Ər arvadını bıçaqladı: Gəncədə dəhşətli hadisə

Gəncədə ər arvadını bıçaqlayıb. Tezadlar.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 38 yaşlı İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Qaxda 58 yaşlı kişinin meyiti evində tapıldı

Qaxda evdən meyit tapılıb. Tezadlar.az-ın məlumatına görə, hadisə şəhərin M.P.Vaqif küçəsində qeydə alınıb. 58 yaşlı Cavanşir Cəmaləddin oğlu Xinqalovun meyiti yaşadığı evdən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Araşdırma aparılır.

Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhliz üçün vahid tarif müəyyənləşdirdi

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bütün marşrutu boyunca vahid uzunmüddətli tarif müəyyən etmək barədə razılaşıblar. Bu barədə “Təzadlar” “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadən xəbər verir. Bu qərar “Qazaxıstan Dəmir Yolu”, “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolu” SC tərəfindən Almatıda VII Beynəlxalq nəqliyyat-logistika biznes forumu […]

Makron Fransanın nüvə doktrinasını yeniləyəcəyini açıqladı

Fransa Prezidenti Emmanuel Makron milli nüvə doktrinasının yenilənməsi barədə planlarını elan edib. “Təzadlar” xəbər verir ki, o, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib. E.Makronun sözlərinə görə, Fransanın “nüvə çətiri” öz aktuallığını saxlayır. Fransa Prezidenti doktrinanın aktuallaşdırılması üzərində işlədiyini və bu məsələyə maraq göstərən Avropa ölkələri ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu qeyd edib.

Albaniya futbolu yox, televiziya aparıcısı ilə gündəmdə

Albaniya klubları heç vaxt Çempionlar Liqasının qrup və ya ümumi mərhələlərinə vəsiqə qazanmayıb, lakin 2025/26 mövsümündə bu Balkan ölkəsi Avropanın əsas klub yarışmasının bir çox azarkeşinin diqqətini cəlb edib. Meydandakı çıxışlarına görə yox, diqqət çəkən teleaparıcıya görə. Eva Murati ilə tanış olun!

“Komandamızda xəyanət olub, satqınlıq halları baş verib”

Hakim partiya “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, partiyanın 2012-ci il parlament seçkilərində qazandığı qələbənin ildönümündə bəyanatla çıxış edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, o, son illərdə partiya daxilində baş verən proseslərə və xarici təsirlərə toxunaraq, ölkənin suverenliyinin təhlükə altında olduğunu bildirib. İvanişvili bəyanatında vurğulayıb ki, illər ərzində partiya daxilində “satqınlıq halları” baş […]

Prezident İlham Əliyev Danimarkada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.  Tezadlar.az  xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

6 milyonu mənimsədi, amma…

hokm

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Tezadlar.az xəbər verir ki,  Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Namiq Mirzəyev 11 il 6 ay azadlıqdan məhrum edilib. O cəzasının ciddi […]

Saxta medal və vəsiqə düzəldib satanlar saxlanıldı- RƏSMİ

Saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar. DİN Mətbuat Xidmətindən tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan – “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov […]

Saakaşvili 4 oktyabrla bağlı xalqa müraciət edib…

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili həbsdə olduğu “Vivamed” xəstəxanasından xalqa yazılı müraciət ünvanlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, sabiq prezident 4 ildir həbsdə olduğunu xatırladaraq, Gürcüstana dönüşünün səbəblərindən, keçirdiyi çətinliklərdən və gələcəyə inamından danışıb. O, vətəndaşları 4 oktybrda Rustaveli prospektində keçiriləcək aksiyaya qatılmağa çağırıb. Saakaşvili bildirib ki, 2021-ci ildə Ukraynadakı komfortlu həyatını tərk […]

“Bakı İqlim Fəaliyyəti Həftəsində səsləndirilən təkliflər COP30-a töhfə verəcək”

Bakı İqlim Fəaliyyəti Həftəsində səsləndirilən təkliflər Braziliyada keçiriləcək COP30-a mühüm töhfə verəcək. Tezadlar.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüskarlığı COP30-da da özünü göstərəcək: “Azərbaycan COP29-u uğurla başa vursa da, bununla yetinmədi. Biz COP30-da da öz fəaliyyətimizi artıqlaması ilə yerinə […]

“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman- FOTO

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib. Bu barədə tezadlar.az-a  Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. “İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, […]

Sabah bu rayonlarda qaz təchizatı dayandırılacaq

Sabah İmişli, Saatlı, Sabirabad və Biləsuvar rayonlarının qaz təchizatında fasilə yaranacaq. Tezadlar.az  xəbər verir ki, bu barədə zərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 530/377/325 mm-lik “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı, 02.10.2025-ci il saat 08:00-dan etibarən işlər başa çatanadək […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtda yeni parkın açılışında – FOTO

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər. Tezadlar.az  Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi. Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və […]

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc istedadlar müsabiqəsinin qalibi – gənc rəssamın fərdi sərgisi açıldı. Gənc rəssam Fatimə Babazadə 132-134 №-li Təhsil Kompleksinin 11-ci sinif şagirdidir. 7 yaşından rəsmlə məşğul olmağa başlayıb. Vaqif Mustafazadə adına 2№-li Uşaq İncəsənət Məktəbini bitirib. O, daha çox fələsəfi janrda […]

MEDİA və Mətbuat Şurası TRT-nin əməkdaşının Qəzzada həlak olmasına görə başsağlığı verdi

Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Qəzza zolağında həlak olan Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakla bağlı başsağlığı yayıb. Tezadlar.az xatırladır ki, bu barədə MEDİA Agentliyi məlumat yayıb. Bildirilir ki, Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması böyük faciədir: “Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media […]

İlham Əliyev və Mehriban Əliyeva Bakıdakı yeni parkın açılışında-FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər. Tezadlar.az  xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma park barədə məlumat verib. Bildirilib ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin […]

Trampın diqqəti Ukraynadan yayınacaq

ABŞ federal hökumətinin büdcə razılaşması olmadan bağlanması ABŞ prezidenti Donald Trampın diqqətini Ukraynadakı münaqişənin həllindən yayındıracaq. Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının ABŞ və Kanadanın Tədqiqi İnstitutunun baş elmi işçisi Vladimir Batyuk deyib. “Qapanma, şübhəsiz ki, Trampın diqqətini Ukraynadan yayındıracaq. Bu, kənara atılacaq daxili siyasət məsələsi deyil”, – o deyib. […]

Saxlanılan yeniyetmələrdən biri müəllimi öldürmək istəyib

Kütləvi qətllər törətməkdə təqsirli bilinərək saxlanılan yeniyetmələrdən biri biologiya müəllimini öldürməyi planlaşdırıb, digəri isə “layiqli” şəxslərin siyahılarını tərtib edib. Tezadlar.az xəbər verir ki, bu, yeniyetmələrin həbsi ilə bağlı FTX tərəfindən yayılan videodan belə çıxır. “Mən biologiya müəllimini öldürmək qərarına gəldim”, – saxlanılanlardan biri deyib. İkinciyə görə, o, hamını güllələməyi planlaşdırıb. Digəri videoda “layiq olanlar və […]

Orqanik adı altında satılan məhsulların mənşəyi şübhə doğurur

İrandan Azərbaycana gətirilən məhsullar Naxçıvan və Ordubad məhsulları adı altında bazara çıxarılır. “Təzadlar” xəbər verir ki, bunu iş adamı Emin Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində təşkil olunmuş “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada bildirib. O qeyd edib ki, bu cür hallar narahatlıq doğurur: “Bu məhsullar əsasən orqanik məhsullar adı altında […]

Naxçıvanda yeni İnnovasiya Mərkəzi açıldı

Naxçıvanda yaradılan innovasiya mühiti qısa müddətdə ekosistemin inkişafına böyük töhfə verəcək. Bunu “Təzadlar”ın yerli bürosuna açıqlamasında Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev deyib. O qeyd edib ki, mərkəz həm prototipləşdirmə labarotoriyası, həm də innovasiya funksiyalarını həyata keçirəcək: “Bu gün Naxçıvan Dövlət Universiteti ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə […]

Azərbaycanda bəzi bölgələrə qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Tezadlar.az”a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni […]

Rusiya Ukraynanı “silməkdə” müvəffəq olmayacaq – Zelenski

Rusiya Ukraynanı “silməyə” nail olmayacaq; o, şübhəsiz ki, münaqişədən sağ çıxacaq. Tezadlar.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri prezident Vladimir Zelenski deyib. O, bəyan edib ki, “Ukraynanı tabe etmək cəhdi yalnız Ukraynanın yenidən doğulması ilə nəticələnib”. Onu “silmək” üçün edilən bütün cəhdlər “düşmən imperiyaların” dağılması ilə nəticələnib”, – deyə dövlət başçısı bildirib. “Ukrayna indi […]

“Urmiya gölü sanki ölüm ayağında olan xəstəyə bənzəyir”- Rza Hacıkərim gölün ətrafındakı əhalinin köçürüləcəyini deyib

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin arasındak – Urmiya gölünün ətrafında yaşayan insanların təxliyəsinə başlanılır. Tezadlar.az  xəbər verir ki, bunu İranın Su Sənayesi Federasiyasının Rəyasət Heyətinin rəhbəri Rza Hacıkərim yerli mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Urmiya gölündə duz qasırğası başlayıb. Duz qasırğası və Günəş şüasına görə, istilik dərəcəsi artır. Bütün […]

Almaniyada terror təhlükəsi – Münhen polisi əməliyyata başladı

Münhen polisi partlayışlar və yanğınla bağlı genişmiqyaslı əməliyyatı davam etdirir, mümkün təhlükə ilə əlaqədar olaraq Oktoberfest pivə festivalının işinin dayandırılması barədə qərar qəbul edilib. “Təzadlar” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Polis bu hadisələrin Oktoberfestlə mümkün əlaqəsini yoxlayır. “Münhendəki digər yerlərlə, o cümlədən Tereziyenvize (festivalın keçirildiyi meydan) ilə mümkün əlaqələr yoxlanılır”, – […]

“Naxçıvan” ABŞ-lı basketbolçu Kris Klarkla anlaşdı

“Naxçıvan” ABŞ-dən olan basketbolçu Kris Klarkla 1 illik müqavilə imzalayıb. Bu barədə “Təzadlar”a klubdan məlumat verilib. 40 yaşlı oyunçu karyerası ərzində ABŞ, Böyük Britaniya, Lüksemburq, Avstraliya, Səudiyyə Ərəbistanı və Boliviya klublarında çıxış edib. 190 sm boya malik K.Klark son olaraq 2023/2024 mövsümündə “Şəki”nin formasını geyinib.

İran məhsulları Naxçıvan məhsulu kimi əhaliyə satılırmış

İrandan gətirilən məhsullar bazara Naxçıvan, Ordubad məhsulları adı altında çıxarılır. Tezadlar.az  xəbər verir ki, bunu Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının baş icraçı direktoru Emin Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. O bildirib ki, bazarda belə halların baş verməsi çox narahatedici məqamdır. […]

Azərbaycan Nigeriya ilə bayram sevincini bölüşdü

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nigeriyanı milli bayramı münasibətilə təbrik edib. “Təzadlar”ın məlumatına görə, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Nigeriyanı milli bayramı münasibətilə təbrik edirik. Müstəqillik Gününüz mübarək, Nigeriya”, – paylaşımda qeyd olunub.

Almaniya səmasında şübhəli pilotsuz təyyarələr görünüb

Almaniyanın Şlezviq-Holşteyn əyalətində strateji yerlər üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) görüntülənib. Tezadlar.az xəbər verir ki, “Der Spiegel” yazır. “Səlahiyyətlilər keçən həftənin sonunda bir neçə dronun qəsdən elektrik stansiyası, Kiel Universiteti Xəstəxanası və hətta əyalət hökuməti binası da daxil olmaqla mühüm infrastrukturun üzərindən uçması barədə məlumat aldıqdan sonra araşdırma aparır”, – hesabatda deyilir. Alman hakimiyyət […]

8 ay ərzinə sahibkarlara ümumilikdə 18 mindən çox lisenziya verilib

İqtisadiyyat Nazirliyi tərəfindən liftlərin quraşdırılması və təmiri fəaliyyəti üzrə indiyədək 160 lisenziya verilib. Tezadlar.az  nazirliyə istinadən xəbər verir kiBu ilin 8 ayında isə bu fəaliyyət növü üzrə 11 lisenziya təqdim edilib. Qeyd edək ki, sahibkarlar lisenziya almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB evlərinə, “ASAN xidmət” mərkəzlərinə, həmçinin “Lisenziyalar və […]

Leysan və dolu: sabahkı hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Təzadlar”a verilən məlumata görə, sakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi […]

Ağdam, Xocalı, Laçın, Ağdərə və Şuşada bəzi sakinlər üçün kiçik bizneslər yaradılıb

Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib. Tezadlar.az   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadən xəbər verir ki, verilən aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik foto atelye və digər istiqamətlər üzrə […]

Azərbaycan ilk dəfə olaraq öz təhsilinin ixracına başlayıb

BANM-ın simasında Azərbaycan ilk dəfə olaraq öz təhsilinin ixracına başlayıb. Tezadlar.az  xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bildirib. “Belə ki, Özbəkistandan 16 tələbə ikili diplom proqramı ilə BANM-də təhsil almağa başlayıb. Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universitetinin ümumilikdə 16 tələbəsi Bakı Ali Neft Məktəbi ilə […]

“XALQI İYRƏNDİRƏN” MƏMURLAR

(“Müşahidələr” silsiləsindən) Deməli, mən şəhərdə az-az maşın sürürəm, həftədə bir, ya iki dəfə bizim köhnə arabaya əziyyət verirəm. Qonşular şahiddir, hətta dükana, bazara piyada gedib-gəlirəm. Əvvəla, benzin bahalaşıb, mənin cibimə görə deyil. Sonra, neçə ildir ki, işləmirəm, cibim kara gəlmir. Amma yeni çıxan super maşınlara azarkeşlik etməkdə davam edirəm. Baxmaq da pulanan deyil ki,.. Yeri […]

“Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir”

İtaliyanın Prezidenti Sercio Mattarella Azərbaycanda rəsmi səfərdədir. Azərbaycan və İtaliya prezidentləri dünən mətbuata bəyanatlarla çıxış ediblər. İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Tezadlar.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov  bildirib. “Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci […]

2024-cü ildə Monqolustandan Azərbaycana 391 ton qoyun əti gətirilib. Bəs bu il???

 …Ölkəmizin bazar-dükanında qoyun-quzu əti 20-25 manata çatıb. Etiraf edək ki, manatın indiki halı ilə çox bahadır. Niyə? Bu bahalığın səbəbi nədir? Qoyun-quzu hörmətə minir, yoxsa bizlər bu sahəni bu hala salıb süni qıtlığın əzabını yaşamağa məhkumuq?!  Qarabağ işğaldan azad edilib, heyvandarlıq üçün böyük və əlverişli ərazilər yaranıb, əksinə, ət ucuzlaşmalı idi. Çünki heyvandarlıqda örüş yeri […]

Ramiz Mehdiyevin AMEA prezidentliyi dövründəki fəaliyyətinə cinayət işi açılıb-BAŞ PROKUROR İŞARƏ VURDU

 Azərbaycanın Baş prokuroru Kamran Əliyev bu gün Elmlər Akademiyasındakı cinayətlərdən danışıb. Tezadlar.az xatırladır ki, K.Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş vermiş qanun pozuntuları ilə bağlı hərtərəfli istintaq aparıldığını bildirib. Onun sözlərinə görə, bu cinayət işi üzrə istintaq bir neçə epizod üzrə aparılıb: «Əldə etdiyim məlumata görə, bəzi epizodlar üzrə ibtidai istintaq artıq […]

İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu-BAKIDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. Tezadlar.az xəbər verir ki, tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan İtalya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin […]

Rusiyada yanacaq qıtlığı: ixrac qadağası uzadıldı…

Rusiya benzin və dizel yanacağının ixracına qoyulan qadağanı 2025-ci ilin sonuna qədər uzadıb. Tezadlar.az “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb. Yeni fərman avtomobil benzininin ixracına qoyulan qadağanın müddətini 2025-ci il dekabrın 31-dək uzadıb və bütün ixracatçılara, o cümlədən birbaşa istehsalçılara şamil edilir. Qeyd edək ki, bundan əvvəl istehsalçılara sentyabrın […]

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi nə yerdədir?

“Hazırda ötən ilin dekabr ayında AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işi davam edir”. Tezadlar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən bu işin istintaqı aparılır, birgə əməkdaşlıq edilir: “Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq”.

Akademik Teymur Kərimlinin 72 yaşı münasibətilə-TƏBRİK

2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində Teymur Həşim oğlu Kərimli dünyaya gəlmişdir. Akademik 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, həmin ildən başlayaraq Kəlbəcər rayonunun orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. O, 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun […]

Sentyabrda 20 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrindən azad edilib

Rusiya qoşunları sentyabrda 20 yaşayış məntəqəsini Ukrayna Silahlı Qüvvələrindən azad edib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatlarına əsasən bildirilir. Sentyabrda “Şərq” qruplaşması Donetsk Xalq Respublikasında öz məsuliyyət zonasında ərazilərin azad edilməsini başa çatdırıb. Ən çox yaşayış məntəqəsi – doqquz – DXR-də Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib, ardınca səkkiz yaşayış məntəqəsi Dnepropetrovsk […]

TARİXİN “QIZIL SƏHİFƏLƏR”İNİ YAZAN SEYİD CƏFƏR PİŞƏVƏRİ

Azərbaycan Milli Hökumətinin rəhbəri və 21 Azər hərəkatının başçısı Seyid Cəfər Pişəvərinin Cənubi Azərbaycanda Milli Hökumətin yaranıb-fəaliyyət göstərdiyi dövrdə – 1945-1946-cı illərdə baş verən ictimai-siyasi hadisələrlə bağlı yazıb, “Azərbaycan” qəzetində dərc etdirdiyi məqalələrin, eləcə də o dövrün tarixi reallıqlarını əks etdirən sənəd, məqalə və məktubların toplandığı “Qızıl səhifələr” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi […]

Parlament binasının qarşısında “KİA” alışıb yandı- SƏBƏB BİLİNMİR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN Mətbuat xidmətindən tezadlar.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi […]

“Qarabağ” bu gün “Kopenhagen”lə üz-üzə gələcək- BAKIDA

Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Tezadlar.az xatırladır ki, komanda II turda Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək. Qeyd edək ki, “Qarabağ” I turda Portuqaliyada “Benfika”nı məğlub edib – 3:2. […]

Adnan Əhmədzadənin cinayət işi üzrə ibtidai istintaq necə davam edir?

Adnan Əhmədzadənin cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam edir. Tezadlar.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.  K. Əliyev bildirib ki, hazırda bununla bağlı istintaq orqanı araşdırma aparır: “İndi bu işlə əlaqəli nəsə demək mümkün deyil”. Amma Adnan Əhmədzadənin əmlaklarına hansı qaydada həbs qoyulduğu hələki bəlli deyil. Onun xarici banklarda və ölkələrdə […]

Müəllim kimə deyilir?

 …Bir gün sinifdə ingilis dilində şərti cümlələri izah edirdim. Aylardan dekabr idi. Taxtaya ingiliscə bir cümlə yazdım: “Bəli uşaqlar, taxtada “Əgər çox varlı olsaydım, anam üçün … alardım”, – yazılıb. Cümlədəki boşluğu xəyal gücünüzdən istifadə edərək doldurun. Aydın oldumu?” – dedim. Elə görünürdü ki, hamı anlamışdı, çünki səssizcə payladığım balaca vərəqləri götürdülər və gözlərini tavana […]

Bu il cinayət işləri üzrə 18,3 milyon manatlıq ziyan qaytarılıb

Ötən ildən bu günə cinayət işləri üzrə vurulmuş maddi ziyandan 3 milyon 435 min manatın ödənilməsi, həmçinin 14 milyon 916 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 18 milyon 351 min manat məbləğində ziyanın bərpası təmin olunub. Tezadlar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetdəki məqaləsində qeyd edib. Onun sözlərinə görə, […]

15 yaşlı şagirdə təcavüz edən müəllim həbs edildi

Avstraliyada Yeni Cənubi Uelsdən olan müəllim 15 yaşlı şagirdə təcavüz etdiyi üçün həbs edilib. Tezadlar.az xəbər verir ki, bu barədə news.com.au məlumat yayıb. İstintaqın mərkəzində Sidneydəki Müqəddəs Avqustin Kollecində ingilis dili müəllimi işləyən 24 yaşlı Ella Klements dayanır. O, sentyabrın ortalarında həbs edilib. Müstəntiqlər onun 15 yaşlı tələbə ilə cinsi əlaqədə olduğunu iddia edirlər. Klements […]

Gürcüstan üçün həyəcanlı xəbər: ölkə getdikcə qocalır

Gürcüstanda demoqrafik qocalma və əhali azalması prosesi davam edir. Tezadlar.az xəbər verir ki, bu barədə demoqraf Giorgi Meladze ölkənin demoqrafik vəziyyəti ilə bağlı “BusinessPressNews” portalına açıqlama verib. Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə ölkədə 39 483 uşaq dünyaya gəlib. Bu göstərici son 30 ilin ən aşağı doğum səviyyəsi hesab olunur. Ən yüksək göstərici 2014-cü […]

Estoniya Rusiya ilə sərhəddə tərk edilmiş avtomobilləri satacaq

Estoniya hakimiyyəti oktyabr ayından etibarən Rusiya sərhədindəki Koidula keçid məntəqəsində tərk edilmiş avtomobilləri satmağa başlayacaq. Tezadlar.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb. Avtomobil icazə verilən üç gündən çox park edilərsə, tədbir tətbiq ediləcək. “Əgər sahibi 30 gün ərzində avtomobil üzərində hüquqlarını bəyan etməsə, onlara ikinci xəbərdarlıq göndəriləcək. Xəbərdarlığa məhəl qoyulmasa, avtomobil hərraca çıxarıla […]

Almaniya XİN NATO-nu PUA-larla bağlı sakitliyə çağırıb

Almaniyanın xarici işlər naziri Yohan Vadeful NATO ölkələrini bir sıra Avropa ölkələrində pilotsuz təyyarələrlə bağlı insidentlərə cavab olaraq təmkinli olmağa çağırıb. Tezadlar.az xəbər verir ki, bu barədə o, “Funke” media qrupuna müsahibəsində bildirib. Onun sözlərinə görə, alyansın bu hadisələrə həddindən artıq reaksiyası arzuolunmaz nəticələrə gətirib çıxara bilər. “Bunun üçün ən yaxşı cavab sakitliyi qorumaqdır. İndi […]

Medvedev Trampın Rusiya sahillərinə sualtı qayıqlar yerləşdirməsini şübhə altına alıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Amerika sualtı qayıqlarının yerləşdirilməsi ilə bağlı açıqlamasına “qaranlıq otaqda qara pişik”in olmaması ilə bağlı aforizmlə cavab verib. Tezadlar.az xəbər verir ki, Medvedev özünün Max messenger kanalında yazdığı postda klassik sovet detektiv hekayəsinə istinad edərək yazıb: “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də o […]

Lavrov Abxaziya və Cənubi Osetiyanın xarici işlər nazirləri ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Soçidə Abxaziya və Cənubi Osetiyadan olan həmkarları Oleq Bartsits və Axsar Djioyevlə görüşəcək. Ayrı-ayrı ikitərəfli danışıqlar və üçtərəfli görüş planlaşdırılır. Tezadlar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, ayrı-ayrı danışıqlarda ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunacaq və 2026-2027-ci illər üçün yenilənmiş Rusiya-Abxaziya […]

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış edib

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Tezadlar.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Bir daha sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş […]

Yevlax şəhərindən keçən magistral yoldakı təmir işləri yekunlaşdı-FOTO-VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Ələt-Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində aparılan kompleks tikinti və yenidənqurma işləri uğurla yekunlaşdırılıb. Tezadlar.az xatırladır ki,  Layihə çərçivəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə magistral yolun altından keçən, müasir standartlara cavab verən yeraltı piyada keçidi inşa edilib. Keçidin ümumi uzunluğu 47 […]

III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar var

III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq. Tezadlar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda növbəti futbol matçarı keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla münasibətlərə aydınlıq gətirəcək. B qrupunda isə Rusiya Özbəkistanla qarşılaşacaq. Qəbələ Atıcılıq Klubunda təşkil olunan atıcılıq yarışlarına yekun vurulacaq. Stend atıcılığının “skeet” və “trap” növləri üzrə […]

Tramp Ukrayna münaqişəsinin başlamasını ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqələndirib

ABŞ prezidenti Donald Tramp Ukraynada münaqişənin başlamasını ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqələndirib. Tezadlar.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb. “Əfqanıstanda dəhşətli şou keçirdik və mən hesab edirəm ki, buna görə Rusiya prezidenti Vladimir Putin ora getdi. O, bu dəhşətli şounu ABŞ-ın keçmiş prezidenti Co Baydenin və onun səriştəsiz insanlardan ibarət komandasının […]

Norveç səmasında naməlum dronlar aşkarlanıb

Norveç üzərində yenidən naməlum pilotsuz təyyarələr aşkarlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Military Observer” Telegram kanalı məlumat yayıb. Daha əvvəl bildirilmişdi ki, Norveç polisi Şimal dənizindəki Equinor neft-qaz yatağında pilotsuz uçuş aparatının olması barədə məlumat alıb. Hüquq-mühafizə orqanlarına məlumat sentyabrın 29-u axşam saatlarında daxil olub. Sentyabrın 25-də Norveçdə Oslo hava limanı yaxınlığında dron idarə […]

Macarıstan Rusiya pilotsuz təyyarələrini vuracaq – Orban

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, ölkəsi Rusiya pilotsuz təyyarələri Macarıstanın hava məkanına daxil olarsa, onları vuracaq. Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti “Döyüş saatı” podkastına istinadən məlumat yayıb. Aparıcının Rusiyadan gəlsələr belə, Macarıstanın pilotsuz təyyarələri vurub-vurmayacağı ilə bağlı sualına Orban müsbət cavab verib. O, həmçinin bəyan edib ki, Avropa İttifaqı […]

Suriya Rusiyaya əvəzləyici tapıb

Qlobal təcriddən çıxmağa çalışan Suriya Ukrayna ilə çoxtərəfli əlaqələr qurmağa başlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Bundan əvvəl Dəməşq və Kiyev üç illik fasilədən sonra diplomatik münasibətlərin bərpa olunduğunu bəyan ediblər. Vladimir Zelenski bu addımı alqışlayıb və ölkəsinin sabitliyə gedən yolda Suriyanı dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. “Əl-Cəzirə”nin istinad etdiyi […]

Ukrayna mümkün ərazi itkilərini etiraf edib

Münaqişə bitdikdən sonra Ukrayna hüquqi tanınmadan müəyyən ərazilərini itirə bilər. Tezadlar.az xəbər verir ki, bu fikri keçmiş xarici işlər naziri Dmitri Kuleba “Obozrevatel” nəşrinə müsahibəsində bölüşüb. “Finlandiya SSRİ-yə müharibəni uduzdu. Finlandiya dedi: “Bu, çox məyusedicidir, biz uduzduq, amma tamam, biz bunu qəbul etdik və biz malik olduğumuz sərhədlər daxilində normal bir ölkə qururuq”, – deyə […]

Vardanyanın məhkəməsində zərərçəkmişlər od püskürdü…

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan […]

Ermənistanın xilas yolu…- POLİTOLOQ AZAD MƏSİYEV DANIŞIR

“Azərbaycanın əldə etdiyi qələbənin yaratdığı reallıq Ermənistanı mövcud regional vəziyyətə uyğunlaşmağa məcbur edir. Lakin ölkə daxilində bu prosesə qarşı ciddi müqavimət var. Son olaraq Ermənistan parlamentindəki “Ermənistan” fraksiyası qondarma “erməni soyqırımı”nın inkarına görə cəzanın sərtləşdirilməsini təklif edib. Fraksiyanın katibi Artsvik Minasyanın təqdim etdiyi layihəyə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından Tsovinar Vardanyan etiraz edərək bildirib ki, müxalifət […]

Zelenski Trampla görüşməyə hazırdır, amma…

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşə hazırlaşır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə dövlət başçısı özünün teleqram kanalında xəbər verib. Ukrayna və ABŞ liderlərinin görüşü bazar ertəsinə təyin edilib. Sitat:  “Bazar ertəsi Prezident Trampla görüşə hazırlaşırıq. Dəvət üçün təşəkkür. Bütün detalları aydınlaşdırmaq, hansı addımların lazım olduğunu və nəticə verəcəyini müəyyən […]

Bakıda təmir işləri ilə bağlı qaz təchizatında fasilə yaranacaq

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçələrinin kəsişməsində və M.Mehdizadə küçəsində, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar  saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq. “Tezadlar.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələrinin, 8 Noyabr (bir […]

“Koroğlu” operasının təqdimatında Yusif Eyvazov Üzeyir bəyə hörmətsizlik edib və…

“Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsində çalışan, Koroğlu rolunun ifaçısı, Xalq artisti Yusif Eyvazov təqdimatdan sonra kiçik bir nitq söylədi. Kaş ki, heç danışmayaydı… Bunca çəkilmiş zəhmət yerlə bir edildi. O, nitqinin əvvəlində operanın müəllifi Üzeyir bəy Hacıbəylinin deyil, vaxtilə Koroğlu obrazında çıxış etmiş Bülbülün qarşısında baş əydi…” “Koroğlu”operasının tamaşası bəzi nöqsanlar […]

Kiyev Bakı-İrəvan sənədini dəstəklədi: “Davamlı sülhə aparır”

Ukrayna Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan birgə bəyannaməni Cənubi Qafqazda davamlı sülhə doğru mühüm addım hesab edir. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə telefon danışığından sonra “X” hesabında yazıb.

Diaspor rəhbəri Şahin Şıxlinski təkadamlıq kamerada – səhhəti pisləşib

Rusiyanın Sverdlovsk vilayətində saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hazırda Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. O, yanında bir məhbusun da olmasını xahiş edib. Tezadlar.az xəbər verir ki, bu barədə onunla görüşən Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov məlumat verib. “Şıxlinski ölçüsünə görə sanki toyuq hininə bənzəyən təkadamlıq kamerada saxlanılır. Kamera təmir […]

“Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır”

“Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır…”. Tezadlar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib. Dövlət başçısı deyib: “Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət […]

“Etalon” hospitalda faciə: əməliyyata girən psixoloq vəfat etdi

Bakıda psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırma başlanıb. Tezadlar.az xəbər verir ki, psixoloq Nilufər Abdullanın “Etalon” hospitalda liposaksiya əməliyyatından sonra ölümü faktına görə Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, 36 yaşlı psixoloq Nilufər Abdulla “Etalon” hospitalda liposaksiya əməliyyatı olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və avqustun 15-də vəfat edib.

FTX Azərbaycan diaspor rəhbərinin Rusiya pasportunu ləğv edib

Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankișiyev Rusiya vətəndaşlığından məhrum edilib. Tezadlar.az yerli mediaya istinadla xəbər verir ki, Xankișiyev “etnoseparatizmin təbliğində” ittiham olunur. Ona Rusiyaya giriş qadağan edilib. İlkin məlumata əsasən, Ural azərbaycanlılarının icma rəhbərinin pasportunu Rusiya Federal Təhlükəsizlik Xidməti ləğv edib. Rəsmi olaraq bu məlumat hələ təsdiqlənməyib.

Lənkəranda süni göldə faciə – 17 yaşlı gənc həyatını itirdi

Lənkəran sakini suda boğularaq  ölüb. “Tezadlar.az”ın məlumatına görə, bədbəxt hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü kənd sakini Tohid Ələsgərov ehtiyatsızlıqdan süni gölə düşüb. Suyun səviyyəsi hündür olduğundan o, göldə boğularaq ölüb. Onun meyiti adiyyəti qurumlar tərəfindən sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

Avropada qrip və COVID-19 epidemiyası yayılıb

İspaniyanın Sevilya şəhərinin La Alqaba rayonunda yerləşən qocalar evində qrip və COVID-19 epidemiyası baş qaldırıb. Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Əndəlüs Səhiyyə və İstehlakçıların İşləri Nazirliyi məlumat yayıb. Məlumata görə, kəskin respirator infeksiyası epidemiyasına 22 yoluxma halı qeydə alınıb. Qeyd edilir ki, 6 nəfər xəstəxanaya yerləşdirilib, 2-si artıq evə buraxılıb, […]

Aytac Bəybalayeva: “Səhnəyə ilk çıxdığım gündən özümə güvənirdim”

Səhnəyə ilk çıxdığım gündən özümə güvənirdim. “Tezadlar”ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Aytac Bəybalayava jurnalistlərə açıqlamasında deyib. O layihənin əhəmiyyətindən danışıb: “Bir xanım ifaçı üçün milli dəyərlərimizi qoruyan, təbliğ edən möhtəşəm bir layihədə yer alıb qalib olmaq həddindən artıq məsuliyyətlidir”. Gənc xanəndə bundan sonra da yüksək məsuliyyətlə […]

Ukrayna Prezidenti: Vaşinqton danışıqları mühüm addımdır

Kiyev Avropadakı tərəfdaşları ilə birlikdə artıq təhlükəsizlik zəmanətlərinin konkret tərkibi üzərində işləyir. “Tezadlar” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb. Ukrayna Prezidenti ABŞ Prezidentinin və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda aparılan danışıqları müharibənin dayandırılması və dövlətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım adlandırıb. “Biz artıq təhlükəsizlik zəmanətlərinin konkret tərkibi üzərində işləyirik. […]

İsmayılovun keçmiş adamı sifarişli qətl cəhdində ittihamdan azad olundu

Hakimlər biznesmen Telman İsmayılovun keçmiş şəxsi mühafizəçisi Tarxan Eldukayevi müğənni Avraam Rusoya sui-qəsddə günahsız hesab ediblər. İş Moskva qarnizon hərbi məhkəməsində qapalı rejimdə baxılır. Tezadlar.az xəbər verir ki, Tarxan Eldukayev sifarişlə adam öldürməyə cəhd və mütəşəkkil dəstə tərəfindən törədilən cinayətdə ittiham olunub. Baş Prokurorluğun məlumatına görə, 1994-1995-ci illərdə Çerkezovski bazarında torpaq sahələrini icarəyə götürmüş sahibkarlar Tair […]

“Suşa” ləqəbli kriminal avtoritet yenidən məhkəmə qarşısında

Tanınmış kriminal avtoritet İqor Suşkov koloniyadakı əməllərinə görə, yenidən məhkəmə qarşısına çıxarıldı. Tezadlar.az xəbər verir ki, “Suşa” ləqəbi 57 yaşlı, ukraynalı kriminal avtoritet İqor Suşkova qarşı artıq üçüncü ittiham aktı göndərilib. Onu əsasən Çerkası vilayətinin Uman rayonunda cinayət aləminə “nəzarətçi” olmaqda ittiham edirlər. Məlumata görə, avtoritet Starobabanov islah koloniyasında böyük nüfuza sahibdir. Məhkumlar rəsmilərdən çox onun əmrlərinə tabe […]

Bakıda və Mingəçevirdə 33 kiloqram marixuana ilə 3 nəfər saxlanıldı

Paytaxtın Sabunçu rayonu və Mingəçevir şəhərində keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan Bəhruz Mustafayev, Neyman Əmirov və Nadiq Abbasov saxlanılıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 33 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri […]

Prokuror Narkoloji Mərkəzin direktoru ilə müavininə 10 il həbs cəza istədi

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Tezadlar.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Elşən Mustafayev və Zamin Əliyevin 10 […]

Aygün Bəylərin qızı uzun fasilədən sonra görüntüləndi

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan uzun zaman sonra görüntülənib. Tezadlar.az xəbər verir ki, Canan anasını ad günündə anıb. O, xalaları ilə birgə sənətçinin məzarını ziyarət edib. Bu anları müğənni Elnur Məmmədov paylaşıb.

Qubada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi və…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 30-da Quba rayonunda vətəndaşları qəbul edib. Komitədən tezadlar.az-a bildirilib ki, qəbulda, əsasən Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti […]

Oktyabr ayı yağıntılı olacaq- SEL VƏ YAĞIŞ, QAR!

Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir […]

Dəniz kimi çağlayan insan- Əli Rza Xələfli- 72

…Bəzi adamlar insanlar arasındakı müqayisəni israrla qüsurlu hesab edirlər. Fəqət, bəşəriyyət hələ ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün, müqayisədən dəqiq qarşılaşdırma, tutuşdurma tapa bilməyib. Bu dəfə sizə bütün müqayisələrdən alnıaçıq, üzüağ çıxan bir insan haqqında danışmaq istəyirəm. Şair, yazıçı, jurnalist, “Kredo” qəzetinin baş redaktoru- Əli Rza Xələflidən. Amma gəlin […]

Daşınmaz əmlakın qiymətləndirilməsində yenilik – süni intellektdən istifadə ediləcək

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində növbəti addım kimi daşınmaz əmlakın bazar dəyərini müəyyən etməyə imkan verən süni intellekt dəstəkli yeni əmlak qiymətləndirmə xidməti istifadəyə verilib. Tezadlar.az  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu rəqəmsal xidmət daşınmaz əmlakın alqı-satqısı zamanı həm vətəndaşların, həm də […]

BSU 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

1–7 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi – regionun ən böyük kitab bayramında Bakı Slavyan Universiteti də iştirak edəcək. Tezadlar.az xatırladır ki, “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə BSU öz stendi ilə təmsil olunacaq. Sərgi çərçivəsində master-klaslar, […]

“Jurnalistin kiçik bir səhvi cəmiyyətdə böyük bir təlaşa gətirib çıxara, jurnalistika sahəsinə olan inamın itməsinə səbəb ola bilər”

Jurnalistin qarşısındakı vəzifə məlumatı birinci yaymaq yox, dəqiq məlumat verməkdir. Tezadlar.az  xəbər verir ki, bu sözləri AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində“Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzusunda panel müzakirə zamanı deyib. O bildirib ki, KİV-lərin əsasən qələm və dəftərdən ibarət olduğu bir vaxtda da jurnaliatika etikası var idi: “İndi […]

Sabahdan avtobus və metroda qiymət artımı tətbiq edilir-60 QƏPIK!

Sabah oktyabrın 1-dən şəhər sərnişin nəqliyyatında Metro da daxil olmaqla, gediş haqqı 20 faiz artırılır. Nə olub, indi ki, mühərrik yanacaqlarının qiyməti artmayıb, heç maaş və pensiyalar, sosial ödənişlər də artmayıb ki, görməmiş kimi artımı dərhal cibimizdən “qırxırlar”. Bu dəfə “əmma”lar həmişəkindən daha çoxdur. “Əmma”nın yekəsi odur ki, bu məsələ rəsmi surətdə Tarif Şurasının vəzifəsi […]

Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vida mərasiminə əklil göndəriblər. Tezadlar.az  xəbər verir ki, mərhumla vida mərasimi Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir. Mərasimdə mərhumun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, C.İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.

Gürcüstanlı qadın və qızlar Kipr, Misir, Türkiyə və BƏƏ-də cinsi istismara məruz qalır

ABŞ Dövlət Departamenti insan alveri ilə mübarizə üzrə 2025-ci il üçün illik hesabatını dərc edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, hesabatda Gürcüstanın mövqeyi də xüsusi vurğulanır. Sənədə əsasən, Gürcüstan insan alverinin qarşısının alınması üçün minimal standartlara tam cavab verən və müsbət irəliləyiş nümayiş etdirən ölkə kimi “Birinci səviyyə” (Tier 1) ölkələr siyahısında yer […]

Anım Günüylə əlaqədar Milli Məclis Bəyanat qəbul edib

Milli Məclis 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib. Tezadlar.az xəbər verir ki,  bəyanatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub. Bəyanatda deyilir: “2020-ci ilin sentyabrın 27-də başlanmış və Azərbaycan silahlı qüvvələrini parlaq qələbəsi ilə başa çatmış 44 günlük Vətən Müharibəsi milli tariximizin ən şərəfli səhifələrindən […]

Sabah yola çətirsiz çıxmayın, çünki…

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° […]

Kit Urban və Nikol Kidman ayrılıb – uzun illik evliliyə son qoyuldu

Hollivud ulduzu Nikol Kidman və müğənni həyat yoldaşı Kit Urban ayrılıb. Tezadlar.az xəbər verir ki, bu barədə TMZ məlumatlı mənbələrə istinadən məlumat yayıb . Məlumata görə,  58 yaşlı aktrisa ilə 57 yaşlı ifaçı 19 illik evliliklərini sonlandırmaq qərarı alıb. Cütlüyün yayın əvvəlindən ayrı yaşadığı iddia edilir. Musiqiçi Neşvildə ev alıb və ailə malikanəsindən köçüb. Urban […]

Rusiya MDB və Aİİ-nin inkişafında mərkəzi rol oynamalıdır – Lukaşenko

Rusiya Federasiyası MDB və Aİİ-nin inkişafında mərkəzi rol oynamalıdır. Tezadlar.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MDB Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının iclaslarında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib. “Dövlət başçılarının və keçmiş prezidentlərin görüşlərində həmişə dediyimiz kimi – təbii ki, keçmişlər yoxdur – Nursultan Nazarbayev tez-tez vurğulayır […]

Polşa prezidenti Putinlə danışıqlara hazır olduğunu bildirib

Polşa prezidenti Karol Navrotski Polşanın təhlükəsizliyinin bundan asılı olacağı təqdirdə Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib. “Əlbəttə, mən Polşanın maraqları naminə hər şeyi etməyə hazıram”, – Tezadlar.az xəbər verir ki, Navrotski “Radio Zet”in efirində Putinlə ölkənin təhlükəsizliyi ondan asılı olarsa, onunla danışıqlar aparıb-getməyəcəyini soruşduqda deyib. Polşa lideri onu da təkrarlayıb ki, o, ABŞ […]

II QARABAĞ SAVAŞININ XRONOLOGİYASI: 30 SENTYABR

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. • […]

GÜZGÜSÜ SINAN CƏMİYYƏT- VAHİD MUSTAFAYEV YAZIR

…Xəstə cəmiyyətin ən çətin işi – özünə kənardan baxmaqdır. Biz daim güzgülər axtarırıq: biri bizi arıq göstərsin, biri qırışlarımızı azaltsın, biri saçımızı gur göstərsin. Amma heç kim elə güzgü istəmir ki, bütün eyiblərini çılpaq şəkildə göstərsin. Halbuki insan eyiblərini görməsə, onları dəyişmək və müalicə etmək belə ağlına gəlməz. Nəticədə isə cəmiyyət öz nəcisində batar. Azərbaycanın […]

Qarabağ Universitetində 3 fakültə üçün binalar tikiləcək – tikinti şirkəti müəyyənləşdirilir

Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həmçinin Hüquq fakültələrinin binaları tikiləcək. Tezadlar.az  xəbər verir ki. bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə başlayıb. Hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkətin müəyyənləşdirilməsi prosesi gedir. Qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini […]

Avropa İttifaqı Trampın Qəzza zolağında nizamlanma planını alqışlayır

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli planını alqışlayıb. Tezadlar.az xəbər verir ki, o, bu barədə sosial media platformasında yazıb. “Biz bütün tərəfləri bu fürsətdən istifadə etməyə çağırırıq. Aİ üzərinə düşəni etməyə hazırdır. Hərbi əməliyyat Qəzza xalqına təcili humanitar yardımın çatdırılması və bütün girovların dərhal azad edilməsi […]

Məzarı bu gün də tapılmayan Cümhuriyyət qurucusu Aslan bəy Səfikürdski…

Məzarı bu gün də tapılmayan Cümhuriyyət qurucusu Aslan bəy Səfikürdski: “Xalq məhkəməyə deyil, məhkəmə xalqa xidmət etməlidir” Bu bizik?! 20 sentyabr  Cümhuriyyətin poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919) Aslan bəy Səfikürdskinin 55 yaşında vəfat etdiyi gündür.  Səfikürdski Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1919-cu […]

“Yeni Klinika” ümumi satınalma dəyəri təqribən 743 min manat olan 3 tender elan edib

“Yeni Klinika”  (VÖEN: 1604005991) açıq müsabiqələr elan edib. Tezadlar.az   xəbər verir ki, elan olunan müsabiqələr aşağıdakılardır: 1. Endoskopik və Laparoskopik əməliyyatlar üçün alət, avadanlıq, aksesuar və digər mallar – Satınalmanın ehtimal olunan qiyməti 119 min 715 manat 28 qəpikdir. Müsabiqə 29 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 20 oktyabr 2025-ci il saat […]

Ərəb ölkələri Trampın Qəzza sülh planını dəstəkləyir

Donald Trampın Qəzzada müharibəyə son qoymaqla bağlı 20 bəndlik planı bir sıra ərəb və islam dövlətləri ilə yanaşı, Fələstin Muxtariyyətinin də dəstəyini qazanıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Əl-Cəzirə xəbər verir ki, Donald Trampın Qəzza sülh planı bir sıra Yaxın Şərq və müsəlman ölkələrindən də müsbət cavab alıb. 20 bənddən ibarət […]

Milli Məclis Anım günü ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclis 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul edəcək. Tezadlar.az xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü ilk plenar iclasında müzakirəyə çıxarılıb. Bəyanatın mətnini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub. Qeyd edək ki, bugünkü plenar iclasın gündəliyində 12 məsələnin müzakirəsi nəzərdə tutulub.

Sumqayıt Sənaye Parkında istehsal edilən 12 metrlik ilk elrktrik avtobusu “BakuBus”a təqdim ediliib

Sumqayıt Sənaye Parkında “BYD” “Azerbaijan Energy Automotive Factory” MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu “BakuBus” MMC-yə təqdim olunub. Tezadlar.az  xəbər verir ki. bu barədə İqtisadiyyat Nazirliyinin  məlumatında deyilir. Məlumatda qeyd edilir ki, artıq Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory”də (AEAF) istehsal prosesi başlayıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb. İlk […]

Ötən gün polis əməkdaşları 29 cinayət işinin üstünü açıb – ASAYİŞİN 29 SENTYABR HESABA

Ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Tezadlar.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Sentyabrın […]

Saakaşvili məhkəmənin onun haqqında çıxardığı qərardan danışıb

Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili ötən günkü məhkəmə prosesini kəskin tənqid edərək, onu “4 oktyabrla qorxudulmuş gürcü xalqı ilə manipulyasiya edilmiş kriminal klanın növbəti sirk nümayişi” adlandırıb. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, o, həmçinin iddia edir ki, ona siyasi fəaliyyəti üzündən uzun müddətli cəza verilir. Saakaşvili bildirib ki, planlaşdırılmış məhkəmə prosesi iyul ayında başa […]

Sahibkarlara kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə icazə verildi – DETALLAR

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə bu hallarda icazə veriləcək Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Yeni qaydalar ilə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən hallar və hədlər müəyyənləşdirilib. Tezadlar.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov  bildirib. Vüqar Bayramov icazə ilə […]

“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir”

“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir”. Tezadlar.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin rəisi Tural Sadıqov mediaya belə deyib. Sitat: “Hazırda hemodializ alır, spontan tənəffüsdədir. Huşu yuxuya meyillidir”. Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb. Allah şəfa versin […]

“Xarici qüvvələr 4 oktyabrda inqilabı təşviq edir, amma alınmayacaq”

Ölkədə inqilab nə dərəcədə mümkündür? Gürcüstanın Baş naziri İrakli Kobaxidze 4 oktyabrda planlaşdırılan aksiyaya münasibət bildirib və ictimaiyyəti qanun pozuntularından çəkinməyə çağırıb. Onun sözlərinə görə, Paata Burçuladzenin elan etdiyi inqilab cəhdi nəticə verməyəcək və istənilən qanun pozuntusuna qarşı sərt tədbirlər görüləcək. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Baş nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, hökumət prosesləri […]

Merz Almaniyada sülhün bitdiyini elan etdi

Almaniya artıq sülh içində deyil. Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz “Rheinische Post” qəzetinin təşkil etdiyi tədbirdə bildirib. Almaniyanın silahlı münaqişəyə cəlb olunma riski ilə bağlı sualı cavablandıran o, “Biz müharibədə deyilik, lakin artıq sülh içində də deyilik. Biz tamamilə fərqli bir dünyada yaşayırıq” deyib. Siyasətçi Danimarka və Şlezviq-Holşteyn ştatında naməlum […]

“Cabir İmanov mənə yaxınlaşıb dedi ki…”

…Cabir İmanov ölüb. Müxtəlif fikirlər yazılır. 2003-cü il hadisələri ilə baglı məhkəmədə ifadə vermək üçün məhkəməyə çagırılmışdılar. Polislər yalan ifadələr verdikləri üçün gərginlik yaranır, qarşılıqlı təhqirlərə yol verilirdi. Cabir İmanov və onunla gələnlər pəncərədən məhkəmə zalında baş verənlərə baxırdılar. Mən koridora çıxanda mənə yaxınlaşdı. Salam verdi, dedi ki, Osman müəllim, sizdən bir yerli kimi xahişim […]

Kiyev Orbanın Ukraynadakı dronlarla bağlı dediklərini etiraf kimi qəbul edib

Macarıstan Ukraynanın hava məkanını pozan pilotsuz uçuş aparatlarının (PUA) özünün olduğunu etiraf edib. Tezadlar.az xəbər verir ki, bu qənaətə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa sosial şəbəkədəki səhifəsində yazıb. “Yaxşı xəbər odur ki, Baş nazir Viktor Orban bəzi pilotsuz təyyarələrin həqiqətən də Macarıstandan Ukrayna hava məkanına daxil olduğunu etiraf etdi. Nazir Peter Siyarto, “saxta xəbərlər”lə […]

Putin xüsusi hərbi əməliyyatı ədalətli döyüş adlandırıb

Rusiya Donbas və Novorossiyanın Rusiya Federasiyasına birləşmək qərarını dəstəkləyərək lazım olduğu kimi hərəkət etdi. Davam edən xüsusi hərbi əməliyyat ədalətli döyüşdür, – Rusiya prezidenti Vladimir Putin vurğulayıb. “Biz üzərimizə düşəni etdik və bununla fəxr edirik. Biz qardaş və bacılarımızı qəti, məsuliyyətli seçimlərində dəstəklədik. Bu gün bu seçimi müdafiə edərək əsgər və komandirlərimiz hücuma qalxır. Bütün […]

III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar olacaq

Bu gün III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq. Tezadlar.az xatırladır ki, Gəncənin İdman Sarayında üzgüçülük yarışları davam edəcək. III MDB Oyunlarının paytaxtı seçilən şəhərdə həmçinin voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək. Şəkidə çövkən yarışının təsnifat mərhələsinin növbəti matçları keçiriləcək. A qrupunda […]

Moldova müxalifəti yaxın günlərdə fəaliyyət planını təqdim edəcək – Şor

Moldova parlament seçkilərində iştirakdan kənarlaşdırılan “Qələbə” blokunun lideri İlan Şor Moldova müxalifətinin yaxın günlərdə fəaliyyət planı təqdim edəcəyini açıqlayıb. Siyasətçi qeyd edib ki, seçkilərin nəticələri mübahisələndiriləcək. “Bu gün biz həmkarlarımızla müzakirə etdiyimiz fəaliyyət planını formalaşdırırıq və düşünürəm ki, onu yaxın günlərdə dərc edəcəyik. Planı hazırlayarkən, indi bizim vəzifəmiz plan hazırlamaqdır, ümid edirəm ki, yaxın bir-iki […]

34 il əvvəlin bu günü Laçın Ərazi Özünü Müdafiə Batalyonu yaradılmışdı

Bu gün Laçın Ərazi Özünü Müdafiə Batalyonu (ƏÖMB) yaradılması günüdür. 30 sentyabr 1991- ci ildə Paşayev Arif Fəxrəddin oğlu Laçında yaradılacaq Laçın Ərazi Özünü Müdafiə Batalyonunun Komandiri təyin olundu. Həmin günü bir neçə nəfərlə yerləşmə yeri üçün təyin olunmuş internat məktəbinə getdik. Baxış keçirdikdən sonra 1 oktyabrda şəxsi heyət qəbul etmək üçün mümkün şərait yaratdıq. […]

Milli Məclisin payız sessiyası başlayır- BU GÜN

Milli Məclisin 2025-ci il payız sessiyası öz işinə bu gündən başlayır. Tezadlar.az xatırladır ki,  sessiyanın ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib. Qeyd edək ki, parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Makron Trampın Qəzza planını dəstəkləyir

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Qəzzada sülh planını dəstəkləyib. Tezadlar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində açıqlama yayıb. “Prezident Trampın Qəzzada müharibəni dayandırmaq və bütün girovları azad etmək öhdəliyini alqışlayıram”, – o yazıb. O, həmçinin İsrailin sülh planının şərtlərini yerinə yetirəcəyinə və Fələstinin HƏMAS hərəkatının bütün girovları azad etməkdən […]

Dünyanın ilk virtual aktrisası Hollivudda təqdim edilib

Amerikanın “Xicoia” istedadlar studiyası süni intellekt (AI) texnologiyasından istifadə etməklə yaradılmış ilk aktrisanı təqdim edib. Rəqəmsal aktrisanın adı Tilli Norvuddur və bir neçə studiya artıq onunla müqavilə imzalamaqda maraqlıdır. Tezadlar.az xəbər verir ki, bu barədə “Deadline Hollywood” jurnalı məlumat yayıb. O, dialoqa girə bilən və hətta pərəstişkarları ilə ünsiyyət qura bilən hiper realist xarakterdir. İyul […]

Ustad tarzən Ramiz Quliyevin səhhətində problemlər yaşanıb

Korifey sənətkar, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin səhhətində problemlər yarandığından ötən gecə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə tezadlar.az- a tarzənin oğlu Əyyub Quliyev məlumat verib. Ə.Quliyev bildirib ki, Ramiz Quliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti əvvəlkindən nisbətən daha yaxşıdır. O, əlavə edib ki, sən demə, Ramiz Quliyevin […]

Prezident vətəndaşlıq hüququ müddətinin 10 ilə qədər artırılmasını təklif edib

Polşa prezidenti Karol Navroçki Seymə (Polşa parlamentinin aşağı palatası) Polşa vətəndaşlığını almaq üçün ölkədə tələb olunan minimum yaşayış müddətinin üç ildən on ilədək artırılması ilə bağlı qanun layihəsi təqdim edib. “Polşa prezidenti Karol Navroçki Seymə Polşa vətəndaşlığı haqqında qanuna dəyişiklik edən qanun layihəsini təqdim edib. Qanun layihəsi Polşada daimi yaşamaq icazəsi, uzunmüddətli Aİ-də yaşamaq icazəsi […]

Estoniya Rusiya və Latviya ilə sərhədlərdə uçuş qadağasını uzadıb

Estoniya hakimiyyəti Rusiya və Latviya ilə sərhədlər boyu 1 kilometrə qədər hündürlükdə uçuş qadağasını axşam və gecə saatlarında uzadıb. Tezadlar.az xəbər verir ki, bu barədə TASS hava hərəkətinə nəzarət xidmətindəki mənbəyə istinadən məlumat yayıb. Sentyabrın 19-da tətbiq edilən qadağa oktyabrın 23-dək qüvvədə olacaq. “Bütün təyyarələrin, o cümlədən pilotsuz uçuş aparatlarının polis və sərhədçilərin xüsusi icazəsi […]

Netanyahu Trampın Qəzza ilə bağlı “hərtərəfli planını” dəstəkləyir

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymaq üçün “hərtərəfli planını” qəbul etdiyini bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Qəzetin məlumatına görə, Ağ Evdə Trampın planı və anklavda münaqişənin həlli ilə bağlı bir sıra digər məsələlərin müzakirəsindən sonra İsrail və Amerika liderləri arasında birgə mətbuat […]

Tramp fələstinlilərlə İsrail arasında dialoqa başlamağa söz verib

Vaşinqton dinc yanaşı yaşamanın siyasi perspektivlərini razılaşdırmaq üçün fələstinlilərlə İsrail arasında dialoqa təşəbbüs göstərir. Tezadlar.az xəbər verir ki, “The Guardian” qəzeti ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq üçün “hərtərəfli plan”ına istinadən yazır. Sentyabrın 29-da Ağ Evdə ABŞ prezidenti ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında danışıqlar olub. Tərəflər Qəzza zolağındakı böhranı müzakirə […]

Xalq artisti Ramiz Quliyevin vəziyyəti barədə son məlumat

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Tezadlar.az xəbər verir ki, bu barədə onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib. Onun sözlərinə görə, Ramiz Quliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti əvvəlkindən nisbətən daha yaxşıdır. “Atamın vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar, müalicəni öz üzərlərinə […]

Ermənistanın MDB-də fəaliyyətini məhdudlaşdırmaq niyyəti yoxdur

MDB-nin Baş katibi Sergey Lebedev üzv dövlətlərin Birlik çərçivəsində fəaliyyətlərini məhdudlaşdırmaq istəmələri ilə bağlı heç bir narahatlıq olmadığını bəyan edib. Tezadlar.az xəbər verir ki, o, Ermənistanın Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında distant iştirakını şərh edərkən belə deyib. “Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan videofotmatda çıxış etdi, lakin tam işgüzar şəkildə danışdı. Ermənistan sənədlərin əksəriyyətini […]

AYNA: Məktəb avtobuslarına xüsusi zolaqlardan istifadə qadağandır

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilib. “Təzadlar”ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcək. Məlumata əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər. […]

Nəfəsin səhnə tərzi müzakirələrə səbəb oldu

Müğənni Nəfəs səhnə tərzi ilə diqqət çəkib. Tezadlar.az xəbər verir ki, məkanların birində tamaşaçıları üçün mini-konsert verən ifaçı geyimi ilə dillərə düşüb. Sənətçinin geyimi sosial şəbəkədə geniş müzakirələr yaradıb. İzləyicilər onun ifası ilə tərzi, rəqsini yaraşdırmayıblar və tənqidli fikirlər bildiriblər. Həmin videogörüntünü təqdim edirik:  

Emin Əmrullayev: “Uşaqlara səhv etmək və fikirlərini sərbəst demək imkanı verilməlidir”

“Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verməliyik”. Tezadlar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşması erkən yaşlardan başlamalıdır: “Sahibkarlıq yalnız ali təhsillə məhdudlaşmır, bunun təməli uşaq bağçasından və ibtidai sinifdən qoyulmalıdır. Risk […]

Əməkdar artist Cabir İmanov rəqs etdikdən bir gün sonra vəfat etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor dünyasını dəyişib. Tezadlar.az xəbər verir ki, aktyor ötən gün toy məclislərindən birində qonaq qismində iştirak edib. Onun toyda rəqs etməsi ilə […]

Mütəxəssislər xəbərdarlıq edir: Botoks sinir sisteminə zərər verə bilər

Son illərdə estetik prosedurlar arasında geniş istifadə olunan botoks inyeksiyaları ilə bağlı yeni narahatlıqlar ortaya çıxıb. Mütəxəssislər botulinum toksininin sinir sisteminə mənfi təsirlər göstərə biləcəyini bildirirlər. Tezadlar.az xəbər verir ki, araşdırmalara əsasən, yüksək dozada və ya qeyri-peşəkar şəkildə vurulan botoks sinir impulslarının ötürülməsini ləngidə və ya bloklaya bilər. Bu isə bəzi hallarda əzələ zəifliyi, görmə […]

Tramp: Qəzza ilə bağlı sülh danışıqları son mərhələdədir

ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı sülh danışıqlarının son mərhələdə olduğuna inanır. Tezadlar.az xəbər verir ki, bu barədə Tramp müsahibəsində bildirib. Onun sözlərinə görə, məsləhətləşmələr hazırda son mərhələdədir və bu, Yaxın Şərqdə daha geniş nizamlanmaya gətirib çıxara bilər. “Hamı razılığa gəlmək üçün buradadır. Ərəb dünyası sülh, İsrail sülh, Netanyahu sülh istəyir. Əgər uğur qazansaq, […]

Baş prokurorla görüşmək istəyirsinizsə…

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək. Baş prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən məlumatda deyilir ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev oktyabrın 3-də saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının […]

Külli miqdarda narkotiki İrandan Azərbaycana keçirmək istədilər, amma özləri içəri girməli oldular…

Xüsusilə külli miqdarda narkotik vasitəni ölkəmizə keçirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işinin istintaqı yekunlaşıb… Tezadlar.az xatırladır ki, cari ilin fevralında Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin aşkar edilərək götürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq aparılmışdır. […]

Ofelya Şabanova canlı yayımda özündən çıxdı – stəkanı yerə çırpdı

Müğənni Ofelya Şabanova qonaq olduğu Space TV-də canlı yayım zamanı əsəbiləşərək özündən çıxıb. Tezadlar.az xəbər verir ki, verilişə daxil olan telefon zəngində onun qardaşı ilə bağlı səsləndirilən iddialar ifaçının kəskin etirazına səbəb olub. Hadisədən sonra kulisdə gərginlik davam edib. İfaçı əsəbi halda aparıcı ilə mübahisə edib və əlindəki stəkanı yerə çırparaq sındırıb. Məlumata görə, mübahisə […]

Runi: ‘Lamin Yamal, Messi və Ronaldodan millərlə irəlidədir’

Ueyn Runi hesab edir ki, Lionel Messi və Kriştiano Ronaldonun nailiyyətlərinə rəqib ola biləcək bir oyunçu var: “Lamin Yamal inanılmazdır. Mən onu yalnız bir dəfə şəxsən görmüşəm. Və məncə o, Kriştiano və Messini ötüb keçə bilən yeganə oğlandır”. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rio Ferdinand “Mançester Yunayted”dəki keçmiş komanda yoldaşının şərhlərinə təəccübləndiyini bildirib: “Xeyr, razı […]

Bu da ermənilərin Aprel döyüşləri zamanı törətdiyi vəhşiliklər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Azərbaycan–Türkiyə qardaşlığına qarşı dezinformasiya cəhdləri

Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına start verilib. Facebook və “X” platformalarında, guya Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasında Benyamin Netanyahunun çıxışını alqışlaması barədə yalan iddialar yayılır. Həqiqətdə isə, paylaşılan görüntülər heyətin məhz Prezident İlham Əliyevin çıxışı zamanı alqışladığını əks etdirir. “”Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” fəlsəfəsi əsasında münasibətlərini qurublar. […]

Пашинян раскрутил бурную внешнеполитическую деятельность…

Пашинян раскрутил бурную внешнеполитическую деятельность. После Москвы и Нью-Йорка визит в Страсбург. Премьер-министр Армении Никол Пашинян 28–30 сентября будет находиться с рабочим визитом в Страсбурге для участия в работе сессии Парламентской ассамблеи Совета Европы. В рамках визита запланированы встречи с председателем ПАСЕ Теодоросом Руссопулосом, генеральным секретарём Совета Европы Аленом Берсе, председателем Европейского суда по правам человека […]

Özbəkistan nümayəndə heyəti Azərbaycan Respublikası Audiovizual Şurasında-FOTO

29 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov II Azərbaycan – Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüşüb. Şuradan tezadlar.az-a verilən məlumata görə, İsmət Səttarov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu qeyd edib, belə tədbirlərin iki qardaş ölkə arasındakı […]

Rubio: “İranın gecikmədən birbaşa danışıqlara qoşulması vacibdir”

“ABŞ Prezidenti Donald Tramp diplomatiyanın hələ də açıq seçim olduğunu və razılaşmanın həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olacağını bildirib. İranın bu məqsədlə gecikmədən birbaşa danışıqlara qoşulması vacibdir”. Bəs İran bu çağırışa qoşulmaq üçün hansısa addım atırmı? Politoloq Azad Məsiyev hesab edir ki, ABŞ da daxil, İrana qarşı bir koalisiya formalaşdırılıb. […]

DİQQƏT: yerli istehsal müəssisələrinin bu cipsilərində E 621 qida əlavəsi normadan çoxdu – FOTO

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Tezadlar.az  AQTA-ya istinadən xəbər verir ki, sınaq nəticəsində “Rekord-2022” MMC-yə məxsus 1 nümunədə (“Rekord” əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və “Qəbələ […]

Sabah axşamdan yağış yağacaq – dağlıq ərazilərdə dolu, qar

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Tezadlar.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və […]

İcarəyə götürmək üçün ofis axtarılır – daha ətraflı

Sosial Xidmətlər Agentliyi  (VÖEN: 1405196831) açıq müsabiqə elan edir. Tezadlar.az  xəbər verir ki, müsabiqə “İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması”na aiddir. Satınalmanın ehtimal olunan qiyməti iki yüz altmış üç min səkkiz yüz səksən manat 80 qəpikdir. Təkliflərin son təqdim olunma tarixi 20 oktyabr 2025-ci il saat 17:00-a kimidir. Zərflərin açılışı […]

AVTOBUS VƏ METRODA GEDİŞHAQQI ARTIRILDI, BƏS DƏMİR YOLLARI? – BƏXTİYAR HACIYEV CAVABLANDIRDI

Azərbaycan Dəmir Yollarında gediş haqqında artım gözlənilmir. Tezadlar.az  xəbər verir ki, bu barədə ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib. Hazırda Bakı-Sumqayıt qatarlarında gedişhaqqı 1.20 qəpik, Bakı-Biləcəri üzrə 0.60 qəpik, Bakı-Pirşağı xətti üzrə 1 azn təşkil edir. Qeyd edək ki, 1 oktyabr 2025-ci il tarixindən metro nəqliyyatında və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş […]

Azərbaycan-Özbəkistan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş videoçarx

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan-Özbəkistan diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar videoçarx hazırlandı. Videoçarxda Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin sitatları var. Qeyd olunur ki, Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə qurulmuşdur. Videoçarxda Ümummilli […]

Professor İlham Rəhimovun yeni kitabı çapdan çıxıb- FOTO

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvanın “Elm” (“Наука”) nəşriyyatı tərəfindən “Cəza haqqında təlim” (“Учение о наказании”) adlı yeni kitabı çapdan çıxıb. Tezadlar.az xəbər verir ki, cinayət hüququ və kriminologiya sahəsində mühüm mənbə olan bu tədqiqat cəzalar nəzəriyyəsinin nəzəri və praktiki aspektlərini əhatə edir. Kitaba professor İlham […]

Çəltik və Düyü Festivalı keçirilib – FOTOLAR

Masallı rayonunda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub. Tezadlar.az  Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Festival çərçivəsində Masallı rayonunda çəltikçilik sahəsində görülən işlər və bu sahənin potensialı geniş şəkildə təqdim olunub. Festival iştirakçıları düyüdən hazırlanan ərzaq və […]

Putin orduya çağırışla bağlı fərman imzalayıb: 135 minlik çağırış!

Rusiya Prezidenti Vladimir Putin 2025-ci ildə payız çağırışı haqqında fərman imzalayıb. Tezadlar.az  “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. “2025-ci il oktyabrın 1-dən dekabrın 31-dək payız çağırışı zamanı Rusiya Silahlı Qüvvələrinə 135 min nəfər çağırılacaq”, – sənəddə qeyd olunub.

Bu hərbi qulluqçuların xidmət müddəti artırılır

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır. Tezadlar.az   xəbər verir ki,  bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, […]

Lombardda Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin məhkəməsi keçirilib

Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə məhkəməsi davam edib. Tezadlar.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb. Onlar cinayət işi üzrə təqsirli bilinərlərsə, […]

Elza Seyidcahan “Lombard Xəyal”ın məhkəməsində ifadə verdi

Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən “Lombard Xəyal” olaraq tanınan Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Tezadlar.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq pul müqabilində […]

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti bu qədər olacaq

Verilən təkliflərə rəğmən, gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır. Tezadlar.az xatırladır lki,  “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti […]

Tanınmış hüquqşünas Adnan Əhmədzadədən yazmayacaq, çünki…

“Hörmətli izləyicilər, Adnan Əhmədzadə məsələsinin nə qədər ciddi olmasına baxmayaraq fikir bildirmədiyimi görürlər. Birincisi, vaxtilə Beynəlxalq Bank məsələsinə ciddi yanaşıb bir neçə paylaşım etmişdim. Nəticəsi o oldu ki, Beynəlxalq Bankda Dövlət payının (o dövrdə səhmlərin təxminən 90% Dövlətə məxsus idi) idarə edilməsinə cavabdeh olan Maliyyə naziri Samir Şərifov nəinki heç bir məsuliyyət daşımadı, hətta uzun […]

Məhkəmə hərbi diplomların satıldığı saytları qadağan edib

Moskvanın Şerbinski Rayon Məhkəməsi Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan universitetin saxta diplomlarını və xidməti şəxsiyyət vəsiqələrini satan saytların bloklanması barədə qərar çıxarıb. Tezadlar.az xəbər verir ki, iddia hərbi prokuror tərəfindən qaldırılıb. Məhkəmə faylına görə, bu internet saytları istifadəçilərin saxta sənədləri satmaq üçün öz xidmətlərini təklif etdikləri forumları əhatə edir. Məhkəmənin qərarı nəticəsində müxtəlif dövlət qurumlarının […]

Həmişə üzü gülən Əməkdar artist Cabir İmanov vəfat edib

Əməkdar artist, həmişə üzü gülən və hamını güldürən, təbəssüm bəxş edən Cabir İmanov vəfat edib. Tezadlar.az xəbər verir ki, Cabir İmanov bu gün infarkt keçirərək dünyasını dəyişib. Xatırlatma: Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN […]

Palata Kənd Təsərrüfatı Nazirliyi yanında AXA-da audit keçirdi və məlum oldu ki, burda da…

Aqrar Xidmətlər Agentliyi dövlət vəsaitini səmərəsiz xərcləyib. Tezadlar.az   xəbər verir ki, Hesablama Palatasının auditinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) satınalmaları zamanı dövlət vəsaitlərinin səmərəli istifadəsi təmin olunmayıb. Hesabatda qeyd olunur ki, 2023-cü ildə Agentlik tərəfindən Kosta-Rika mənşəli 51 949 dəst feromon tələsi 1,67 mln. manata yaxın vəsait hesabına satın alınıb. Bir […]

“Rusiyanın işğalı və Saakaşvilinin xəyanəti arasında heç bir fərq yoxdur”

“Rusiya Gürcüstanın ərazilərinin 20%-ni işğal edib və bu işğalın əsas səbəbkarı Saakaşvilinin xəyanətidir. Rusiyanın işğalı və Saakaşvilinin xəyanəti arasında heç bir fərq yoxdur, çünki bu, eyni şəkildə Gürcüstanın təhlükəsizliyinə zərər verib”. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, bu sözləri Baş Nazir İrakli Kobaxidze, Qəhrəmanlar Memorialına ziyarət edərkən jurnalistlərə müsahibəsində qeyd edib. Kobaxidze, prezident Mixail Kavelaşvilinin […]

Bütün Rusiyada sirenlər səslənəcək

Oktyabrın 1-də Rusiya ümummilli ünvan sistemlərini sınaqdan keçirəcək. Tezadlar.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib. “Rusiya regionlarında ictimai ünvanlandırma sistemlərinin planlı, genişmiqyaslı sınağı keçiriləcək. Bu sistemlər təbii və ya texnogen xarakterli təhlükə və ya fövqəladə hallar zamanı əhalini operativ şəkildə xəbərdar etmək üçün nəzərdə tutulub”, – məlumatda deyilir. Nazirliyin mətbuat […]

Moldova müxalifəti etiraz aksiyaları keçirmək niyyətindədir

“Qələbə” bloku öz hərəkətlərini müzakirə etmək və moldovalıları seçkilərdən sonra etiraz aksiyaları keçirməyə çağırmaq niyyətindədir. Tezadlar.az xəbər verir ki, bunu müxalifət blokunun lideri İlan Şor deyib. “Bəli, biz etirazlara çağıracağıq. Biz aydın başa düşürük ki, yaxın bir-iki gün ərzində həmkarlarımızla fəaliyyət planını müzakirə edəcəyik, bundan sonra seçicilərimizə müraciət edəcəyik”, – İlan Şor aydınlıq gətirib. Xəbər […]

Saakaşvili dövlətə 9 milyon lari ödənməlidir ki…

Bu gün Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı qərar qəbul edib. Tezadlar.az  xəbər verir ki, məhkəmə Maliyyə Nazirliyinin iddiasını təmin edərək dövlət büdcəsindən mənimsənildiyi deyilən 9 milyon larinin geri qaytarılmasına qərar verib. Qərara əsasən, Saakaşvili və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teimuraz Janaşiya dövlətə ümumilikdə 9 milyon lari ödəməlidirlər. Xatırladaq ki, […]

Sandunun müxalifət qüvvələri 49,84% səs toplayıb

Səslərin 99,91%-i qəbul edilib Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 29-da verdiyi məlumata görə, səslərin 99,91 faizi emal edildikdən sonra Moldova müxalifəti parlament seçkilərində 49,84 faiz səs toplayıb. Tezadlar.az xəbər verir ki, bu məlumatlara görə, hakim Fəaliyyət və Həmrəylik partiyası xarici səslər sayəsində 50,16% səs toplayıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 52,2 faiz olub. […]

Volqoqradda terror hadisəsi ilə bağlı əcnəbi saxlanılıb

Rusiya FTX əməkdaşları Volqoqradda terror aktlarına çağırış edən əcnəbi vətəndaşı saxlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə FTX-nin Volqoqrad vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb. “Bölgədə terror fəaliyyətinə yardım etməkdə və açıq şəkildə terror fəaliyyətinə çağırışda şübhəli bilinən əcnəbi vətəndaşa qarşı qeyri-qanuni fəaliyyət dayandırılıb”, – deyə agentlik məlumat yayıb. İstintaqın məlumatına görə, 28 yaşlı […]

Moldovada müxalifət seçkinin nəticələrini tanımaqdan imtina edib

Moldova müxalifəti hakim partiyanın qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımır və sakinləri etiraz aksiyalarında iştirak etməyə çağıracaq. Tezadlar.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalının efirində “Qələbə” müxalifət blokunun lideri İlan Şor deyib. “Dünən seçki yox, təyinat idi. Bəli, biz təbii ki, bütün nəticələrdən apellyasiya şikayəti verəcəyik. Seçkilər olmadığına görə seçkilərin nəticələrini tanımayacağıq, bu, təyinat […]

Ukrayna öz ərazisinin bir hissəsini Rusiyaya verə bilər

Ukrayna Rusiya ilə münaqişənin həlli çərçivəsində ərazisinin bir hissəsini vermək məcburiyyətində qalacaq. Tezadlar.az telex-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr nazirinin müavini Levente Madyar deyib. “İndi Ukrayna öz ərazisinin beşdə birini verməli olacaq”, – o deyib. Macarıstan XİN rəhbərinin müavininin sözlərinə görə, Kiyev ölkənin həyat qabiliyyətini qorumaq və ya bir […]

Qəbzləri diqqətli oxuyun: Dələduzlar bu dəfə alıcıları yox, satıcıları hədəf seçiblər -VİDEO

Onlar müxtəlif yollarla saxta çek ataraq artıq ödəniş etdiyini deyir və pulunun qalığını satıcılardan geri istəyir. Tezadlar.az xəbər verir ki, mövzuya münasibət bildirən İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Ekspert Əmrah Mövsümzadə deyir ki, son vaxtlar bu cür hallar artıb. Onun sözlərinə görə, bu hallar dələduzluq, maliyyə fırıldaqlığı kateqoriyasina daxildir və ciddi hüquqi məsuliyyət yaradır: “Belə hallarda hər […]

Россия использует танкеры для запуска дронов в странах Европы -Зеленский

Президент Владимир Зеленский со ссылкой на данные разведки заявил, что россияне используют танкеры для запуска и управления дронами в странах Европы. Как сообщает tezadlar.az источник вечернее обращение президента. “Особенно важно, чтобы санкции болезненно ударили по российской торговле энергоресурсами, по всей инфраструктуре танкерного флота России. Тем более сейчас есть информация от разведки, что россияне используют именно танкеры для запуска […]

Tramp Rusiyaya qarşı uzunmənzilli raket zərbələrinə icazə verdi-TƏCİLİ

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələrinə icazə verdiyini ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloq bildirib. Tezadlar.az “Fox News”a istinadla bildirir ki, Ukraynanın Rusiyaya qarşı uzaq məsafədən zərbələr endirə biləcəyi ilə bağlı Trampın mövqeyinin necə olması sualına cavabında Kelloqun birbaşa sözü belə olub: “Düşünürəm ki, onun dediklərini, eləcə də vitse-prezident Vens […]

GEDİŞHAQQI BAHALAŞDI – YENİ QİYMƏTLƏR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Tezadlar.az  bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir. Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, […]

MÜƏMMA: AYNA eyni şirkətə ümumilikdə 52,9 milyon manatlıq tendersiz sifariş verib – bir ildən də az vaxtda…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) böyük məbləğdə tendersiz satınalmaları məlum olub. Tezadlar.az xəbər verir ki, söhbət eyni xidmətin bir neçə hissə ilə eyni şirkətə sifariş verilməsindən gedir. Belə ki, AYNA Bakı şəhəri və respublikanın digər ərazilərində xətləmə və nişanlama işi ilə bağlı böyük sifarişləri tendersiz olaraq STP-BTECH MMC-yə verib. Agentliklə «STP-BTECH» MMC-nin əməkdaşlığı 2024-cü ildən, «STP-BTECH» […]

6 ayda icbari tibbi sığorta hesabına 30 minə yaxın doğuş icra olunub

Hamilə qadınlara göstərilən tibbi xidmətlərin mühüm bir hissəsi icbari tibbi sığorta hesabına qarşılanır. İcbari Tibbi Sığorta Dövlət Xidmətindən “Təzadlar”a bildirilib ki, bu xidmətlər həm ana, həm də körpənin sağlamlığını qorumaq, hamiləlik və doğuş dövründə yarana biləcək fəsadların qarşısını almaq məqsədi daşıyır. Hamilə qadınların hamiləliyin müxtəlif mərhələlərində müvafiq müayinələrdən keçməsi icbari tibbi sığorta ilə qarşılanır. Bu […]

Bakıda keçirilən “İNMerge” Sammitinə BANM-ın 3 startapı da təqdim olunacaq

Bu gün məşhur İNMERGE Sammiti Bakıda öz işinə başlayır. BANM-ın 3 startap layihəsi belə mötəbər Sammitdə təqdim olunacaq. Tezadlar.az xəbər verir ki,  bu barədə Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov sosial media hesabında məlumat verib. Rektor BANM-nin komandalarına  uğurlar arzulayıb. Qeyd edək ki,  bu gün  Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı “INMerge” İnnovasiya Sammiti-2025 keçirilir. Layihənin […]

Xankəndidə sənədli filmin təqdimatı keçirildi

… Zənglər çoxdu. Amma bu zəng başqa bir zəngdi. Zəfərimizin zəngi. Çiskinli bir payız günündə yolum Xankəndinədir. Qarabağ Universitetində keçirilən növbəti tədbirə tələsirəm. Bu günkü günümüzün adı Zəfər zəngidir… Bundan gözəl nə ola bilər!? Akt zalı dolub-daşır. Hamının üzündən həm sevinc, həm də kədər vardı… Axı otuz il işğal altında qalmış torpaqlarımızı Vətən edən oğulların […]

Torpağı Vətən edən oğulların qəhrəmanlıq dolu savaşı…

qarabaq-aticma

 …27 sentyabr 2020-ci il tarixində Azərbaycanın qəhrəmanlıq salnaməsində yeni səhifə açıldı. Bu tarixi zəfərin başlanğıcı olan səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı sayəsində açıldı. 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim […]

Maiya Sandu Moldovada qalib siyasətçi oldu

Dünən sentyabrın 28-də Moldovada keçirilən parlament seçkilərində prezident Maiya Sandunun hakim Avropayönümlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) liderdir. Tezadlar.az xəbər verir ki, bu haqda Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir. Yenilənmiş məlumatlara əsasən, MSK artıq seçki məntəqələrindən daxil olan məlumatların 97,93%-ni sayıb və nəticələr aşağıdakı kimidir: PAS – 49,54%; Vətənpərvərlər Bloku – 24,57%; Alternativ Blok […]

Əslən Qarabağdan olan türkiyəli şair Yavuz Bülent Bakiler dünyadan köçdü

Ötən gün Türkiyəli şair Yavuz Bülent Bakiler vəfat edib. Tezadlar.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət Nazirliyi məlumat yayıb. Yavuz Bülent Bakiler əslən azərbaycanlıdır, babaları Qarabağdan Sivasa köçüb. Qeyd: 89 yaşlı şair “Harman”, “Yalnızlık”, “Duvak” ve “Seninle” kimi şeir kitablarıyla məşhur idi. Şair həmçinin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına dərindən bağlılığı ilə […]

Fransa “Greenpeace”-in həmtəsisçisinə siyasi sığınacaq verməkdən imtina edib

Fransa hökuməti kanadalı kapitan və ətraf mühit təşkilatları “Greenpeace” və “Sea Shepherd”-in həmtəsisçisi Paul Vatsona sığınacaq verməkdən imtina edib. Tezadlar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Telekanalın məlumatına görə, Vatson Fransanın Qaçqınların və Vətəndaşlığı olmayan Şəxslərin Müdafiəsi İdarəsinin (OFPRA) ona siyasi sığınacaq verəcəyinə, bu isə onu Yaponiyaya ekstradisiyadan qoruyacağına ümid etdiyini bildirib. Bununla […]

Moldova seçkilərində müxalifət qüvvələri liderlik edir

Səslərin 50,04 faizi işləndikdən sonra müxalifət partiyaları, o cümlədən “Vətənpərvərlər Bloku” 51,02 faiz səs toplayıb, hakim Fəaliyyət və Həmrəylik Partiyasını qabaqlayıb. Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir. MSK-nın məlumatına görə, seçki məntəqələrinin səslərinin 50,04 faizi işləndikdən sonra Moldovada keçirilən parlament seçkilərində prezident Maya Sandunun hakim partiyası […]

Seçki ilə bağlı mitinqdə yaranan izdihamda 40 nəfər ölüb

Hindistanda seçki mitinqində yaranan izdihamda 40 nəfər ölüb. Həlak olanlar arasında on uşaq da var. Daha 100-ə yaxın iştirakçı yaralanıb. Tezadlar.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. İnsident sentyabrın 27-də Karur şəhərində yeddi saat gec gələn hind aktyoru və siyasətçisi Vicayın seçki kampaniyası zamanı çıxışı zamanı baş verib. Bu müddət ərzində mitinq meydançasına […]

Belqorod və Kursk vilayətləri üzərində Ukraynanın 14 PUA-sı vurulub

Saat 13:30-dan 23:00-a qədər hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti üzərində 13 PUA, Kursk vilayəti üzərində isə Ukraynaya məxsus 1 PUA vurub. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Sentyabrın 28-də Moskva vaxtı ilə saat 13:30-dan 23:00-a qədər hava hücumundan müdafiə sistemləri Ukraynanın 14 sabit qanadlı pilotsuz uçuş aparatını məhv edib: […]

Prezident İlham Əliyev MDB Oyunlarının açılışında şəhid övladları ilə görüşüb

III MDB Oyunlarının Gəncədə keçirilən açılış mərasimində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Tezadlar.az AzərTAC- a istinadla xəbər tədbir çərçivəsində dövlət başçısı və xanımı əvvəlcə Vətən müharibəsi zamanı Gəncəyə edilən raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxınlarını itirmiş, həmçinin, həmin hücumlarda xəsarət almış uşaqlarla görüşüblər. Prezident İlham Əliyev görüş zamanı […]

Tramp Qəzza sülh razılaşmasını yekunlaşdırmaq planlarını açıqlayıb

ABŞ prezidenti Donald Tramp bu gün İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Qəzza zolağında sülh sazişini yekunlaşdırmaq planlarını açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir. Amerika lideri Qəzza sülh planına İsrail və ərəb ölkələrindən “çox yaxşı cavab” aldığını bildirib. O, həmçinin qeyd edib ki, o, təkcə Qəzza problemini həll etmək […]

“AzerGold” kollektivi Anım günündə şəhidlərimizin xatirəsini yad etdi

 27 Sentyabr – Anım Günü, Vətən müharibəsininbaşlamasının 5-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və“AzerBlast” MMC-nin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsində parlaqqələbənin, xalqımızın göstərdiyi misilsiz qəhrəmanlığınınvə şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər Parkını ziyarət ediblər. QSC- nin mətbuat xidmətindən “Təzadlar”a bildirilib […]

Lukaşenko Trampı Aİ-yə silah satmağı planlaşdırmamağa çağırıb

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampı Amerika silahlarının Avropa ölkələrinə mümkün satışı ilə bağlı heç bir plan qurmamağa çağırıb. “Mən istəyərdim ki, “silahları avropalılara verəcəm və Ukraynanı istədikləri ilə təmin etsinlər” kimi planların işlənməməsini istərdim. Baxın, biz böyüklərik, elə deyilmi?”, – Tezadlar.az xəbər verir ki, Lukaşenko cümə günü Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan […]

Rusiya Ukraynada işıqları kəsməyə hazırlaşır – Zelenski

Ukrayna lideri Vladimir Zelenski bəyan edib ki, Rusiya Ukraynada işıqları kəsməyə hazırlaşır. Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşrinin Telegram kanalı məlumat yayıb. Onun sözlərinə görə, işıqların kəsilməsi bu ilin payızında baş verə bilər. O, həmçinin qeyd edib ki, Rusiya öz kölgə cəbhəsinə aid tankerlərdən Avropaya pilotsuz təyyarələr göndərir. Bundan əvvəl Zelenski Moskvanın enerji […]

Vens Miçiqanda baş verən atışmaya emosional reaksiya verib

Vitse-prezident J.D.Vens bildirib ki, Ağ Ev Miçiqandakı atışmalara nəzarət edir. Tezadlar.az xəbər verir ki, bundan əvvəl polis Miçiqan ştatının Qrand Blan şəhərində mormon kilsəsinə hücum nəticəsində bir neçə nəfərin yaralandığını bildirmişdi. Vens sosial mediada “Miçiqanda dəhşətli vəziyyətdir” yazıb. “Bütün administrasiya vəziyyəti izləyir”, – o qeyd edib. FTX direktoru Keş Patelin sözlərinə görə, FTX agentləri şəhər […]

Lukaşenko NATO-nu hədələyib

Əgər NATO Rusiya və ya Belarus təyyarəsini vurarsa, cavab dərhal veriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə respublika rəhbəri Aleksandr Lukaşenko jurnalist Pavel Zarubinə bildirib. Onun sözlərinə görə, əgər NATO ölkələri, məsələn, Belovejskaya Puşçada təyyarəni vursalar, cavab dərhal veriləcək. O əlavə edib ki, bu halda Belarus “bütün gücü ilə” mübarizə aparmalı olacaq. Bununla belə, Lukaşenko […]

Tanınmış İsrail politoloq və yazıçısı Mark Qorin Anım gününü belə xatırladı- VİDEO

Bakıda anadan olmuş, uzun illər Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş, bir müddətdir İsraildə yaşayan, ölkənin «Sputnik» qəzetinin baş redaktoru, yazıçı-jurnalist Mark Qorin Azərbaycanın qələbə ilə nəticələnmiş Vətən müharibəsinin 5 illiyi ərəfəsində Anım günü ilə bağlı şəhidlərimizi yad edib. Politoloqun “Təzadlar”a göndərdiyi video- müraciətini təqdim edirik: https://www.youtube.com/watch?v=h6TMnZr_S30

Xocalıda anım günü keçirildi…

…Bu səhər başqa bir səhər idi. Zəfərimizin məkanında- Xocalıda Anım gününə tələsirdik. Nəfəs almamız üçün son nəfəslərini verən şəhidlərimizi yad edəcəyik… Düz 33 bundan öncə Xocalıdan qarlı- çovğunlu bir gecədə ayaqyalın, başıaçıq çıxanda ağlımıza gəlməzdi  o vaxtlar körpə olan balalar böyüyəcək, bu torpaqları işğaldan azad edəcəklər. Torpaqlarımızı qaytaran özləri qayıtmayan oğullar haqqınız ödənməz… 5 il […]

İsrailin Qəzzada irəliləyişləri üzə çıxdı

İsrail Müdafiə Qüvvələri (İMQ) anklavda davam edən hücumu çərçivəsində Qəzza şəhərinin yarıdan çoxunu ələ keçirib. Tezadlar.az xəbər verir ki, bu barədə “Jerusalem Post” (JP) mənbələrə istinadən məlumat yayıb. “İMQ-nin ərazi qazanmaları Gideonun arabaları 2 əməliyyatı çərçivəsində müxtəlif bölmələrin bir neçə bölgədə koordinasiyalı fəaliyyətinin nəticəsi olub”, – hesabatda deyilir. Bundan əlavə, nəşr Qəzza şəhərinin bir milyon […]

“Azərbaycanın uğurlu siyasəti Ermənistanı reallığa uyğunlaşmağa vadar edir” – Azad Məsiyev

“44 günlük Vətən savaşından sonra Azərbaycan bölgədə yeni siyasi situasiya yaradıb. Regionda Azərbaycanın iradəsi ilə iqtisadi və siyasi proseslər inkişaf etməkdədir. Lakin Ermənistan daxilində müəyyən qüvvələr Azərbaycanın uğurlu siyasətini qəbul etmək istəmirlər. Ermənistan cəmiyyətində hələ də “dənizdən-dənizə Böyük Ermənistan” ideologiyası mövcuddur. Bu ideologiya erməni kilsəsi vasitəsilə formalaşdırılıb və cəmiyyətə təqdim olunub. Paşinyan isə reallığa uyğun […]

ABŞ Qəzzada 21 maddəlik atəşkəs təklifini təqdim edib

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzada atəşkəs üçün 21 bəndlik yeni təklifini təqdim edib və İsrail mətbuatı bunu yayımlayıb. Tezadlar.az xəbər verir ki, “The Times of Israel” Uitkoffun təklif etdiyi iddia edilən 21 bəndlik plan barədə məlumat yayıb. Hesabatda qeyd olunub ki, təklifin məqsədi Qəzzada müharibəyə son qoymaq və Fələstin […]

Bakıda daha bir beynəlxalq yarış başlayır

Azərbaycanda təşkil olunan III MDB Oyunlarının açılış mərasimi bu gün keçiriləcək. Tezadlar.az xəbər verir ki, Gəncə şəhər stadionundakı tədbir saat 19:00-da start götürəcək. Tədbirdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar. Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı […]