Astarada 17 yaşlı qızı avtomobil vurdu: vəziyyəti ağırdır

Astara rayonunda avtomobil 17 yaşlı yeniyetməni vurub. Tezadlar.az-ın cənub bürosunun məlumatına görə, hadisə Ərkivan qəsəbəsi ərazisində olub. Belə ki, avtomobil vuran şəxs qəsəbə sakini – 2008-ci il təvəllüdlü Bibixanım Elçin qızı Əliyevadır. Yaralıya əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin zəruri tibbi yardım göstərilərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə göndərilib. Vəziyyəti ağır olan pasiyent […]
ATƏT rəhbəri: “Azərbaycan və Ermənistanın birgə müraciəti tarixi addımdır”

ATƏT Parlament Assambleyası Cənubi Qafqazdakı diplomatik prosesləri alqışlayır. Tezadlar.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro (Pere Joan Pons Sampietro) Vyada ATƏT-in Daimi Şurasının Prezidenti kimi ilk müraciəti zamanı deyib. O, həmçinin Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun bağlanması ilə bağlı tarixi birgə müraciətini bir daha alqışladığını bəyan edib: “Ümid edirəm […]
Bakıda qoyun sahiblərini aldadan şəxsə hökm oxundu

Bakıda qoyun saxlayan 5 nəfərə qarşı dələduzluq edilib. Tezadlar.az xəbər verir ki, hadisələr Xəzər rayonu ərazisində qeydə alınıb. 49 yaşlı Elçin Musayev (soyad şərtidir) Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində yaşayan qoyun saxlayan 5 nəfərin qapısına gedərək, qızı üçün toy edəcəyini deyib. Bunun üçün onlardan ümumi dəyəri 5900 manat olan 13 qoyun alıb. Qoyunların […]
Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 ayda 1,75 milyard manata çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 751 milyon manat olub. Tezadlar.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14 % çoxdur. 8 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 %-i hüquqi şəxslərin, 49 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hesabat dövründə […]
142 ölkə səs verdi: BMT iki dövlətli həll yolunu təsdiqlədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib. Tezadlar.az xəbər verir ki, 142 ölkə bəyannamənin lehinə, 10 ölkə əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb. Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata […]
Bakının mərkəzində yol bağlanacaq

Bakı şəhər Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, məhdudlaşdırılma 13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək qüvvədə olacaq. Qeyd olunub ki, buna səbəb sözügedən yol sahəsində təmir işlərinin aparılmasıdır. Sürücülərdən […]
Qafqaz Müsəlmanları İdarəsi: “Saytımıza hücum olub, texniki işlər görülür”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi veb-saytına girişdə problemlər yaranıb. Tezadlar.az xəbər verir ki, bu barədə Müsavat.com məlumat yayıb. QMİ-dən verilən açıqlamada fakt təsdiqlənib və saytın haker hücumuna məruz qaldığı bildirilib. Qeyd olunub ki, bu səbəbdən texniki yenilənmə işləri aparılır və sayt müvəqqəti olaraq bağlanıb: “Yenilənmə prosesi başa çatdıqdan sonra sayt yenidən fəaliyyətə başlayacaq. Hazırda QMİ-yə dair ən […]
Xətai rayonunda bağçada qalmaqal: tərbiyəçi işdən çıxarıldı

Bir neçə gün öncə “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonu Həzi Aslanov filialında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılmışdı. Tezadlar.az-ın məlumatına əsasən, sözügedən bağçanın meneceri Samirə Muradova Xəzər TV-yə açıqlamasında bildirib ki, kadrlarda əks olunan uşaq aprel ayında bağçaya qəbul olunub. Onun sözlərinə görə, azyaşlının valideyni bir müddət öncə həmin kadrları onlara təqdim edib […]
Lamin Yamalın sevgilisi barədə iddialar təsdiqləndi – Niki Nikola: “Çox aşiqəm”

“Barselona”nın vingeri Lamin Yamal, deyəsən, argentinalı reper Niki Nikola aşiq olub və münasibətləri rəsmiləşib. Lakin sonradan cütlüyün ayrıldığı haqda xəbərlər yayılıb. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, argentinalı müğənni “Barselina” ulduzu ilə münasibəti ilə bağlı səssizliyini pozub. Bu yaxınlarda Barselonada keçirilən tədbirdə Nikoldan Yamalla həqiqətən münasibətdə olub-olmadığını soruşublar. O, bunu təsdiqləyib və Laminə olan sevgisindən […]
Anasını döyən aktyorun günahını etiraf etdiyi bildirilir

Anasını döyən aktyor 10 illik həbs oluna bilər. Tezadlar.az xəbər verir ki, Moskvada aktyor Yakov Levda anasını döydüyünə görə hakim qarşısına çıxarılacaq. Bu barədə məlumatı “Mash” yayıb. Hadisə 2024-cü ilin noyabrında baş verib. Levda qonşusu ilə spirtli içki qəbul etdiyi vaxt anası ona zəng edib və yanına çağırıb. Aktyor tanışı ilə birlikdə evə gedib. Əvvəlcə […]
Xırdalan–Sumqayıt qatarlarının hərəkəti dayandırılır

Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti dayandırılacaq. Tezadlar.az xəbər verir ki, bu haqda ADY məlumat yayıb. Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan […]
“Rusiyanı yalnız güclü cavab dayandıra bilər” – Zelenskidən çağırış

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Ukraynanın müdafiəsini hava hücumundan müdafiə (HHM) sistemləri və döyüş təyyarələri ilə təmin edə bilər. Bu barədə Tezadlar.az xəbər verir. “Bu, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək. Üstəlik, Putin (Rusiya Prezidenti Vladimir Putin – red.) öz hərəkətləri ilə bunu etməyin lazım olduğunu göstərir”, – Ukrayna lideri bildirib. Onun sözlərinə görə, Rusiya […]
Bakıda külək fəsad törətdi: dam örtüyü qopdu

Yasamal rayonunda güclü külək fəsada səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə güclü külək səbəbindən rayonun Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub. Məlumatla əlqədar dərhal əraziyə cəlb edilən […]
Azərbaycan şorbaları unikal mətbəxin inciləridir

Uruqvayın aparıcı qəzetlərindən biri olan “Diario la R” Azərbaycan mətbəxi haqqında dərc etdiyi materialda onun zəngin irsi və unikallığını vurğulayıb. Tezadlar.az xəbər verir ki, nəşrdə milli qastronomiyada əsas yer tutan şorbalara xüsusi diqqət ayrılıb. “Şorbasevərlər Azərbaycana səfəri layiqincə qiymətləndirəcəklər. Yeməklərin müxtəlifliyi səyahət boyunca darıxmadan yerli şorbaları kəşf etməyə imkan verir”, – məqalədə qeyd olunur. Nəşr Azərbaycan […]
“SAVALAN Grappolo” IWSC 2025-də ən yüksək mükafata layiq görüldü

“SAVALAN–ASPI Winery” şirkəti bir daha öz peşəkarlıq səviyyəsini təsdiqləyərək, IWSC 2025 (International Wine and Spirit Competition) müsabiqəsində nüfuzlu mükafatlara layiq görülüb. Bu il münsiflərin diqqətinə 90-dan çox ölkədən 12 mindən artıq şərab və spirtli içki nümunəsi təqdim olunub. Ən böyük nailiyyət isə “SAVALAN Grappolo”nun qələbəsi olub. O, “Marc/Pomace Brandy” (qrappa və onun analoqları) kateqoriyasında ən […]
Məşhur aktrisa qaynana olmağa hazırlaşır

Xalq artisti Səidə Quliyevanın evində xeyir iş baş tutacaq. Tezadlar.az xəbər verir ki, aktrisa bu barədə “Günə uğurla” vefirlərin birində danışıb. Onun oğlunun sentyabrın 24-də toyu olacaq: “Bir balam var. Allah hamının balalarını qorusun. Çox həyəcanlıyam. Toy etmək, hamının qarşısına yaxşı çıxmaq çox çətindir. Amma bu, valideyn kimi borcumdur. Məni tanıyanlar deyə bilər ki, necə […]
Aella: “Mənə uyğun ərə tapana 100 min dollar verəcəyəm”

Amerikalı porno model Aella evlənmək qərarına gəlib və onu gələcək həyat yoldaşı ilə tanış edəcək şəxsə 100 min dollar ödəyəcəyinə söz verib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, 33 yaşlı Aella Kaliforniyanın San-Fransisko körfəzi bölgəsində yaşayır. Onun sözlərinə görə, onunla evlənmək istəyənləri tapmaq çətin deyil. Çətin olan isə onda evlənmək istəyi yarada biləcək insanlarla rastlaşmaqdır. Aellanın […]
2025-in qalanında sizi nə gözləyir?

Zaman uçur və biz artıq 2025-ci ilin son rübünə yaxınlaşırıq. 2026-cı il yanvarın 1-də yeni il başlamazdan əvvəl hər kəsin böyümək, ambisiyalarını reallaşdırmaq və əhəmiyyətli nəticələr əldə etmək imkanları var. Ümumiyyətlə, yanvar vədləri ilə əlaqəli olan yeni bir başlanğıc üçün hər şeyi təxirə salmadan əvvəl, ilin qalan hissəsinin ən böyük uğurlar vəd etdiyi tarixlərə diqqət […]
Arbitraj məhkəməsi Volkswagen AG-nin Rusiyadakı aktivlərinə qarşı iflas proseduruna başlayıb

Moskva Arbitraj Məhkəməsi Almaniyanın Volkswagen AG avtomobil konserninin Rusiyada yerləşən aktivlərinə qarşı iflas proseduruna başlayıb. Tezadlar.az TASS-a istinadən xəbər verir. “Volkswagen AG-yə qarşı yerli iflas prosedurunu və altı ay müddətinə Rusiya Federasiyasının ərazisində yerləşən və onunla əlaqəli əmlaka qarşı iflas prosedurunu tətbiq edin. Kreditorların tələbləri reyestrinə “Kameya” ASC-nin 16,9 milyard rubl məbləğində iddiasını daxil edin”, […]
İlk qar yağdı…

Zaqatalada yüksək dağlıq əraziyə qar yağıb. Tezadlar.az-ın məlumatına görə, bölgədə qeyri-sabit hava müşahidə olunur, fasilələrlə yağış yağış yağıb. Qeyri-sabit hava daha çox Zaqatala və Balakən rayonlarında müşahidə olunub, leysan yağıb. Dağlara yağan leysan yağışları nəticəsində Tala və Katex çaylarında suyun səviyyəsində kəskin artın müşahidə olunur. Sentyabrın 11-dən 12-ə keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinin […]
AKP rəsmisi: Naxçıvan Türk dünyasının strateji mərkəzinə çevriləcək

Naxçıvan həm Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində xüsusi əhəmiyyət daşıyan mərkəzdir. Tezadlar.az-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Naxçıvanda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu çərçivədə Azərbaycan–Türkiyə münasibətləri ən yüksək […]
Ayrılıqlar hər zaman kədərlimi?

Ayrılıq sözü hər zaman hüzn gətirsə də, arzular guşəsində yeri var. Amma bu arzular da hər zaman sevinclə bitmir. Xatirələr heç zaman insanı tərk etmir. Hər birimizin ömrü xoş və kədərli xatirələrlə doludur. Ayrılıqlar bu xatirələrin əvəzolunmaz simvoludur. Ömürboyu bir yerdə olduğumuz insanlarla da xatirələrdə yaşayan günlərimiz, aylarımız, illərimiz var. Bizə pislik etmiş insanlardan da […]
Şəxsiyyətinizi açan vizual test – ilk gördüyünüz nə oldu?

Bu qeyri-adi test sizə bir neçə saniyə ərzində şəxsiyyətinizin bəzi tərəflərini aşkar etməyə kömək edəcək. Sizə lazım olan tək şey şəklə baxmaq və ilk olaraq diqqətinizi çəkəni qeyd etməkdir. Çox uzun baxmaq deyil, ilk təəssüratınıza etibar etmək vacibdir. Tezadlar.az-ın məlumatına görə, seçiminiz, təsadüfi görünsə də, xarakteriniz, vərdişləriniz və daxili dünyanız haqqında çox şey deyə bilər. […]
ABŞ dövlət katibi Marko Rubio İsrail və Britaniyaya səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio 13-18 sentyabr tarixlərində İsrail və Böyük Britaniyaya səfər edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Ağdamda 14 yaşlı yeniyetmə yol qəzasında həlak olub

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib. Tezadlar.az xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində maşında olan sərnişin 14 yaşlı yeniyetmə hadisə yerində həyatın itirib. Faktla bağlı araşdırma aparılır.
Yanvar–avqustda 233 mindən çox mülkiyyət hüququna çıxarış verilib

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 233 943 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib. Tezadlar.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 43 352-si (18,5 %) ilkin, 190 581-i (81,5 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə […]
Kişi sevgilisinin körpəsini öldürdü

Rusiyanın Novosibirsk şəhərində kişi sevgilisinin 10 aylıq körpəsini öldürüb. Tezadlar.az xəbər verir ki, o, birlikdə yaşadığı qadının 10 aylıq körpəsini başından tutaraq yerə çırpıb. Körpə aldığı xəsarətlərdən dünyasını dəyişib. Cinayət ötən ilin iyul ayında baş verib. Ana 10 aylıq uşağını iki günlüyə birlikdə yaşadığı şəxsə etibar edib. Körpənin ağlamasına dözə bilməyən kişi onu götürüb başını […]
Rafiq Hüseynov AGF-də koordinator təyin olundu

Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilib. Bu barədə Tezadlar.az-a AGF-nin mətbuat xidmətindən məlumat verilib. Qurum ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə ona təşəkkürünü […]
Ermənistan və Türkiyə nümayəndələri Gümrü-Qars dəmir yolu ilə bağlı razılığa gəldilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” hesabında yazıb. Xatırladaq ki, bu gün Ermənistanda iki ölkənin münasibətlərin normallaşdırılması üzrə nümayəndə heyətlərinin görüşü keçirilib. Danışıqların yekunları üzrə tərəflər Gümrü-Qars dəmir yolunun və elektrik ötürücü […]
Bakıda elektrik skuterləri ilə qəzalar artır

Son dövrlərdə Bakıda elektrik skuterlərinə maraq artıb. Tezadlar.az xəbər verir ki, bu nəqliyyat vasitələrinin iştirak etdiyi yol-nəqliyyat hadisələrinin də çoxaldığı müşahidə olunur. Əksər hallarda bu tip qəzalar mikromobillik üçün xüsusi hərəkət zolaqlarının olmadığı yerlərdə baş verir. Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu qəzaların qarşısını almağın əsas yollarından biri şəhərdə mikromobillik […]
Baş nazir: Gürcüstan ABŞ-ın mövqeyini gözləyir

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın bərpasını istəyir. Tezadlar.az-ın Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, gürcü xalqına və dövlətinə qarşı düşmənçilik hərəkəti uğursuzluğa düçar olub. “Biz bəyan edirik ki, keçmiş Bayden administrasiyasının Trampın inauqurasiyasından az əvvəl ləğv etdiyi strateji tərəfdaşlığı yeniləmək istəyirik. Bu, bizim istəyimizdir. Qalanı isə […]
Sərdar Fərəcov Kardiologiya şöbəsinə köçürüldü

Dörd gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb. Bu barədə Tezadlar.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Xalq artisti Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir: “Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilib.
Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 766 şagirdin təhsil alacağı gözlənilir. Bu barədə Tezadlar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumat verilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124 şagirdin təhsil alacağı […]
Rusiya Belarusda NATO-ya nüvə təlimləri ilə güc göstərir ki…

Rusiya və Belarus NATO sərhədləri yaxınlığında nüvə müharibəsinin imitasiyası ilə təlimlərə başlayıb. Cəmi iki gün əvvəl Polşa hərbçiləri öz hava məkanlarında Rusiya dronlarını vurduqdan sonra, Moskva və Minsk genişmiqyaslı “Qərb-2025” təlimlərinə start verib. Bu dəfə söhbət təkcə sərhədlərin müdafiəsindən getmir: Rusiya dövlət KİV-lərinin qeyd etdiyinə görə, hərbçilər “nüvə silahının tətbiqini” də sınaqdan keçirəcəklər. Rəsmi məlumatlara […]
Hesablama Palatasına da kələk gəlmək istədilər, həm də dövlət qurumu tərəfindən….

Saxta arayış gözdən yayınmadı… Xəbər verdiyimiz kimi, Hesablama Palatası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” Publik Hüquqi Şəxsində yoxlamalar aparıb. 2023-2024-cü illəri əhatə edən yoxlamada irili-xırdalı çoxsaylı pozuntular aşkra edilib. Tezadlar.az xəbər verir ki, yoxlama zamanı sözügedən qurumun Palatanın sorğusuna cavab olaraq saxta, yəni geri tarixə yazılmış arayış təqdim […]
Британия ударила новыми санкциями против “теневого флота” и военных поставок РФ

Нефтяные доходы и военная машина РФ 12 сентября получили новый удар благодаря санкциям Великобритании, в то время как министр иностранных дел Иветт Купер прибыла в Киев. Как сообщает tezadlar.az со ссылкой, что об этом говорится в заявлении британского правительства, обнародованном в пятницу, сообщает “Европейская правда”. “Великобритания ввела 100 новых санкций, чтобы сократить источники доходов и военных поставок […]
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ailə üzvləri ilə birgə görüşdü
Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və qızı Oquldjaxan Atabayevanın Prezident İlham Əliyev və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşü olub. “Tezadlar.az” xəbər verir ki, Leyla Əliyeva həmin görüşdən fotolar paylaşıb.
DVX Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbələrini könüllülük fəaliyyətinə cəlb etdilər
Qarabağ Universitetinin 22 tələbəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunub.
Təbrik edirik!
“Veysəloğlu” Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İB-nin keçirdiyi araşdırma yazı müsabiqəsində “Təzadlar” qəzetinin dörd əməkdaşı qalib olub. Baş redaktor Asif Mərzili I yerə layiq görülüb. Əməkdaşlarımız Yasəmən Məmmədli, Elçin Məmməli və Rövşanə Nağıyeva da qaliblər sırasındadır. Başda Asif müəllim olmaqla hər birini ürəkdən təbrik edirik. Bu uğur bizi sevindirdi. Arzu edirik […]
İldırım Şəki dağlarını alovlandırdı
Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub. Tezadlar.az-ın Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Qozlubulaq kəndi ərazisində qeydə alınıb. Yanğının söndürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Koreyalararası gərginliyi azaltmaq üçün yeni addım
Cənubi Koreyanın Liberalist Prezidenti Lee Jae Myung Şimali və Cənubi Koreya arasında “Koreyalararası” hərbi razılaşmanı bərpa edəcəyinə söz verib. “Tezadlar.az” “The Washington Post”a istinadən xəbər verir ki, o, anlaşmanı iki ölkə arasındakı gərginliyi azaltmaq məqsədilə bərpa etmək istədiyini deyib. Prezident, həmçinin Şimali Koreyaya qarşı düşmənçilik hiss etmədiyini bildirib. Xatırladaq ki, 2018-ci ildə Pxenyan və Seul […]
Bəs hansı aylarda evlənmək uğurlu sayılır, hansı aylardan isə çəkinmək lazımdır?
Evlilik planlayan cütlüklər arasında belə bir inanc var: toy etdiyin ay gələcək ailə həyatının necə keçəcəyinə təsir edir. Hətta batil inanclara çox da inanmayan insanlar belə, toy tarixini seçərkən “uğursuz dövrə düşməsin” deyə diqqətli davranırlar. Bəs hansı aylarda evlənmək uğurlu sayılır, hansı aylardan isə çəkinmək lazımdır? Tezadlar.az mövzu ilə əlaqədar məlumat verir. Yanvar – Ziddiyyətlər […]
Nazirliyin təşkil etdiyi balıq yarmarkasına start verildi – BAZARDAKI QİYMƏTLƏR

Balıq yarmarkasında müxtəlif növ balıqlar satışa çıxarılıb. Xəbər verdiyimiz kimi, bu gündən Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin iştirakı ilə Bakıda balıq yarmarkası təşkil olunub. Yarmarka 12–14 sentyabrda paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında yerləşən “Keşlə Balıq Bazarı” (3-cü mikrarayon dairəsi yaxınlığı) ərazisində fəaliyyət göstərəcək. Tezadlar.az xəbər verir […]
Ukrayna DTX-nin dronları Rusiyanın Baltik dənizindəki ən böyük neft terminalını dağıtdı-41 milyon $ ziyan!

Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları Baltik dənizində Rusiyanın ən böyük neft terminalına zərbə endirib.Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Rusiyanın Baltik dənizindəki ən böyük Primorsk neft yükləmə limanı PUA-lar tərəfindən hücuma məruz qalıb, limanda neftin yüklənməsi dayandırılıb. Nəşrin həmsöhbətinin birbaşa çıxışı: “Ukrayna DTX-nin pilotsuz təyyarələrinin limandakı gəmilərdən birinə və nasos stansiyasına […]
Lukaşenko: Mən onu çox sevirəm…

Belarus prezidenti Aleksandr Lukaşenko pəhriz saxlamağa çalışsa da, “kartofu dəhşətli dərəcədə sevdiyini” etiraf edib. Tezadlar.az xəbər verir ki, bu barədə Belarus dövlətinin başçısı ölkə paytaxtında yenidən qurulan Loşitski kompleksinə səfəri zamanı bildirib. Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Minskdən olan gənc rəssam çəkdiyi rəsm əsərini Lukaşenkoya hədiyyə edib. Prezident “hədiyyəni məmnuniyyətlə qəbul etdi” və onu […]
15 sentyabr – Bilik Gününüz mübarək!

Azərbaycanda 15 sentyabr Bilik Günü kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin cənab prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunur. Tezadlar.az xəbər verir ki, 15 sentyabr ikinci […]
Almaniya ruslar üçün viza rejimini sərtləşdirməyə çağırır

Ötən il 27,3 min rusiyalı Almaniyaya viza alıb Almaniya Federal Hökuməti Rusiya vətəndaşları üçün Şengen vizalarının verilməsinə yeni məhdudiyyətlər axtarmaq istəyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə NAMPA/DPA agentliyi mənbələrə istinadən məlumat yayıb. “Sənəd Avropa Komissiyasının 2022-ci il üçün Rusiya vətəndaşlarına Aİ ölkələrində turist səfərləri və ya alış-veriş üçün vizaların verilməsini məhdudlaşdırmağa yönəlmiş tövsiyələrinin […]
Səidə Quliyeva qayınana olmağa hazırlaşır – oğlunu evləndirir

Xalq artisti, Prezident təqaüdçüsü, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva övladına toy etməyə hazırlaşır. Tezadlar.az xəbər verir ki, sevilən aktrisa bu barədə “Günə uğurla” verilişində deyib. “Bir balam var. Allah hamının balalarını qorusun. Çox həyəcanlıyam. Toy etmək, hamının qarşısına yaxşı çıxmaq çox çətindir. Amma bu, valideyn kimi borcumdur. Məni tanıyanlar deyə bilər ki, necə […]
Şagirdlərə məktəbdə telefondan istifadə qadağası

Şagird davranış qaydalarına əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz. Tezadla.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Bağırov bildirib ki, yaxın günlərdə Şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olunacaq: “Həmin qaydalar əsasında şagirdlərin […]
USQ-nin Xerson vilayətində hücumu nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Bundan əlavə, Krasnoe kəndində bir hektar sahədə yanğın baş verib Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 1 qadın ölüb, daha 6 nəfər yaralanıb. Tezadlar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Saldo Telegram kanalında məlumat verib. “Oleşkidə yaşayış sahəsinə hücum nəticəsində 1979 və 1959-cu il təvəllüdlü iki kişi və 1955-ci il […]
Yenə metroda gedişhaqqının artırılması məsələsi gündəmə gətirildi – diferensial qiymət artımı ola bilər…

“Bakı Metropoliteni” tariflərin artırılması və azaldılması kimi səlahiyyətə sahib deyil. Bizim səlahiyyətlər çərçivəsində olmadığına görə bu mövzu müzakirə edilmir”. Tezadlar.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında “Bakı Metropoliteni”nin sədrinin müşaviri Emil Əhmədov bildirib. O qeyd edib ki, metroda ümumi gedişhaqqı artmasa da, gələcəkdə diferensial qiymət artımı ola bilər: “Bu, gündəmdə olan məsələdir. Lakin bunun […]
Fırıldaqçı özünü dəllal kimi göstərərək təqaüdçünün 10 milyon pulunu ələ keçirib

Təqaüdçü fırıldaqçıya inanaraq əvvəlcə ona əmanət verib, sonra isə kredit götürməyə başlayıb Bratskın yaşlı sakini özünü maliyyə birjasının əməkdaşı kimi təqdim edən fırıldaqçının qurbanı olub. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi özünün Telegram kanalında məlumat yayıb. “O, investisiya şirkəti haqqında dostundan öyrənib. Sonra birjanın saxta əməkdaşı […]
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti orta ağır olaraq qalır

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Bu barədə tezadlar.az-a TƏBİB-dən məlumat verilib. Sitat: “Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”. Xatırladaq ki, bu ilin sentyabrın 5-də səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Allah şəfa versin. Xalq artisti […]
Hər gün həyatlarını riskə atan 200-dən çox uşaq bu məktəbdə təhsil alır

Məktəbin tavanı uçub, divarları yıxılmamaq üçün bərkidilib Bir neçə kəndin uşaqları həyatlarını riskə ataraq bilik əldə etməli olurlar. Məktəbin tavanı uçub, divarları yıxılmamaq üçün bərkidilib. Yeni binanın tikintisi on ildən artıqdır ki, davam edir və sonu görünmür. “Bax, mənim əlim ora rahat oturur. Belə çatlar binanın yararsız vəziyyətə düşdüyünə işarədir. Valideynlər qorxurlar ki, bir gün […]
Yaponiyada bu səbəbdən 200-dən çox aviareys təxirə salınıb

Tufan və külək ikinci gündür ki, səngimir Tokioda güclü yağış səbəbindən 200-dən çox aviareys təxirə salınıb. Yaponiyanın mərkəzi rayonlarında artıq ikinci gündür ki, tufan və külək səngimir, yollarda çökmə müşahidə olunur. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, daşqınlar dəmir yolu hərəkətini demək olar ki, tamamilə dayandırıb, yeraltı keçidlər və metrolar su altında qalıb. Artıq […]
Köhnə, sınıq-salxaq maşınların utilizasiyasına görə bunları bilirdinizmi?

…Bakının avtomobil duracaqlarında, küçə və həyətlərində atılmlş, çürümüş, gediş-gəlişə mane olan minlərlə avtomobil yatır. Bu avtomobillərin işlək vəziyyətə gətirilməsi isə mümkünsüzdür. Bəzilərinin ili rəhmətlik Brejnevin hakimiyyəti illərinə gedib çıxır, bəziləri isə avtoqəzada “paralic” olub, yenidən yola çıxması mümkünsüzdür, istifadəsi əlverişsizdir və s. Lakin Nazirlər Kabineti bu problemi aradan qaldırmaq üçün 2024-cü ilin 31 yanvarından etibarən […]
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Sanksiya siyahısına 3 fiziki və 27 hüquqi şəxs əlavə edilib Böyük Britaniya Xarici İşlər və Birlik Nazirliyi anti-Rusiya sanksiyalar siyahısını 30 maddə ilə genişləndirib. Tezadlar.az xəbər verir ki, bu barədə məlumat hökumətin saytında dərc olunub. “12 sentyabr 2025-ci ildə Xarici İşlər, Birlik və İnkişaf Ofisi GOV.UK saytındakı sanksiyalar siyahısını yeniləyib. Otuz bənd əlavə edilib ki, […]
Fon der Leyen Almaniyada tənqidlərə səbəb olub

Almaniya kansleri Fridrix Merzin mühafizəkar tərəfdaşları Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenin İsraillə bağlı mövqeyini sərtləşdirmək təkliflərini rədd ediblər. Tezadlar.az xəbər verir ki, bunu Bundestaqdakı Xristian Sosial Birliyinin (CSU) lideri Aleksandr Hofman deyib. Onun sözlərini “Politico” sitat gətirib. “Almaniya İsraildən üz döndərə bilməz. Ümid edirəm ki, Avropa Komissiyasının sədri öz mövqeyinə yenidən baxacaq […]
Vüqar Bayramov bir qrup seçicisi ilə görüşdü: Əli hər yerdən üzülənlər deputatdan kömək istəyir…

Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı seçicilərimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri mənzil təminatı, əlillik dərəcəsinin alınması, məşğulluq, iş yerini dəyişmək, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Vüqar Bayramov sosial […]
DTX keçmiş müdafiə nazirini korrupsiya ilə bağlı saxladı

Ordunun büdcəsindən oğurluq etmək Vətənə, xalqa və Dövlətə xəyanətdir! Elə bu mənada sentyabrın 12-də, səhər saatlarında saxlanılan Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze xəstəxanaya yerləşdirilib. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib. Məlumata əsasən, keçmiş nazir bir neçə gün öncə Kaxeti bölgəsində kvadrosikldən yıxılaraq yüngül beyin silkələnməsi alıb və […]
SOCAR-ın vitse-prezidenti Özyeğin Universitetinin rektoru ilə görüşüb – FOTOLAR

SOCAR–ın vitse-prezidenti Ziba xanım Mustafayeva Türkiyənin Özyeğin Universitetinin rektoru, professor Barış Tan ilə görüşüb.
Ədliyyə Nazirliyindən də kimə gəldi orden-medal paylayanlara “DUR!” dedilər…

Bəzi şəxslər və ya QHT-lər kimə gəldi orden, medal, “Fəxri Fərman” və s. paylamaqla cəmiyyətdə ciddi narazılıq yaratmaqdadır. Nəhayət, Azərbaycan Ədliyyə Nazirliyi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi saxta medallarla bağlı birgə bəyanat qəbul edib. Tezadlar.az həmin bəyanatı təqdim edir: “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə […]
Bu da bəzi yerlərə yağan qar və dolu!

Bu gün sentyabrın 12-si, səhər saat 09:00-a olan məlumata əsasən, Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumat verilib. Yüksək dağlıq ərazilərə – Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb. Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) […]
4 polis əməkdaşı avtoqəzada həyatını itirdi- SƏBƏB

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Tezadlar.az DİN-ə istinadla bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Xatırladırıq ki, hadisə bu gün sentyabrın 12-də, səhər saat 05:00 radələrində […]
Attestasiyada minimal nəticə göstərən müəllimlər üçün xüsusi kurslar təşkil edilib

Attestasiyadan minimal nəticə (5 komissiya üzvündən 2-si tərəfindən “uyğun” hesab edilən) göstərən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində xüsusi ixtisasartırma kursları təşkil edilib. Mədəniyyət Nazirliyindən bildirilib ki, onlar müəyyən müddət kurs keçdikdən sonra yenidən xüsusi müsabiqə əsasında imtahan verərək işə bərpa olunmaq imkanı qazanacaqlar. “Attestasiyadan daha aşağı nəticə (4/1 və ya […]
Benyamin Netanyahu İordan çayının sol sahilində tikinti əmri verdi və Fələstin dövlətinin olmayacağını bəyan etdi

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilinin E-1 bölgəsində məskunlaşanlar üçün minlərlə mənzil tikmək planlarını təsdiqləyib. O, həmçinin bəyan edib ki, İsrail bu torpağı özününkü hesab edir və ayrıca Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək. Tezadlar.az xəbər verir ki, Netanyahu bunu sentyabrın 11-də Qüdsdən bir neçə kilometr aralıda yerləşən Maale Adumim şəhərində keçirilən mərasimdə deyib. […]
Bilik Gününə həsr olunmuş ədəbi tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, “Gənc şairlər” uşaq layihəsi və X.B.Natəvan adına 4 №-li kitabxana filialı Bilik Gününə həsr olunmuş “Bilik işığının poeziyası” adlı ədəbi tədbir keçirdilər. Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbir […]
Mayor Kuzvesovdan acı etiraf: “Əməliyyatı şəxsi ambisiyalarımla başladım”

Rusiyanın Sverdlovsk vilayəti üzrə FTX idarəsində iyun ayında Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra başlayan və Moskva ilə Bakının diplomatik münaqişəsinə səbəb olan hadisələrlə bağlı genişmiqyaslı yoxlamalar davam edir. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yer alıb. Qeyd olunub ki, əməliyyatın təşəbbüskarı Xüsusi İstintaq Komitəsinin mayoru, xüsusi mühüm işlər üzrə dördüncü şöbənin rəisi Yaroslav Kuzvesov olub. […]
Zelenski Kiyevdə Trampın xüsusi elçisi ilə nələri müzakirə edib?

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ilə konstruktiv danışıqlar aparıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında bildirib. Prezident deyib ki, tərəflər əməkdaşlığın müxtəlif sahələrini, real sülhə nail olmaq və Ukraynanın təhlükəsizliyinə təminatları müzakirə ediblər. Sitat: “Bunlar “Patriot”un istehsalı və alınmasının maliyyələşdirilməsi […]
Süni intellekt nazir təyin edildi- PROFESSOR SALEH MƏMMƏDOV YAZIR

…Süni intellekt dövlət məmurlarına da çatdı, süni intellektlə təbii insan intellekti arasında kəskin rəqabət başlayır. Özü də ən yüksək səviyyədə: Albaniya rəsmi olaraq Süni intellekti dünyada ilk dəfə olaraq NAZİR təyin etdi (müsəlmanlar da ayılmağa başlayıb). Adı da DİELLA. Azərbaycanda da nazir vəzifəsinə böyük rəqabət gəlir. Mənə elə gəlir ki, çətin ki, bu ölkədə Chat […]
Yolumuz bu dəfə Hadrut qəsəbəsinə və Xocalının Badara kəndinədir!-32 İLDƏN SONRA

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom- dan “Təzadlar”a verilən məlumatda deyilir ki, bu səhər Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə – 55 […]
Bu heyyətə yeni oyunçu cəlb edildi

“Murov Az Terminal” kollektivi heyətini yeni voleybolçu ilə gücləndirib. Klubdan “Tezadlar”a verilən məlumata görə, komanda rusiyalı Boris Fistyulyovla anlaşıb. Hücumçu 2025/2026 mövsümü ərzində “Murov Az Terminal”ın şərəfini qoruyacaq.
Çexiya Rusiyanı Polşanın hava məkanını “qəsdən pozmaqda” ittiham etsə də…

Rusiya səfiri Aleksandr Zmeevski Çexiyaya Polşada pilotsuz təyyarələrlə bağlı insidentin kimə faydası barədə düşünməyi tövsiyə edib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Telegram-da məlumat yayıb. Sentyabrın 11-də diplomat Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb və orada departament rəhbərinin müavini Yan Marian ilə söhbət edib. Məlumatda deyilir ki, görüş zamanı Çexiya tərəfi Rusiyanı […]
Braziliya prezidenti ABŞ-ın təhdidlərinə cavab verdi

Braziliya keçmiş prezident Jair Bolsonaroya qarşı çıxarılan təqsirli hökmdən sonra ABŞ-ın mümkün sanksiyalarından qorxmur. Tezadlar.az xəbər verir ki, bunu Braziliyanın hazırkı lideri Luis İnasio Lula da Silva Band telekanalına müsahibəsində deyib. “Heç bir narahatlıq yoxdur. Qorxmuram. Bir ölkənin prezidenti digər suveren dövlətin qərarlarına qarışa bilməz. Əgər hər hansı bir addım atmaq qərarına gəlsə, bu, tək […]
Pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfərinin orta hesabla xərclədiyi məbləğ açıqlandı – bir ayda

Bu ilin yanvar-avqust aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Tezadlar.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq […]
Kiberdələduzlar indi də saxta konsert, teatr, sərgi biletləri satırlar – Onlayn alışla bağlı xəbərdarlıq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır. Bu barədə Tezadlar.az-a ETX-dən məlumat verilib. Bildirilib ki, dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya […]
Rusiya hərbi qulluqçuların maaşlarını artırır, o cümlədən…

Rusiya hökumətinin qərarına əsasən, çağırış və müqavilə əsasında xidmət edən hərbi qulluqçuların, eləcə də bəzi dövlət qurumlarının işçilərinin maaşları oktyabrın 1-dən 1,076 dəfə və ya 7,6% artırılacaq. Tezadlar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl hökumətin 9 aprel 2025-ci il tarixli fərmanında maaşların 4,5% artırılması təklif edilib. “Rusiya Federasiyası Hökumətinin 9 aprel 2025-ci il […]
Braziliyanın eks prezidentini hazırkı liderə qarşı sui-qəsddə ittiham edən hakimlərin sayı artdı -çəmbər daralır

Braziliyanın Ali Federal Məhkəməsi sabiq prezident Jair Bolsonaronu Braziliyanın hazırkı lideri Luiz İnasio Lula de Silvanın hakimiyyətə gəlməsinə mane olmaq üçün ordu ilə əməkdaşlıq etməkdə təqsirli bilib. Tezadlar.az xəbər verir ki, bu, hakim Karmen Lusiyanın təqsirli hökmü qüvvədə saxlayan beş hakimdən üçüncüsü olmasından sonra baş verib. “Prokurorluq inandırıcı şəkildə nümayiş etdirdi ki, Jair Messias Bolsonaronun […]
“Bu gün “sərhədi açmağa hazırıq” şəklində bəyanat verdilər”- Serdar Kılıç

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç İğdıra yollanıb. Tezadlar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən səfir Kılıç Ermənistan tərəfi ilə təmasların davam etdiyini vurğulayıb: “Bu araşdırmaları nəzərdən keçirəcək və əvvəlki işləri dəyərləndirəcəyik. Gələcəkdə iki ölkə, xüsusilə də bölgənin iqtisadi həyatı üçün nələrin edilə biləcəyini müzakirə edəcəyik”. Bundan başqa, səfir […]
Musa Qurbanlı ailə həyatı qurur – Qurban Qurbanovun oğlunun toyu

Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Musa Qurbanlının bu gün toyudur. “Tezadlar” xəbər verir ki, Qurban Qurbanovun oğlunun toy mərasimi paytaxt restoranlarından birində keçirilir. Toy mərasimdən fotonu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, Musa Qurbanlı “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurur.
Əfqanıstanda zəlzələdən sonra yarım milyona yaxın insan təcili tibbi yardıma möhtacdır

Əfqanıstanın şərqində baş vermiş zəlzələdən sonra 500 minə yaxın əfqanın təcili tibbi yardıma ehtiyacı var. “Tezadlar” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. “498 mindən çox insanın, o cümlədən 11 600-dən çox hamilə qadının təcili tibbi yardıma ehtiyacı var. Hazırda onlar həddindən artıq dolu olan müvəqqəti sığınacaqlarda sanitar şəraiti pis olan yerlərdədirlər […]
ÇL 2027 finalı “Metropolitano” stadionunda keçiriləcək

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın “Atletiko” klubunun stadionu “Metropolitano”da keçiriləcək. “Tezadlar” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib. Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək. 2027-ci ildə […]
5 nəfəri qətlə yetirən Əhməd Əhmədova məcburi müalicə təyin edildi

CİNAYƏT İŞİ Qısa arayış… 2024-cü il fevralın 13-də Bakıda ailə qətliamı olur. DİN məlumat yayır ki, saat 16:30-da Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovun qətlə yetirilməsi barədə 35-ci Polis Bölməsinə məlumat daxil olub. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1999-cu […]
Ev elektrik xərclərini artıran cihazlar açıqlandı

Bəzi məişət cihazları evdə gözləniləndən daha çox elektrik enerjisi sərf edir. Mütəxəssislər bildirirlər ki, elektrik sobası bəzən 65 soyuducunun eyni vaxtda işləməsi qədər enerji “yeyə” bilər. Bu da aylıq ödənişlərin ciddi şəkildə artmasına səbəb olur. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, elektrik sobalarının əksəriyyəti 2000-dən 5000 vattadək enerji sərf edir. Onlardan tez-tez istifadə olunduqda aylıq […]
Mourinyonun Premyer Liqaya qayıdış ümidlərinə zərbə

Joze Mourinyonun “Fənərbağça”dan mübahisəli şəkildə ayrılması onun Premyer Liqaya qayıtma ümidlərini yarımçıq qoyub. Tezadlar.az-ın xarici mediaya istinadl aməlumatına görə, “Vest Hem” üçün adı çəkilən portuqaliyalı məşqçi ilə bağlı keçmiş baş məşqçi Sam Allardyce deyib:,”Potter getsə belə, Mourinyo düşünülməyəcək”. Bu arada İngiltərə mətbuatı Mourinyonun “Fənərbağça”dakı uğursuz dövrünü işıqlandıraraq, onun artıq elit sayılmadığını yazıb. “Fənərbaxça”ya böyük ümidlərlə […]
Arayik Harutyunyan və digərlərinin işi üzrə məhkəmədə yeni faktlar elan olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]
Berlin PUA insidentindən sonra Polşa hava məkanında nəzarəti artırır

Almaniya hökuməti Rusiya PUA-ları ilə bağlı insidentdən sonra Polşa üzərində hava patrullarını genişləndirmək niyyətindədir. “Tezadlar” xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib. “Baltikyanı ölkələr və Polşada mövcud öhdəliklərə əlavə olaraq, Almaniya hökuməti Polşa üzərində hava patrullarını gücləndirəcək və genişləndirəcək”, – Kornelius PUA insidentini şərh edərkən deyib. O, həmçinin vurğulayıb […]
PUA insidenti ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək

PUA insidenti ilə bağlı Varşavanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclası sentyabrın 12-də keçiriləcək. “Tezadlar” xəbər verir ki, bu barədə PAP agentliyinə Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski məlumat verib. “BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası cümə günü Polşa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 23:00-da – red.) keçiriləcək”, – agentlik onun sözlərindən […]
İsveç Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırdı

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın krallıqdakı səfirini çağırıb. “Tezadlar”ın xəbərinə görə, bu barədə xarici siyasət idarəsinin press-relizində bildirilib. “Bu gün, sentyabrın 11-də İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu, Rusiyanın sentyabrın 10-da Polşanın hava məkanını pozmasına etiraz olaraq edilib”, – məlumatda deyilir. Xatırladaq ki, sentyabrın 10-da Polşa ordusunun operativ komandanlığı ölkənin hava məkanını […]
ABŞ rəsmisi Brendan Hanrahan sentyabrın 11-12-də Ermənistanda olacaq

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan sentyabrın 11-12-də Ermənistanda səfərdə olacaq. “Tezadlar” xəbər verir ki, bu barədə ABŞ-nin İrəvandakı səfirliyi məlumat yayıb. “Bu səfər ABŞ və Ermənistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini vurğulayır. Strateji tərəfdaşlığımızın əsaslarını inkişaf etdirərək, biz ikitərəfli əlaqələri gücləndirməyə və qarşılıqlı maraq doğuran əsas […]
16 yaşlı qıza qarşı zorakılıq: dörd rayon sakini barəsində həbs qətimkan tədbiri seçildi

Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən dörd nəfər 3 aylıq həbs edilib. “Tezadlar”ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib. Zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri […]
Serdar Kılıç: “İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək istəyirik”

Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir. “Tezadlar” xəbər verir ki, bunu Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç jurnalistlərə açıqlamasında deyib. “Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq İğdır […]
HƏMAS: İsrail Qətərdəki hücumla atəşkəs danışıqlarını pozmaq istəyir

HƏMAS İsrailin təşkilatın Qətərdəki müzakirəçilərinə hücumunun Qəzza zolağında atəşkəs danışıqlarını pozmaq məqsədi daşıdığını bildirib və ABŞ-ni bu hücumda əlbir olmaqda ittiham edib. “Tezadlar” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Fauzi Bərhum mətbuat konfransı zamanı deyib. “Bu cinayət… bütün danışıqlar prosesinin məhv edilməsi idi… Biz iddia edirik ki, ABŞ administrasiyası bu cinayətdə […]
Dam örtüyündən qopan şifer 67 yaşlı qadının başına düşdü

Naxçıvanda güclü külək zamanı bir nəfər xəsarət alıb. “Tezadlar”ın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
“Səbail” iranlı hücumçu Ali Babaeini transfer etdi

Azərbaycan I Liqasında çıxış edən “Səbail” legioner futbolçu transfer edib. Klubdan “Tezadlar”a verilən məlumata görə, “dənizçilər” son olaraq Kosovanın “Dukagjini” kollektivində çıxış etmiş iranlı hücumçu Ali Babaei ilə anlaşıb. 24 yaşlı futbolçunun müqaviləsinin müddəti birillikdir. Qeyd edək ki, “Səbail” ötən mövsüm Misli Premyer Liqasında 22 xalla sonuncu yeri tutaraq I Liqaya yollanıb.
“ADY Əmlak”ın direktoru dəyişdi – vəzifə Əkbər Mədətliyə həvalə olundu

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Əmlak” MMC-nin direktoru Elçin Niyazov vəzifəsindən azad edilib. “Tezadlar” xəbər verir ki, şirkətə rəhbərlik Əkbər Mədətliyə həvalə olunub. O, yaxın aylara qədər “ADY Ekspress” MMC-nin, ondan əvvəl isə “ADY Konteyner”in direktoru olub. E. Niyazov isə azad edildiyi vəzifəyə 2 il bundan əvvəl təyin olunub, bundan əvvəl isə Rəqəmsal İnkişaf və Nəqliyyat […]
ABŞ-da qətlə yetirilən fəalın işi üzrə tüfəng ələ keçirildi

ABŞ Federal Təhqiqat Bürosu (FTB) amerikalı fəal Çarli Kirkin qətlində istifadə edildiyi ehtimal olunan silahı aşkar edib. Bu barədə “Tezadlar” xarici mediaya istinadən məlumat verir. “Biz atəş zamanı istifadə olunduğunu ehtimal etdiyimiz silahı tapmağa nail olduq”, – FTB nümayəndəsi Robert Bols bildirib. Onun sözlərinə görə, tüfəng atəş açanın gizləndiyi meşəlik ərazidə tapılıb. R.Bols Kirkin qatilinin hələ də […]
Xaçmazda 202 cüdoçu kəmər imtahanı verdi

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. “Tezadlar” xəbər verir ki, imtahanda Şimal bölgəsindən olan 202 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. Sınağı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların […]
27 yaşlı model ağ libası ilə diqqətləri üzərinə topladı

Leonardo Di Kaprionun sevgilisi, 27 yaşlı sevgilisi model Vittoria Ceretti, onun “Bir döyüşün ardınca” adlı filminin Los-Ancelesdəki Çin teatrında keçirilən premyerasını qaçırmayıb. Bu barədə Tezadlar.az xarici mediaya istinadla xəbər verir. Model Vittoria Ceretti məşhur sevgilisinə dəstək olmaq üçün tədbirdə göründükdə, Tom Ford imzalı uzun ağ libası ilə möhtəşəm görünürdü. Minimalist tərzdə seçilmiş geyim boş biçimə malik olub, […]
Professor: “İnsanın yaşını qulaq məməsi ələ verir”

İspaniyanın Komplutense Universitetində estetik tibb üzrə magistratura professoru Mariya Anxeles Lopes Marin bildirib ki, insanın yaşını qulaq məməsi ələ verir. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, ekspertin sözlərinə görə, zaman keçdikcə qulaq məməsi kollagen və elastinin reabsorbsiyası səbəbindən incəlməyə məruz qalır. Onun qeyd etdiyinə görə, klips və ağır sırğalar qulaq məməsinin qocalma prosesini sürətləndirir. Marin […]
Polşa XİN rəhbəri vətəndaşlara çağırış etdi: “Rusiya və Belarusa getməyin”

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib. “Tezadlar” xəbər verir ki, o, bu məsələ ilə bağlı RFM24 radiosunda çıxışı zamanı danışıb. “Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər – bizim isə hər zaman mübadilə üçün təklif edə biləcəyimiz “girov” olmur… Bir daha xahiş edirəm, […]
OPEC+ avqustda hasilatı artırsa da, planı yerinə yetirə bilmədi

“OPEC+” ölkələri avqust ayında neft hasilatını gündəlik 529 min barel artırıblar. “Tezadlar” xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında qeyd olunur. Bununla belə, onlar könüllü azalmalar və kompensasiyalar nəzərə alınmaqla plandan gündəlik 321 min barel geri qalıblar. Rusiya avqustda planlaşdırılan hasilatdan gündəlik 86 min barel, Səudiyyə Ərəbistanı isə 47 min barel az neft hasil edib. Geriləməyə, həmçinin plandan gündəlik 300 min barel geri qalan Meksika, […]
Alla Puqaçova: “Vətənim mənə xəyanət etdiyi üçün Rusiyanı tərk etdim”

Rusiyanın Xalq artisti, məşhur müğənni Alla Puqaçova uzun müddət sonra ilk dəfə geniş müsahibə verib. “Tezadlar” xəbər verir ki, Puqaçova jurnalist Katerina Qordeyevaya müsahibəsində əsas olaraq Rusiyanı tərk etməsi səbəbləri barədə danışıb. Müğənni xatırladıb ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra övladları və həyat yoldaşı Maksim Qalkinlə ölkəni tərk edərək İsrailə yollanıblar. […]
Neftçalada faciə: ana körpəsini qucağından saldı, uşaq öldü

Neftşalada bir yaşlı körpə ana qucağından düşərək ölüb. “Təzadlar” xəbər verir ki, hadisə rayonun II Qaralı kəndində baş verib. İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri – 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb. Faktla bağlı araşdırma aparılır.
Qəzada sürücü yerində ölmüşdü, sərnişin də xilas olmadı

Hacıqabulda iun ayında yol qəzasında xəsarət alan şəxs ölüb. Tezadlar.az xəbər verir ki, hadisə iyunun 28-də Padar kəndi ərazisində qeydə alınıb. Qəza zamanı xəsarət alaraq, Ağsu rayon xəstəxanasına yerləşdirilən sərnişin, 26 yaşlı Xəlilli Xəyal Valeh oğlu görülən tədbirlərə baxmayaraq, sentyabrın 8-də həyatını itirib. Qeyd edək ki, iyunun 28-də Hacıqabul sakini, 33 yaşlı Manafov Şahid idarə etdiyi “Opel” markalı […]
ABŞ Prezidenti yaxın silahdaşını ölümündən sonra mükafatlandırır

Dünən qətlə yetirilən ictimai xadim Çarli Kirk ölümündən sonra Azadlıq Medalı ilə təltif ediləcək. “Tezadlar” Qərb mediasına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp Kirkin öldürülməsi ilə bağlı kədər və qəzəbini ifadə edib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın yaxın silahdaşı, mühafizəkar xadim Çarli Kirk sentyabrın 10-da Yuta Vadisi Universitetində (Utah […]
Tramp Hindistanın ticarət nazirini Vaşinqtona dəvət edib

ABŞ prezidenti Donald Tramp Hindistanın ticarət naziri Piyuş Qoyalı ticarət sazişi üzrə danışıqları yekunlaşdırmaq üçün gələn həftə Vaşinqtona səfərə dəvət edib. Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Senatda keçirilən dinləmələrdə ABŞ-ın Hindistandakı səfiri vəzifəsinə namizəd Sercio Qor bildirib. Diplomatın sözlərinə görə, tərəflər fəal danışıqlar aparır və sazişin yekun detallarını müzakirə edirlər. Hindistanlı nazirin […]
Hücumçu Kamran Quliyev klubdan ayrıldı

“Sumqayıt” futbolçusu Kamran Quliyevlə yollarını ayırıb. “Tezadlar” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Polis: spirtli içki və narkotik təsiri altında avtomobil idarə edənlər cərimələndi

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirib. Tezadlar.az xəbər verir ki, tədbirlər zamanı axtarışda olan 7 nəfər saxlanılıb, “isti izlərlə” 8 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 29, xırda xuliqanlıq, məişət səs-küyü, tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi və s. qanun pozuntuları ilə əlaqədar 59 fakt […]
“Atletiko Madrid” Yunus Akgünü transfer siyahısına saldı

İspaniyanın məşhur klubu “Atletiko Madrid” “Qalatasaray”ın futbolçusu Yunus Akgünü transfer hədəfinə alıb. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi oyunçunu yaxından izləmək üçün skautlarını Türkiyəyə göndərmək qərarına gəlib. Əgər klub rəsmiləri 25 yaşlı futbolçunun çıxışından razı qalsalar, transferi reallaşdırmaq üçün 14 milyon avro ödəmələri lazım olacaq. Qeyd edək ki, Yunus Akgünün “Qalatasaray”la müqaviləsi […]
Xaçmaz xəstəxanasında faciə: antibiotik iynəsindən pasiyent öldü

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında vətəndaşın antibiotik iynəsindən həyatını itirdiyi təsdiqlənib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 16:00-da 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs üçlü sinirin nevralgiyası, astenonevrotik vəziyyət, xroniki haymoritin kəskinləşməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. “Onda vurulan antibiotik inyeksiyası sınağından sonra allergik reaksiya nəticəsində anaflaktik şok […]
İsrailə görə daha iki ölkə “Eurovision”dan çıxmağa hazırdır

Onların qərarı dekabrın sonuna qədər açıqlanmalıdır İsrailin iştirakına icazə verilərsə, İrlandiya və İspaniya “Eurovision” Mahnı Müsabiqəsində iştirakdan çıxmağa hazırdırlar. Tezadlar.az xəbər verir ki, İrlandiyanın RTE yayımçısının baş direktoru Kevin Bakxerst ölkənin iştirakı ilə bağlı yekun qərarın Avropa Yayım Birliyinin rəyindən sonra veriləcəyini açıqlayıb: “Qəzzada davam edən və dəhşətli insan itkiləri nəzərə alınmaqla İrlandiyanın iştirakı qəbuledilməz […]
Sumqayıtda futbolçunun toyu – gəlin müğənni Nurana görə kövrəldi

Azərbaycanlı futbolçu Vüqar Bəybalayevin toyu olub. Tezadlar.az xəbər verir ki, V.Baybalayev Günel adlı xanımla ailə qurub. Sumqayıtdakı restoranlardan birində keçirilən toydan görüntülər sosial şəbəkədə yayılıb. Məclisdə müğənni Nuranı görən gəlin kövrəlib. Məlum olub ki, bəy xanımına sürpriz edərək köhnə dostu olan müğənni Nuranı dəvət edib.
Siyarto Ukrayna ilə münasibətlərin pisləşdiyini etiraf edib

Macarıstanla Ukrayna arasında münasibətlər daha da pisləşə bilər və buna görə Kiyev məsuliyyət daşıyır. Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib. Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Taras Kaçkanın başçılıq etdiyi nümayəndə heyəti ilkin olaraq elan edilmiş xarici işlər naziri Andrey Sıbiqanın əvəzinə […]
İrəvan parlamenti Qazaxıstanla miqrasiya əməkdaşlığına “hə” dedi

Ermənistan parlamenti Qazaxıstanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. “Tezadlar” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Sənəd bir ölkənin vətəndaşlarına digər ölkədə 90 gün müddətində vizasız qalmağa icazə verir. Bundan sonra iş, təhsil, müalicə və digər məqsədlər üçün müvəqqəti yaşayış icazəsi almaq mümkün olacaq. Bundan əlavə, Ermənistan və Qazaxıstanın miqrasiya sahəsində dövlət […]
Sentyabrın 12-nə olan proqnoz: Abşeronda güclü külək

Sentyabrın 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Məşhur aktyor pəhrizlə fit görünüş əldə etdi

Türkiyəli məşhur aktyor Ahmet Mümtaz Taylan may ayında pəhrizə başlayıb və 4 ayda ümumilikdə 18 kilo arıqlayıb. Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, fit görünüşü ilə seçilən Taylanın formasını qorumaq üçün pəhrizə davam etdiyi bildirilib. Yay tətilini evində keçirən sənətkar belə deyib: “Həyatımın ən gözəl tətillərindən birini yaşadım, artıq 1 aydır evdəyəm. Möhtəşəm dincəldim. Evdə vaxt […]
“Xalq Bank” nizamnamə kapitalını 446,6 milyon manata çatdırdı

“Xalq Bank” ASC nizamnamə kapitalını 7,5 % artıraraq 415 milyon 596 min 744 manatdan 446 milyon 599 min 506 manata çatdırıb. “Tezadlar” xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 3 milyon 630 min 300 ədəd səhminin nominal dəyərinin 114,48 manatdan 123,02 manata çatdırılması hesabına baş tutub. Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i “Euro Standard” MMC-yə (“Xalq […]
Xiyar niyə “sağlamlıq giləmeyvəsi” adlanır? – 8 əsas səbəb

Müntəzəm olaraq xiyar yemək sağlamlığı nəzərəçarpacaq dərəcədə gücləndirə bilər. Xiyar həm yüngül qəlyanaltı, həm də salatlara, soyuq şorbalara və ya içkilərə əlavə kimi əla seçimdir. Botanika baxımından giləmeyvə sayılır, amma mətbəxdə tərəvəz kimi istifadə olunur və həm giləmeyvənin, həm də tərəvəzin üstünlüklərini özündə birləşdirir. O, vitaminlər, minerallar və orqanizmin normal fəaliyyəti üçün lazım olan su ilə zəngindir. Tezadlar.az xarici […]
FGX gömrük adından saxta poçt göndərişləri barədə məlumat verib

Rusiya Federasiyasının Federal Gömrük Xidməti (FGX) beynəlxalq poçt göndərişlərinin yenidən bəyan edilməsi tələbi ilə xidmət adından fırıldaqçılar tərəfindən poçt göndərişləri hallarını qeydə alıb. Tezadlar.az xəbər verir ki, bu barədə FGX Telegram kanalında məlumat yayıb. “Diqqətli olun: fırıldaqçılar. Gömrük orqanları adından vətəndaşlara IPO-nun təkrar bəyan edilməsi (beynəlxalq poçt göndərişləri) və təhlükəsizlik gömrük ödənişlərinin ödənilməsi tələbləri ilə […]
Mi-8 sərt eniş etdi, xəsarət alan olmadı

Rusiyanın Kalininqrad şəhərində Mi-8 helikopteri sərt eniş edib. Bu barədə “Tezadlar” xəbər verir. Məlumata görə, təyyarədə 3 ekipaj üzvü və 20 sərnişin olub. Xrabrovo hava limanındakı məlumatlı mənbə hadisənin əlverişsiz hava şəraiti və güclü külək səbəbindən baş verdiyini vurğulayıb. Xəsarət alan yoxdur.
“Real”ın ulduzu məşqdən uzaq, çimərlikdə sevgisi ilə vaxt keçirir

İngiltərə Serbiya ilə gərgin oyundan əvvəl ciddi məşq edərkən, Cud Bellinqqm 27 yaşlı model sevgilisi Eşlin Kastro ilə Sardiniyada əla vaxt keçirib. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Real”ın 22 yaşlı yarımmüdafiəçisi çiynindən əməliyyat olunduqdan sonra iyul ayından bəri sıradan çıxıb və istirahətdən maksimum yararlanır. Cütlük sevgilərini çimərlikdə nümayiş etdirməkdən çəkinməyiblər. Eşlinin […]
Sarımsağı uzun müddət necə saxlamaq olar?

Bir çox evdar qadınlar yaxşı bilirlər ki, sarımsağın yığımından cəmi bir neçə ay sonra cücərməsi və ya çürüməsi necə üzücüdür. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, sadə bir üsul var ki, onun sayəsində bu ətirli tərəvəz gələn yayadək təzə qala bilər və bunun üçün nə mürəkkəb şərait, nə də soyuducu tələb olunur. Saxlama üçün sarımsağın […]
Tramp Netanyahunu xəbərdar etdi: “Qətərə hücum etməyin”

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. “Tezadlar” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Portalın məlumatına görə, D.Tramp onu Qətərə hücum əmrləri verməməyə çağırıb. “Bu qəbuledilməzdir, tələb edirəm ki, siz bunu bir daha təkrarlamayasınız”, – adı açıqlanmayan mənbə Trampın sözlərini sitat gətirib.
Güclü külək təhlükəsi ilə bağlı yol polisindən xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 11–12 sentyabrda güclü küləkli hava şəraiti gözlənilir. Bu isə yol hərəkəti iştirakçıları üçün əlavə risklər yaradır. Tezadlar.az xəbər verir ki, bununla əlaqədar olaraq Bakı Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və piyadalara müraciət edib. ” Sürücülərə tövsiyə: • Sürəti azaldın, hərəkəti hava şəraitinə uyğun qurun. • Təhlükəsiz ara məsafəsini qoruyun. • […]
Şahbaz Şərif: İsrailin Qətərə hücumu beynəlxalq hüquqa ziddir

Pakistan Qətərin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün onun gördüyü bütün tədbirləri dəstəkləməyə hazır olduğunu bildirib. “Tezadlar” Qətərin QNA agentliyinə istinadən bildirir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu sözləri Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar zamanı deyib. Tərəflər regiondakı son hadisələri, xüsusilə İsrailin bu yaxınlarda Qətərin paytaxtına endirdiyi aviazərbələri, […]
Kot-d’İvuarda suayğırı faciəsi: 11 nəfər itkin düşdü

Kot-divuarda begamotun hücumu nəticəsində 11 nəfər itkin düşmüş hesab olunur. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, begamot Sassandra çayında 14 sərnişin daşıyan qayığı aşırıb. Hazırda yalnız üç nəfərin sağ qaldığı məlumdur. Qalan sərnişinlər hələ də axtarılır. Onların arasında qadınlar və uşaqlar da olub. Mütəxəssislərin sözlərinə görə, Kot-divuarda təxminən 500 suayğırı var. Onlara ən çox ölkənin […]
Təyyarədə sərnişinlərin əl “baqaj”ından oğurluq edən əcnəbilər saxlanıldı – VİDEO

Hava nəqliyyatından istifadə edərkən təyyarənin göyərtəsində olan sərnişinlərin əl yüklərindən oğurluq əməlləri etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar. DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əcnəbi vətəndaşlar — 45 yaşlı Van Hong və 43 yaşlı Zhou Longgen saxlanılıblar. Tezadlar.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla məlum olub ki, şübhəli […]
Çarli Kirk kimdir? – Güllələnən siyasətçi haqqında DOSYE

ABŞ-li fəal Çarli Kirk qətlə yetirilməzdən bir gün əvvəl sosial şəbəkədə son paylaşımını ABŞ metrosunda bıçaqlanaraq öldürülən ukraynalı qaçqın İrina Zarutskayaya həsr edib. Tezadlar.az xəbər verir ki, o, cinayəti Demokratların yumşaq siyasətinin nəticəsi kimi qiymətləndirib. “Əgər biz dəyişikliklər istəyiriksə, o zaman İrina Zarutskayanın mənasız qətlini 100% siyasiləşdirməliyik, çünki məhz siyasət imkan verib ki, daha əvvəl […]
Son vaxtlar bank kartlarından edilən oğurluqla bağlı statistika açıqlanmır, maarifləndirməyə stop qoyulub – niyəsini Osman Gündüz açıqlayıb

DİN bank kartları ilə bağlı kibercinayətlərin statistikasının açıqlanmasını nə üçün dayandırıb? Bir zamanlar DİN hər gün bank kartları ilə bağlı kibercinayətlərin statistikasını paylaşırdı. Bu açıqlamalar cəmiyyətin diqqətini çəkir, insanları maarifləndirir, hər kəsi daha ehtiyatlı olmağa vadar edirdi. DİN bu məlumatları həm özündə toplanan datalardan, həm də banklarla DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında real vaxtda […]
Saxta saytlar vasitəsilə bilet satışı adı ilə vətəndaşlar aldadılır

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib. Tezadlar.az həmin müraciəti təqdim edir: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır. Dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli […]
Diana Ahadpour: “Heç kim məni özünə tabe edə bilməyib”

Tanınmış iş qadını və model Diana Ahadpourun açıqlaması marağa səbəb olub. Tezadlar.az xəbər verir ki, o, kişilər tərəfindən çox sevilməsi səbəbindən danışıb. “Mən yaxşı ana və dostam. Deyə bilmərəm ki, çox yaxşı həyat yoldaşıyam. Çünki sözə qulaq asan deyiləm, həmişə öz bildiyimi edirəm. Tabe olmağı heç sevmirəm. Bəlkə də, kişilər ona görə məni belə sevir. […]
Nepalda nazirlər helikopterdən kəndirlərlə qaçırıldı

Nepalda nazirlər helikopterlərdən endirilən kəndirlərlə təxliyə edildilər Tezadlar.az xəbər verir ki,Nepalda hökumət rəsmiləri və siyasətçilər ailə üzvləri ilə birlikdə hərbi helikopterlərdən endirilmiş kəndirlərdən yapışaraq təxliyə ediliblər. Təxliyəni minlərlə etirazçı izləyib və qışqıraraq narazılığını ifadə edib. Videoda hansı nazirlərin və siyasətçilərin olduğu dəqiqləşməyib. Həmin anların görüntüsünü təqdim edirik:
Emin Əmrullayev: “Bizdə təhsil eksperti anlayışı yoxdur”

“Bizdə təhsil eksperti anlayışı yoxdur. Onlar özlərini ekspert adlandırırlar”. “Tezadlar” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə dair keçirilən brifinqdə deyib. “Olimpiadalarda yüksək nəticə göstərmək üçün ingilis dilini bilmək mühüm deyil. Təhsil eksperti adlandırdığınız şəxslər özü orada iştirak etmədiyi üçün bilmir. Elm və Təhsil Nazirliyi üçün […]
Türkiyədə taksi sürücüsü onları aldadaraq 12 min dollarını alıb

İstanbulda taksi sürücüsü müğənni Valeriya və onun əri İosif Priqojini aldadaraq 12 min dollar pulunu alıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Mash” yazır. Telegram kanalının məlumatına görə, taksi sürücüsü gediş haqqını əvvəlcədən kartla ödəməyi istəyib. 30 dollara başa gəlir. Ödəniş üç dəfə keçməyib. Sürücü şəbəkənin zəif olmasından şikayətlənərək terminalı yenidən uzadıb. Nəticədə, İosif Priqojinin […]
Ukraynanın təhlükəsizlik zəmanəti tapıldı

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ölkənin təhlükəsizliyinin əsas zəmanətidir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Stubbi bildirib. Sitat: “Ən güclü təhlükəsizlik zəmanəti və Rusiyanın strateji məğlubiyyətinin ən güclü nümunəsi Ukraynanın Aİ-yə üzvlüyüdür. Mənim fikrimcə, bu, göründüyündən daha tez baş verəcək. […]
Süleyman Mikayılov: “Tələbə adını qazanan gənclər təhsil uğurlarımızın göstəricisidir”

Qaradağ Rayon İcra Hakimiyyətində 2024-2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların mükafatlandırma tədbiri keçirilib. “Tezadlar” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavini, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar iştirak edib. S. Mikayılov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlə tələbə adını […]
Lukaşenko Ukraynanın münaqişədə qalib gəlmək imkanlarından danışıb

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın münaqişədə qalib gəlmə ehtimalını rədd edib. Tezadlar.az xəbər verir ki, o, bu barədə sentyabrın 11-də bildirib. Belarus liderinin sözlərinə görə, Kiyev hakimiyyəti Ukraynadakı münaqişə zonasında heç vaxt qalib gəlməyəcək. E.ŞİRİNOV
Aleksandr Stubb: “Ukrayna Avropanın tamhüquqlu üzvü olmalıdır”

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ölkənin təhlükəsizliyinin əsas zəmanətidir. “Tezadlar” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, o, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. “Ən güclü təhlükəsizlik zəmanəti və Rusiyanın strateji məğlubiyyətinin ən güclü nümunəsi Ukraynanın Aİ-yə üzvlüyüdür. Mənim fikrimcə, bu, göründüyündən daha tez baş verəcək. Əgər […]
Abşeronda su qıtlığına son: ən yaxşı duzsuzlaşdırma texnologiyaları seçilir

Abşeron yarımadasının su problemlərinin həlli üçün dünya üzrə ən yaxşı texnologiyalar seçilir. “Tezadlar” xəbər verir ki, bunu İsrailin “Mekorot” milli su şirkətinin Beynəlxalq biznes üzrə direktoru Barak Graber Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq” adlı panelində deyib. O bildirib ki, Abşeron yarımadasında planlaşdırılan […]
Belarus prezidenti Trampın məktubunu aldı, məhkumları azad etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ və digər ölkələrin liderlərinin xahişi əsasında ölkədə məhkum olunmuş bir sıra xarici vətəndaşların əfv edilməsi barədə qərar qəbul edib. “Tezadlar” xəbər verir ki, bu barədə məlumatı Belarus liderinin Mətbuat xidmətinə istinadən “Belta” agentliyi yayıb. Bildirilib ki, ümumilikdə casusluq, ekstremist və terror fəaliyyətində iştirak, eləcə də Belarus ərazisində törətdikləri digər cinayətlərə […]
ABŞ konqresmeni Gürcüstandakı siyasi vəziyyəti sərt şəkildə tənqid edib

Ötən gün ABŞ Konqresinin “Demokrat” üzvü Stiv Koen Gürcüstandakı siyasi vəziyyəti sərt şəkildə tənqid edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, o, bu barədə Helsink Komissiyasında keçirilən dinləmələr zamanı çıxış edib. Stiv Koen bildirib ki, hakim partiya “Gürcü Arzusu” özünü təqdim etdiyi kimi çıxmadı və əslində, ölkəni geriyə aparan siyasi qüvvəyə çevrildi: “Gürcü Arzusu […]
Naxçıvanda əsgərin qətlində günahkar olan komandir və xidmət rəisi azadlığa buraxıldı- NECƏ?

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev barəsində olan hökmdən verilən şikayətə baxılıb. Tezadlar.az xəbər verir ki, Naxçıvan Ali Məhkəməsi bu gün bununla bağlı qərar verib. Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən […]
Nəriman Nərimanovun oğlu Nəcəfə yazdığı son məktubu…

Nəriman Nərimanovun ölümündən bir qədər əvvəl balaca Nəcəfə ünvanlayaraq yazdığı və təəssüf ki, bitirə bilmədiyi məktubdan bəzi sətirləri nəzərinizə çatdırmaq istəyirəm: “Əziz oğlum Nəcəf! Əgər mən yaşasam, səni elə böyütməyə çalışacağam ki, sən bəşəriyyət üçün faydalı adam olasan; əgər mənə əcəl aman verməsə, səndən təvəqqe edirəm, mənim insanlara göstərdiyim kiçik xidmət qədər bir xidmət göstər… […]
Şirvanda turşu bankalarından narkotik çıxdı- İNANILMAZ

Şirvanda narkotikanı şüşə qablarda gizlədən şəxs həbs edilib… Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb. Tezadlar.az xatırladır ki, Əhmədovdan 44 ədəd şüşə qabda qablaşdırılmış, 3 kiloqrama yaxın marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Bu bicliyi başqa sahədə icra etsəydi, […]
Xəbərdarlıq: sabah Bakıda da yağış yağacaq…

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]
Sel sularının qarşısı alındı – əkin sahələri və kəndlər qorundu

Bolqarçay çayında Biləsuvar rayonuna daxil olan sel sularının maneəsiz və fəsad vermədən axıdılması üçün məcratəmizləmə işləri görülüb. “Tezadlar”ın Muğan bürosunun məlumatına görə, çayda 7,4 kilometr uzunluğunda məcratəmizləmə işləri aparılıb. Həmçinin çayın məcrasında sağ və sol sahili istiqamətində genişləndirmə işləri həyata keçirilib. Nəticədə yaz aylarında qısamüddətli sel sularının keçdiyi çayın yaxınlıqdakı əkin sahələrinə və yaşayış məntəqələrinə […]
Taksi sürücülərinə yaşadılan problemlər və…

“Dj.Turalla AvtoStop” özünün sosial media platformasında maraqlı statusla diqqəti çəkib. O, taksi sürücülərinin xidmətinə yaradılan problemlərdən belə yazır: “…Hələ bir dənə də olsun belə əsaslandırılmış fikrə rast gəlmədik ki, niyə belə qərar verilib? Sərnişinə yüksək xidmət dedikdə nəyi nəzərdə tuturlar? Mən sərnişin olaraq nə ilə gedəcəyimizi özüm seçməli deyiləm ki? Və ya bu taksi sürücüləri […]
Pezeşkian Azərbaycan dilində: “Qınından çıxıb, qınını bəyənmirlər”

İran Prezidenti Məsud Pezeşkian yenidən Azərbaycan dilində etdiyi çıxışı ilə diqqəti çəkib. Belə ki, prezident Ərdəbil əyalətinə səfəri çərçivəsində keçirilən iclasda maraqlı çıxışı ilə diqqət çəkib. Tezadlar.az sosial mediada yayılmış video-çıxışlara istinadla xəbər verir ki, o, təhsil sistemindəki mövcud problemləri tənqid edərkən fikirlərini Azərbaycan dilində ifadə edib. Pezeşkian bəzi məktəblərin ziyalılar yetişdirmək əvəzinə, cəmiyyətə təkəbbürlü […]
Hərbi həkimlər sırasına qızlar da qatılır – Azərbaycanda ilk

Azərbaycanda ilk dəfə olaraq qadın hərbi həkimlər hazırlanacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb. Belə ki, yeni tədris ilində ali təhsil müəssisəsinin Hərbi tibb fakültəsində bu ixtisas üzrə 110 oğlan, 10 qız tələbə adını qazanıb.
Ucuz balıq almaq istəyənlər, sabah balıq yarmarkası keçiriləcək – QİYMƏTLƏR

Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin iştirakı ilə sabah Bakıda balıq yarmarkası keçiriləcək. Tezadlar.az xəbər verir ki, yarmarka 12–14 sentyabrda paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında yerləşən “Keşlə Balıq Bazarı” (3-cü mikrarayon dairəsi yaxınlığı) ərazisində fəaliyyət göstərəcək. Məlumata görə, yarmarkada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha […]
Özəl orta məktəblərin əl yandıran təhsil haqqı qiymətləri MM-də müzakirə olundu

“Özəl orta məktəblərdə təhsil haqqı çoxdur. Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”. Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, özəl orta məktəblərə ciddi meyl var: “Bu tələbatı da görüb özəl orta məktəblər təhsil haqqını […]
Mikayıl Cabbarovla ABŞ Dövlət Departamentinin rəsmisi ilə görüşdə Zəngəzur dəhlizindən də bəhs edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb. Tezadlar.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün görüləcək işlər müzakirə edilib. Tərəflər Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq […]
Bu il 72 min təhsil işçisi sevinəcək- SƏBƏB

Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqısına əlavələr ediləcək. Tezadlar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib. O bildirib ki, 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib: “2025-ci ilin sentyabr ayı üzrə müəllimlərin orta aylıq […]
Polis əməkdaşları bir gündə 65 cinayətin üstünü açıb – asayişin 10 sentyabr hesabatı

Sentabrın 10- da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Aşura günü ilə bağlı bilmədiklərimiz…

“Aşura imamların qətl edildiyi gün deyil, imamlardan birinin öldürüldüyü gündür. Niyə məhz İmam Hüseyn? Çünki İmam Hüseynin xanımı Şahrubani Sasani İmperiyasının sonuncu hökmdarı lll Yezdəgirdin qızı olub. İmam Hüseynin xanımı fars olduğuna görə, həmin xanımından dünyaya gələn övladlar həm imam sayılıb, həm də seyid sayılıb. Amma İmam Həsənin nəslindən gələnlər seyid sayılmır, şərif sayılır. Sonuncu […]
I Qarabağ müharibəsinin daha dörd şəhidi: onlar dəfn olunacaq

Ruhları şad olsun, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin dördü də hərbçidir. Onlar Vəliyev Murad Məlikməmməd oğlu, Abdullayev Cəlal Xankişi oğlu, Zərbəliyev Ayaz Əsgəralı oğlu, Qayıbov Vəkil Möylan […]
Evi-eşiyi dağıdılmış, yurdu viran qoyulmuş köçkünlərin haqqına girməyin!

…Köçkünlərlə bağlı ağzına gələni deyənlər əvvəlcə düşünüb danışmalıdır ki, danışandan sonra papağını qabağına qoyub düşünməyə zərurət qalmasın… Bu tip status və çıxışlara rast gəlirəm, amma cavab verib, qaçqın və köçkünlüyün mahiyyətini belələrinə izahlayıb onları hörmətə mindirmək istəməmişəm… Bir maşennik yazır ki, bizim məhəllədə bütün dükan-mağazanı, kababxananı, ətxananı, toyuqxana və meyvəxananı bir köçkün ağdamlı işlədir, hətta […]
KAĞIZDAN HAZIRLANAN 1000 DURNA

…Bu tarixi hadisə 1945-ci ildə olmuşdur. Yaponiyanın yarım milyonluq əhalisi olan Xerosima şəhərində Sadako Sasaki adlı balaca qız yaşayırdı. Onun iki yaşı olanda bəşəriyyət tarixində ilk dəfə olaraq Xerosima şəhərində Amerika tərəfindən nüvə bombası atıldı. Şəhərin böyük hissəsi dağıldı və yandırıldı. Bu vaxt Sadako bombanın düşdüyü yerdən iki mil aralıqda idi. Sadako hər hansı bir […]
“Formula 1″ə görə Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır-SİYAHI

Sentyabrın 19-21 tarixlərində Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Tezadlar.az xəbər verir ki, bu barədə şəhər icra hakimiyyəti aparatın məlumat yayıb. Məlumata görə, sentyabrın 19–21-i aralığında baş tutacaq yarışla bağlı logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 12-də gecə saat 01:00-dan […]
Ana doğuş zamanı ölüb-AĞCABƏDİDƏ

Ötən gün Ağcabədi rayonunda ana doğuş zamanı ölüb. Tezadlar.az bildirir ki, hadisə rayonun Avşar kəndində olub. Kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı dünyasını dəyişib. Onun dünyaya gətirdiyi körpə (oğlan) isə xilas edilib. Faktla bağlı araşdırma aparılır.
“Neftçi” Ramil Şeydayevlə yollarını ayırdı

“Neftçi” Ramil Şeydayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Tezadlar.az bildirir ki, bu barədə “Neftçi” futbol klubu məlumat yayıb. 2024-cü ilin yayında transfer olunan Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.
Ağalarov Rest Moskvada restoranlarını bağladı – səbəb açıqlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, onun Forte Bello, Zafferano və “Edoko” restoranları Moskvadakı “Aviapark” ticarət mərkəzində bağlanıb. Səbəb kimi Agalarov Rest şirkətinin diqqəti müstəqil layihələrə yönəltmək planı göstərilir. Bu barədə Agalarov Developmentin mətbuat xidməti məlumat verib.
Melaniya Trampın sevimli yeməyi məlum oldu

ABŞ-ın birinci xanımı olan və Ağ evdə yaşayan Melaniya Trampın günün istənilən vaxtı istənilən yeməyi sifariş etmək imkanı var. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, rəsmi iqamətgahın aşpazları təkcə prezidentin deyil, həyat yoldaşının da kulinariya istəklərinə tabe olmağa borcludurlar. Bununla belə, mövcud mətbəxin müxtəlifliyinə baxmayaraq, Melaniyanın bir sevimli yeməyi var – Nyu-Yorkdakı Jean-Georges restoranından toyuq […]
Paşinyan parlament çıxışında Zəngəzurdan Naxçıvana necə ketməyimizin üsulundan danışıb

Paşinyan parlamentdə çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırarkan deyib ki, “sərhəddə pasportların oxunması cihazlarından istifadə edəcəklər, nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər”. Naxçıvana maneəsiz keçidin praktiki olaraq hansı prinsiplərə əsaslanacağı hələlik bəlli deyil. Paşinyanın bu açıqlaması da “dəhlizin verilməsi Ermənistanın suverenliyinin pozulmasıdır” ittihamlarına qarşı […]
33 ildən sonra Şuşakənd və Qırmızıbazar kəndlərinə qayıdış!

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom- dan “Təzadlar”a bildirilib ki, bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 15 ailə – 59 nəfər, Xocavənd rayonunun Qırmızıbazar kəndinə isə 10 ailə, 39 nəfər yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış […]
Qətərə hücumda ABŞ- ın əli yoxdur?

ABŞ rəsmiləri İsrail mediasının ABŞ-ın əməliyyata yaşıl işıq yandırması barədə xəbərlərinə baxmayaraq, çərşənbə axşamı Qətərdə İsrailin Həmas-a hücumunda Vaşinqtonun əli olmadığını bildirib. Sitat: “ABŞ hərbçiləri zərbələrdə iştirak etməyib və hər hansı əlavə məlumat üçün sizi İsrail Müdafiə Qüvvələrinə müraciət edirik”, – ABŞ rəsmilərindən biri deyib. Tezadlar.az “Ria Novosti”yə istinadla xatırladır ki, vəziyyətlə tanış olan mənbə əlavə […]
“Zelenski təslimçilik aktına imza atsa, onu dərhal öldürəcəklər”

Tezadlar.az Reuters- ə istinadla bildirir ki, Amerikalı şərhçi Scott Horton blogger Endryu Napolitanonun YouTube kanalına sensasion məlumatlar açıqlayıb. O, söhbətində deyib ki, Vladimir Zelenski kapitulyasiyaya imza alarsa, ukraynalı millətçilər onu dərhal öldürə bilərlər. Onun sözlərinə görə, belə bir təhlükə kifayət qədər real görünür. Görünür, Zelenski bu təhlükəni və reallığı nəzərə alaraq birmənalı olaraq bəyan edir […]
33 ildən sonra Xocavəndin Sos kəndinə ilk köç karvanı yola salındı

Bu gün Qarabağa daha bir tarixi köçümüz baş tutdu. Tezadlar.az xatırladır ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Belə ki, ki, bu mərhələdə Xocavəndin Sos kəndinə 10 ailə – 45 nəfər yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. […]
Türkiyə kəşfiyyatı HƏMAS LİDERLƏRİNİ NECƏ XİLAS EDİB?

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdəki Fələstin HƏMAS hərəkatının nümayəndə heyətinə İsrailin mümkün hücumu ilə bağlı xəbərdarlıq edib və bunun sayəsində danışıqlarda iştirak edənlərin çoxu sağ qalıb. Tezadlar.az xatırladır ki, bu barədə Türkiyə mətbuatı HƏMAS nümayəndələrinə istinadən məlumat yayıb. Onlar Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbərliyinə minnətdarlıq ediblər. Elbar
ABŞ-da öldürülən amerikalı fəal Krımı Rusiyanın bir hissəsi adlandırıb

Yuta ştatında keçirilən tədbirdə öldürülən mühafizəkar amerikalı fəal Çarli Kirk Krımı heç vaxt Ukraynaya verilməməli olan Rusiyanın bir hissəsi adlandırıb. Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 2025-ci ildə “The Charlie Kirk Show” şousunda Kirk Krımı Rusiyanın bir hissəsi adlandırdı və bunun həmişə belə olduğunu vurğuladı. Onun fikrincə, yarımadada ruslar yaşayır və […]
İsrailin hücumu qəzzalı girovlar üçün “bütün ümidləri məhv etdi” – Qətərin baş naziri

Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani CNN telekanalına deyib ki, ölkəsi İsrailin Dohaya hücumuna cavab hazırlayır. Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, yaxın vaxtlarda Dohada məsələ ilə bağlı sammitin keçirilməsi planlaşdırılır. O əlavə edib ki, “zərbə Qəzzada girovlar üçün bütün ümidləri məhv edib” və israilli həmkarı Benyamin Netanyahunu “məsuliyyətə cəlb olunmağa” çağırıb. […]
Voronej vilayətində beşdən çox Ukrayna PUA-sı vurulub

Hava hücumundan müdafiə qüvvələri Voronej vilayəti səmasında beşdən çox Ukrayna pilotsuz təyyarəsini vurub, itki yoxdur. Tezadlar.az bildirir ki, bu barədə Telegram kanalında regionun rəhbəri Aleksandr Qusev məlumat verib. “Ümumilikdə, ötən gecə rayonun 4 rayonunda və onun sərhədlərində növbətçi hava hücumundan müdafiə qüvvələri beşdən çox pilotsuz uçuş aparatını aşkar edərək məhv edib. Tələfat və dağıntı yoxdur”, […]
USAID Ukraynanın kibertəhlükəsizliyi üçün 2 milyon dollar ayırıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyun ayında Ukraynanın mühüm infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi proqramına 2 milyon dollar ayırıb. Tezadlar.az xəbər verir ki, bu ABŞ hökumətinin müqavilə sənədlərində yer alıb. Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının xaricə yardımı azaltmaq üzrə ümumi kursuna baxmayaraq, müvafiq tədbirlər görülüb. Məlumata görə, proqramın ümumi dəyəri 125 milyon dollardır. 2020-ci […]
USQ-nin iki tağımı mühasirəyə alına bilər

Donetsk Xalq Respublikasının Şandriqolovo yaxınlığında irəliləyən rus hərbçiləri ərazidə yerləşən Ukrayna Silahlı Qüvvələrinin (USQ) qruplaşması üçün atəş nöqtəsi yaradıblar. Tezadlar.az bildirir ki, hərbi ekspert Andrey Maroçkonun TASS-a verdiyi məlumata görə, Ukrayna hərbçilərinin təxminən iki tağımı mühasirəyə alınmaq təhlükəsi ilə üzləşib. Onun sözlərinə görə, rus qırıcıları Sredneye kəndindən cənuba doğru irəliləməyə və Nitrius çayının sahil zonasında […]
Bu deputat barəsində axtarış elan edilib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov barəsində axtarış elan edib. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb. Fetisov 2022-ci ildə Ternopol vilayətinin UTX tərəfindən axtarışa verilib. Xokkey üzrə ikiqat olimpiya çempionu “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb. 2021-ci ildən Fetisov Ukraynanın […]
Tankerin partlaması nəticəsində 3 nəfər ölüb

Mexikoda qaz tankerinin partlaması nəticəsində yaralananların sayı 70-ə çatıb, 3 nəfər ölüb. Tezadlar.az bildirir ki, bu barədə öz X səhifəsində Meksika paytaxtının meri Klara Bruqada məlumat verib. “Sizə məlumat verirəm ki, hazırda 70 qurban qeydə alınıb və təəssüf ki, üç nəfər ölüb”, – Bruqada yazıb. O, daha əvvəl bildirib ki, ilkin versiyaya görə, paytaxtın İztəpalapa […]
“Crocus” terrorçularının silahlarının nasaz olduğu bildirilib

“Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı cinayət işində zərərçəkmişlər məhkəmədə ifadə verərək bildiriblər ki, hücum zamanı silahlıların pulemyotlarından qığılcımlar çıxıb və atışmadan sonra terrorçular binaya “Molotov kokteyli” atıblar. Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a İkinci Qərb Dairə Hərbi Məhkəməsinin baxış iclasında keçirilən məhkəmə prosesinin iştirakçısı bildirib. “Məhkəmədə dindirilən zərərçəkmişlərin sözlərinə […]
Melaniya Tramp Çarli Kirkin qətlini belə şərh edib

ABŞ-ın birinci xanımı Melaniya Tramp mühafizəkar fəal Çarli Kirkin öldürülməsinə münasibət bildirib. Tezadlar.az-ın məlumatına görə, o, sosial şəbəkədə yazıb ki, faciədən sonra övladları “xatirə əvəzinə hekayələrlə, gülmək əvəzinə fotolarla, ata səsi yerinə susmaqla” böyüyəcəklər. “Çarli Kirkin həyatı mərhəmətli şüurun ailəni, məhəbbəti və ölkəni yüksəltdiyini simvolik xatırlatmalıdır”, – nəşr yazır. E.ŞİRİNOV
Tramp Netanyahuya Dohaya zərbə endirmək qərarının müdrik olmadığını deyib

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə gərgin telefon danışığı keçirib və o, Dohaya endirilən zərbədən narazılığını bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə günü “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, prezident baş nazirə Qətərin paytaxtına zərbə endirmək qərarının “ağıllı olmadığını” deyib. Tramp həm də […]
Sabirabadda 14 yaşlı qızla bağlı nişan qalmaqalı – ata və oğlan həbs olundu

Xəbər verdiyimiz kimi, Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb. “Tezadlar”ın məlumatına görə, hadisə ilə bağlı yeniyetmə qızın anası “Xəzər Xəbər” danışıb. Yeniyetmənin anası iddia edib ki, nişan olmayıb. Qızın atası məclislərdən birində sərxoş halda söz verib. Sabirabad polisi isə erkən nikah haqqında niyyətdən xəbər tutduqdan sonra 20 yaşlı Elvin Məmmədli, onun atası Elşən […]
iPhone 17 Pro Max Bakıda 6500 manata satışa çıxarıldı

Xəbər verdiyimiz kimi, Apple yeni flaqman smartfonlarını – iPhone 17 Pro və iPhone 17 Pro Max modellərini təqdim edib. Tezadlar.az xəbər verir ki, Bakıda iPhone 17 Pro Max 6500 manata satışa çıxarılıb. Həmin görüntüləri təqdim edirik:
Putin Rusiyanı üç eyni ofisdən idarə edir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kremlin rəhbəri Vladimir Putinin Rusiyanı ölkənin müxtəlif bölgələrində yerləşən ən azı üç eyni ofisdən idarə etdiyini aşkar edib. Bu sistem Putinə öz həqiqi yerini gizlətməyə və öz ətrafında “informasiya baramasını” saxlamağa imkan verir. Tezadlar.az “The Times”ə istinadla bildirir ki, jurnalistlər Dryu Hinşou və Cjo Parkinson kəşfiyyat agentliklərinə istinadən bu barədə özlərinin […]
BMT Ukrayna münaqişəsinin genişlənməsi riski barədə xəbərdarlıq edib

Polşanın hava məkanında pilotsuz təyyarələrlə insident Ukrayna münaqişəsinin “genişlənmə riskin”dən xəbər verir. Tezadlar.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib. Bu barədə RİA Novosti məlumat yayıb. Məlumata görə, bu gün – sentyabrın 10-na keçən gecə Rusiya hərbçiləri Ukraynadakı hədəflərə genişmiqyaslı hücuma keçib. Elə həmin gecə ukraynalı döyüşçülər Polşaya doğru 19 […]
Tovuzda ağır yol qəzası

Tovuzda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Tezadlar” xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində baş verib. Belə ki, “Prius” markalı maşın “Opel” markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Xəsarət […]
Dünyanın ən zəngini dəyişdi – Ellison Maskı arxada saxladı

“Oracle” proqram təminatının həmtəsisçisi Larri Ellison ilk dəfə olaraq dünyanın ən varlı adamları siyahısında sahibkar İlon Maskı keçərək birinci yeri tutub. “Tezadlar” xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, Ellison buna şirkətin birja kotirovkalarının demək olar ki, 40% artması sayəsində nail olub. “Bloomberg Billionaires Index”ə görə, “Oracle” həmtəsisçisinin sərvəti indeks hesablanandan […]
Bakıda bu pişik 17 min manata satışa çıxarıldı

Bakıda fantastik qiymətə pişik satılır. Tezadlar.az xəbər verir ki, bu barədə elan saytlarında məlumat paylaşılıb. Belə ki, Savanna cinsinə mənsub olan pişik alıcılara 17 000 manatdan təklif olunur.
Kubada enerji böhranı: ölkə üzrə elektrik kəsildi

Kubanın milli elektrik şəbəkəsi sıradan çıxıb və nəticədə ölkədə elektrik enerjisi kəsilib. “Tezadlar” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. “Elektrik enerjisinin verilişində tam fasilə yaranıb” – nazirlikdən bildirilib. Qeyd olunub ki, qəzanın səbəbləri araşdırılır və artıq bərpa prosesinə başlanılıb. Qeyd edək ki, 10 milyon kubalı işıqsız qalmamışdan əvvəl də ölkənin bir […]
Rusiyanın dron insidenti: Tramp ilk dəfə reaksiya verdi

ABŞ Prezidenti Donald Tramp ilk dəfə Rusiyanın pilotsuz uçuş aparatlarının Polşaya hücumu ilə bağlı insidentə münasibət bildirib. “Tezadlar” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Rusiyanın dronlarla Polşanın hava məkanını pozması ilə bağlı nə xəbər var? Getdik!”, – o reaksiya verib. Qeyd edək ki, Trampın bu gün polşalı həmkarı Karol Navrotski […]
Zelenski Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verənlərə sanksiya tətbiq etdi

Ukrayna Böyük Britaniya ilə sanksiyaları sinxronlaşdırıb və Rusiyanın hərbi-sənaye kompleksinə, kölgə donanmasına və enerji sektoruna kömək edən şəxslərə məhdudiyyətlər qoyub. “Tezadlar” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” prezident aparatının mətbuat xidmətinə istinadən məlumat yayıb. Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların tətbiqi ilə bağlı qərarlarının icrasına dair müvafiq fərmanlar imzalayıb. Sinxronizasiya çərçivəsində Ukrayna […]
Ermənistan Baş naziri kilsə rəhbərini istefaya çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq. Bu barədə “Tezadlar” xəbər verir. O, çıxışında erməni kilsəsini insanları mənəvi dəyərlərlə tanış etmək əvəzinə, bunun əksini etməkdə ittiham edib. “Heç bir güzəşt olmayacaq, sizə açıq deyirəm. Bundan söhbət gedə bilməz. Ktriç Nersisyan (II […]
Alfonso Dominqes dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb. Tezadlar.az xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib. Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə […]
43 yaşlı Klaudiya Romaninin bikinili fotoları izləyiciləri heyran etdi

İtalyan model və televiziya ulduzu Klaudiya Romani kamera qarşısına keçərək səmimi pozalar verib. Müvafiq fotolar onun “Instagram” səhifəsində yayılıb. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, sosial şəbəkədə “dünyanın ən seksual hakimi” adlandırılan 43 yaşlı hakimin fotoları günəş eynəyi və trikotaj bikinili büstqalterlə çəkilib. Bununla belə, yerləşdirilən fotoda iki parçalı çimərlik paltarının az nəzərə çarpan üst […]
ABŞ-da məşhur müğənninin avtomobilindən dəhşətli tapıntı

Amerikalı müğənni D4vd şokedici bir hadisə ilə gündəmə gəlib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, Los-Ancelesdə ona məxsus olduğu müəyyən edilən Tesla avtomobilində çürümüş cəsəd tapılıb. Lakin polis cəsədin D4vd-yə aid olmadığını təsdiqləyib. Bildirilib ki, sənətçinin hadisə ilə heç bir əlaqəsi yoxdur və məsələ ölüm hadisəsi kimi araşdırılır.
TikTok-da məşhur olan optik illüziya: Xarakterinizi ilk baxışda açır

TikTok-da populyarlıq qazanan optik illüziya, sadəcə şəklə baxmaqla insanın “gücünü” təyin etmək vədi ilə istifadəçiləri cəlb edib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, @0ptical_illusi0ns ləqəbi ilə istifadəçi soruşur: “Heyvanları görürsən?” və görüntüyə diqqətlə baxaraq tamaşaçıları sınaqdan keçirməyə dəvət edir. Oxuculardan əvvəlcə nə gördüklərini müəyyən etmələri xahiş olunur: heyvanlar və ya ağac. Cavab, müəllifin fikrincə, xarakter xüsusiyyətləri […]
Qara dəniz–Xəzər forumu: “MALBI-trans” Azərbaycanda tərəfdaşlıq planını müzakirə edir

Çexiyanın “MALBI-trans” şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirir. Bunu “Tezadlar”a şirkətin baş direktoru Liliana Krutonoq Bakıda keçirilən “Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur” konfransı çərçivəsində bildirib. O, xatırladıb ki, şirkət bu yaxınlarda Orta Dəhlizin inkişafı çərçivəsində Rumıniyanın “Carpatica Feroviar” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənəd yeni müntəzəm xidmətlərin istifadəyə verilməsini nəzərdə tutur. […]
İsrail Sənada husilərin Müdafiə Nazirliyi kompleksinə zərbə endirdi

İsrailin Yəmənin paytaxtı Sənada husilərin Müdafiə Nazirliyi kompleksinə endirdiyi zərbə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. “Tezadlar” xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrə istinadən “Al Hadath” telekanalı məlumat yayıb. Husilərə məxsus “Saba” informasiya agentliyi də ölən və yaralananlar olduğunu bildirib. Məlumata görə, üsyançıların qurumunda mənəvi-psixoloji hazırlıq şöbəsi hücuma məruz qalıb. KİV ölən və […]
Bakının bir neçə küçəsində qaz təchizatı dayandırılacaq

“Qum adası-Qazanlar” yüksək təzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi, Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində isə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşməsi məqsədilə 11.09.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək “Əhmədli” QPS-də və “Əbilov” ölçü qovşağında qaz təchizatı dayandırılacaq. “Tezadlar” xəbər verir ki, bu barədə […]
“Sülh sazişi yalnız referendumdan sonra real ola bilər”
“Azərbaycan 44 günlük Vətən müharibəsindən, ardınca isə bir günlük antiterror əməliyyatından sonra həm de-yure, həm də de-fakto öz suverenliyini bərpa etdi. Azərbaycanın bu qələbəsindən sonra Cənubi Qafqazda yeni bir siyasi vəziyyət formalaşdı. Bu vəziyyət ondan ibarətdir ki, Azərbaycan həm siyasi, həm iqtisadi, həm də regional və geosiyasi proseslər baxımından bölgədə aparıcı rol oynayır. Artıq birbaşa […]
Salyanda dəhşətli hadisə: Kanalda kişi meyiti tapıldı

Salyanda suvarma kanalında kişi meyiti aşkar edilib. Tezadlar.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Yenikənd kəndində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.