Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı azalıb

“Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8.3 faiz azalıb. Həmin müddətdə ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib”. Tezadlar.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. Deputat körfəzdən Azərbaycana ən çox turist göndərən ölkənin Səudiyyə Ərəbistanı olduğunu bildirib: “Bu ölkədən həmin müddətdə 62 min […]

Magistraturaya maraq azalır: 3700 boş yerdən cəmi 617-si dolub

Son illər ölkəmizdə ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür. Təəssüf ki, bu fakt artıq yalnız müşahidə yox, həm də rəsmi rəqəmlərdə özünü göstərir. 2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələri bunun bariz sübutudur. Boş qalan 3700 yerə (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 nəfər seçim edib. Onlardan isə 617 nəfər […]

48 yaşlı Ramil Məmmədov zəhərlənmə nəticəsində vəfat edib

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib. Tezadlar.az-ın məlumatına görə, hadisə Uzunboyad kəndində baş verib. Kənd sakini 48 yaşlı Ramil Məmmədhənif oğlu Məmmədov yaşadığı evdə kimyəvi məhlul içib. Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Lavrov və iordaniyalı həmkarı turistlər üçün vizadan imtina haqqında saziş imzalayıblar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniyanın baş nazirinin müavini, xarici işlər və emiqrantlar naziri Ayman əs-Səfədi iki ölkə vətəndaşları üçün viza rejiminin ləğvi haqqında saziş imzalayıblar. Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir. Saziş turist səfərlərinin 30 gündən çox olmayan müddətə vizadan azad edilməsini nəzərdə tutur və belə qalmanın ümumi müddəti il ərzində […]

İsrail səfiri Azərbaycanda xristian icması rəhbərləri ilə görüşüb

İsrail səfiri Ronen Kraus Azərbaycanda xristian icmasının liderləri ilə görüş keçirib. “Tezadlar” xəbər verir ki, bu barədə İsrail səfirliyinin “X” hesabında məlumat verilib. “Səfir Ronen Kraus Azərbaycanda xristian icmasının rəhbərləri ilə bir sıra görüşlər keçirib. Bu görüşlər ölkənin zəngin dinlərarası dialoq və qarşılıqlı hörmət ənənəsini bir daha nümayiş etdirib”, – məlumatda qeyd olunub. Səfir Bakı və […]

Milyarder Qod Nisanov oğlunun toyunu Qubada edəcək

Rusiyanın Azərbaycan əsilli milyarderi Qod Nisanov oğluna Azərbaycanda da toy edəcək. “Tezadlar”ın əldə etdiyi məlumata görə, toy məclisi avqustun 22-si Qubanın Qırmızı qəsəbəsində təşkil olunacaq. Məclisə Azərbaycanın nüfuzlu şəxsləri dəvət alıb. Xatırladaq ki, milyarderin oğlunun ilk toyu avqustun 17-si Rusiyada keçirilib. Həmin məclisə Xalq artistləri Miri Yusif, Röya, müğənnilər Xəyyam Nisanov, Zamiq Hüseynov və başqa azərbaycanlı məşhurların […]

İlon Maskdan ziddiyyətli açıqlama

Amerikalı biznesmen İlon Mask ABŞ-də yeni siyasi partiya yaratmaq barədə planlarını təxirə salıb. “Tezadlar” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb. Bildirilib ki, buna səbəb Maskın diqqətini sahib olduğu şirkətlərin inkişafına yönəltməkdir. Eyni zamanda, səbəblərdən biri kimi biznesmenin ölkədə üçüncü partiya yaradaraq Respublikaçılar Partiyasının nüfuzlu nümayəndələrinin dəstəyini itirmək istəməməsi göstərilib. Qəzet […]

Qobustanda torpaq uçqunu: balıqçı ölüb, biri ağır xəsarət alıb

Abşeron rayonunun Qobustan kəndində ölümlə nəticələnən torpaq uçqununun təfərrüatı məlum olub. Tezadlar.az xəbər verir ki, hadisə avqustun 19-da axşam saat 18 radələrində baş verib. Abşeron rayonunun Qobustan kənd sakinləri olan 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov, 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov və onların Abşeron rayonu, Saray qəsəbəsindən olan tanışları kəndin yaxınlığındakı Təzəkənd […]

Putin və Zelenski görüşəndə nə baş verəcəyini görmək istəyirəm – Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Vladimir Zelenski ilə görüşündə nə baş verəcəyini görmək istəyir. Tezadlar.az xəbər verir ki, o, bu barədə “ABC News”-a müsahibəsində bildirib. Trampın sözlərinə görə, onun həm Putinlə “çox uğurlu görüşü”, həm də Zelenski ilə oxşar görüşü olub. “İndi isə düşündüm ki, onlar mənsiz görüşsəydilər, daha yaxşı olar, sadəcə […]

Maskdan partiyasını yaratmaqdan imtina etməsi ilə bağlı şayiələrə münasibət

Amerikalı sahibkar Elon Mask öz siyasi partiyasını yaratmaq ideyasından imtina etdiyi barədə məlumatları təkzib edir. Tezadlar.az xəbər verir ki, o, sosial şəbəkələrdə müvafiq açıqlama verib. Maska görə, ““Wall Street Journal”-ın yazdığı heç bir şeyə heç vaxt inanmaq olmaz”. “Wall Street Journal” bir gün əvvəl İlon Maskın biznesə diqqətini cəmləmək və respublikaçıların səslərini almamaq üçün yeni […]

ABŞ Trampa Ukraynadakı hadisələrə müdaxilə etməmək barədə xəbərdarlıq edib

Respublikaçılar və ABŞ prezidenti Donald Trampın tərəfdarları Vaşinqtona Kiyev üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında iştirak etməyə icazə verdikdən sonra onu Ukraynadakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazır. Qəzetin yazdığına görə, NATO-nun 5-ci maddəsinə bənzər ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatları verməsi MAGA ideologiyasının (Make America Great Again. – […]

İran prezidentinin Belarusa səfəri əlaqələrin inkişafında yeni mərhələdir – Lukaşenko

İran prezidenti Məsud Pezeşkiyanın Belarusa rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələdir. Tezadlar.az xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko iranlı həmkarı ilə geniş tərkibdə danışıqları zamanı deyib. “Sizin səfəriniz ikitərəfli münasibətlərin inkişafında, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığımızın möhkəmləndirilməsində yeni mərhələdir. Geosiyasi təlatümlər şəraitində Minsk və Tehran əməkdaşlığı daha da inkişaf […]

Saakaşvilinin 2008-ci il seçkilərindəki rəqibi vəfat edib

Gürcüstan parlamentinin beşinci və altıncı çağırış deputatı Levan Qaçeçiladze uzun sürən xəstəlikdən sonra vəfat edib. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalı siyasətçinin qohumları və dostlarına istinadən məlumat yayıb. Qaçeçiladze xeyli vaxt idi xəstə yatırdı. O, Türkiyədə müalicə alırdı, amma nəticəsi olmadı. Onun 61 yaşı var idi. Qaçeçiladze siyasi karyerasına 1999-cu […]

Sabahın havası: 38 dərəcə isti olacaq

Azərbaycanda avqustun 21-də bəzi yerlərdə 38 dərəcə isti olacağı gözlənilir. Bu barədə Tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 […]

Avtobus qəzasında 76 sərnişin öldü- DƏHŞƏTLİ HADİSƏ

Ötən gün İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb. Tezadlar.az İRNA agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb. 3 nəfər ağır xəsarət alıb. Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabil şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşub. BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin […]

Doğru yolla gedən şan-şöhrətli adam… Rəşad Məcid- 61

 …Doğrudur, heçnədən nəsə yaratmaq Yaradana xasdır, amma deyəsən, O, bu qüdrətindən sevdiyi bəndələrinə də pay verib. Nahaq yerə söz ehtiyatımızda “yaradıcı”, “kreativ”, ‘icad” və bunlara bənzər kəlmələr yaranmayıb ki… Onun haqqında çox yazılıb, çox deyilib, təkrarlayıb vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, onu necə tanıyıramsa, elə də təsvir edim. Əvvəla onu deyim ki, heç vaxt onunla […]

Paşinyan İran prezidenti ilə bu məsələləri müzakirə edib və…

Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkiyan İrəvanda keçirdikləri görüş zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılığa gəliblər. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Paşinyan İran prezidentilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq münasibətlərin yeni mərhələyə keçidi üçün zəruri addımların atılmasının vaxtı […]

FHN “Az Filter” MMC-nin fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Tezadlar.az xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud […]

Putin Zelenski ilə görüşə hazır deyil: CNN əsas səbəbi açıqlayır

Kreml birbaşa danışıqlardan qaçır, lakin başqa formatları nəzərdən keçirir Ağ Ev Vladimir Putin və Vladimir Zelenski arasında ikitərəfli görüş hazırlamaq barədə razılığa gəldikdən sonra Kreml gözləntiləri azaldıb. Aydındır ki, rus hökmdarı Ukrayna lideri ilə danışıqlara hazır deyil – nə indi, nə də gələcəkdə, – Tezadlar.az xəbər verir ki, CNN yazır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov […]

“Ruslar trol etməyi bilir”: Putinin zarafatı Almaniyada hiddətə səbəb olub

Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutduğu bu yaxınlarda Ankoric sammiti təkcə Vaşinqtonda deyil, Amerikadan kənarda da emosiya tufanına səbəb olub. Baş verənlərə reaksiya xüsusilə Almaniyada kəskin idi. Tezadlar.az xəbər verir ki, Almaniyanın “Merkur” nəşrinin məlumatına görə, danışıqları müşayiət edən detallardan biri avropalı jurnalistlərin xüsusi qəzəbinə səbəb olub. Nəşr yazır: “Rusiyanın xarici işlər naziri Sergey […]

Növbəti 15 gün Ukraynanın təhlükəsizlik zəmanətləri üçün kritik olacaq – Makron

Fransa prezidenti Emmanuel Makron bildirib ki, qarşıdakı iki həftə Vaşinqtonda sülh danışıqlarından sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin razılaşdırılması üçün həlledici olacaq. Tezadlar.az “Politico”-ya istinadən xəbər verir ki, Fransa lideri bunu Fransanın “LCI” telekanalına müsahibəsində deyib. “Növbəti 15 gün amerikalılarla işi başa çatdırmaq və bu təhlükəsizlik zəmanətlərinə məzmun vermək üçün bizim üçün tamamilə vacibdir”, – Makron […]

Tramp özünü müharibə qəhrəmanı adlandırır

ABŞ prezidenti Donald Tramp özünü və baş nazir Benyamin Netanyahunu “müharibə qəhrəmanı” hesab etdiyini bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb. “Netanyahu yaxşı insandır, döyüşür. O, müharibə qəhrəmanıdır, biz birlikdə çalışmışıq. Düşünürəm ki, mən də qəhrəmanlıq eləmişəm. Mən o təyyarələri göndərmişəm”, – Amerika lideri iyun ayında İranın nüvə obyektlərinə hava zərbələri endirmək […]

İran mollaları Xəzərin adını dəyişdirmək istəyir-SƏBƏB

İran rəsmiləri bildiriblər ki, Xəzər dənizinin adını yəhudilər qoyublar və oranın adını dəyişib Mazandaran gölü qoyaq. Tədqiqatçı  Zaur Əliyev bu məsələyə dair maraqlı şərh verib:  “…Xəzər dənizi haqqında ilkin məlumatlar eramızdan əvvəl IX əsr Assuriya mənbələrinə aiddir. Qədim assuriyalılar bu dənizi “Gündoğan dəniz” adlandırmışlar. E. ə. V əsrdə yunan müəllifləri Hekatey Miletli və Herodot bu […]

Gəncədə 10 manata görə 15 yaşlı uşağı öldürdü…

Ötən gün Gəncədə 15 yaşlı yeniyetmənin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub. Tezadlar.az bildirir ki, hadisə 10 manat borc üstündə baş verib. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Arif Hətəmovun qətlə yetirilən 2010-cu il təvəllüdlü Tunar Məmmədova 10 manat borcu olub. Hadisədən bir gün əvvəl Arif Hətəmov borcunu Tunar Məmmədova qaytarıb. Sonrandan Arif Hətəmov qətlə […]

Rusiya üzərində Ukraynaya məxsus 42 PUA vurulub

Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 42 pilotsuz uçan aparatı məhv edərək ələ keçirib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Avqustun 20-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 42 pilotsuz təyyarə tipli uçuş aparatını ələ keçirib və məhv edib: 14-ü Voronej vilayəti, 8-i […]

Zelenski ABŞ-dakı danışıqlarda çıxışı ilə az qala Trampı qəzəbləndirdi

Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyevin prioritetlərini ətraflı sadalamağa başlayanda Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı az qala qəzəbləndirdi. Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb. Məlumata görə, Zelenski ABŞ prezidenti və Avropa ölkələrinin nümayəndə heyətləri qarşısında çıxışı zamanı dinləyiciləri, xüsusən də Trampı qıcıqlandırmağa başlayan Ukraynadakı münaqişəyə son qoymaq üçün […]

Putin- Zelenski görüşünə hazırlıq son mərhələdə

Tramp dünyəvi sülhpərvər olduğunu sübut etmək üçün var qüvvəsini səfərbər edib… Belə ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüşün hazırlanma mərhələsində olduğunu bildirib. xəbər verir ki, o, amerikalı jurnalist Mark Levinə müsahibəsində müvafiq bəyanatla çıxış edib. “Prezident Putinlə çox uğurlu görüş keçirdim. Prezident Zelenski ilə […]

Rusiyada deputatlardan əcaib təklif: miqrant uşaqların ölkəyə girişinə qadağa

Rusiyada ağlını və danışığını itirənlərin sayı durmadan artmaqdadır… Belə ki, Rusiya Dövlət Dumasına azyaşlı əcnəbilərin qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim olunub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, müəllifi deputatlar Nina Ostanina və parlamentin əmək komitəsinin rəhbəri Yaroslav Nilov olan müvafiq sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib. Onlar yetkinlik […]

“Qarabağ” bu dəfə də qələbə qazandı…

Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”a (Macarıstan) qalib gəlib. Tezadlar.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb. İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə “status-kvo”nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən […]

Narkozda olan qadının videosu ilə bağlı Baş Prokurorluqda araşdırma başlanılıb

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib. Qeyd olunub ki, daxil olan sorğularda əməliyyatın “Dost Estetik Mərkəzi”ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə […]

Şabranda itkin düşən 17 yaşlı qız Bakıda aşkarlanıb

Şabranda iyunun 19-dan itkin düşən 17 yaşlı qız tapılıb. DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 17 yaşlı Aytən Ömərova Bakı şəhəri ərazisindən tapılaraq ailəsinə təhvil verilib. *** 16 avqust, saat: 10:31 Şabranda yeniyetmə qız itkin düşüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Tezadlar.az-a verilən xəbərə görə, Şabran rayonu ərazisində […]

Danışan tutuquşu narkodəstəni ifşa etdi – 15 nəfər həbs olundu

Böyük Britaniyanın Blekpul şəhərində polis bütöv bir narkotacir dəstəsini danışan tutuquşu sayəsində ifşa edə bilib. Ağıllı quşun, axmaq narkotacirlərin və sosial şəbəkələrin “ittifaqı” hüquq-mühafizə orqanlarının cinayətkarların izinə düşməsini xeyli asanlaşdırıb. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, dişi danışaan tutuquşu Manqonu küçə narkotacirinə xas üslubda danışmağa öyrədiblər. Məsələn, o, “iki ədəd 25-ə” deyirdi ki, bu da iki […]

Televizorum məni dinləyirmi?

İnternetə qoşulmuş smart televizorlar sizin baxış vərdişlərinizi izləmək və məlumat toplamaq potensialına malikdir. Amma kibertəhlükəsizlik ekspertlərinin məsləhəti ilə siz bu funksiyalara nəzarət edə və məxfiliyinizi qoruya bilərsiniz. “Tezadlar” xarici mətbuata istinadən xəbər verir ki, ağıllı televizorlar internetə çıxış, daxili kameralar və mikrofonlar kimi xüsusiyyətlər təklif etməklə əyləncə təcrübəmizi zənginləşdirir. Bununla belə, bu qurğular çoxlu sayda […]

Qida Təhlükəsizliyi Agentliyi çörək sexini bağladı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şərur rayonu Aşağı Aralıq kəndində fəaliyyət göstərən Dünyamalıyev Məmiş Əziz oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib. Agentlikdən “Tezadlar”ın yerli bürosuna verilən xəbərə görə, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin […]

Bu bürclər sevinc göz yaşları tökəcək

Yaxın günlərdə Çin ulduz falının 5 bürcünün nümayəndələri inanılmaz hadisələrlə qarşılaşacaqlar.  Tezadlar.az bildirir ki, tale onlara sevinc göz yaşları gətirəcək sürprizlər atacaq. Çin ulduz falı kimə yaxşı xəbər vəd edir? At (1954, 1966, 1978, 1990, 2002, 2014) Sizi qəfil tapacaq xəbərlər köhnə qayğıları dağıdacaq. Çoxdan inandığınız, lakin heç bir sübutunuz olmayan şeyin təsdiqini alacaqsınız. Uzun müddətdir havada […]

Baş məşqçinin hərəkəti komandaya baha başa gəldi

Rusiyanın Novosibirsk şəhərinin “Qudaouta” futbol komandası baş məşqçi Aleksey Prihodkonun hakimi Artyom Petrenkoya zərbə vurması ilə bağlı qalmaqaldan sonra fəaliyyətini dayandırıb. Tezadlar.az yerli mediaya istinadla xəbər verir ki, insident avqustun 13-də “Proqrestor”la oyunda baş verib. Oyunun 72-ci dəqiqəsində “Qudaouta” futbolçuları və baş məşqçi hesab ediblər ki, hakim “ofsayd”ı qeydə almayıb. “Qudaouta” oyunçusu emosional şəkildə etiraz edib və hakim […]

Rəqsanə İsmayılovanın vəkili: “Səhhətində problemlər var”

Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır. Tezadlar.az xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib. “Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm mənə versinlər ki, onları məhkəməyə təqdim edim”. Xatırladaq […]

Azərbaycan səfirinin Tramp haqda açıqlamasını Ağ Evin sözçüsü paylaşdı

Ağ Evin sözçüsü Karolin Leavit özünün “X” hesabında Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin “Washington Examiner”-ə verdiyi müsahibəni paylaşıb. Tezadlar.az xəbər verir ki, Xəzər İbrahim “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı “əsl sülhməramlı” kimi qiymətləndirib” başlığı ilə yayımlanan müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanmasında Tramp Administrasiyasının rolunun vacibliyini vurğulayıb. Diplomatın sözlərinə görə, Trampın […]

Rusiya lideri Zelenski ilə Moskvada görüşmək istəyir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə Moskvada görüş keçirməyi təklif edib. “Tezadlar” xəbər verir ki, bu barədə AFP məlumatlı mənbələrə istinadən bildirib. Agentliyin məlumatına görə, Putin müvafiq təkliflə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı çıxış edib.

Türkiyə səfiri Birol Akgün Hikmət Hacıyevlə görüşdü

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. “Tezadlar” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.

Maştağada Narkoloji Tibb Müəssisəsinin tikintisinə milyonlarla manat yönəldiləcək

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davam etdirilməsinə 18,472 milyon manat xərclənəcək. “Tezadlar” bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətinin elan etdiyi açıq tenderin qalibi “Uni Ko” MMC olub.

Türkiyə XİN rəhbəri həmkarları ilə Ukrayna müharibəsi və Qəzza böhranını müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bedr Abdulati, Böyük Britaniyadan olan həmkarı Devid Limmi və Almaniyanın baş diplomatı Yohann Vadeful ilə telefonla danışıb. “Tezadlar” xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Qeyd olunub ki, H.Fidan həmkarları ilə Rusiya-Ukrayna müharibəsini və Qəzzada davam edən humanitar böhranı müzakirə edib. Tərəflər Vaşinqton və Alyaskada baş […]

Çinli qadın 4 ildə 3 uşaq doğaraq həbsini təxirə saldı

Çindən qadın 5 illik həbs cəzasından yayınmaq üçün 4 il ərzində 3 uşaq dünyaya gətirib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, Çen Hun 2020-ci ilin dekabrında dələduzluğa görə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin hamilə qadınlara və yeni doğulmuş körpəsi olan analara cəzanı həbsxanadan kənarda, nəzarət altında çəkməyə imkan verən qanun normaları sayəsində o, […]

Ağ Ev Ukrayna ilə bağlı “yaxşı sövdələşmə” üçün şərti açıqlayıb

Ukraynadakı münaqişə ilə bağlı “yaxşı sövdələşmə” hər iki tərəfdə bir qədər narazılıq deməkdir. Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt YouTube-da yayımlanan brifinq zamanı deyib. “ABŞ prezidenti Donald Tramp hər iki tərəfin nə istədiyini, hər iki tərəfin nədən imtina etməli olduğunu başa düşür və o, həmişə deyib ki, yaxşı bir razılaşma […]

Avqustda sürpriz: İrkutsk vilayətinə ilk qar və dolu yağıb

Rusiyanın İrkutsk vilayətinə ilk qar və dolu yağıb. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, sosial şəbəkələrdə yayılan kadrlarda qarla örtülmüş yollar və həyətyanı sahələr görünür. Hidrometeoroloji mərkəzi əvvəlcədən 20 avqustdan sonra tədricən havaların soyuyacağı barədə xəbərdarlıq etsə də, bu qədər kəskin dəyişiklik gözlənilməz olub. Sinoptiklər həftəsonu — 23–24 avqustda qısamüddətli istiləşmə olacağını, sentyabrda isə bölgədə ənənəvi […]

53 illik səhnə yoluna son: Sofya Şelmenkina vəfat etdi

Rusiyanın Nijni Novqorod teatrının aktrisası Sofya Şelmenkina meşədə azaraq həyatını itirib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, vida mərasimi bu gün, avqustun 19-da keçirilib. Sofya Şelmenkina yaradıcılıq yoluna Stavropol Kukla Teatrında başlayıb, daha sonra isə Qorki (indiki Nijni Novqorod) teatrında davam etdirib. 53 illik sənət fəaliyyətində o, uşaqlar üçün səhnələşdirilən klassik tamaşalarda 40-dan çox obraz yaradıb. […]

Tramp Ukrayna ilə bağlı növbəti görüşlər üçün daha bir ay gözləmək istəmir – Ağ Ev

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının sülh yolu ilə həllinə dair yeni görüşü bir ay gözləməkdə maraqlı deyil və münaqişənin tez bir zamanda bitməsinə nail olmaq istəyir. Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə deyib. “O (Tramp – RED.), bu müharibənin bitməsini görmək istəyir və növbəti görüşü daha bir ay […]

Kreml Azərbaycanın inkişafını qəbul etmir

Raket zərbələri təkcə Ukraynaya deyil, həm də region ölkələrinin maraqlarına qarşı yönəlib. Bunu “Tezadlar”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı enerji infrastrukturunun Rusiya tərəfindən hədəfə alınması və vurulması təsadüfi deyil və sırf hərbi məqsəd də daşımır: “Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olması, Avropaya çıxardığı enerji resurslarının həcmini artırması […]

Azərbaycanın ümumi dövlət borcu 2026-cı ilin əvvəlində 28,4 milyard manata çatacaq

Bu ilin I yarısında Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmənin hamarlaşdırılması, habelə dövlət istiqrazları üzrə faiz xərclərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində qənaətin formalaşması proqnozlaşdırılır. “Tezadlar” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci […]

Elşad Abdullayevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə verildi

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Baxış iclası sentyabrın 2-nə təyin edilib. Qeyd edək […]

Donald Tramp: Avropanın böyük dövlətləri Ukraynada qoşun yerləşdirmək planındadır

Fransa, Böyük Britaniya və Almaniya sülhün əldə olunduğu təqdirdə öz hərbçilərini Ukrayna ərazisində yerləşdirməyə hazırdırlar. “Tezadlar” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib. “Fransa və Almaniya, eləcə də Böyük Britaniya öz qoşunlarını Ukraynada yerləşdirmək istəyir. Bunun problem olacağını düşünmürəm”, – o qeyd edib.

SOCAR süni intellekt və bərpaolunan enerji texnologiyalarının tətbiqi barədə beynəlxalq müzakirə aparıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Arthur D. Little” şirkəti arasında sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. “Tezadlar” xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Arthur D. Little” şirkətinin partnyoru, enerji, kommunal xidmətlər və resurslar üzrə qlobal rəhbəri Mikael Kruse arasında keçirilən görüşündə aparılıb. […]

Bakıdakı görüş: Litva və İsrail Cənubi Qafqazdakı prosesləri dəyərləndirib

Litva və İsrail səfirləri Bakıda Cənubi Qafqazdakı siyasi vəziyyəti və Azərbaycanla tərəfdaşlığı müzakirə ediblər. “Tezadlar” xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus məlumat verib. “İsrailin Bakıdakı yeni səfiri Ronen Krausu Litva səfirliyində böyük məmnuniyyətlə salamlayırıq. Regionda cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparmaqdan və Azərbaycan-İsrail strateji münasibətləri haqqında daha çox məlumat əldə etməkdən […]

Pinko-nun ilhamverici dəb fəlsəfəsi

Dəb hər zaman özünü ifadə etməyin güclü formalarından biri olub, şəxsiyyətləri formalaşdırmaq və insanlara güc vermək qabiliyyətinə malikdir. Bu günün təsirli dəb brendləri arasında Pinco fərqlənir — dünyada qadınları gücləndirməyə səmimi şəkildə həsr olunmuş bir marka. İtalyan zərifliyinə və müasir özünəinamına dərin köklənən Pinko-nun fəlsəfəsi qadınların gücünü, müxtəlifliyini və fərdiliyini cəsarətli, innovativ dizayn vasitəsilə qeyd etməyə əsaslanır. […]

Kallasdan Putinlə bağlı sərt açıqlama

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiya prezidenti Vladimir Putinə etimadsızlığa çağırıb və onun vədlərinə əməl etmədiyini bildirib. Tezadlar.az xəbər verir ki, yazı onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb. “Putinə hər hansı vəd və ya öhdəlikləri yerinə yetirmək üçün etibar etmək olmaz. Ona görə də Ukrayna üçün təhlükəsizlik […]

Azərbaycanda 2025-ci il üzrə inflyasiya proqnozu 5,4 %-ə yüksəldi

Azərbaycanda bu il orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 %, yeniləmiş proqnoz isə 5,1 % nəzərdə tutulsa da, bu ay təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 % gözlənilir. “Tezadlar” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış […]

Müğənni Rəqsanə İsmayılovanın həbsi ilə bağlı apellyasiya şikayəti verildi

Dələduzluqda təqsirləndirilən müğənni Rəqsanə İsmayılovanın həbsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib. Tezadlar.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb. Şikayətə avqustun 21-də hakim Qədim Bababyevin sərdliyi ilə baxılacaq. Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il […]

Dövlət əmlakına zərər vuran şəxs məsuliyyətə cəlb olundu

Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Tezadlar.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

NATO Baş Qərargah rəislərinin Ukrayna ilə bağlı görüşünü təsdiqləyib

Şimali Atlantika Alyansı avqustun 20-də Ukrayna üzrə Baş Qərargah rəislərinin görüşünün keçiriləcəyini təsdiqləyib. Tezadlar.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. “NATO Baş Qərargah rəisləri avqustun 20-də videokonfrans vasitəsilə Ukrayna ilə bağlı görüş keçirəcək”, – mətbuat xidməti bildirib. Bu barədə daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən məlumat verib və qeyd edib ki, […]

Tramp Zelenski və Putinlə üçtərəfli görüşə ümid edir

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, yaxın həftələrdə Ukrayna münaqişəsinin danışıqlar vasitəsilə həll olunub-olunmayacağı məlum olacaq. Tezadlar.az xəbər verir ki, bu fikri Ağ Evdə Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüş zamanı bildirib. Tramp həmçinin rusiyalı və ukraynalı həmkarlarının iştirakı ilə üçtərəfli görüşün təşkil ediləcəyinə əminliyini ifadə edib. ABŞ lideri qeyd edib […]

Azərbaycanda qaz üçün yeni tarif qaydaları müəyyənləşdi

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir. Tezadlar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Qaz təchizatı haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq. Qaz […]

Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara rəhbərlik edəcək

ABŞ dövlət katibi Marko Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması ilə bağlı danışıqlara rəhbərlik edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Təhlükəsizlik zəmanətləri ilə bağlı təklif hazırlamaq üçün ABŞ-Avropa-Ukrayna birgə komissiyası yaradılıb. Komissiyaya ABŞ Dövlət Departamentinin rəhbəri rəhbərlik edir və müzakirələrdə Ukrayna və Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri də […]

Prezident qaz təchizatı ilə bağlı yeni Fərman imzaladı

Azərbaycanda qazdan istifadə qaydaları hazırlanacaq. Tezadlar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində ölkə qanunlarının və Prezident aktlarının “Qaz təchizatı haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddini, […]

Günel Zeynalovadan Burcuya sərt sözlər: “Ədəbsiz insanın klipində oynamadın”

Türkiyədə məşhurlaşan azərbaycanlı müğənni Günel Zeynalova ilə aparıcı Burcu Esmersoy arasında qalmaqal yaşanıb. “Tezadlar” xəbər verir ki, buna səbəb Burcunun 5 il əvvəl İbrahim Selimin verilişində “Didem” klipində rol alması ilə bağlı açıqlaması olub. Günel aparıcının “Didem” klipində rol almasını lağa qoymasına reaksiya verib: “Mən klipdə rol aldığın üçün illərdir təşəkkür edib, gözəl xatirə kimi danışıram. […]

Parlament binasında dəhşət: Finlandiyada bir nəfər həyatına son qoydu

Finlandiya parlament binasında dəhşətli hadisə qeydə alınıb. Tezadlar.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, hadisə parlamentin daxilində baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Finlandiya Parlamentinin Təhlükəsizlik Xidmətinin rəhbəri hadisə ilə bağlı mətbuata açıqlama verməkdən imtina edib. Hazırda həyatına son qoyan şəxsin deputat, yoxsa parlamentin işçi heyətinin üzvü olub-olmaması dəqiq bilinmir.

Aİ xarici işlər nazirləri 19-cu Sanksiya Paketini müzakirə edəcəklər

Aİ xarici işlər nazirləri avqustun 28-30-da Brüsseldə qeyri-rəsmi görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə baxacaqlar. Tezadlar.az xəbər verir ki, bunu X-də Avropa İttifaqının fövqəladə onlayn sammitindən sonra Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas yazıb. “Rusiyaya qarşı yeni sanksiyalar paketi gələn aya hazır olmalıdır. Mən bu məsələləri gələn həftə Aİ xarici işlər və müdafiə nazirlərinin görüşünün […]

Özcan Deniz: “Mənim yeganə ailəm oğlum Kuzey və həyat yoldaşımdır”

Ailəsi ilə problemlər yaşayan və məhkəməyə qədər gedib çıxan Özcan Deniz, həyat yoldaşı Samar Dadgarın ad gününü sosial şəbəkə hesabında romantik bir paylaşımla təbrik etdi. Tezadlar.az xəbər verir ki, məşhur müğənni Özcan Deniz, qardaşı Ercan Deniz və bacısı Yurda Güler ilə yaşadığı problemlərlə gündəmdə qalmağa davam edir. Deniz, baş verən gərginlikdən sonra sosial mediada etdiyi paylaşımlarla diqqət mərkəzinə düşmüşdü. 53 yaşlı […]

Miqrant qatarı yandırmağa hazırlaşarkən tutuldu

Udmurtiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Mərkəzi Asiyadan olan miqrantı saxlamaq üçün özlərini süpürgəçi kimi göstəriblər. Onun qatarı yandırmağa hazırlaşmaqda və “Crocus City Hall” terror aktını əsaslandırmaqda şübhəli bilindiyi bildirilir. Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı videoda xüsusi xidmət orqanının əməkdaşlarının küçədə, süpürgəçi paltarı geyinərək şübhəlini saxlaması göstərilib. Daha sonra operativ əməkdaşlar […]

Bakıda tibb işçisinin qeyri-etik əməliyyat görüntüləri yayıldı

Sosial şəbəkələrdə əməliyyat proseduru ilə bağlı daha bir qeyri-etik görüntülər yayılıb. Tezadlar.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub. Jurnalist bildirib ki, videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib. Pərvin Abışova qeyd edib ki, adıçəkilən tibb işçisi əvvəl saç […]

Həkimlər xəbərdarlıq edir: qaraciyəri sıradan çıxaran 5 məhsul

Həkimlərin xəbərdarlığına görə, bəzi məhsullar qaraciyərin sağlamlığını ciddi şəkildə poza bilər. Tezadlar.az xəbər verir ki, bir çox insanlar yalnız həkim ciddi diaqnoz qoyduqda — öd yollarının xəstəlikləri, sirroz, piylənmə, hemoxromatoz, hepatit C və ya Vilson xəstəliyi kimi hallarda — qaraciyərlərinin vəziyyəti barədə düşünməyə başlayırlar. Qaraciyər orqanizmin normal fəaliyyəti üçün əvəzolunmaz əsas orqanlardan biridir. O, maddələr mübadiləsində […]

Qapı önünə səpilən duz – xalq inancı və ezoterik baxışlar

Müxtəlif mədəniyyətlərdə duz qonaqpərvərlik və qorunmanın rəmzi sayılır. Çörək-duzla qarşılamaq bu günə qədər qonağa səmimi hörmət və rəğbət ifadə edir. Qədim zamanlarda isə duzlu su ilə döşəmə silinirdi. İnanılırdı ki, bu, evi təmizləyir və sağlam mühit yaradır. İnanca görə, baş ucunda qoyulan kiçik bir ovuc duz pis yuxulardan qoruyurdu. Tezadlar.az xəbər verir ki, numeroloqlar və ezoterik […]

Bakıda nişan qalmaqalı cinayətə çevrildi – gənc 3 il həbs olundu

Bakı məhkəmələrinin birində film ssenarisini xatırladan cinayət işi araşdırılıb. “Tezadlar”ın əldə etdiyi məlumata görə, real hekayənin qəhrəmanları keçmiş nişanlılardır. Onların instaqramda başlayıb nişan mərasimində dramatik sonluqla bitən münasibəti sonda cinayətə çevrilib. Münasibətlərin pozulma səbəbi isə yeni qohumların nişan mərasimi xərclərinin birlikdə ödənilməsinə razılaşmamaları olub. 23 yaşlı Elnurla 19 yaşlı Səbinə (bütün adlar şərti) arasında aşağı […]

Ermənistan Baş naziri: “Vaşinqton bəyannaməsindən sonra yeni Cənubi Qafqaz yaranıb”

Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətini başa vuraraq, İrəvana qayıdıb və avqustun 8-də imzalanan Vaşinqton bəyannaməsi ilə bağlı xalqa müraciət edib. Bu müraciət son günlər erməni müxalifətinin mediada dolub-daşan manipulyativ açıqlamaları, sadə insanların fikrini çaşdıran bəyanatlarına son qoymaq məqsədi güdür. Eyni zamanda müraciətin İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri, Paşinyanla görüşündən əvvəl edilməsi də Tehrana […]

Avqustda 5 zəlzələ qeydə alındı, amma təhlükə…

Yaxın zamanlarda Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilmir. Bunu “Tezadlar”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, dünyada, məsələn, Yaponiyada baş verən güclü zəlzələr Sakit okeanda olan piltələrin hərəkəti nəticəsində baş verir: “Məsafə, geoloji və seysmotektonik səbəbdən Azərbaycana təsir edə və ya zəlzələ ocaqlarını oyada bilməz. Azərbaycan Ərəbistan və […]

Azərbaycanın ət idxalı 7 ayda 25 min tonu ötüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 25 min 180 ton ət idxal edib. “Tezadlar” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 55 milyon 116 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 542 ton (18 %), dəyər baxımından isə 13 milyon 427 min ABŞ dolları (19,5 %) azdır. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın […]

Netanyahu Albanezeni ittiham etdi

İsrailin Baş naziri Bimyamin Netanyahu avstraliyalı həmkarı Entoni Albanezeni İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinə görə tənqid edib. “Tezadlar” xəbər verir ki, Netanyahu Avstraliya hökumətinin başçısını zəif siyasətçi adlandırıb. “Tarix Albanezeni İsrailə xəyanət edən və Avstraliya yəhudilərini atan zəif siyasətçi kimi xatırlayacaq”, – Netanyahu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. İsrail KİV qeyd edir ki, son aylarda Avstraliyada […]

Tələbə yataqxanaları ilə bağlı yeni qaydalar müəyyən edildi

“Yataqxana və hostellər. Layihələndirmə normaları” təsdiq edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərar qəbul edib. Normada şagird və tələbə yataqxanaları ilə bağlı müddəalar da öz əksini tapıb. Qeyd olunur ki, mədəniyyət və incəsənət təhsil müəssisələrinin tələbələri üçün yataqxanalarda sahəsi layihə tapşırığı ilə müəyyən olunan əlavə məşğələ […]

IX–XIV əsrlərə aid keramika və təndirlər Ramana qəsrində aşkarlanıb

Ramana qəsrinin qədim yaşayış məskəninin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar aşkarlanıb. Bu barədə “Tezadlar”a cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Ramana qəsrinin yerləşdiyi ərazidə arxeoloji tədqiqatlara başlanılıb. “Artıq ilkin nəticələr əldə olunub və bu nəticələr ərazinin tarixinin daha dərindən öyrənilməsinə imkan yaradır. Aparılan arxeoloji […]

Kriminal avtoritetə qarşı yeni ittihamlar irəli sürüldü

Rusiyada kriminal avtoritet Marsel Həsənov ötən il Moskvadakı istintaq təcridxanasında münaqişəli vəziyyəti həll etməklə bir məhbusun həyatını xilas edib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisənin təfərrüatlarını Həsənovun cinayət işi üzrə dindirilməsi aparılan gizli şahid Sverdolvsk vilayət məhkəməsində danışıb. Şahidin sözlərinə görə: “İki məhbus arasında münaqişə baş verdi. Onlardan biri üçün hər şey çox pis nəticələnə […]

Süni intellekt 36 milyon molekul arasından effektiv antibiotik tapdı

Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və Staphylococcus aureus (qızılı stafilokok) infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar. Tezadlar.az xəbər verir ki, onlar 36 milyondan çox potensial birləşmə generasiya edib və test ediblər. Ən perspektivli birləşmələr mövcud preparatlardan struktur baxımından fərqlənirlər və görünür ki, bakteriyaların hüceyrə membranlarını dağıdan yeni təsir mexanizmləri ilə işləyirlər. […]

Qadın 18-ci mərtəbədən yıxılaraq öldü

Ukraynada qadın 18-ci mərtəbədən yıxılıb. Tezadlar.az yerli mediaya istinadla xəbər verir ki, hadisə paytaxt Kiyevin Darnitskiy rayonunda, Revutskogo küçəsində qeydə alınıb. 33 yaşlı qadın 18-ci mərtəbənin pəncərəsindən yıxılıb. Nəticədə o dünyasını dəyişib. Polisin dəqiqləşdirdiyi məlumata görə, həyatını itirən qadın elə həmin binada yaşayırmış.

Məmməd İsmayılın ölüm səbəbi açıqlandı

18:17 Şair Məmməd İsmayılın vəfat səbəbi məlum olub. Bu barədə  onun qardaşı qızı Şəhla Hümbətova məlumat verib. O bildirib ki, Məmməd İsmayıl ağciyər xərçəngindən vəfat edib. ———— Şair Məmməd İsmayıl vəfat edib. Tezadlar.az xəbər verir ki, bu barədə APA-ya şair Ehtiram İlham məlumat verib. Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət […]

Norveçli hücumçu ehtiyatda qalmaq istəmir – “Atletiko” 35 milyon avro tələb edir

Norveç millisinin futbolçusu Aleksander Sörlot İspaniyanın “Atletiko” klubundan ayrılmaq istəyir. “Tezadlar” xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu daha bir il Madrid təmsilçisinin ehtiyat hücumçusu olmaq istəmir. Forvard baş məşqçi Dieqo Simeonenin daha çox “Napoli”dən heyətə cəlb edilən Cakomo Raspadori və Antuan Qrizmanna şans verəcəyi üçün narazıdır. Sörlot klubdan onu transferə çıxarmağı tələb edir. […]

Britaniyalı tennisçi Kayl Edmund 30 yaşında karyerasını bitirdi

Britaniyalı tennisçi Kayl Edmund karyerasını başa vurub. “Tezdlar” Peşəkar Tennis Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda dünya reytinqində 14-cü pillədə qərarlaşan idmançı 30 yaşında bu addımı atıb. O, son beş ildə əməliyyatların və digər xəsarətlərin ona zərər verdiyini bildirib. Qeyd edək ki, Kayl Edmund 2018-ci ildə Avstraliya Açıq çempionatında yarımfinala yüksəlib. O, Endi Marreydən […]

Lavrov Alyaska görüşünü “faydalı söhbət” adlandırdı

Rusiya Federasiyası və ABŞ prezidentlərinin avqustun 15-də Alyaskada keçirilən sammiti göstərdi ki, indiki Amerika administrasiyası Ukrayna ətrafında uzunmüddətli və dayanıqlı nizamlanmanın tapılmasına yönəlib. “Tezadlar”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalında Nailə Əsgərzadəyə müsahibəsində deyib. “Orada (Alyaskada – red.) çox yaxşı ab-hava var idi və bu, prezidentlərin (Vladimir Putin və […]

Paşinyan və Pezeşkian İrəvanda birgə bəyanat imzaladılar

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkan İrəvanda danışıqların yekunları üzrə birgə bəyanat imzalayıblar. “Tezadlar” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bundan başqa, Ermənistanın Baş naziri və İran Prezidentinin iştirakı ilə bir sıra sənədlər – standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların […]

“MilliÖn” və “eManat”la ABB kartlarına aylıq 1000 manat limit qoyuldu

Azərbaycan Beynəlxalq Bankı bank kartları ilə bağlı daha bir limit tətbiq edib. Tezadlar.az xəbər verir ki, “MilliÖn” və “eManat” ödəniş terminalları ilə ABB-nin TamKart Visa Classic, TamKart MC Standard, Tam DigiCard, TamKart Eko, TamKart Gənc, TamKart Gold kartlarına pul mədaxil etmək qaydası dəyişib. Belə ki, “MilliÖn” və “eManat” vasitəsilə mədaxil üçün aylıq 1000 manat limit […]

Məmməd İsmayıl dünyasını dəyişdi

Şair Məmməd İsmayıl vəfat edib. Tezadlar.az xəbər verir ki, bu barədə APA-ya şair Ehtiram İlham məlumat verib. Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşmişdir və mütamdi olaraq xəstəxanada müalicə aldırı.

Şəhid ailəsi: “AZAL qəzası Tuqayda təyyarə qorxusu yaratmışdı”

“AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi”. Tezadlar.az xəbər verir ki, bu haqda şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat paylaşıb. Onun sözlərinə görə, digər qardaşı Turalın oğlu olan Tuqay təyyarənin salonunda həmin qəzadan […]

Nəhəng narkotik şəbəkəsi ifşa edildi – 275 milyon dollarlıq əməliyyat

Polşa polisi Avropada fəaliyyət göstərən və bir-biri ilə əlaqəsi olan narkotik qaçaqmalçılığı şəbəkələrinin ləğv edildiyini elan edib: 275 milyon dollar dəyərində narkotik vasitə ələ keçirilib. Bu barədə “Tezadlar” Polşa Mərkəzi Təhqiqatlar Bürosuna (CBSP) istinadən xəbər verir. CBSP-dən bildirilib ki, cinayətkar qrupların əsasını İspaniyada yaşayan polyaklar təşkil edib. İstintaq zamanı 600 kiloqram marixuana, 180 kiloqram həşiş, 40 kiloqram […]

İstanbulda güclü külək “kösəmin” aktyoru xəstəxanalıq etdi

Türkiyəli aktyor İbrahim Yıldız güclü küləyin təsiri ilə ağacın aşması nəticəsində ağır yaralanıb. “Tezadlar” xəbər verir ki, hadisə İstanbulda baş verib və aktyor küçədə gəzərkən qəfil aşan ağacın altında qalıb. Sakinlərin dərhal xəbər verməsi ilə hadisə yerinə təcili yardım briqadası gəlib və Yıldız xəstəxanaya çatdırılıb. Aktyorun vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, İbrahim izləyicilərə […]

Ailə münaqişəsi qanla bitdi: qadın qeyri-rəsmi ərini öldürdü

Avqustun 19-da saat 02 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. “Tezadlar”ın məlumatına görə, araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətində olduğu qadın tərəfindən qətlə yetirildiyinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci […]

Külli miqdarda yeyinti: satıcı-anbardara 10 ilədək həbs cəzası verilə bilər

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax regional anbarının satıcı-anbardarı həbs edilib. Tezadlar.az-ın əldə etdiyi məlumata görə, Hikmət Fətəliyev şirkətin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir. Burada söhbət 50 min manatdan artıq yeyintidən gedir. Satıcı anbardar prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 309 (vəzifə saxtakarlığı) […]

Paşinyan və Pezeşkian “3+3” regional formatını dəstəkləməyə hazırdırlar

Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian İrəvanda “3+3” regional formatını dəstəkləməyə hazır olduqlarını bəyan etdikləri bəyanatı imzalayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. “Onlar regional əməkdaşlıq mexanizmlərinin, o cümlədən “3+3” regional məsləhətçi platformasının təşviqini dəstəkləyiblər”, – məlumatda deyilir. Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı […]

Tərtərin sabiq baş memarı Tofiq Kərimov məhkəmə zalından azadlığa buraxıldı

Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin rüşvət ittihamı ilə həbs edilən sabiq müdiri, baş memar Tofiq Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Tezadlar”ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə təqsirləndirilən şəxsə külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamlarını əsaslı hesab etməyib. T.Kərimov dələduzluqda […]

Heydər Əliyev Fondunun vitse-prezidenti Nəbatat Bağında

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında olub. “Tezadlar” xəbər verir ki, o, bununla bağlı instaqram hesabında paylaşım edib. Həmin paylaşımı təqdim edirik:  

Paytaxtda yol qəzası nəticəsində işıqfor dağıldı

Bakıda yol qəzası nəticəsində işıqfor yararsız hala düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Tezadlar.az-a verilən xəbərə görə, hadisə Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verib. Qeyd olunur ki, NİİM tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor quraşdırılacaq.

Qutsula çıxarılan hökmdən apellyasiya şikayəti veriləcək

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun müdafiəçisi ona çıxarılan hökmdən Kişinyov Apellyasiya Məhkəməsində apellyasiya şikayəti verəcək. Tezadlar.az bildirir ki, bu barədə vəkil Nataliya Bayram məlumat verib. “Müdafiə tərəfi Qaqauziya rəhbərinin hökmündən apellyasiya şikayəti vermək üçün avqustun 20-də Kişinyov Apellyasiya Məhkəməsinə müraciət edəcək”, – Bayram mətbuata müsahibəsində bildirib. O, avqustun 20-nin “qanunvericiliyə görə, vəkillərin ədalətsiz hesab etdiyi hökmdən […]

Gülməli və unudulmaz: Yumor sevərlərə 6 serial tövsiyəsi

Yumoru və orijinal hekayələri sevirsiniz? O halda bu seriallar sizin üçün əsl tapıntı olacaq. Burada həm klassik, həm də müasir hitlər var ki, onlar sarkazm, ironiya və “təhlükəli” mövzuları özündə birləşdirir. Tezadlar.az sizi həm güldürəcək, həm də süjeti ilə təəccübləndirəcək serialları təqdim edir. “Kosmosdan gələn qonaq” Qarri adlı yadplanetli Yerə aydın bir məqsədlə – bəşəriyyəti məhv […]

Ev iti insanı öldürdü – prokurorluq işi nəzarətə götürdü

Rusiyanın İrkutsk vilayətində ev iti 64 yaşlı sahibini öldürüb və onun 88 yaşlı anasına xəsarət yetirib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə Usolski rayonunun Telma qəsəbəsində, fərdi evin həyətində baş verib. Kişi itinə su verərkən heyvan qəfil aqressiya göstərib. Hadisəyə mərhumun anası və qardaşı şahid olub, onların sayəsində it qovulub. Yaralılar xəstəxanaya yerləşdirilib, lakin kişi […]

Daha 1000 həlak olmuş əsgərin cəsədi Ukraynaya təhvil verilib

Rusiya Ukrayna tərəfinə daha 1000 əsgərin cəsədini, Ukrayna isə Rusiya tərəfinə 19 əsgərin cəsədini təhvil verib. Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib. “1000 cəsəd Ukraynaya təhvil verilib. 19-u Rusiyaya təhvil verilib”, – mənbə bildirib. Rusiya prezidenti Vladimir Putin iyunun 19-da bildirib ki, Rusiya tərəfi həlak olan 6 min əsgərin cəsədini Ukraynaya təhvil […]

ABŞ Ukraynanı razılığa məcbur etmək üçün kəşfiyyat məlumatlarını paylaşmağı dayandıra bilər

Birləşmiş Ştatlar Kiyev hakimiyyətini Rusiya ilə sülh sazişi bağlamağa məcbur etmək üçün Ukraynaya qarşı kəşfiyyat məlumatlarının mübadiləsindən istifadə edə bilər. Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır. Nəşrin mənbələrinin qeyd etdiyi kimi, Vaşinqton və Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsində əvvəlki fasilənin cəmi bir həftə davam etməsinə baxmayaraq, o vaxtdan hər iki […]

Zelenski danışıqlardan əvvəl ayrı-seçkilik qanunlarını ləğv etməlidir -Lavrov

Vladimir Zelenski Rusiya ilə danışıqlar masası arxasına oturmazdan əvvəl ilk növbədə Ukraynada rusdilli əhalinin hüquqlarını ayrı-seçkilik edən qəbul etdiyi qanunları ləğv etməli və sözün əsl mənasında məhv etməlidir. Tezadlar.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov buna diqqət çəkib. “Rossiya-24” telekanalına müsahibəsində o xatırladıb ki, məhz Zelenskinin dövründə “rus dilində danışanların hüquqlarını pozan […]

Bakı Slavyan Universitetinin rektorundan Prezidentə səmimiyyət dolu məktub

Anar Nağıyevdən, Bakı, Azərbaycan Möhtərəm Cənab Prezident, 2023-cü ilin oktyabr ayının 15-də əzəli Azərbaycan şəhəri olan Xankəndi şəhərində etdiyiniz tarixi çıxışınız Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla suverenliyimizin təntənəsinin rəmzi idi. Bu çıxış həm də xalqımızın qəhrəmanlıq tarixində fəxarət doğuran qalibiyyət səsi idi. Bu gün Sizin fədakarlığınız, yüksək əzminiz və böyük dəqiqliklə həyata keçirdiyiniz […]

11-ci sinif şagirdi itkin düşdü

Goranboyda məktəbli itkin düşüb. Tezadlar.az xəbər verir ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Yaxınlarının bildirdiyinə görə, Ü.İsayev evdən çıxanda başında kepka, gözündə eynək olub. DİN mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə […]

Onu hamı təbrik edəcək, çünki…

…Xeyirxah əməlləri çoxdur, elə indinin özündə də xeyirxahlığından qalmır. Bacardığı qədər insanlara yardım etməyə tələsir. 2000- ci ilin avqust ayında küçədə dilənən, bədəninin müxtəlif nahiyələri yanmış bir uşağı görür, ürəyi dözmür, onu 5 nömrəli xəstəxanaya aparıb əməliyyat etdirir və iki gecə yanında qalır. Sonra məlum olur ki, anası onu qardaşı ilə birgə dilənçi mafiyasına satıb. […]

Qardaş qıza görə qardaşını bıçaqladı

Dağıstanda qardaş qıza görə qardaşını bıçaqlayıb. Tezadlar.az bildirir ki, Qızılürt rayonundan olan 27 yaşlı Murad bir qızı bəyənib. Bunu böyük qardaşı 38 yaşlı İslam görüb və Murada deyib ki, kənd qızı ilə evlənmək lazımdır. Qardaşların bu mövzuda ilk dəfə mübahisə etmədiyi bildirilir. Bu dəfə İslam dözməyib və Muradı vurub. Cavab olaraq isə Murad bıçaqla böyük […]

Di Kaprio 50 yaşında etiraf etdi

Leonardo Di Kaprio 50 yaşında ilk dəfə yaşa və həyata münasibətini bölüşüb. Tezadlar.az xəbər verir ki, aktyor bu barədə bir müsahibəsində danışıb. Leonardo Di Kaprio yaş haqqında nə düşünür? “Titanik”in ulduzu rejissor Pol Tomas Andersonla söhbət zamanı emosional baxımdan özünü 32 yaşında kimi hiss etdiyini etiraf edib. Həmkarı ondan 50 yaşın onu həyata dair düşünməyə vadar […]

Özünü “Hülya” TV rəhbəri kimi təqdim edən şəxs 20 sutka həbs olundu

İnstaqramda özünü “Hülya” TV-nin rəhbəri kimi təqdim edən şəxs həbs edilib. Tezadlar.az xəbər verir ki, məhkəmənin qərarı ilə Səxavət Hüseynova inzibati qaydada 20 sutka həbs cəzası təyin edilib. Qeyd olunur ki, Səxavət Hüseynov barəsində Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Polis İdarəsində araşdırma aparılıb. R.Məmməd bu barədə sosial şəbəkədə paylaşım edərək özünü “Hülya” […]

“Milli Qəhrəmanlarımız” layihəsi davam edir…

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında videoçarxlar hazırlanır.  ​Növbəti dördüncü videoçarx Vətənimizin azadlığı, dövlətçiliyimizin qorunması və suverenliyimiz uğrunda qəhrəmanlıq göstərən igidlərimiz haqqında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham […]

Məbəd önündə rəqs edən üç tələbə universitetdən qovuldu

Moskvadakı Stroqanov adına Rusiya Dövlət İncəsənət və Sənaye Universitetinin birinci kursunda təhsil alan 3 tələbə universitetdən qovulub. “Tezadlar” xəbər verir ki, buna səbəb 18 yaşlı üç qız tələbənin bir müddət əvvəl xristian dini məbədinin qarşısında rəqs edərək videoya lentə alması olub. İyun ayında yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olmuşdu. “Həmin tələbələr ictimai […]

Tramp Zelenskinin görünüşünü bəyəndi

Zelenski Trampla görüşdə geydiyi kostyum barədə zarafat edib. Ukraynanın lideri Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüş zamanı kostyumda olub və “Bu, mənim ən yaxşı kostyumumdur” deyə zarafat edib. Tramp isə onun görünüşünü bəyənərək kompliment edib. Qeyd edək ki, bundan aylar əvvəlki görüşdə Tramp Zelenskini kostyum geyinmədiyinə görə tənqid etmişdi.

Mirzoyan və Əraqçi 2025-2027-ci illəri əhatə edən sənədə imza atdı

Ermənistan və İranın xarici işlər naziri Ararat Mirzoyan və Abbas Əraqçi iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr planı imzalayıblar. “Tezadlar” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd olunub ki, sənəd 2025-2027-ci illəri əhatə edəcək.

Fəxri oxucunun əl işlərinin sərgisi keçirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında mütəmadi olaraq oxucuların əl işlərinin sərgiləri təşkil olunur. Oxucuların arzurarını nəzərə alaraq, bu gün 19 avqust tarixindəMərkəzi Kitabxananın Fəxri  oxucusu, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, yazıçı Şahzadə İldırımın əl işlərinin sərgisi açıldı. Sərgidə yazıçının ipək, pambıq, yun, […]

Sauranbayev: “Aktau və Kurık limanlarında işlər görülür, məsafə xeyli azalacaq”

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM və ya Orta Dəhliz) “dar boğazlar”ın aradan qaldırılması üçün 18 milyard ABŞ dolları tələb olunacaq. “Tezadlar”ın məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Beynəlxalq ekspertlərin hesablamalarına görə, TBNM boyunca bütün “dar boğaz”ların aradan qaldırılması üçün 18 milyard ABŞ dolları lazımdır”, – nazir […]

PSV “Bavariya”nın 19 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq istəyir

Almaniyanın “Bavariya” klubunun futbolçusu Pol Uanner karyerasını Niderlandda davam etdirə bilər. “Tezadlar” xəbər verir ki, PSV 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Oyunçu 2024/2025 mövsümündə icarə əsasında “Haydenhaym”da çıxış edib. O, 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, Pol Uannerin Münhen təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.

Dayısını və həyat yoldaşını qətlə yetirən Rəşad Abbasovun məhkəməsi başa çatdı

Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rəşad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Tezadlar”ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib. Rəşad Abbasov cəzasının 3 ilini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Qeyd edək […]

Türkiyə ilə Yaponiya arasında PUA danışıqları

Yaponiyanın müdafiə naziri Gen Nakatani bu gün Türkiyəyə səfəri çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) mümkün tədarükü barədə danışıqlar aparacaq. “Tezadlar” xəbər verir ki, bu barədə “Al Arabiya” diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Rusiya səmimi deyil, danışıqları uzatmağa çalışır”

Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri – Donald Tramp, Volodimir Zelenski və Avropa İttifaqı liderlərinin iştirakı ilə keçirilən danışıqlar gələn həftə sülh sazişi bağlamaq niyyətini ortaya qoyub. Bunu “Tezadlar”a açıqlamasında, Ukraynadan olan hərbi-siyasi şərhçi Taras Berezovets bildirib. O bildirib ki, Ağ Ev artıq müvafiq danışıqların iki həftə ərzində baş tutacağını, hətta Ukraynanın əsas milli bayramı olan Müstəqillik […]

Azərbaycan Əfqanıstanı milli bayramında təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanı Müstəqillik Günü münasibətilə təbrik edib. “Tezadlar.az” xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb. “Əfqanıstanı və xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Milli bayramınız mübarək!”, – paylaşımda qeyd edilib.

Estoniya XİN vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb

Estoniya Xarici İşlər Nazirliyi Baltikyanı respublikanın vətəndaşlarını Rusiyaya hər hansı səfərdən çəkinməyə çağırıb. “XİN Rusiyaya hər hansı səfərdən çəkinməyi qətiyyətlə tövsiyə edir. Rusiyada müvəqqəti olan Estoniya vətəndaşlarına bu ölkədə qalma zərurəti barədə diqqətlə düşünmələri tövsiyə olunur. Xarici İşlər Nazirliyi həmçinin Estoniya vətəndaşlarına mümkün qədər tez Estoniyaya qayıtmağı tövsiyə edir”, – Tezadlar.az xəbər verir ki, XİN-in […]

Yeni Klinika sosial şəbəkələrdəki iddialara cavab verdi

Yeni Klinikanın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə avqustun 18-də müraciət edən pasiyent (kişi) ağrı və sancı ilə deyil, axıntı şikayəti ilə müraciət edib. Bu barədə “Tezadlar.az”a Yeni Klinikadan məlumat verilib. Bildirilib ki, pasiyent ilkin olaraq triaj otağında müayinə olunub. Müayinə nəticəsində pasiyentin şikayətinin uroloji xarakter daşıdığı və təcili tibbi hal hesab edilmədiyi müəyyənləşib: “Pasiyent tibb […]

İran və Ermənistan Araz çayı üzərində yeni körpü tikəcək

İran və Ermənistan Araz çayı üzərindən ikinci sərhəd körpüsünün inşası barədə razılığa gəlib. Tezadlar.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq İrəvanda “Tasnim” agentliyinə bildirib. Onun sözlərinə görə, tərəflər həmçinin mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər. Bu addımlar yük daşımalarının asanlaşmasına və hərtərəfli tranzit paketinin formalaşmasına töhfə […]

Manuel Vals Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə danışıqlar aparır

Fransanın dənizaşırı ərazilərinin naziri Manuel Vals Yeni Kaledoniyadadır, o, burada şənbə gününə qədər bir sıra görüşlər və danışıqlar keçirəcək, iyul ayında Bujivalda imzalanmış və ərazinin statusunu yenidən müəyyənləşdirərək ona geniş yeni səlahiyyətlər verməli olan sazişi müdafiə etməyə çalışacaq. “Tezadlar.az”ın verdiyi məlumata görə, proqramın ən vacib hissəsi adanın müstəqilliyinin tərəfdarı olan FLNKS birliyinin liderləri ilə danışıqlardır. […]

Azərbaycanlı hakim UEFA Superkubokunda: “Bu, qürurvericidir”

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Superkuboku oyununa təyinat aldığı üçün çox sevinib. Bunu “Tezadlar.az”a açıqlamasında Azərbaycanın FIFA referisi Elçin Məsiyev Fransanın PSJ və İngiltərənin “Tottenhem” komandaları arasında keçirilən UEFA Superkuboku matçında dördüncü hakim funksiyasını yerinə yetirməsi ilə bağlı danışarkən deyib. Ədalət təmsilçisi bunun onun üçün gözlənilməz olduğunu söyləyib: “Superkubok görüşünə təyinat aldığım zaman çox sevindim. […]

20 avqustda küləkli hava gözlənilir

Azərbaycanın bəzi bölgələrində avqustun 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə “Tezadlar.az”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək

Kiyev KXDR ərazisinin bir hissəsini özündə saxlamağa çalışmaqda ittiham olunur

Kiyev DXR-in bir hissəsini Nikolayev vilayətinə keçirməklə özündə saxlamaq istəyir. Tezadlar.az News.ru-ya istinadən xəbər verir ki, hərbi ekspert Vasili Dandykin buna işarə edərək, bunun çətin ki, nəticə verəcəyini qeyd edib. Onun sözlərinə görə, belə demək olmaz ki, belə olan halda da Rusiya Federasiyası Nikolayev vilayətinə – məsələn, təhlükəsizlik zonası yaratmaq üçün qoşun yeritməyəcək. Bundan əlavə, […]

Tramp: “Ermənistanla Azərbaycan arasında 35 illik münaqişəni bitirdim”

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski və Avropa ölkələrinin rəhbərləri ilə görüş keçirib. “Tezadlar.az” xəbər verir ki, Tramp həmin görüşdə Ermənistanla Azərbaycan arasında barışığa dair səylərinə də toxunub. ABŞ lideri bildirib ki, öz prezidentliyi dövründə artıq 6 müharibəyə son qoyub: “Məsələn, Konqoda müharibə 30 ildən artıq […]

“Dəyirman”ın yaradıcısı Emin Əfəndiyə Rusiyaya giriş qadağan edildi

“Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb. “Tezadlar.az” xəbər verir ki, Emin Əfəndi “Olay”a açıqlamasında faktı təsdiqləyib. Belə ki, ötən günlərdə Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib. Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiyanın Federal Təhlükəsizlik […]

Yekaterinburqda Ermənistanın fəxri konsulluğu fəaliyyətini dayandırdı

Ermənistanıın Rusiyanın Yekaterinburq şəhərindəki konsulluğu fəaliyyətini dayandırıb.  “Tezadlar.az” “Ura.ru” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Konsulstvo v Ekb” vatsap kanalında yayılıb. “Əziz vətəndaşlar, Ermənistan Respublikasının Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar fəxri konsulun ofisi fəaliyyətini dayandırıb”, – deyə məlumatda qeyd olunub. Qeyd edək ki, cari ilin iyul ayının […]

Makron Ukrayna ilə bağlı sülh sazişinin bəndlərindən birini rədd edib

Fransa prezidenti Emmanuel Makron sülh sazişinin bəndlərindən biri kimi münaqişə bitdikdən sonra Ukrayna Silahlı Qüvvələrinin (USQ) sayının azaldılmasının əleyhinə çıxış edib. Tezadlar.az xəbər verir ki, dövlət başçısının sözlərini “Le Figaro” nəşri dərc edib. “Bu gün mən Ukraynanın istənilən hücum cəhdini dəf etməyə qadir olan güclü ordusunun saxlanmasından ibarət təhlükəsizlik təminatlarının məzmununun müzakirəsinə qayıda bildim; USQ-nin […]

Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşüb

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədovun Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşü keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət olunub. Ulu Öndərin […]

Qızıl-zinət əşyası və moped oğurlayanlar saxlanıldılar

Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər […]

Tramp Ukrayna ərazilərinin mübadiləsi haqqında açıq şəkildə danışıb

Tramp bildirib ki, Ukrayna əraziləri məsələsi “Ukraynanın işidir” Donald Tramp Rusiya ilə sülh razılaşması mümkün olarsa, ABŞ-ın Ukrayna üçün Avropa təhlükəsizlik zəmanətlərinin verilməsinə kömək edəcəyini bildirib və Vladimir Zelenski ilə Vladimir Putin arasında görüş təşkil edəcəyinə söz verib. Tezadlar.az-ın məlumatına görə, “Financial Times” yazıb ki, o, ərazilərin verilməsi məsələsini müzakirə etməyib və bunu Ukrayna və […]

Zelenski və Putin harada görüşə bilər? – bu ölkələrin adı açıqlanır

Fransa prezidenti danışıqların yeri ilə bağlı öz versiyasını da səsləndirib Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş Macarıstanda baş tuta bilər. Tezadlar.az-n məlumatına görə, bu barədə “Reuters” ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən xəbər verir. Nəşr xatırladıb ki, bazar ertəsi axşam saatlarında Ağ Evdə danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp Kreml […]

DİN: 1,5 tondan artıq çətənə kolu məhv edilib

Avqustun 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,5 tondan artıq 1791 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib. RÖVŞANƏ

Ötən gün nə qədər qanunsuz silah-sursat aşkarlanıb?

Avqustun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 18 tüfəng, 3 patron darağı və 711 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. RÖVŞANƏ

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Tezadlar.az xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Marz” MMC-yə məxsus məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev […]

Təkcə NATO-dan deyil, Ukrayna daha kimlərdən təhlükəsizlik zəmanətləri ala bilər?

Rubio bildirib ki, artıq bir sıra ölkələr Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır Sülh sazişi bağlandıqdan sonra Ukrayna təkcə NATO-dan deyil, müxtəlif ölkələrdən də təhlükəsizlik zəmanəti ala bilər. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio “Fox News” telekanalının efirində bildirib. O vurğulayıb ki, dünyanın istənilən suveren dövləti digər ölkələrlə təhlükəsizlik ittifaqlarına girmək […]

Ukrayna üçün təhlükəsizlik zəmanətləri: 4 əsas komponent

Vaşinqtonda keçirilən danışıqlarda Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılığa gəlinib ABŞ prezidenti Donald Tramp və Avropa liderləri avqustun 18-də Vaşinqtonda keçirilən danışıqlarda Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Ona ABŞ dövlət katibi Marko Rubio rəhbərlik etməlidir. Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall […]

TRAMPLA PUTİNİN GÖRÜŞÜ GÖZLƏNTİLƏRİ DOĞRULTDUMU?- ADİL MİNBAŞI YAZIR

…Bütün dünyanın diqqət mərkəzində olan Donald Tramp və Vladimir Putinin Alyaska görüşü bitdi. Danışıqlarda Avropa dövlətlərinin və tərəf kimi ən azından Ukraynanın iştirakının təmin edilməsi barədə istəklər  əvvəlcədən gündəlikdən çıxarılmışdı. Təşkilatçı tərəf  olan  ABŞ tərəfindən  görüşün belə formatı planlaşdırılmışdı ki, əvvəlcə iki dövlət başçıları- yəni Tramp və Putin bağlı qapı arxasında ikilikdə təkbətək görüşdükdən sonra […]

“Qarabağ”- “Ferentsvaroş”- BU GÜN MACARISTANDA

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq. Tezadlar.az xatırladır ki, Komandamız Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq. Qarşılaşma “Ferentsvaroş” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək. Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş […]

Ağ Ev – ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüşünün planları və təhlükəsizlik zəmanətləri

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə Ukrayna münaqişəsinin həllinə və Alyaskada Rusiya-Amerika sammitindən sonra çoxtərəfli görüş keçirib. Vaşinqtonda keçirilən danışıqlarda Böyük Britaniya, Almaniya, İtaliya, Finlandiya, Fransa liderləri, Avropa Komissiyasının rəhbəri, NATO-nun baş katibi və Ukrayna prezidenti Vladimir Zelenski iştirak edib. Ağ Ev tarixində ilk dəfə olaraq bu qədər çox sayda […]

DAĞLARIN ARXASINDAKI ÜMİD: TÜRK ORDUSU- ALMANİYADAN “TƏZADLAR”A YAZIRLAR

(Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə ithaf olunur) Bu yazıda Bəxtiyar Vahabzadənin həyatının təfərrüatlarına geniş şəkildə toxunmayacağam; çünki onun tərcümeyi-halı və yaradıcılığı haqqında məlumatlara bu gün internet vasitəsilə və müxtəlif mənbələrdən asanlıqla çatmaq mümkündür. Bu xatirə yazısında isə mənim məqsədim Bəxtiyar Vahabzadə ilə yaşadığım xatirələri, tanıdığım və müşahidə etdiyim B. Vahabzadəni, onun şəxsiyyətini və insani cəhətlərini […]

Azərbaycanın ən varlı qadınının tənha məzarı…

…Bakının Çəmbərəkənd ərazisində yerləşən rus qəbiristanlığında sadə və unudulmuş məzar var. Üstündə belə bir yazı həkk edilib: “Naqiyeva – Cankorova Yelizaveta Qriqoryevna”. Bu məzarda dəfn edilən xanım vaxtilə Bakıda öz gözəlliyi və qiymətli daşlar, geyim və xeyriyyə işlərinə görə sayılıb seçilən biri olmaqla yanaşı Azərbaycanın ən varlı adamlardan birincisi, neft milyonçusu, adı Avropa və Asiyada […]

Zelenskinin azərbaycanlı dizaynerinin “Fox news”a çox maraqlı müsahibəsi

…Vasinqtona səfər öncəsi Ukrayna prezidenti Zelenskinin hansi geyim formasina üstunluk verəcəyi ilə bağlı suallar dolaşırdı. ABŞ-ın məşhur “Fox news” telekanalı bu məsələ ilə bağlı prezident Zelenskinin dizayneri azərbaycanlı Elvira Həsənova ilə söhbət edib. Dizayner Elvira Həsənova deyir ki, Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Vaşinqtonda prezident Donald Trampla görüşən zaman daha rəsmi görünüşə üstünlük verəcək. […]

30 ölkədən ibarət qrup Ukrayna üçün təhlükəsizlik təminatları yaradır

Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup münaqişənin həlli çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır. Tezadlar.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bunu “Fox News” telekanalına müsahibəsində deyib. “Son aylarda Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında Yaponiya və Avstraliya da daxil olmaqla 30 […]

Avropa liderlərindən biri Ağ Evdə diplomatik protokolu belə pozub

Fransa prezidenti Emmanuel Makron Ağ Evdəki görüşdən sonra fotosessiya zamanı diplomatik protokolu pozub. Tezadlar.az xəbər verir ki, Polşanın “Fakt” qəzeti buna diqqət çəkib. “Emmanuel Makronun əli cibində olub ki, bu cür yüksək səviyyəli status tədbirləri zamanı bunu etmək düzgün deyil”, – nəşr yazır. “Fakt”ın məlumatına görə, Fransa rəhbəri təsadüfi poza alıb ki, bu da onun […]

MEHRİBAN ƏLİYEVA VƏ AZƏRBAYCAN MULTİKULTURALİZMİ

…Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanda multikulturalizm dəyərlərinin təbliğindəki rolu olduqca böyükdür. O, multikulturalizm dəyərləriningeniş səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun dəstəyi ilə çox böyük işlər görməkdədir. Onun bu sahədəki əməyi və rolu danılmazdır. Mehriban xanım Əliyevanın multikulturalizm və tolerantlıq siyasətinin təbliğinə, təşviqinə, ideyalarının, layihələrinin gerçəkləşməsinə olan böyük […]

Britaniyada Trampın Zelenski üçün son şansından danışırlar

Yalnız Amerika lideri Donald Trampın şərtlərini Ukrayna prezidenti Vladimir Zelenskinin qəbul etməsi Kiyevi fəlakətdən xilas edə bilər. Tezadlar.az xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti Zelenskinin son şansından yazıb. “Trampın sülh sazişi Zelenski üçün ən acı həb olardı. Lakin onun qəbulu Ukraynanın fəlakətli məğlubiyyətdən qaçmaq üçün yeganə şansı ola bilər. Əks halda, bu, demək olar […]

Zelenski Trampla görüşün nəticələrini belə şərh edib

Ukrayna prezidenti Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə görüşün yekunlarını şərh edib. Tezadlar.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında danışıb. “Bu gün Vaşinqtonda mühüm danışıqlar aparıldı. Prezident Trampla bir çox məsələlər müzakirə edildi. Təfərrüatlı uzun söhbətdir. Biz təhlükəsizlik təminatlarını müzakirə etdik. Biz ABŞ-ın onları dəstəkləməyə və onların bir […]

Ukraynaya məxsus 23 PUA vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiyanın regionları üzərində Ukraynaya məxsus 23 PUA-nı məhv edib və ələ keçirib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 23 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Volqoqrad vilayəti ərazisi üzərində 13 […]

Zelenskinin Ağ Ev danışıqlarından sonra televiziya müsahibəsinə icazə verilmədi

Ötən gevə Ukrayna nümayəndə heyəti Ağ Evi tərk edəndəndən sonra Zelenskinin “Fox News” telekanalına planlaşdırılan müsahibəsinə icazə verilməyib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, kanalın rəhbərliyi bu müsahibənin sülh danışıqlarında Rusiya rəhbərliyinə əlavə bəhanələr verilməməsi məqsədilə götürülmədiyini bildirib. Zelenski bu qərarla razılaşıb. A.Məmmədli

“Ukrayna üzrə sülh sazişi hər iki tərəfdən güzəştlər tələb edəcək”

Ötən gecə Ağ Evdə Tramp, Zelenski və Avropa liderlərinin baş tutan görüşündən sonra ABŞ-ın dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində maraqlı açıqlaması ilə diqqətdə qalıb. Runio deyib: “İstənilən danışıqlar müharibənin dayandırılması üçün təkcə qazanclar deyil, həm də itkilər nəzərdə tutur. Hər bir tərəf müəyyən güzəştlərə getməlidir”. Onun sözlərinə görə, bu, həmçinin ərazi məsələsinə də […]

Trampın Zelenski və Avropa liderləri ilə Ağ Evdəki görüşündə mühüm qərarlar

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında görüş dünyanın diqqətindədir. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında Vaşinqtonda keçirilən görüş mətbuata qapalı formatda keçib. Qapalı görüşdən sonra Avropa Komissiyasının sədri […]

Bir-iki həftədən sonra müharibənin bitib-bitirməyəcəyini biləcəyik – Tramp

ABŞ prezidenti bildirib ki, Ukrayna və Rusiya müharibəni bitirmək istəyir Hər kəs davamlı sülhün bərqərar olmasından əvvəl atəşkəsə üstünlük verərdi, lakin Ağ Evin dayandıra bildiyi son altı müharibədə bu baş vermədi, – ABŞ Prezidenti Donald Tramp deyib. O, həmçinin qeyd edib ki, bir-iki həftədən sonra biz Ukraynada müharibəni dayandırmağın mümkün olub-olmadığını görə biləcəyik, çünki hər […]

Tramp Avropa liderləri ilə çoxtərəfli görüş keçirir – CANLI

Avropa liderlərindən ibarət nümayəndə heyəti, Kiyevə dəstəyi gücləndirmək məqsədilə Ağ Evdə Prezident Donald Tramp ilə görüş keçirir və Ukraynaya Qərbin gələcək dəstəyini formalaşdırmaq üçün müzakirələr aparır. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, çox güman ki, Avropa liderləri gələcək münaqişələrin qarşısını almaq üçün Trampı Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt mövqe tutmağa razı salmağa çalışacaqlar. […]

Trampın Avropa liderləri ilə görüşündə dedikləri

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüşüb. İclasda Fransa prezidenti Emmanuel Makron, həmçinin Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Giorgia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak ediblər. Tezadlar.az xarici mətbuata istinadən Trampın əsas açıqlamalarını təqdim edir. Tramp bildirib ki, Alyaska sammiti onun […]

Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilib

Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilib. Bu barədə “Tezadlar.az” Ağ Evin rəsmi səhifəsinə istinadən xəbər verir. Görüşə ABŞ və Ukrayna liderləri ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qatılıb.  

Tramp, Zelenski və Avropa liderləri arasında görüş keçirilir

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin görüşü keçirilir. Tezadlar.az xəbər verir ki, görüşə NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr […]

Ağ Evdə Trampla Zelenski arasında görüş başa çatıb

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş başa çatıb. Tezadlar.az xəbər verir ki, ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya […]

Fransa azərbaycanlı uşaqları Almaniyaya qaytardı

Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi, ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlu və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. […]

Voronej azərbaycanlı diaspor lideri Yusif Xəlilov həbs olundu

Azərbaycan diasporunun lideri, Voronejdə ən böyük bazarın sahibi Yusif Xəlilov həbs edilib. “Tezadlar.az” xəbər verir ki, təhlükəsizlik qüvvələri onu bu ilin martında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl verməkdə ittiham edir. İddiaya görə, iş adamı məbləğin bir hissəsini vasitəçi, digər hissəsini, 100 min rubl vəsaiti isə kart vasitəsilə köçürüb. Yusif Xəlilov ona irəli […]

“Tottenhem” Kristian Romero ilə yeni müqavilə imzaladı

İngiltərə təmsilçisi “Tottenhem” Argentina millisinin üzvü Kristian Romero ilə müqavilə müddətini uzadıb. Tezadlar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərkəz müdafiəçisi ilə uzunmüddətli sözləşmə bağlanıb. Qeyd edək ki, 27 yaşlı Romero 2021-ci ildən “Tottenhem”də çıxış edir. O, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.

Trampın Zelenskiyə qeyri-adi təzyiq üsulu məlum olub

Ağ Evin Oval kabinetində ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenskinin oturduğu masa ilə üzbəüz Ukraynanın itirilmiş əraziləri olan böyük xəritəsi açılıb. Tezadlar.az xəbər verir ki, BBC qeyri-adi təzyiq üsulu haqqında məlumat yayıb. İddia olunur ki, ölkənin şərq hissəsi xəritədə çəhrayı rənglə vurğulanıb – bu bölgələrə Rusiya Silahlı Qüvvələri nəzarət edir. Jurnalistlər Oval […]

Rayon üzrə peşə təmayüllü siniflərin sayı 11-ə çatacaq

Biləsuvar rayonunda bu il 4 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılacaq. “Tezadlar.az”ın Muğan bürosunun məlumatına görə, yeni siniflər rayonun Səmədabad kənd tam orta məktəbində, Ağayrı kənd tam orta məktəbində, Zəhmətabad kənd tam orta məktəbində və Bəydili kənd tam orta məktəbində təşkil olunacaq. Bildirək ki, bu vaxta qədər rayonun digər 7 tam orta məktəbində sözügedən siniflər […]

Ağ Evdə Trampla Zelenski arasında görüş keçirilir

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Zelenski arasında ikitərəfli görüş keçirilir. Tezadlar.az xəbər verir ki, görüşdə vitse-prezident Ceyms Devid Vens, xüsusi elçi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio da iştirak edir. Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri […]

Tramp Ukraynada sülh üçün atəşkəsdən danışıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp deyib ki, Ukraynada sülh sazişi atəşkəs olmadan razılaşdırıla və həyata keçirilə bilər. Tezadlar.az xəbər verir ki, “The Times” ABŞ prezidenti ilə Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evdəki görüşünü yayımlayır. Trampın sözlərinə görə, tərəflər “mübarizə aparmalı olacaqlar”. Tramp və Zelenski arasında danışıqlar avqustun 18-i, bazar ertəsi, Bakı vaxtı ilə […]

Böyrək, qaraciyər və diabet xəstəlikləri bədəndə qoxu yaradır

Xüsusilə yay aylarında çox görülən tərləmə və pis bədən qoxusunun pəhriz və vitamin çatışmazlığı ilə bağlı ola biləcəyi bildirilib. Tezadlar.az-ın məlumatına görə, Daxili Xəstəliklər Mütəxəssisi Dr. Betül Bal, diabet, böyrək və qaraciyər xəstəliklərinin bədəndə müxtəlif qoxulara yol açdığını, eyni zamanda göbələk, bakterial infeksiyalar və həzm problemlərinin də tərlə birləşərək pis qoxuya səbəb olduğunu açıqlayıb. O, […]

Tramp Putinin Alyaska səfərini “gözəl” hesab edib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Vladimir Zelenski ilə görüşündə Rusiya prezidenti Vladimir Putinin avqustun 15-də Alyaskaya səfərini gözəl hesab etdiyini bildirib. Tezadlar.az xəbər  verir ki, o, ABŞ və Rusiya arasında Ankoricdə keçirilən sammitə medianın son dərəcə mənfi yanaşdığına diqqət çəkib. “Nümunə olaraq, Vladimir Putinin Amerika torpağına səfərinin Donald Tramp üçün böyük məğlubiyyət olduğunu göstərdilər. […]

Azərbaycanda rəqəmsal hökumətin hüquqi əsasları müəyyənləşdi

Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Bu barədə Tezadlar.az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir. Əsasnaməyə görə, EHİS-in sahibi funksiyalarını Azərbaycan […]

Kondisionerlərdən düzgün istifadə etməsəniz…

Yay aylarında kondisionerlər istidən xilas yolu kimi görünür. Lakin düzgün işləməyən və ya vaxtında təmizlənməyən kondisionerlər insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilə bilər. Həkimlərin sözlərinə görə, çirkli soyutma və havalandırma sistemləri müxtəlif infeksiyaların, allergiyaların və hətta pnevmoniyanın yayılmasına səbəb ola bilir. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu vəziyyəti “Xəstə bina sindromu” adlandırırlar. Bu […]

Salyanda avtomobil qəzası faciə ilə nəticələndi

Salyanda ağır yol-nəqliyyat hadisəsi  olub. Tezadlar.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan rayon sakini Azər Cabbarovun idarə etdiyi “Mersedes” markalı minik avtomobil həmyerlisi Şahlar Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəzada “VAZ-2107″də olan sərnişin Salyanın Şəkərli kənd sakini 1955-ci il təvəllüdlü Qəribxan Qəfərov hadisə […]

İstanbulda dəhşətli yol qəzası – ölənlər var

İstanbulda Şimali Mərmərə magistralında avtobusun aşması nəticəsində ölənlərin sayı dördə çatıb. Tezadlar.az xəbər verir bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, 26 nəfər yaralanıb. Xəsarət alanlardan 24-nün müalicəsi davam edir, ikisi isə evə buraxılıb. İstintaq çərçivəsində sürücü saxlanılıb. 09:20 İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb. Bu […]

Ay və Veneranın görüşü: 20–24 avqust tarixləri kimlərə uğur gətirəcək

Bu həftə Ayın təsiri ilə əlaqədar xüsusi fürsətlər gətirəcək. Onun enerjisi ilə siz intuisiyanızı gücləndirə və istədiyiniz dəyişiklikləri cəlb edə biləcəksiniz.  Tezadlar.az bildirir ki, avqustun 21-i Xərçəngdə Ayın Venera ilə birləşməsi həyatınıza zənginlik və yeni sevgi cəlb etməyə kömək edəcəyi zaman xüsusilə əlverişli olacaq. Avqustun 21-i cümə axşamı Şir bürcündə Ay-Merkuri əlaqəsi mühüm qərarlar qəbul etmək […]

Ermənistan Baş naziri: “Trampın rolunu qiymətləndirməmək olmaz”

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin hazırkı Prezidenti Donald Trampın Azərbaycanla münasibətlərin normallaşması prosesində əvəzsiz rol oynadığını bildirib. Tezadlar.az xəbər verir ki, bunu Ermənistan lideri xalqa müraciətində deyib. “Bu prosesdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolunu qiymətləndirməmək olmaz. Məhz buna görə də Azərbaycan Prezidenti ilə birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına […]

DİM rezidentura imtahanının nəticələrini elan etdi

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. Tezadlar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 […]

Psixoloq: Sakitləşdirici dərman yox, nəfəs texnikaları kömək edə bilər

Bu nəfəsalma texnikası narahatlığı tez bir zamanda azalda bilər” Tezadlar.az bildirir ki, bunu psixoloq Pavel Javneryov deyib. Onun sözlərinə görə “4-7-8” texnikası və Ceykobsonun relaksasiya üsulu kimi metodlar orqanizmi sakitləşdirir və sinir sisteminin gərginliyini azaldır. Psixoloq əlavə edib ki, bu üsullar yalnız qısamüddətli nəticə verir və narahatlığı köklü şəkildə aradan qaldırmır. Daha uzunmüddətli effekt üçün isə […]

Ukrayna istilik mövsümünə qədər Azərbaycan qazını ala bilər

Ukrayna Azərbaycanla təbii qazın yeni tədarükü ilə bağlı danışıqlar aparır. “Tezadlar.az” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Svetlana Qrinçuk bildirib. “Ukrayna Azərbaycanla təbii qazın yeni tədarükü ilə bağlı danışıqları davam etdirir, eləcə də qeyri-rezidentlər tərəfindən Ukraynanın yeraltı anbarlarına qazın vurulması imkanını və Ukrayna-ABŞ Bərpa Fondu çərçivəsində hasilat sahəsində əməkdaşlığı müzakirə edir”, – Qrinçuk […]

Radovan Vişkoviç postunu tərk edir

Bosniya və Herseqovinanın tərkibinə daxil olan Serb Respublikasının baş naziri Radovan Vişkoviç istefa verib. Tezadlar.az Serb mediasına istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib. “Mən öz varisimə sabit Serb Respublikası qoyub gedirəm və yeni hökumətə uğurlar arzulayıram”, – o deyib. Yaxın vaxtlarda muxtariyyətin Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılacaq. R.Vişkoviç Nazirlər Kabinetinin yeni tərkibi […]

Ukrayna Baş nazirinin müavini: “Trampın təşəbbüslərini yüksək qiymətləndiririk”

ABŞ-yə, Prezident Donald Trampa Ukraynadakı müharibənin həlli və ədalətli sülhün əldə edilməsi istiqamətində apardıqları məqsədyönlü siyasətə görə minnətdarıq. Bunu “Tezadlar.az”ın Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna baş nazirinin müavini Oleksiy Kuleba bildirib. “Şübhəsiz ki, bu dəhşətli müharibənin davam etdirilməməsi üçün ABŞ tərəfinin həyata keçirdiyi bütün təşəbbüsləri yüksək qiymətləndiririk. Və təbii ki, biz növbəti həftələrdə qəbul ediləcək güclü […]

Tramp Zelenskiyə son tövsiyəsini etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl yalnız qələbəyə oynamaq lazım olduğunu bəyan edib. Tezadlar.az  xəbər verir ki, o, bu fikri “Truth Social” şəbəkəsində yazıb. “Ya qələbəyə oyna, ya da heç oynama”, – o yazıb. Tramp vurğulayıb ki, yarım il ərzində altı münaqişəni həll etməyə nail olub.

Tramp Zelenski ilə görüşdən öncə mesaj verdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl yalnız qələbəyə oynamaq lazım olduğunu bəyan edib. Tezadlar.az xəbər verir ki, o, bu fikri “Truth Social” şəbəkəsində yazıb. “Ya qələbəyə oyna, ya da heç oynama”, – o yazıb. Tramp vurğulayıb ki, yarım il ərzində altı münaqişəni həll etməyə nail olub.

Tacikistanda narkotik cinayətlərinə görə axtarılan şəxs Azərbaycandan ekstradisiya edildi

Tacikistan Baş Prokurorluğu qarşılıqlı anlaşmaya uyğun olaraq ekstradisiya həyata keçirib. “Tezadlar.az” xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, həmin ölkənin vətəndaşı 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair sözügedən dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Tacikistanda xüsusilə külli miqdarda narkotik […]

Lukas Torera və Devrim Özkan ayrıldı

Lukas Torera və Devrim Özkan ayrılıb. Tezadlar.az Türkiyə mediasına istinadla xəbər verir ki, 15 gün davam edən münasibətlərinə son qoyan cütlük, Instagram-da bir-birilərini izləmədən çıxarıblar. Xatırladaq ki, 3 avqustda “Qalatasaray”ın “Lazio” ilə keçirdiyi yoxlama oyununda Torera vurduğu iki qoldan sonra əlləri ilə ürək işarəsi göstərmişdi. Həmin anları ekran arxasından izləyən Devrim Özkan sosial media hesabında […]

Cinayətkarlığa qarşı süni intellekt silahı

Süni intellekt texnologiyaları artıq bir sıra sahələrdə istifadə olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini sadələşdirir və imkanları genişləndirir, həmçinin onların tətbiq sahəsi davamlı olaraq artır. Tezadlar.az xəbər verir ki, xüsusilə, Böyük Britaniya hakimiyyəti bir layihə üzərində işləyir. Məlumata görə, bu layihə çərçivəsində cinayətlərin baş verə biləcəyi yerləri öncədən proqnozlaşdıran süni intellekt əsaslı sistemin yaradılması planlaşdırılır. “Safe […]

Keyfiyyətsiz yemlərin təhlükəsi – ekspertlər xəbərdarlıq edir

Azərbaycana heyvan yemləri idxalı sürətlə artır. 2022-ci ildə 48 794 ton həcmində, 32,706 milyon dollar dəyərində heyvan yemi gətirilib ki, bu 2021-ci ilin göstəricilərindən təqribən iki dəfədən çoxdur. Əsas idxal mənbələri Rusiya və Gürcüstan olub. Rusiyadan 25 667 ton (7,561 milyon dollar), Gürcüstandan 12 905 ton (6,000 milyon dollar) yem idxal edilib. Qeyri-ənənəvi tədarükçülər arasında Ukrayna, Türkiyə, Çin […]

Bakıda Bağırov körpüsü 10 günlüyünə bağlanır

Bakıda bu körpü 10 günlük bağlanır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Tezadlar.az-a bildirilib ki, 18 avqust  saat 22:00-dan etibarən  etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü  üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində)  “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərdən aparılan […]

Paşinyandan əsl ağsaqqal sözü: ermənilərin Qarabağa qayıtmasını sülhə təhlükə sayır!

“Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidirəm. Xatırlatmalıyam ki, hələ 2025-ci ilin martında mən parlamentdə açıq şəkildə bəyan etmişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq – siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan […]

Timatinin sevgilisi gündəm oldu

Reper Timatinin sevgilisi Valentina İvanova doğuşdan bir gün sonra bədən quruluşunu nümayiş etdirib. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə model şəxsi Telegram kanalında çəkdiyi videonu paylaşıb. Kadrlarda İvanova güzgü qarşısında alt paltarı və qaldırılmış gecə köynəyi ilə dayanaraq qarın nahiyəsini göstərib. O bildirib ki, video qızının dünyaya gəlməsindən bir gün sonra lentə alınıb. İvanovanın […]

Yay mövsümünün sevimlisi: Qarpızı xarab olmadan necə saxlamaq olar?

Şirin, yetişmiş qarpız yayda səbirsizliklə gözlədiyimiz ləzzətlərdən biridir. Lakin çox vaxt sual yaranır: onu necə saxlamaq lazımdır ki, dadı və şirəliliyi itməsin? Xüsusilə 5–7 kq, bəzən 10–12 kq-lıq iri qarpızlar alındıqda, həm çəkisi, həm də tutduğu yer problem yarada bilər. Tezadlar.az bununla bağlı məlumatları təqdim edir: Qarpızın xüsusiyyəti Qarpız “klimakterik olmayan” meyvələrə aiddir, yəni saplaqdan kəsildikdən sonra […]

2025-ci ilin ən etibarsız avtomobilləri açıqlandı

2025-ci ilin avtomobil etibarlılığı üzrə araşdırmalar nəticəsində sahiblərinə ən çox problem yaradan modellər açıqlanıb. Tezadlar.az xəbər verir ki, “J.D. Power”, “Consumer Reports” və “ReliabilityIndex” kimi beynəlxalq qurumların hesabatlarına görə, nasazlıqlara görə “lider” avtomobillər aşağıdakılardır: Ən çox xarab olan avtomobil modelləri: Chrysler Pacifica Hybrid – Batareya və enerji idarəetmə sistemində xətalar, mühərrik və transmissiya problemləri. Volkswagen […]

Mirziyoyev: İlham Əliyevin Cənubi Qafqaz–Mərkəzi Asiya əməkdaşlığına töhfəsini yüksək qiymətləndiririk

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Trend xəbər verir ki, bu barədə dövlət başçısının “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində bildirilib. “Biz Azərbaycan Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevin yeni ümumregional proseslərin inkişafında […]

Catherine Zeta Jones: “Ətrafımın gözəlliklərlə əhatə olunmasını sevirəm”

“Bilrəm, qulağa bir az fərqli gəlir… Ətrafımın gözəlliklərlə əhatə olunmasını sevirəm… Və bu heç də həddindən artıq deyil, çox rahatdır…” Tezadlar.az  xəbər verir ki, bu sözlər, özündən 25 yaş böyük Maykl Duqlasla 25 ildir evli olan uelsli ulduz Catherine Zetaya məxsusdur. Həqiqətən də gənclik illərində başladığı karyerasında qısa bir zamanda sürətli yüksəliş əldə etdi bu […]

61 yaşlı Boris Conson kokteyl içərkən obyektivə tuş gəldi

Keçmiş baş nazir çimərlikdə görüntülənib. Tezadlar.az xəbər verir ki, ingilis dövlət xadimi və siyasətçisi, Böyük Britaniyanın 77-ci baş naziri Boris Conson ailəsi ilə birlikdə tətilə çıxıb. O, dincəlmək üçün Yunanıstanı seçib. 61 yaşlı keçmiş nazir kokteyl içərkən fotokameraların obyektivinə tuş gəlib.

Dövlət rəmzləri və şəhidlərin xatirəsinə hörmətsizlik

Milli-mənəvi dəyərlər – xalqın tarixi, mədəniyyəti, dini inancları, şəhidlərinin xatirəsi və dövlət rəmzləri – hər bir millətin mənəvi dirəyi və birliyinin simvolu hesab olunur. Bu dəyərlərə hörmətsizlik yalnız fərdlərə qarşı deyil, bütövlükdə cəmiyyətə, milli kimliyə və dövlətçilik prinsiplərinə qarşı yönəlmiş təhqir kimi qəbul edilir. Ona görə də, müxtəlif ölkələrdə bu cür hallara qarşı həm hüquqi, […]

“Yüzlərlə girovun azad edilməsinə nail olmuşdum, amma qalanlar üçün HƏMAS məhv edilməlidir”

HƏMAS məhv edilənə qədər qalan israilli girovları geri qaytarmayacaq. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. “Qalan girovların geri qaytarılmasını yalnız HƏMAS məğlub edildikdən və məhv edildikdən sonra görəcəyik. Bu, nə qədər tez baş verərsə, uğur şansı bir o qədər çox olar. Yadda saxlayın ki, mən danışıqlar apardım və […]

Zelenski Trampla görüşməzdən əvvəl Vaşinqtonda Qərb liderləri ilə görüşür

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə getməzdən əvvəl Vaşinqtonda Avropa liderləri ilə görüşür. Tezadlar.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, görüşlər Ukrayna səfirliyinin binasında keçirilir. Liderlərlə danışıqların müxtəlif vaxtlarda baş tutacağı gözlənilir. Məlumata görə, Zelenskinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, NATO-nun baş katibi […]