYIBLAR

RİA Novosti xəbər verir ki, İrəvandakı etiraz aksiyalarının iştirakçıları hökumət binasını qoruyan polisi danlayıblar. Agentliyin məlumatına görə, qadınlar təhlükəsizlik qüvvələrini Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fəaliyyətsizliyinə görə tənqid ediblər.

Власти Нагорного Карабаха объявили о прекращении огня и роспуске армии

qarabaq-aticma

Власти “Нагорного Карабаха” согласились на разоружение армии и вывод военной техники из зоны развертывания российских миротворцев. Вопросы безопасности населения будут решаться на встрече с представителями Азербайджана…

SITİN: AZƏRBAYCAN-TÜRKİYƏ MÜTTƏFİQLİYİ QORUNUR

Tarix elmləri doktoru Aleksandr Sıtin Tsargrad.tv-yə müsahibəsində Dağlıq Qarabağdakı hazırkı münaqişə ilə bağlı proqnoz verib. Onun fikrincə, Ermənistan yaxın gələcəkdə bu ərazini itirə bilər (Qarabağın Ermənistana nə aidiyyəti? – RED.).

HƏFTƏBECƏR

ANS-PRESS-in əməkdaşı eləməyib tənbəllik, şou əhlinin riyazi biliklərini yoxlayıb. Məlum olub ki, çoxları adi vurma cədvəlini belə bilmir. Müğənni, bəstəkar, şairə və hər üçündən də ala-yarımçıq olan Elza Seyidcahan isə 6 x 9-a müxtəlif cavablar verib. 54 əvəzinə gah 72, gah 56, gah da 53 deyib. Arada da 6 x 5-in cavabının 30 əvəzinə 40 […]

MÜDAFİƏ NAZİRLİYİ: ANTİTERROR TƏDBİRLƏRİNƏ BAŞLANILDI

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

ORDUMUZUN MÖVQELƏRİ İNTENSİV ATƏŞƏ TUTULUR

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur.

ƏRDOĞAN PBS JURNALİSTİNİN DAVRANIŞINDAN NARAZILIĞINI BİLDİRİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS telekanalının jurnalistinin fəal Osman Kaval və kürd yönümlü Xalqların Demokratiya Partiyasının (XDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşla bağlı müsahibəsi zamanı verdiyi suala görə narazılığını bildirib.

NAĞD ÖDƏNİŞƏ GÖRƏ HƏKİMLƏRİ GÖZLƏYƏN CƏRİMƏ

2023-cü ilin yanvar ayında stomatoloji kabinetdə diş əkilməsinə görə 1000 manat xidmət haqqını nağd şəkildə ödədim. Mən kabineti tərk etməmiş vergi əməkdaşları oraya daxil olaraq stomatoloq həkimə nağd ödənişin alınmasına görə cərimə yazdılar. Soruşmaq istəyirəm ki, ödənişi düz etmədim ki, həkimə cərimə yazıldı?

BARONESSA KOKSUN YALANI AYAQ TUTDU, AMMA…

…Bu günlərdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Baronessa Karolin Koks Qarabağ erməniləri üçün lazım olan humanitar yüklərlə dolu yük maşınlarının dayandığı

“AZƏRBAYCANDA HƏVƏSLƏNMİŞDİK Kİ, AMERİKA PULSUZ DEMOKRATİYA PAYLAYIR, GƏTİRİB BİR NİMÇƏ DƏ BİZƏ VERƏCƏKLƏR…”

Fransanın Qarabağla və separatçılarla bağlı haqsız mövqeyini bilirik və bu ölkənin Prezidenti Emmanuel Makron da qeyd etmişdi ki, Azərbaycanda yaşayan etnik erməniləri müdafiə edən tək odur. İndi Amerika Birləşmiş Ştatlarının son addımlarından görmək olar ki, onlar Fransanı meydanda tək qoyməq istəmir və hər zamankı kimi haqsızlıq burulğanına yurvarlanmağa başlayıblar. Belə çıxır ki, bu ölkənin siyasətində […]

«TƏZADLAR»IN YAZISINDAN SONRA QAZAXISTANIN RƏSMİ QƏZETİ SƏHVİNİ DÜZƏLTDİ…

«Qazaxıstan həqiqətləri» («Kazaxıstanskaya pravda» qəzeti və eyni adlı sayt qəzetimizinrəhbərliyinin müraciətindən və bu barədə əməkdaşımızın məqaləsindən sonra Qarabağla bağlıcidd siyasi səhvini aradan qaldırdı… Dünən «Təzadlar» qəzetinin rəsmi tezadlar.az saytında Əməkdaşımız Yasəmən Məmmədlinin«Qazaxıstanın rəsmi portalı erməni dəyirmanına su tökür: «DQR»ın «prezidenti»ndən yazır» başlıqlı məqaləsi yayımlanmışdı. Məqaləni aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz: https://tezadlar.az/kazpravda-kz-hansi-d-yi-rmana-su-tokur-arutyunyani-sahramanyani-qarabagin-prezi-dent-l-ri-ki-mi-t-qdi-m-edi-r/ QAZAXSTANIN RƏSMİ PORTALI […]

AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Sentyabrın 17-si saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“RƏQƏMSAL İDMAN JURNALİSTİKASI” LAYİHƏSİNİN İKİNCİ MƏRHƏLƏSİNİN AZƏRBAYCAN TURUNA YEKUN VURULDU

Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və onun qitə qurumu Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) milli subyekti və rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) “Rəqəmsal İdman Jurnalistikası” layihəsinin ikinci mərhələsinin ölkə turunun yekunlarına həsr olunmuş tədbiri keçirilib.

ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNƏ MƏXSUS KVADROKOPTER ƏLƏ KEÇİRİLİB

Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

FHN: ÖTƏN SUTKA ƏRZİNDƏ 12 NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 halda yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

BU GÜN ÜMUMDÜNYA TƏMİZLİK GÜNÜDÜR

Məlum olduğu kimi, hər il sentyabrın üçüncü şənbə günü dünyanın bir çox ölkəsində əraziləri zibildən təmizləmək və davamlı təmizliyi qorumaq üçün geniş ictimaiyyətin, medianın, dövlət və biznes strukturlarının səylərini birləşdirmək məqsədilə Ümumdünya Təmizlik Günü – ekoloji kampaniyası keçirilir.

ORDUMUZUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

DEPUTATLAR AZAL RƏHBƏRLİYİNİ SUAL YAĞIŞINA TUTDULAR – ONLAR İSƏ SANKİ QULAQARDINA VURDULAR…

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AZAL rəhbərliyinin Milli Məclisin deputatları ilə görüşü keçirildi. Görüşdə 30 deputat çıxış etdi və bəlkə də 200-ə yaxın sual və təkliflər səsləndirildi. Bizə bu imkanı yaratdığı üçün Milli Məclisin rəhbəri Sahibə Qafarovaya, 1-ci vitse-spiker Əli Hüseynliyə isə hər kəsə çıxış üçün yaratdığı şəraitə görə təşəkkür edirəm.