Rostov vilayəti gecə vaxtı dronların hücumuna məruz qalıb

Avqustun 13-nə keçən gecə Rostov vilayəti hava qüvvələrinin hücumuna məruz qalıb. Tezadlar.az bildirir ki, bu barədə qubernator vəzifəsini icra edən Yuri Slyusar Telegram-da məlumat verib. O qeyd edib ki, pilotsuz təyyarələrin hücumu Millerovski, Çertkovski və Şoloxovski rayonlarında dəf edilib. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur. Ötən gecə Volqoqrad vilayəti də vurulub. Hadisə şahidləri uçan […]
Pələng ibtidai sinif müəllimini yeyib

Hindistanda pələng 23 yaşlı ibtidai sinif müəlliminə hücum edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Mangalore Today” məlumat yayıb. Madhya Pradeş ştatındakı Penç Vəhşi Təbiət Qoruğunun yaxınlığında pələng 23 yaşlı Manoj Dhurveni yeyib. Yerli məktəbdə işləyən gənc müəllim göbələk yığmaq üçün meşəyə gedib və bir daha evə qayıtmayıb. Yerli sakinlər yırtıcı heyvanın izinə düşərək kəsilmiş […]
Kim Çen In Putini Rusiyaya dəstəyinə əmin edib

KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In telefon danışığında Rusiya prezidenti Vladimir Putini xüsusi hərbi əməliyyat kontekstində Rusiya hakimiyyətinin tədbirlərini dəstəkləyəcəyinə əmin edib. Tezadlar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Bildirilir ki, Putin KXDR-in yardımını və Kursk vilayətinin ərazisinin azad edilməsində Koreya Xalq Ordusu əsgərlərinin göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirib. […]
Netanyahu iranlıları üsyana çağırdı və əvəzində…

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına yeni videomüraciətində iranlıları İslam Respublikasına qarşı üsyana çağırıb və onlara su təchizatı sahəsində İsraildən əlavə yardım vəd edib. Tezadlar.az xəbər verir ki, onun ingilis dilində çıxışının videoyazısı İsrail hökuməti başçısının rəsmi YouTube kanalında yerləşdirilib. Müraciətində Netanyahu iranlıları “qürurlu xalq” adlandırıb və iddia edib ki, İslam Respublikası liderləri guya […]
Kamçatkada zəlzələ baş verib

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Seysmoloqların məlumatına görə, mənbə 65,3 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 275 km aralıda baş verib. Onun qavranılması ilə bağlı hələlik heç bir məlumat yoxdur. E.ŞİRİNOV
ABŞ Trampla Putinin görüşündən əvvəl Zelenskiyə məsləhət verib?

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Amerika liderləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçirilən görüşdən sonra istənilən razılaşmaya razılıq verməlidir, əks halda, ölkə dağılmaq təhlükəsi ilə üzləşəcək. Tezadlar.az xəbər verir ki, bu barədə “American Thinker” (AT) yazır. Məqalədə vurğulanır ki, döyüşlər davam edərsə, Ukrayna qaçılmaz şəkildə məhv ediləcək, ona görə də Zelenski “az […]
ABŞ Avropanı insan haqlarının pozulmasına görə qınayır

ABŞ Avropada insan haqlarının vəziyyətinin pisləşdiyini bəyan edib. Tezadlar.az AFP-yə istinadən xəbər verir ki, bu, Dövlət Departamentinin Konqresə təqdim etdiyi hesabatın nəticəsidir. Sənəddə ABŞ-ın bəzi ən yaxın müttəfiqləri, xüsusən də İngiltərə, Fransa və Almaniya sərt şəkildə tənqid olunur. Bu ölkələr “İnternetdə nifrət nitqi ilə mübarizə”də qeyri-adekvat tədbirlər görməkdə ittiham olunur. Məsələn, Dövlət Departamentinin hesabatında Londonun […]
Hindistanlı miqrantların maaş tələbi İcevanda etiraza səbəb olub

Ermənistan Prokurorluğu Hindistandan olan əmək miqrantlarının İcevanda tətilindən sonra cinayət işi açıb. Məlumata görə, cinayət işi Cinayət Məcəlləsinin bir sıra – silahla hədələmə, fiziki zorakılıq, tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozma maddələri ilə açılıb. Bundan əvvəl sosial şəbəkələrdə Hindistandan gələn, tətil edən miqrantların etiraz əlaməti olaraq yolu bağladıqları İcevandan görüntülər yayılıb. Əvvəllər […]
Rövşən Nəcəfdən “Qarabağ”a UEFA Çempionlar Liqasında uğurlar arzusu

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib. “Tezadlar.az”ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında yazıb. “UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya” klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ” komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, – […]
Dırnaqlarınız saralırsa, həkimə müraciət edin

Dırnaqların saralması bədəndə müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Tezadlar.az xəbər verir ki, mütəxəssislər dırnaq saralmasının ən çox göbələk infeksiyası, vitamin çatışmazlığı və ya qaraciyər problemləri ilə əlaqəli olduğunu bildirirlər. Xüsusilə göbələk infeksiyaları dırnaqların rənginin dəyişməsinə və qırılmasına səbəb olur. Vitamin çatışmazlığı isə dırnaqların zəifləməsinə və saralmasına yol açır. Bundan əlavə, saralmış dırnaqlar bəzən qanda […]
Alyaskada Rusiya-ABŞ sammiti “tanışlıq” görüşü olacaq – Rubio

ABŞ dövlət katibi Marko Rubio Alyaskada keçiriləcək sammiti Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Amerika liderinin vəziyyəti şəxsən qiymətləndirməsi üçün zəruri olan “tanışlıq” görüşü kimi qiymətləndirib. Tezadlar.az xəbər verir ki, o, bu fikri “77 WABC” radiostansiyasına müsahibəsində bildirib. “Açığı, düşünürəm ki, bu, kəşfiyyat xarakterli görüş olacaq. Putinlə bir neçə telefon danışığından […]
Putin və Kim Çen In telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putin ilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In arasında telefon danışığı baş tutub. Tezadlar.az bildirir ki, bu barədə Kremlin “Telegram” kanalında məlumat yer alıb. Tərəflər 19 iyun 2024-cü ildə Pxenyanda imzalanmış Rusiya ilə KXDR arasında genişmiqyaslı strateji tərəfdaşlıq haqqında Müqavilə çərçivəsində dostluq, qonşuluq və əməkdaşlığın inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyiblər. Putin, […]
Tramp və Putin Alyaskada təkbətək görüşməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı həm də təkbətək danışıqlar aparmağı planlaşdırır. Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib. “Bəli, bu planın bir hissəsidir”, – o əlavə edib. Livitt həmçinin ABŞ və Rusiya sammitinin digər detalları ilə bağlı məlumatın razılaşdırıldıqdan […]
Tramp Azərbaycan və Ermənistan liderləri ilə görüşünün videosunu yayımlayıb

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdəki görüşündən video paylaşıb. Tezadlar.az xəbər verir ki, Ağ Ev rəhbəri görüntüləri özünün “Truth Social” hesabında yayımlayıb:
Lavrov və Rubio Putin-Tramp görüşünü müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb. “Tezadlar.az” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Onlar iki ölkə liderinin Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə edib: “Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığın müəyyən […]
Seul məhkəməsi keçmiş birinci xanım Kim Qun Henin həbsinə qərar verib

Seul Mərkəzi Dairə Məhkəməsi korrupsiyada şübhəli bilinən Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Qun Henin həbsinə qərar verib. “Tezadlar.az” xəbər verir ki, bu barədə onun işinə məsul olan xüsusi prokurorun nümayəndələri məlumat verib. Prokurorun vəsatəti üzrə dinləmə 4 saata yaxın davam edib. Bildirilir ki, həbsə səbəb dəlillərdən qurtulmaq ehtimalı olub. Kim Qun Heyə qarşı iş […]
Qəzzada aclıq: 27 ölkədən təcili çağırış

Böyük Britaniya, Kanada və Aİ də daxil olmaqla 27 tərəfdaş ölkə Qəzzadakı vəziyyətlə bağlı birgə bəyanat yayıb. Tezadlar.az” xəbər verir ki, bəyanatda xüsusən anklavdakı humanitar böhran ön plana çəkilib. “Qəzzada humanitar əzab pik həddə çatıb. Qıtlıq gözümüzün önündə baş verir. Aclığı dayandırmaq üçün təcili tədbirlər görülməlidir”, -deyə vurğulanır. Bəyanatda o da vurğulanıb ki, humanitar yardımların […]
2026-cı ildə neft tələbatı 107 milyon barel olacaq

OPEC 2025-ci ildə qlobal neft tələbatını ötən ayın səviyyəsində – illik hesablamada gündə 1,3 milyon barel (b/g) həcmində saxlayıb. Mütləq ifadə ilə bu il o, 105 milyon b/g-yə çatacaq. Tezadlar.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. 2026-cı ildə bu göstərici artaraq 1,4 milyon b/g-yə çatacaq. İstehlak ötən ayın proqnozu ilə müqayisədə sutkada […]
Bir neçə əyalətdə alovla mübarizə davam edir

Türkiyənin Uşak, İzmir, Antalya və Osmaniyə vilayətlərində meşə yanır. Tezadlar.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, yanğınların səbəbi məlum deyil. Hazırda onların söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Tarixinizi hesablayın, sehrli xüsusiyyətinizi öyrənin

Həyatda təsadüflər yoxdur. Dünyamızda baş verən hər şey müəyyən səbəb-nəticə əlaqəsinə əsaslanır. Kimya, okkultizm və numerologiya baxımından doğum tarixiniz təsadüfi rəqəmlərdən ibarət deyil. Doğulduğunuz tarix təbiətin sizə bəzi özəl xüsusiyyətlər bəxş etdiyi anlamaq olar. İnanıb-inanmamağınız önəm daşımır. Bu məlumatı heç vaxt yoxlamasanız da, sizə verilən hədiyyə həmişə sizinlədir. Sehrli gücünüzü öyrənmək üçün doğum gününüz, ayınız […]
İldırım Şəki dağlarını alovlandırdı
Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib. Tezadlar.az xəbər verir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. Qeyd edək ki, Səfər Quliyev bölgədə müğənni kimi tanınırmış. S.Quliyevin qardaşı Xasay Quliyevlə birlikdə doğulduqları Fingə kəndinə arı […]
Musiqidən Riyaziyyata: Üzeyir Hacıbəyovun Unudulmuş Elmi Əsəri

Azərbaycanın görkəmli bəstəkarı, dirijoru və musiqişünası Üzeyir bəy Hacıbəyovun riyaziyyat kitabı yazdığını bilirdinizmi? Bəri başdan deyək ki, bu fakt mətbuatda və ensiklopedik mənbələrdə işıqlandırılıb. Biz, yazımızda diqqəti əsasən onun “nəşr il”inin bəzən yanlış göstərilməsinə, eləcə də bu kitabın Azərbaycan dilində “ilk riyaziyyat dərsliyi” hesab edilməsinin nə dərəcədə doğru olmasına dair münasibətimizi bildirməyə yönəltmişik. Üzeyir Hacıbəyov, “Aritmetik məsələlər toplusu” […]
Bakıda Yol Qəzası: Sürücü və Sərnişinlər Xəstəxanaya Yerləşdirildi

Bakıda üç avtomobil toqqulub, xəsarət alanlar var. Tezadlar.az xəbər verir ki, zəncirvari qəza Fatmayı-Novxanı avtomobil yolunda baş verib. Belə ki, “İsizu”, “Mercedes” və “KİA” markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü Nigar Abdullayeva və maşında olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
ABŞ Strateji Bombardmançılarını Rusiyaya Yaxın Norveç Bazasında Yerləşdirdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Norveçin Rusiya sərhədi yaxınlığında yerləşən Örland aviabazasına çatıb. Tezadlar.az xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) rəsmi saytında məlumat yayıb. “ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançıları Avropada təyyarələrin növbəti yerləşdirilməsində iştirak etmək üçün avqustun 9-da Texasdakı Dayss aviabazasından Norveçin Örland aviabazasına gəliblər”, […]
Ruben Vardanyan məhkəmədə əməllərinə görə utanır və…

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 12-də davam etdirilib. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan […]
500-dən çox məktəbdə miqrant uşaqların sayı 10 faizi keçib – Qanun dəyişikliyi təklifi

Dövlət Duması məktəblərdə miqrant uşaqların sayının azaldılmasını təklif edib. “Tezadlar.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Xəbərdə bildirilir ki, Dövlət Dumasının deputatları Aleksey Neçayev, Sardana Avksentyeva və Anna Skroznikova, eləcə də təhsil naziri Sergey Kravtsova bir sinifdə birdən çox miqrant uşağın təhsil almasını qanunvericiliklə qadağan etməyi təklif ediblər. Müraciətdə qeyd olunur ki, […]
Tramp Obamanın portretini Ağ Evdən yığışdırdı

ABŞ Prezidenti Donald Tramp Barak Obamanın prezidentlik portretini Ağ Evdən yığışdırıb. Tezadlar.az xəbər verir ki, Tramp sabiq prezidentin portretini “gizli pilləkən”lər adlanan yerə köçürüb. Onun yerinə isə özünün seçki yarışı zamanı məruz qaldığı sui-qəsddə lentə alınan fotosunu yerləşdirib. Qeyd edək ki, 2022-ci ildə Ağ Evin Böyük Pilləkənində asılan Obamanın portreti Trampın göstərişi ilə əvvəlcə giriş […]
Zarina Qurbanova: “Ötən mövsüm çox yoruldum”

“Komedixana”nın məşhur aktrisası Zarina Qurbanova yeni mövsüm planlarından danışıb. Tezadlar.az xəbər verir ki, musavat.com-a açıqlama verən aktrisa bildirib ki, hazırda istirahət edir. O, növbəti aydan yeni layihələri barədə qərar verəcək: “Ötən mövsüm çox yoruldum. Filmdə rol aldım, “Komedixana”da çəkildim. ARB-də veriliş apardım. Universitet də oxuyuram. Hələ ki, dincəlirəm. Heç bir layihəmdən ayrılmamışam. Amma harada davam […]
“Qarabağ” – “Şkendiya”- 5:1- YENİLƏNİR

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda ümumi hesabla altıncı qol vurulub. Tezadlar.az xəbər verir ki, hazırda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb – 5:1 59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb. Oyun davam edir…
13 avqustda qaz kəsiləcək

Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq. “Tezadlar.az” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən qidalanan Ərəb, Hüşün və Kükək kəndlərini təbii qazla təmin edən D-159 mm-lik ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədilə 13.08.2025-ci il tarixdə saat […]
Zelenski: “Ukraynasız Ukrayna barədə qərar qəbul edilə bilməz”

Ukrayna özünün iştirakı olmadan Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin qərarlarını tanımır. Tezadlar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Youth Here” forumunda deyib. “Ukraynasız Ukrayna haqqında danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Ona görə də söhbət onların özləri üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. […]
Bakıda avtomobildən 700 manat və sənədlər oğurlandı

Paytaxtın Nizami rayonunda oğurluq olub. Tezadlar.az xəbər verir ki, zərərçəkənə məxsus avtomobildən 700 manat nağd pul və şəxsi sənədlər talanıb. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı R.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır
Soğanın göz yaşartmasının elmi səbəbi budur

Tanınmış aşpaz soğan doğrayarkən göz yaşına səbəb olan maddələri izah edib. Tezadlar.az xəbər verir ki, Erika Videsin sözlərinə görə soğan hüceyrələri zədələndikdə ayrılan fermentlər və sulfen turşuları propanetial S-oksid əmələ gətirir. Bu maddə gözün selikli qişası ilə təmasda kükürd turşusuna çevrilərək qıcıqlanma və göz yaşlarına səbəb olur. Aşpaz məsləhət görür ki, bu təsiri azaltmaq üçün […]
Avropa və Asiya ölkələri İsraildən Qəzzaya yardım girişinə icazə istədi

Qəzzada dinc əhalinin iztirabları ağlasığmaz həddə çatıb ki, bu da aclığı dayandırmaq üçün təcili tədbirlərin görülməsini tələb edir. “Tezadlar.az”ın Avropa bürosunun məlumatına görə, belə bir bəyanatla 27 ölkənin xarici işlər nazirləri, Avropa komissarları Haca Labib, Dubravka Şuitsa və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas çıxış ediblər. Sənədi Avstraliya, Belçika, Kanada, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, […]
NATO rəsmisi Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşdü

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge Azərbaycanın və Ermənistanın alyansdakı nümayəndələri ilə görüşüb. Tezadlar.az xəbər verir ki, bu barədə B.Ruge “X”də yazıb. Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə olunan razılıqları müzakirə ediblər. “NATO adından Ermənistan və Azərbaycan səfirlərini ABŞ hökumətinin Vaşinqtonda təşkil etdiyi tarixi görüş […]
Uşaqlarını “xəstə” göstərərək pul yığan qadın 39 il həbs olundu

ABŞ-da 34 yaşlı qadın beş il ərzində üç övladına işgəncə verərək onlara işgəncə verib. O, bu addımı ilə “xəstə uşaqlarına” müalicə məqsədi ilə pul yığıb. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Minnesota ştatında baş verib. Yerli sakin Jordan Nikol Borders beş il ərzində uşaqlarına qarşı amansız rəftar edib. O, doqquz yaşlı oğlunun qanını […]
Sankt-Peterburqda miqrantlara kuryer işləmək qadağan edildi
Rusiyanın Sankt-Peterburq şəhərində miqrantlara kuryer işləmək qadağan edilib. Müvafiq sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb. Sənəddə qeyd edilib ki, qadağa bütün kuryer fəaliyyət növlərinə şamil edilir. “Qərar “kölgə məşğulluğu ilə mübarizə”yə, kuryer sektorunda “xidmətlərin keyfiyyətinin və təhlükəsizliyin”in artırılmasına, Rusiya vətəndaşları üçün yeni iş yerlərinin yaradılmasına yönəlib”, – deyə məlumatda bildirilib. Mətbuat xidmətinin məlumatına görə, kuryer işləri […]
Ağdərədə yanğın helikopter dəstəyi ilə söndürüldü

Ağdərə rayonu Ortakənd kəndi ərazisində baş verən yanğın tamamilə söndürülüb. Tezadlar.az-ın məlumatına görə, kənd ərazisindəki yanğın bu gün günorta saatlarında qeydə alınıb. Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadalarının əməkdaşları cəlb edilib. Yanğının qarşısı tam alınıb. 13:38 Ağdərə rayonunda növbəti dəfə yanğın müşahidə olunur. Tezadlar.az xəbər verir ki, rayonun Ortakənd kəndi ərazisində baş verən yanğın quru ot […]
Tramp Rusiya ilə sərhədə bombardmançı təyyarələr yerləşdirib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç B-1B Lancer strateji bombardmançı təyyarəsi Norveçin Rusiya ilə sərhədi yaxınlığında yerləşən Örland aviabazasına gəlib. Tezadlar.az xəbər verir ki, Amerika lideri Donald Trampın qərarı barədə Şimali Atlantika Alyansının Birgə Hava Komandanlığı (AIRCOM) rəsmi saytında məlumat yayıb. “ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançıları gücləndirilmiş təlim və hazırlıq üçün NATO müttəfiqləri ilə koordinasiya […]
Kavelaşvili: Cənubi Qafqazda sabitlik bizim üçün vacibdir

Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə davam edəcək. Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Cənubi Qafqazda sabitlik rəsmi Tbilisi üçün vacibdir. Kavelaşvili Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəklədiklərini bildirib.
Laçında qardaş qardaşı ov tüfəngi ilə qətlə yetirdi

Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib. “Tezadlar.az” xəbər verir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Araşdırmalar aparılır.
“Qarabağ” – “Şkendiya”: Beşinci qol gəldi – Canlı yayım

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək. “Tezadlar.az” xəbər verir ki, Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq. Qeyd edək ki, ilk görüşdə Qurban Qurbanovun komandası 1:0 hesablı qələbə qazanıb. UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu 12 avqust 20:00. “Qarabağ” – […]
Tramp FED sədrini yenidən hədəfə aldı

ABŞ-də inflyasiya ilə bağlı yaxşı məlumatlardan (iyulda istehlak qiymətləri ekspertlərin proqnozlaşdırdığı kimi 2,8 % deyil, illik müqayisədə 2,7 % artıb – red.) ruhlanan Birləşmiş Ştatlar Prezidenti Donald Tramp əsas faiz dərəcəsini endirməkdən imtina edən Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelli növbəti dəfə gecikmiş insan və uğursuz adlandırıb. Tezadlar.az xəbər verir ki, bu barədə Tramp […]
Qanun dəyişdi: İnfluenserlər VÖEN alacaq, qaydanı pozana minlərlə manat cərimə

Son günlər blogerlər yenidən yüksək reklam qiymətləri ilə gündəmə gəliblər. Tezadlar.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, məşhur blogerlərin sosial media hesabında reklam qiymətləri paylaşım yerindən asılı olaraq 1 000–5 000 manat arasında dəyişir. Ekspertlər qeyd edirlər ki, Azərbaycanda sosial media reklam bazarının 10 milyon manata yaxın hissəsini ələ keçirib. Bununla belə, Azərbaycanda bloger və […]
Həzm, sümük və enerji üçün möcüzə

Əncirin insan sağlamlığına unikal faydaları var. Tezadlar.az xəbər verir ki, əncir həm təzə, həm də qurudulmuş halda orqanizm üçün bir çox müsbət təsirə malikdir. Onların sözlərinə görə əncir yüksək lif tərkibi ilə həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Kalium, kalsium və maqnezium baxımından zəngin olan bu meyvə sümüklərin möhkəmlənməsinə, qan təzyiqinin balanslaşmasına kömək edir. Təzə […]
Bakıda gündüz oğurluq: 806 manatlıq pul və zinət əşyaları ələ keçirildi

Bakının Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb. Tezadlar.az xəbər verir ki, naməlum şəxslər gündüz saatlarında zərərçəkənin evinin pəncərəsindən içəri daxil olaraq 106 manat nağd pul, 700 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirilib. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 55 yaşlı İ.Məmmədov və əvvəllər məhkum olunmuş 25 yaşlı […]
Kişi sevgilisini öldürüb özünü vurdu

Türkiyədə evli kişi küçədə sevgilisini öldürüb. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə Mersin rayonunun Anamur qəsəbəsində baş verib. Evli olduğu bildirilən 40 yaşlı Naim Şen küçədə qara rəngli maşından enən sevgilisi 38 yaşlı Songül Perçemlə dalaşıb. Daha sonra tüfənglə qadını və özünü güllələyib. Xəstəxanaya aparılan qadını xilas etmək mümkün olmayıb. Naim Şen isə Mersin şəhər xəstəxanasına yerləşdirilib. […]
“Qarabağ” bu axşam “Şkendiya” ilə ÇL-də növbəti sınağa çıxır

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək. “Tezadlar.az” xəbər verir ki, Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq. Qeyd edək ki, ilk görüşdə Qurban Qurbanovun komandası 1:0 hesablı qələbə qazanıb. UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu 12 avqust 20:00. “Qarabağ” – […]
11 ərini öldürən qadın məhkəmə qarşısında

İranda qadın 11 ərini öldürərək, miraslarını ələ keçirib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, ölkənin Mazandaran əyalətində baş verən hadisə eşidənləri şoka salıb. 56 yaşlı Gülsüm Əkbərinin 2000-ci ildən 2023-cü ilədək mehrlərini və miraslarını ələ keçirəndən sonra 11 ərini öldürdüyü üzə çıxıb. Onun bu cinayətləri 2023-cü ildə sonuncu əri 82 yaşlı Əzizullah Babaini öldürməsindən sonra məlum […]
Dişləri ən az 2 dəqiqə, gündə iki dəfə fırçalamaq tövsiyə olunur

Diş fırçalamaq gündəlik şəxsi baxım rutinimizin ayrılmaz hissəsidir. Ancaq çox insan fərqində olmadan dişlərini səhv şəkildə fırçalayır. Nə qədər mütəmadi fırçalasanız da, yanlış texnika və vərdişlər ağız sağlamlığınıza mənfi təsir göstərə bilər. Tezadlar.az bu səhvləri sizə təqdim edir: Çox sərt fırçalamaq Yanlış: Dişlərinizi güclü şəkildə basaraq fırçalamağın daha yaxşı təmizlik verdiyini düşünürsünüzsə, yanılırsınız. Niyə zərərlidir? Diş minasına və […]
Bu hiss dünyanın ədalətli olduğuna inamı gücləndirir

Əksər insanlar təbii olaraq özlərini başqaları ilə müqayisə edir və etiraf etmək lazımdır ki, bəzən başqalarının uğursuzluqlarına sevinirlər. İnsanlar ətrafındakılarla özlərini tez-tez müqayisə edirlər. Kimsə uğursuzluqla qarşılaşdıqda, biz müxtəlif hisslər keçirə bilərik, mərhəmətdən peşmançılığa, hətta bəzən sevincə qədər. Başqasının probleminə sevinmək qəribə görünsə də, bu hal düşündüyümüzdən daha çox rast gəlinir. Tezadlar.az xəbər verir ki, amerikalı […]
Ərdoğan: Azərbaycan-Türkiyə-Gürcüstan mexanizmi mühüm rol oynayır

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik. Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. R.T.Ərdoğan, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli mexanizmi regional proseslərdə mühüm rol oynayır.
İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana səfər edəcək. Tezadlar.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Səfər çərçivəsində avqustun 19-da İrəvanda İran sənayesi, yol tikintisi, kənd təsərrüfatı, təchizat, əczaçılıq, mühəndislik xidmətləri və yüngül sənaye nümayəndələrinin iştirakı ilə biznes forum keçiriləcək. Səfər avqustun 21-dək davam edəcək.
Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Bu barədə tezadlar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər. Tərəflər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam […]
Ruben Vardanyan məhkəmədə: Müdafiə tərəfinin vəsatəti təmin olunmadı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 12-də davam etdirilib. “Tezadlar.az” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan […]
Əkizlər, Şir və Qız üçün yeni imkanlar qapısı açılır

Merkurinin retroqradı başa çatdıqdan sonra enerji dəyişəcək, bəzi bürclərin həyatı yaxşılaşacaq. Tezadlar.az-ın məlumtına görə, astroloqlar işdə, münasibətlərdə və ya özünü həyata keçirməkdə əsl sıçrayış yaşayacaq üç şanslı bürcü müəyyənləşdirirlər. Əkizlər Nəhayət ətrafınızdakı xaosun söndüyünü, düşüncələrinizin daha aydınlaşdığını hiss edəcəksiniz. Əvvəllər yerdən qalxa bilməyən ideyalar ilk nəticələrini verməyə başlayacaq. Sizin hakim planetiniz olan Merkuri artıq geri […]
Bayramov və Mirzoyan etimad quruculuğu tədbirlərini nəzərdən keçirdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Bu barədə “Tezadlar.az”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər. Tərəflər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə […]
Sankt-Peterburqda MDB DİN Şurası toplandı – Azərbaycan nümayəndə göndərmədi

Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları; informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan Respublikasının daxili işlər naziri iştirak etməyib. Tezadlar.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan DİN şuranın iclasında […]
Avropada turistlər üçün ən təhlükəsiz 10 şəhər – siyahı

“Riviera Travel” turoperatorunun dərc etdiyi yeni reytinqə əsasən Dubrovnik turistlər üçün ən təhlükəsiz və dinc Avropa şəhəri seçilib. Təhlil son beş ildə mövcud cinayət səviyyələri və tendensiyalarına əsaslanıb. Tezadlar.az xəbər verir ki, orta əsr memarlığı və YUNESKO-nun Ümumdünya İrs Saytı statusu ilə tanınan Xorvatiyanın Dubrovnik şəhərində, ən aşağı cinayət nisbəti 8,76-dır. Bu, onu çox təhlükəsiz bir […]
“Ford” 103 mindən çox F-150 pikapını geri çağırır

“Ford” ABŞ-da 103 mindən çox F-150 pikapını ox boltlarında yaranan nasazlıq səbəbindən geri çağırır. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, bu boltlar qırıla və nəticədə avtomobilin hərəkət etməsi yaxud ötürücü gücünün itirilməsi baş verə bilər. Qeyd olunub ki, ox boltundakı problem, oxdan təkərlərə güc ötürən və onların fırlanmasına kömək edən komponentlərə zərər verə bilər. Bu isə, […]
Ekvadorda xəstəxanada 12 körpə öldü – Araşdırma başladı
Ekvadorda, Quayaquil Universitet Xəstəxanasında avqustun əvvəlində 12 yeni doğulmuş körpə ölüb. Yerli hakimiyyət orqanları hadisədən narahat olaraq araşdırma başladıb. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, körpələrin ölümü vaxtından əvvəl doğuş səbəbindən yaranan fəsadlara görə kliniki vəziyyətləri ilə bağlı olub. Bildirilib ki, onlardan ikisinin ölümü isə orqanizmlərinə bakteriyaların düşməsi nəticəsində yaranan fəsadlarla bağlıdır. Ölkənin səhiyyə naziri xəstəxananın direktorunun […]
Kloppu təhqir edən baş hakim 8 həftəlik cəzalandırıldı

İngiltərə Futbol Assosiasiyası “Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Kloppu təhqir edən baş hakim Devid Kutu cəzalandırıb. Tezadlar.az xəbər verir ki, 8 həftəlik cəzalanan referidən həmçinin şəxsi təhsil proqramını tamamlamaq tələb olunacaq. Xatırladaq ki, Devid Kutun ötən il sosial şəbəkədə Kloppu axmaq və təkəbbürlü adlandırdığı video yayılmışdı. Bu səbəbdən o, UEFA və İngiltərə Hakimlər Assosiasiyası tərəfindən […]
Ərdoğan və Zelenski telefon danışığında sülh danışıqlarını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ikitərəfli, regional və qlobal məsələləri müzakirə edib. Tezadlar.az xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb. Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Ukrayna-Rusiya birbaşa danışıqlarında əldə edilən irəliləyişi vacib hesab edib, növbəti raundlarda daimi sülhə gedən yolda atəşkəslə bağlı faydalı […]
Avokado bağırsaq sağlamlığını gücləndirir – araşdırma nəticəsi

Hər gün avokado qəbulu maddələr mübadiləsini sürətləndirə və bağırsaq fəaliyyətini tənzimləyir. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı eksperiment aparılıb. İştirakçılar iki qrupa bölünüb və hər iki qrup gündə eyni miqdarda kalori alıb. Lakin birinci qrupun menyusuna əlavə olaraq avokado daxil edilib. Kişilər üçün 175 qram, qadınlar üçün isə 140 qram. Mütəmadi olaraq avokado […]
Bakı metrosunda QR-kod ödənişlərində nasazlıq – “28 May”da sıxlıq yarandı

Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb. “Tezadlar.az” xəbər verir ki, bu barədə Oxu.az-a sərnişinlər məlumat verib. Onların sözlərinə görə, hazırda QR-kod ödənişlərində yaşanan problemə görə metronun “28 May” stansiyasının girişində sıxlıq müşahidə edilir. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Sərxoş halda marafona qoşulan kişi həyatını dəyişdi

Braziliyada evsiz bir adamın çəkələklə marafon qaçışını əks etdirən videosu sosial mediada yayıldıqdan sonra bütün diqqəti özünə cəlb edib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, iyulun 27-də İsakе dos Santos Pinyо sərxoş halda öz doğma şəhəri Qarrafao do Nortedə keçirilən 8 kilometrlik qaçış yarışına qatılıb. Digər iştirakçılar kimi yarışa qeydiyyatdan keçməməsinə və idman ayaqqabıları əvəzinə çəkələk […]
Tramp Zelenski və Avropa liderləri ilə telefon danışığı aparacaq

ABŞ Prezidenti Donald Tramp avqustun 13-də Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir. “Tezadlar.az” xəbər verir ki, bu barədə məlumatı “NBC News” telekanalı yayıb. Bildirilib ki, telefon danışığının Zelenskinin Avropa ölkələrinin nümayəndələri ilə aparacağı danışıqlardan sonra baş tutacağı gözlənilir. Söhbətdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də iştirak edəcək.
Həmkəndlisini döyərək öldürən şəxsə 12 il həbs cəzası verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyüb öldürməkdə təqsirləndirilən Seyidağa Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Tezadlar.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Rüstəmov 12 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Seyidağa Rüstəmov Bakının […]
Tokayevə taekvondoda doqquzuncu dan qara kəmər təqdim edildi

Dünya Taekvondo Federasiyasının rəhbəri Çunqvon Çov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə doqquzuncu dan qara kəməri təqdim edib. Tezadlar.az xəbər verir ki, Tokayev kəməri aldıqdan sonra bir zərbə ilə taxta lövhəni sındırıb. “Prezident məşq lövhəsində öz imzasını qoyub, sonra Çunqvon Çovun xahişi ilə taekvondo ənənələrinə uyğun olaraq lövhəni sındırıb”, – Qazaxıstan prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir. Doqquzuncu dan […]
Eyni kişini sevən Gwyneth Paltrow və Jennifer Aniston illər sonra dostluq qurdu

Hollivudun ən cazibədar aktyorlarından biri sayılan və 61 yaşına baxmayaraq gənclərə örnək göstərə biləcək formada olan Bred Pitt karyerası boyunca məşhur və gözəl qadınlarla böyük eşqlər yaşayıb. Onun sevgi tarixçəsində Gwyneth Paltrow, Jennifer Aniston və Angelina Jolie kimi ulduz adlar var. Tezadlar.az xarici mediaya istinadən onlar barədə məlumat verir. Bred Pitt 1995-ci ildə “Se7en” filminin çəkiliş […]
Bakıda vətəndaşları aldadaraq 56 min manat alan şəxsə 4 il həbs cəzası verildi

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktını almaq adı vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Tezadlar.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri mühakimə olunan Xəyyam adlı şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl Xətai rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il müddətinə […]
20 dollarlıq lotereya biletindən 2 milyon dollar qazandı

ABŞ-nin Cənubi Karolina ştatında yaşayan kolumbiyalı bir qadın 20 dollarlıq lotereya bileti ilə inanılmaz uğura imza atıb. O, tam iki milyon dollar məbləğində cekpot qazanıb. Şanslı qadın uduşlu bileti yerli yanacaqdoldurma məntəqəsindən alıb. Onun sözlərinə görə, biletin qoruyucu təbəqəsini qazımamışdan əvvəl avtomobilində dua edib, içində bir ümid olduğunu və uğur qazanacağına inandığını bildirib. “Bileti yoxlayanda […]
400-500 amerikalı əsgər oktyabr-dekabr aylarında Finlandiyada olacaq

Bu ilin payızında Finlandiyada keçiriləcək təlimlərdə ABŞ-dən 400-500 hərbçi iştirak edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb. Amerikalı hərbçilər oktyabrdan dekabra qədər “Uusimaa” briqadasında qalacaq və noyabrda Finlandiya Müdafiə Qüvvələrinin illik təlimlərində iştirak edəcəklər. Xəbər verildiyi kimi, ABŞ bu ilin ikinci yarısında Finlandiya və Baltik dənizi regionunda keçiriləcək təlimlərdə iştirak […]
PSJ İlya Zabarnı ilə 2030-cu ilə qədər müqavilə imzaladı

Fransanın PSJ klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer edib. “Tezadlar.az” xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. Buna qədər İngiltərənin “Bornmut” klubunda çıxış edən futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. PSJ-nin bu keçidi 63 milyon avroya həll etdiyi bildirilir. Bundan əlavə “Bornmut” bonus olaraq daha 3 milyon avro ala […]
Bakıda arvadına illərlə işgəncə verən kişi həbs olundu

Bakıda arvadına illərlə işgəncə verən şəxs həbs edilib. “Tezadlar.az”ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib. İstintaq materiallarına əsasən, Elnur (şərti) 18 ildir nikahda olduğu Ayselə (şərti ) uzun müddət fiziki və psixoloji zorakılıq tətbiq edib. Son 8 ildə bu davranışlar daha da şiddətlənib. Elnur həyat yoldaşını evdə bağlı qapı arxasında saxlayıb, ağzına […]
Mərkəzi Bank iki ödəniş təşkilatına kapital və nəzarət tələblərini xatırlatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 ödəniş təşkilatına – “Tiko Azərbaycan” və “Greentek Group” MMC-lərə icrası məcburi göstəriş verib. Tezadlar.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu addım “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, […]
Qubada “Asma körpü” istirahət mərkəzinin fəaliyyəti dayandırıldı

Quba rayonu, Qəçrəş kəndində yerləşən istirahət mərkəzinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin […]
Kris Pil: Volkswagen Golf GTI tez-tez xarab olur, idarəsi “yorucudur”

Alman avtomobilləri ənənəvi olaraq keyfiyyət və etibarlılıq simvolu kimi qəbul edilir, lakin bütün modellər bu reputasiyaya uyğun gəlmir. Avtomobil eksperti Kris Pilin fikrincə, bəzi məşhur alman avtomobilləri tez-tez xarab olaraq sahibləri üçün əsl sınaq ola bilər. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis ən problemli modellər arasında populyarlığına baxmayaraq, mürəkkəb idarəetməyə malik, mühərrik və sürət qutusu […]
Fransa polisi azərbaycanlı ailəni saxladı, uşaqlar sığınacağa yerləşdirildi

Azərbaycanın Fransadakı Səfirliyi vətəndaşlar Quliyev Məhəmməd və Abdullayeva Gültacın üzləşdiyi vəziyyətlə bağlı məlumat yayıb. Azərbaycanın Fransadakı Səfirliyindən bildirilib ki, Konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur. “Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat Səfirliyə daxil olan gündən Konsulluq […]
“Mançester Yunayted” Dayo Upamekano ilə maraqlanır

İngiltərənin “Mançester Yunayted” kollektivi Almaniya təmsilçisi “Bavariya”nın müdafiəçisi Dayo Upamekano ilə maraqlanır. Tezadlar.az xəbər verir ki, 26 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacağı üçün məşqçilər korpusu onu satmağı planlaşdırır. Satış prosesi baş tutmazsa, Bundesliqa komandası fransalı oyunçunun sözləşməsinin müddətini uzatmaq variantını nəzərdən keçirəcək. D.Upamenkonun özü də “Mançester Yunayted”ə transfer […]
Uşaqları sevindirəcək asan kəsmikli dondurma hazırlanma qaydası

Bu ev üsulu ilə hazırlanan kəsmikli dondurma həm çox asan hazırlanır, həm də inanılmaz dərəcədə dadlıdır. Üstəlik, inqrediyentlər də hər evdə tapıla biləcək sadə məhsullardır. Yayda sərinləmək və uşaqları sevindirmək üçün əla seçimdir! Tezadlar.az bu resepti sizə təqdim edir: Şəkər: 3 xörək qaşığı Yumşaldılmış kərə yağı: 60 qram Vanilli şəkər: 1 çay qaşığı Şokolad: 100 qram […]
Sammit zamanı Zelenski Alyaskaya buraxılmayacaq

TASS agentliyi mənbəyə istinadən yazır ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın zirvə görüşü zamanı Vladimir Zelenskinin Alyaskaya səfərini gözləməyə dəyməz. “Putin və Trampın görüşü zamanı Zelenskinin Alyaskaya gələcəyini gözləmək olmaz”, – Tezadlar.az xəbər verir ki, agentlik mənbədən sitat gətirir. “ABŞ Vladimir Putin və Donald Tramp arasında mümkün olan görüşün müsbət nəticələrinə […]
“Ərə gedəcəyim oğlan məndən 7 yaş kiçikdir”

“Ərə gedəcəyim oğlan məndən 7 yaş kiçikdir”. Tezadlar.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Mənzurə Musayeva iki aydan sonra ailə quracağı bəydən danışarkən deyib. Müğənni onun əvvəllər evli olduğunu bildirib: “Bu onun ikinci evliliyi olacaq. Ailəsi olub, ayrılıb. Məndən xoşu gəlib, evlilik təklifi etdi, mən də razılaşdım. Evlilik həyatı ilə bağlı bəzi şərtlərim var. […]
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

Vakansiya seçimi mərhələsinin nəticələri elan edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, 2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ […]
Tailandda azərbaycanlı turist meyvə pulu üstündə bıçaqlandı

Tailandda azərbaycanlı turist bıçaqlanıb. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, hadisə avqustun 8-nə keçən gecə Patonq şəhərində baş verib. Şəhərə turist qismində gələn 33 yaşlı azərbaycanlı Orxan Hidayətoğlu 25 yaşlı Pannavit Yonqyosinqə məxsus səyyar stenddən meyvə yeyib. Satıcı turistin yediyi meyvənin 60 baht məbləğində (təxminən 3 manat 20 qəpik) pulu istəyib. Lakin azərbaycanlı bundan imtina edib […]
Tacikistan Prezidenti Əliyevi tarixi sülh bəyannaməsi münasibətilə təbrik etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. “Tezadlar.az” xəbər verir ki, məktubda deyilir: Hörmətli İlham Heydər oğlu. Ermənistan Respublikası ilə iki ölkə arasında möhkəm sülhə nail olunmasına yol açan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizi və dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu tarixi hadisəni alqışlayır, böhranların və münaqişələrin həllində yeganə vasitə […]
Xəzərin bu sahilində dəniz suyu 2 min metrədək geri çəkilib – ən kritik vəziyyət isə Kürdədir

Suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşmüş və akval ekosistem pozulmuşdur. Tezadlar.az xəbər verir ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı olaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən Xəzər dənizində su səviyyəsinə iqlim dəyişmələrinin uzunmüddətli təsirinin qiymətləndirilməsi və sahilboyu ərazilərin landşaft-ekoloji […]
Azərbaycan da daxil, Gürcüstandan xeyli miqrant deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər müvafiq strukturlarının birgə koordinasiyası ilə son günlər ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 34 əcnəbi vətəndaş çıxarılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, deportasiya olunanlar Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Azərbaycan, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşlarıdır. […]
Bu gün “Xəzər Günü”dü

2006-cı ilin 12 avqust tarixində “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur. Tezadlar.az xəbər verir ki, “Xəzər Günü”nün qeyd edilməsində məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə olunması və […]
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içdilər – VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
Təhsil müəssisələrində qidalanma standartı tətbiq ediləcək – az duzlu, az şəkərli, bol meyvə və ağartılı

Sentyabrın 1-dən Qazaxıstan Respublikasının təhsil müəssisələrində yeni Qidalanma Standartı tətbiq ediləcək.
Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevə zəng edib

Avqustun 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Tezadlar.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlətimizin başçısını təbrik edib. O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan […]
Almaniyada Putin heyranlığı

Minsk danışıqlarında iştirak edən alman diplomat Rusiya prezidenti Vladimir Putini bütün mövzuları yaxşı bilən ən təcrübəli danışıqlar aparanlardan biri adlandırıb. Tezadlar.az xəbər verir ki, onun fikrini “Arqumenty i Fakty” “Financial Times”a istinadən yazır. Diplomatın fikrincə, Putinin həmkarı Rusiya lideri kimi onun təklif etdiklərini yaxşı bilməlidir. “Putin bütün mövzuları, hüquqi əsaslandırmaların təfərrüatlarını başa düşür, lakin o, […]
Ağdərədə yanğın genişlənərək meşəlik əraziyə çatıb – FHN-nin helikopteri yanğını söndürməyə çalışır

Ağdərədə növbəti yanğın hadisəsi baş verib.
125 MİN!- BU İL 1-Cİ SİNFƏ GEDƏNLƏRİMİZİN SAYI BU QƏDƏRDİR!

İndiyədək 125 min uşağın birincə sinfə qəbulu yekunlaşıb. Tezadlar.az xatırladır ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib: “Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses 12 sentyabra qədər davam […]
Zelenski Avropanı Rusiyaya təzyiqi davam etməyə çağırıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü öncəsi Avropa Rusiyaya “təzyiq göstərməyə davam etməlidir”. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Telegram kanalında bildirib. “Biz hamımız birlikdə təzyiqlərimizi davam etdirməliyik – güc təzyiqi, sanksiyalar təzyiqi, diplomatiya təzyiqi”, – o qeyd edib. Bununla yanaşı, Ukrayna lideri əlavə edib ki, Kiyev […]
Tatarıstan üzərində 9 PUA vurulub

Növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan səmasında Ukraynaya məxsus 9 pilotsuz təyyarəni vurub. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Avqustun 12-də Moskva vaxtı ilə saat 09:20-dən 10:15-dək növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan Respublikası ərazisi üzərində Ukraynaya məxsus 9 təyyarə tipli pilotsuz uçan aparatı ələ keçirib və məhv edib”, – […]
“Presight ilə əməkdaşlığın gücləndirilməsində RİNN-in atdığı addımlar faydalıdır və təqdirəlayiqdir”

“Son bir ildə üç nazirimizin Presight rəhbərliyi ilə görüşü olub”
Bələdiyyə torpaqları hərraca çıxarılır – Hacıqabul, Sabirabad daxil olmaqla, digər 7 rayonda

Əmlak Məsələləri Dövlət Xidməti 10 sentyabr 2025-ci il tarixində hərrac keçirəcək.
Bəzi rayonlarda investisiya yatırımları azalıb – xüsusilə Qax və Göyçayda…

2025-ci ilin ilk yarısının yekunlarına görə, ümumi müsbət mənzərəyə baxmayaraq, bəzi rayon və şəhərlərdə əsas kapitala investisiya qoyuluşunda azalma qeydə alınıb. Tezadlar.az fed.az-ın Dövlət Staistika Komitəsinin açıqladığı rəqəmlər əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, hesabat dövründə siyahıda ən kəskin, yəni 8 dəfədən çox azalma ilə üzləşən iki rayon var: Qax rayonu: İnvestisiya həcmində ən kəskin azalma […]
“Azov” döyüşçüləri Pokrovsk istiqamətində cəbhənin ən çətin müdafiə xəttini keçib-RUSLAR QAÇIR

Bir neçə gün əvvəl NGU Azov-un 1-ci korpusu Pokrovsk istiqamətində müəyyən müdafiə xəttini tutub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu, Dobropolye və Dobropolye-Kramatorsk yolu istiqamətində olan hissədir. Bazar ertəsi məlumat verildi ki, ruslar kiçik qruplar halında Dobropolye istiqamətində Ukrayna mövqelərinin birinci xəttini keçərək irəliləyirlər. “Vəziyyət mürəkkəb və dinamik olaraq qalır. Bu istiqamətdə irəliləməyə çalışan […]
Yaroslavlda qeyri-qanuni miqrasiya kanalı ləğv edilib

Rusiya FTX-nin Yaroslavl şöbəsi on əcnəbini leqallaşdıran yerli sakini saxlayıb. FTX-nin regional şöbəsindən “RG”-nin müxbirinə verilən məlumata görə, Yaroslavl sakini Rusiyada viza müddəti bitmiş əcnəbi vətəndaşlara yaşayış və iş yerləri verib. Həmin şəxsə qarşı “Qanunsuz miqrasiyanın təşkili” maddəsi ilə cinayət işi açılıb. Yaroslavl sakini bu maddə ilə on ilə qədər həbs cəzası gözləyir. Şübhəli saxlanılıb. […]
Bəzi şəhər və rayonlarda investisiya yatırımları artıb – Xızıda isə heyrətamiz yüksəliş!

2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanın şəhər və rayonlarında əsas kapitala yönəlmiş investisiyaların həcmində kəskin artım qeydə alınıb. Tezadlar.az fed.az-ın Dövlət Staistika Komitəsinin açıqladığı rəqəmlər əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, hesabat dövründə investisiya artımına görə Xızı rayonu digər bütün bölgələri qabaqlayır. Burada sərmayə qoyuluşu 2024-cü ilin eyni dövründəki 1 milyon 792 min manatdan heyrətamiz […]
İndi ölüləri deyil, diriləri ağlamaq vaxtıdır-ASİF MƏRZİLİ YAZIR

…İndi hər bir rayonda yas yerlərində isti yemək (ehsan) verməyin qadağan olunmasından danışılır, təşəbbüslər irəli sürülür… Bunlar çox yaxşıdır! 90-cı illərdə Tamerlan Qarayev mənə dedi ki, “Qarabağ evi” yaradırıq, üzv ol, bunu təbliğ etmək lazımdır. Dedim, bu evin məqsədi nədir? Dedi, köçkünlərin yas mərasimlərinə kömək etmək, dünyasını dəyişənlərin dəfninə kömək etmək, bir sözlə, ölülərimizi urvatlı […]
Qarabağla bağlı 112 milyonluq 2 tenderi də “Sea Breeze Constructıon” qazanıb

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ Qarabağda 2 iri məbləğli tenderi yekunlaşdırıb. Tezadlar.az xəbər verir ki, birinci tenderdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində fərdi yaşayış evlərinin tikintisi və mühəndis kommunikasiya sistemlərinin quraşdırılması işləri həyata keçiriləcək. Bu tenderin ümumi dəyəri 61 733 253 manat təşkil edib. İkinci tender isə Füzuli rayonunun Pirəhmədli kəndində daha […]
JURNALİST BİNASININ SƏDR PROBLEMİ

…Allah qapısını açsın, mən bu fikirləri KİVDF sədri Vüqar Səfərli iş başında olanda yazmışam, ona görə də indi paylaşıram. Vuqar müəllim ağılli, savadlı adamd idi, zarafat deyildi, Mex.Matı bitirmişdi. I Jurnalist binasının hər mənzilinə maksimum aylıq rüsum təyin etmişdi, amma bununla kifayətlənmirdi… Vüqar Səfərli binanın kombilərini Türkiyənin “Dəmir Dökum” şirkətindən almışdi, Bakıda Mətbuatı Şurasının yaxınlığında […]
Zelenski şou göstərmək qərarına gəlib

Kurort mövsümünün ortasında Ukrayna pilotsuz təyyarələrinin Soçiyə hücumları hərbi-taktiki deyil, daha çox şou xarakteri daşıyır. Tezadlar.az “Tsarqrad” istinadən xəbər verir ki, bunu ehtiyatda olan zabit, döyüş veteranı Oleq Şalandin deyib. Xatırladaq ki, avqustun 8-də Ukrayna hərbçiləri Soçi də daxil olmaqla Krasnodar diyarının şəhərlərinə hücuma cəhd ediblər. Hava hücumu siqnalı çimərliklərdə çoxlu insanı yaxalayıb. Şalandinin sözlərinə […]
18 nəfərə dosent, 3 nəfərə isə professor elmi adı verilmədi-SƏBƏB

Professor Famil Mustafayevin Prezident yanında Ali Attestasiya Komissiyasına rəhbər təyin edilməsindən bəri əsassız yerə professor, elmlər doktoru, yaxud fəlsəfə doktoru elmi adlara iddialıların qarşı yetərincə alınmaqdadır. AAK müntəzəm olaraq bu cür halların statistikasını açıqlayır. Amma yaxşı olar ki, elmi ad verilməsindən imtina edilmişlərin adları və imtinaların səbəbləri də elan olunsun! Beləliklə, 2025-ci ilin I yarısında […]
BANM-in ödənişsiz Tələbə Evi – Fotolar

Gördüyünüz şəkillər Oksfordun və ya Kembricin yataqxanaları deyil, Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Evidir.
“Saat24.az” saytının rəhbəri həbs edilib…

Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub. Tezadlar.az xəbər verir ki, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Məlumatı DİN Mətbuat Xidməti yayıb. […]
Украинская разведка нанесла удар по гелиевому заводу в Оренбурге РФ

11 августа Главное управление разведки Украины нанесли удар беспилотниками по “Оренбургскому гелиевому заводу” в РФ. Как сообщает tezadlar.az , об этом пишет “Интерфакс-Украина” со ссылкой на источники в разведке. Сообщается, чтоэто единственное в России предприятие, которое производит критически важный компонент для производства ракет, в космической отрасли и авиапромышленности. Его годовая мощность составляет переработку около 15 млрд. куб. […]
Qutsul tərəfdarları Kişinyov istintaq təcridxanası qarşısında aksiya keçirib

Qaqauziyanın həbsdə olan rəhbəri Yevgeniya Qutsulun tərəfdarları Kişinyovdakı istintaq təcridxanası qarşısında növbəti dəfə etiraz aksiyası keçirərək onun və müxalifət partiyası “Qələbə” blokunun fəalı Svetlana Popanın, həmçinin polisin axtarışlarından sonra bu həftə saxlanılan fəallar İrina və İliya Volçukun azadlığa buraxılmasını tələb ediblər. Tezadlar.az bildirir ki, TASS-ın verdiyi məlumata görə, nümayişçilər istintaq təcridxanasının ətrafına toplaşıb və “Qutsula […]
ABŞ Qəzzaya humanitar yardım aparan təyyarələr göndərməkdən imtina edib

ABŞ prezidenti Donald Trampın administrasiyası Qəzza zolağına humanitar yardımla hərbi təyyarələr göndərməyəcək. Tezadlar.az bu barədə “Reuters”ə istinadən xəbər verir. “Prezident Tramp Qəzzədəki fələstinlilərə kömək etmək üçün yaradıcı həllər tapmağa çağırıb. Biz Qəzza xalqını ərzaqla təmin etmək üçün istənilən effektiv səyləri alqışlayırıq, lakin onun HƏMAS-ın əlinə keçməsinə imkan verməyəcəyik”, – Ağ Evin mətbuat xidməti bildirib. Bildirilir […]
Trampın bu qərarı ABŞ polisində xaosa səbəb olub

ABŞ prezidenti Donald Trampın Vaşinqtonda Milli Qvardiyanın tətbiqi ABŞ polisi və federal agentləri çaşdırıb. Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News kanalı məlumat yayıb. “Hazırda kimin vəzifədə olduğunu və dəqiq nə etməli olduqlarını heç kim başa düşmür”, – federal agentlərdən biri deyib. Jurnalistlərin həmsöhbətlərinin sözlərinə görə, qərar federal qurumların əməkdaşları ilə Metropoliten […]
“”Milli Məkan Məlumatları” ilə bağlı İşçi Qrupuna müstəqil ekspertlərdən və biznesdən nümayəndələr daxil edilməyib…”

“10 il bundan öncə icrasına tapşırıq verilən “Milli Məkan Məlumatları” ilə bağlı işlər nəhayət ki xeyli canlanıb” *** Azərbaycanda dövlətə məxsus ən nəhəng informasiya resursunun hazırlanması işləri xeyli sürətlənib.10 il bundan öncə icrasına tapşırıq verilən “Milli Məkan Məlumatları” ilə bağlı işlər nəhayət ki xeyli canlanıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İşçi Qrupunun növbəti iclası keçirilib. Tezadlar.az xəbər […]
Aparıcı Aytən Səfərovanın törətdiyi ağır yol-nəqliyyat hadisəsi istintaqda araşdırılır

Aparıcı Aytən Səfərovanın barəsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, istintaq gedir. Bu barədə sosial mediada yayılan məlumatlarda deyilir. Hansı ki, bu hadisə ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində (“Naxçıvanski” hərbi akademiyanın qarşısı) aparıcının idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə “Hyundai İX-35” markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı […]
Tramp Putinlə görüşdən sonra Ukrayna nizamlanmasından imtina edə bilər?

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Ukrayna böhranının həlli üçün diplomatik səylərdən geri çəkilə biləcəyini bəyan edib. Tezadlar.az xəbər verir ki, bu barədə o, Ağ Evdə mətbuat konfransı zamanı bildirib. O, Putinlə görüşdə mümkün nizamlanma imkanlarını və parametrlərini öyrənmək niyyətində olduğunu qeyd edib. “Mən geri çəkilə və sadəcə uğurlar arzulaya bilərəm. […]
Müharibənin sərt məntiqi Trampın sürətli sülh arzularını məhv edəcək – “The Telegraph”

Zelenskinin razılaşdığı istənilən razılaşma Putin tərəfindən rədd edilə bilər və əksinə… Ukraynadakı müharibənin sərt reallığı ABŞ prezidenti Donald Trampın asan sülh arzularını məhv edə bilər. Tezadlar.az xəbər verir ki, bu barədə “Defense Priorities”-in tədqiqatçısı Daniel DePetris “The Telegraph”-ın köşə yazısında yazır. Alyaskada Vladimir Putinlə planlaşdırılan sammit ərəfəsində Tramp sürətli irəliləyişlə bağlı gözləntiləri azaltmağa çalışır. “Bu, […]
Kəlbəcərdə “KamAZ” dərəyə aşdı- sürücü öldü

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə nəticəsində ölən sürücünün kimliyi də məlum olub. Tezadlar.az xatırladır ki, yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur. Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sürücünün təcrübəsizliyi və səhlənkarlığı qəzaya səbəb olub. Dağlıq ərazilərrdə sürücünün daha peşəkar olması tələb olunur, […]
O, Aİ liderlərinin Ukrayna ilə bağlı bəyanatına qoşulmaqdan imtina edib

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) liderlərinin Ukrayna nizamlanması ilə bağlı bəyanatına qoşulmayıb. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumdur ki, sənəddə Aİ liderləri Ukraynanın Avropaya inteqrasiya siyasətini dəstəkləyiblər. “Macarıstan bu bəyanata qoşulmayıb”, – notada deyilir. Bəyanatı 26 Avropa lideri imzalayıb. O, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına nail […]
Qarabağda at oynadan cinayətkarlar indi Bakıda zərərçələnlərin qarşısında susur

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]
Biləsuvarda bir ailənin iki üzvü yol qəzasının qurbanı oldu- SƏBƏB

Biləsuvarda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. Yol nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi “VAZ-2115” markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ-2115″də olan […]
Alim Bermud üçbucağının sirrini açıqlayıb

Uzun illərdir sirr kimi müzakirə edilən Bermud üçbucağında baş verənlərə, nəhayət, həm də belə bir izahla aydınlıq gətirilib: Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını bildirib. Tezadlar.az CNN-Türk- ə istinadla xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb. Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə […]
Ritter Putin-Tramp danışıqlarını Kiyev üçün son şans adlandırıb

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüş Vladimir Zelenski üçün son şans deyil, Ukraynanın bir dövlət olaraq ayaqda qalması üçün son şansdır. Tezadlar.az xəbər verir ki, fu fikri TASS-a müsahibəsində ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı və BMT-nin İraq üzrə Xüsusi Komissiyasının kütləvi qırğın silahları üzrə keçmiş müfəttişi Skot Ritter deyib. […]
ABŞ Putin-Tramp görüşü günü Ankoric şəhəri üzərində səmanı bağlayacaq

Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşünün keçiriləcəyi zaman ABŞ Alyaskanın Ankoric şəhəri üzərində hava məkanını bağlayacaq. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) bildirişində deyilir. Bildirilir ki, “VİP-in hərəkəti” səbəbindən səma 48,3 km radiusda və 5,5 km yüksəklikdə bağlanacaq. Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq. Tramp […]
Ukrayna faktiki olaraq artıq işğal olunmuş əraziləri verməyə hazırdır – “The Telegraph”

Zelenskinin yumşaldıcı mövqeyi cümə günü Alyaskada Tramp-Putin sülh sammiti ərəfəsində ortaya çıxıb ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək sammit ərəfəsində diplomatik dairələr Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyinin yumşaldılmasını müzakirə edirlər. “The Telegraph”ın Avropa mənbələrinə istinadən yazır ki, Kiyev Rusiyanın Luqansk, Donetsk, Zaporojya, Xerson vilayətləri və Krımda artıq işğal olunmuş […]
Rusiya bölgəsində dron hücumu dəf edilib

Rostov vilayətinin başçısı vəzifəsini icra edən Yuri Slyusar bildirib ki, Rusiya hərbçiləri avqustun 11-dən 12-nə keçən gecə Millerovski rayonunda pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib. Tezadlar.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb. Slyusar dəqiqləşdirib ki, əməliyyat məlumatlarına görə, hadisə nəticəsində itki yoxdur. “3 fərdi yaşayış evinin şüşəsi sınıb. 4 mənzilli binanın […]
USQ-də fərarilik və özbaşına hərbi hissəni tərk etmək hallarının sayı 120 mini keçib

2025-ci ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrindən (USQ) fərarilik və bölməni icazəsiz tərk edənlərin sayı 120 mini ötüb. Tezadlar.az xəbər verir ki, bu barədə TASS Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DBİ) məlumatlarına istinadən məlumat yayıb. Məlumatdan belə çıxır ki, təkcə son bir ayda ukraynalı əsgərlərin bölməni icazəsiz tərk etməsi hallarının sayı 15,3 mini keçib, ilin əvvəlində isə […]
Alyaska Putin-Tramp görüşündən gözləntilərini açıqlayıb

Alyaskanın keçmiş vitse-qubernatoru Loren Leman Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də ştatda keçirilməsi planlaşdırılan görüşü şərh edib. Tezadlar.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirib. Leman iki liderin görüşündən gözləntiləri açıqlayıb və Ukraynada tezliklə atəşkəsə ümid etdiyini bildirib. O, Trampın münaqişəni həll etməyə çalışdığını vurğulayıb. Alyaskanın keçmiş […]
“Vostok” qruplaşması Ukraynanın PUA-ları üçün bir tank və idarəetmə məntəqəsini partladıb

“Vostok” qruplaşmasının Rusiya hərbçiləri pilotsuz uçan aparatları və “Lanset”dən istifadə etməklə, Şimal-Şərq Hərbi Dairəsinin cənubundakı Donetsk istiqamətində Aleksandroqrad kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus tank və zirehli texnikanı məhv ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “KXDR-in Aleksandroqrad qəsəbəsi ərazisində hərbçi FPV pilotsuz uçan aparatı vasitəsilə hədəfi vuran Ukrayna tankını […]
O, bütün cəbhələrdə Rusiya və Putinin qələbəsini elan etdi

Venesuela prezidenti Nikolas Maduro müstəqil ölkələrə qarşı sanksiyaların tətbiqinə qarşı çıxıb. Tezadlar.az xəbər verir ki, o, bu barədə “Venezolana de Televisión” telekanalında “Maduro Plus ilə” verilişində danışıb. Madurov Rusiya və onun prezidenti Vladimir Putinin bütün cəbhələrdə qalib mövqedə olduğunu vurğulayıb. “Rusiya iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirdi, sanksiyaların raket zərbələrinə tab gətirdi və qalib gəldi”, – […]
İsrail HƏMAS və “İran oxu”na qarşı kampaniyasını başa çatdırmaqdadır – Netanyahu

İsrail Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı və bölgədəki “İran oxu”nun digər üzvlərinə qarşı hərbi kampaniyasını başa çatdırmaq üzrədir. Tezadlar.az xəbər verir ki, bu fikirləri Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu Qüdsdə Knesset Muzeyinin açılış mərasimində çıxışı zamanı deyib. “Məhz bu günlərdə, bizi məhv etməyə gələnlər üzərində böyük qələbələr əldə etdiyimiz, kampaniyanı başa çatdırmaq ərəfəsindəyik, […]
Kamçatkada zəlzələ baş verib

Kamçatkada 5,7 bal gücündə zəlzələ baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Məlumata görə, hadisə Petropavlovsk-Kamçatskidən 347 kilometr aralıda baş verib. Mənbənin 41,5 kilometr dərinlikdə olduğu dəqiqləşdirilir. Hələlik başqa təfərrüatlar yoxdur. Avqustun 11-nə keçən gecə Kamçatka ərazisində son 24 saat ərzində 54 afterşokun qeydə […]
Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinin olacağına inanır

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinə dair razılaşmaların olacağına inanır. “Müəyyən mübadilələr olacaq. Bəzi ərazi dəyişiklikləri olacaq”, – Tezadlar.az xəbər verir ki, o, Ağ Evdə çıxış edərkən deyib. “Mən bunu Rusiyadan və hamı ilə söhbətimdən bilirəm”, – Amerika lideri təfərrüatları açıqlamadan deyib. Bu mümkün mübadilələrdən danışarkən o, bunun “Ukraynanın xeyrinə” olduğu […]
İrəvan və Bakı Qarabağ üzrə Minsk Qrupunun bağlanmasını istəyib

İrəvan və Bakıdan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlərə Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun buraxılması tələbi ilə müraciət göndərilib. Tezadlar.az xəbər verir ki, rəsmi bəyanat Ermənistan Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunub. Avqustun 8-də ABŞ, Ermənistan və Azərbaycan liderləri Donald Tramp, Nikol Paşinyan və İlham Əliyev İrəvanla Bakı arasında münaqişənin sülh yolu […]
Orenburq hava limanında məhdudiyyətlər götürülüb

Orenburq hava limanına təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Rosaviatsia məlumat yayıb. “Orenburq hava limanı. Təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb”, – məlumatda deyilir. E.ŞİRİNOV
Zelenski: Ukrayna və Avropa qərarların kənarında qala bilməz

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında yazıb. “Mən ona tərəfdaşlarla təmaslar, müharibəni bitirmək üçün diplomatik səylərimiz barədə məlumat verdim. Əslində, liderlərlə daimi əlaqə saxlayırıq. İndi sülh üçün real şansın olduğu zamandır. Amma sülh ədalətli […]
“Qəbələ” Nigeriyalı yarımmüdafiəçi Salihu Nasiru ilə müqavilə imzaladı

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Tezadlar.az bu barədə kluba istinadən xəbər verir. “Qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Futbolçu son olaraq Nigeriya premyer liqasında “Kanemi Warriors” komandasının formasını geyinib. Salihu həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib. Qeyd edək ki, “Qəbələ” bunadək […]
Noutbuku daim şəbəkədə saxlamaq batareyaya zərər verir

Bir çox noutbuk sahibləri cihazlarını tam olaraq 100%-ə qədər doldurur, lakin mütəxəssislər bu vərdişin batareyanın sağlamlığına zərər verdiyini bildirirlər. Ekspertlərin izahına görə, batareyalar üçün tam dolma rejimi əlverişli deyil. 100%-lik şarj batareya elementlərinə artıq yük salır, daxildəki kimyəvi prosesləri sürətləndirir və nəticədə akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər batareya […]
ABŞ Prezidenti Zelenski və Avropa liderləri ilə müzakirə aparacaq

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən əvvəl Zelenski və Avropa liderləri ilə danışacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya hökuməti “Bloomberg”ə istinadən məlumat yayıb. Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri avqustun 13-də Putinlə Alyaskada görüşdən iki gün əvvəl Ağ Ev rəhbəri Donald Trampla telefon danışığı aparacaqlar. Söhbətə ABŞ-nin […]
Ərdoğan BMT-nin güclənməsinin vacibliyini vurğuladı

BMT-nin ciddi islahatlara ehtiyacı var. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin təsis olnumasının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirə videomüraciətində deyib. O bildirib ki, BMT-nin öz öhdəliklərini yerinə yetirməyə davam etməsi üçün ciddi islahatlar labüddür: “Beynəlxalq sülhün, rifahın, qarşılıqlı etimadın və həmrəyliyin yenidən bərqərar olması üçün BMT-nin güclənməsinin vacibdir. […]
Zorakılıq, baxımsızlıq və təhlükəli mühit uşağın valideyndən alınmasına səbəb olur

Bir neçə gün əvvəl azərbaycanlı cütlüyün övladlarının Fransada əllərindən alınması ilə bağlı xəbərlər yayıldı. Bu hadisəyə hər kəs fərqli cür reaksiya verdi. Bəziləri səbəbsiz olduğunu, bəziləri isə ciddi faktlar olduğu üçün bunun mümkün ola biləcəyini vurğuladı. Bəs görəsən, Azərbaycanda bu qayda necədir? Hansı hallarda uşaqlar valideynlərdən alınır? Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib […]
Kavelaşvili prezident seçildikdən sonra ilk səfərini Ankaraya edir

Gürcüstan Prezidenti Mixail Kavelaşvili sabah dövlət başçısı seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfərini edəcək. “Tezadlar.az” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Burhanəddin Duran sosial media hesabında yazıb. Onun sözlərinə görə, Kavelaşvilinin səfəri çərçivəsində Türkiyənin strateji tərəfdaşı olan Gürcüstanla əməkdaşlığının bütün sahələrdə inkişaf etdirilməsi istiqamətində atılan addımlar müzakirə olunacaq, həmçinin cari […]
Tarot kartları Buğa, Qız və Şir bürclərinə uğurlu həftə vəd edir

Tarot kartları artıq kiçik çətinliklərdən və qeyri-müəyyənlikdən bezmiş insanlar üçün xoş dəyişikliklər və parlaq hadisələr proqnozlaşdırır. Tezadlar.az bildirir ki, həftəlik ulduz falı bürcün üç əlamətinə ilham atmosferi, yüngüllük və Kainatın onların tərəfində olması hissi vəd edir. Bürcün hansı əlamətləri bu həftə şanslı olacaq? Buğa Buğa bürcü üçün bu həftəlik ulduz falı harmoniya, qayğı və firavanlıq enerjisi […]
İran hökuməti pul vahidini dəyişmək qərarını təsdiqlədi

İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına razılıq verib və ölkənin rəsmi valyutası bundan sonra “Tümən” və “Qıran” olacaq. Tezadlar.az bildirir ki, bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib. “Bu planın həyata keçirilməsi keçid dövrü ilə müşayiət olunacaq, xalq və bazar dəyişikliklərə alışa bilsin deyə, bir müddət tümən və rial eyni vaxtda dövriyyədə […]
Paşinyan və Tokayev regional əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefonla danışıb. Tezadlar.az xəbər verir ki, Paşinyan Qazaxıstan Prezidentinə avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələrini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi, ATƏT-ə birgə müraciətinn ünvanlanması, eləcə də regional kommunikasiyaların açılmasına dair razılaşmanı təqdim […]
Çanakqala boğazı və quru yolu yanğın səbəbindən bağlandı

Türkiyənin Çanakqala vilayətində meşə yanır. Tezadlar.az xəbər verir ki, hadisə Kəpəz rayonunda qeydə alınıb. Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə beş təyyarə, beş helikopter, 32 su maşını, 14 yanğınsöndürən və 455 nəfərlik şəxsi heyət cəlb olunub. Çanakqala valisi Ömer Toramanın sözlərinə görə, bir kənd təxliyə edilib. O, küləyin təsiri ilə […]
Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətni

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Tezadlar.az XİN-ə istinadən xəbər verir ki, paraflanmış Sazişin ingilis dilində mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür. Sazişin […]
“Barselona” Coan Qamper Kubokunda “Komo”nu darmadağın etdi – 5:0

Avqustun 11-nə keçən gecə ənənəvi və hər il keçirilən Coan Qamper Kubokunun final oyunu keçirilib və burada kataloniyalı “Barselona” İtaliya “Komo”nu 5:0 hesabı ilə məğlub edib. Tezadlar.az xəbər verir ki, qalib komandanın qollarını Fermin (dubl), Lamin Yamal (dubl) və Rafinha vurub. Oyunun taleyini görüşün 50-ci dəqiqəsində həll edən İspaniya çempionu İtaliya komandasının müdafiəsinə beş dəfə zərbə […]
Ermənistan ordusunda gözlənilməz itki

Ermənistanda hərbi qulluqçu qəflətən ölüb. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Avqustun 11-də Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vaqe Zakaryan qəflətən ölüb”, – məlumatda bildirilir. Qeyd olunur ki, ölümün səbəbləri ekspertizaların nəticələrinə əsasən müəyyən ediləcək.
Bakıda parkda 69 yaşlı kişi infarktdan dünyasını dəyişdi

Bakıda parkda ölüm hadisəsi olub. Tezadlar.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsinin ərazisində yerləşən parkda baş verib. Burada dincələn 69 yaşlı İsmayıl Dursun oğlu Mahmudov infarkt keçirərək, dünyasını dəyişib. Araşdırma aparılır.
Əmir Teymurun saray oyunu: “Böyük şahmat”ın sirrləri

Əmir Teymurun imperiyası yalnız yürüşlərdən ibarət deyildi, sarayında ağıl oyunlarının da nüfuzu vardı. O dövrdən bizə çatan ən maraqlı miraslardan biri — “Teymur şahmatı” (ərəb-fars qaynaqlarında Şatranj al-Kəbir – “Böyük şahmat”, bəzən Şatranj-i Kamil – “Kamil şahmat”) — klassik şatranjın genişləndirilmiş, simvolik və qayda baxımından son dərəcə mürəkkəb bir variantıdır. Oyunun qaydaları və lövhə sxemi […]
Sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək

Azərbaycan və Ermənistan iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Tezadlar.az xəbər verir ki, bu barədə Sazişin paraflanmış mətnində qeyd olunub. “13-cü maddəyə əsasən, Komissiya tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək”, – deyə sənəddə bildirilir. Bundan […]
Hakim Adilə Paşayeva vəzifəsindən ayrıldı

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib. Tezadlar.az-ın məlumatına görə, bu qərar xanım hakimin öz müraciəti əsasında qəbul olunub. A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib. Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi […]
Müğənni Nəvai Rusiyanın cənubundakı konsertlərini ləğv etdi

Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün konsertlərini ləğv edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, musiqiçi avqustun 15-dən 18-dək Soçi, Gelencik, Krasnodar və Rostov-na-Donda baş tutmalı olan dörd konserti ləğv edib. İddialara görə, sənətçi bu qərarı amerikalı reper Akonun çıxışından əvvəl Soçiyə pilotsuz təyyarə ilə […]
Ağardıcı krem 4 nəfəri xəstəxanalıq etdi

Türkiyənin Van bölgəsində ağardıcı krem 4 nəfəri xəstəxanalıq edib. “Tezadlar.az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, onlayn olaraq satılan məhsul istifadə edən şəxslərin dərisini yandırıb. Eyni şikayətlə 4 nəfər xəstəxanaya yerləşdirilib. 28 yaşlı zərərçəkən bildirib ki, yaxın ətrafında da bu kremdən istifadə edənlər olub: “Bu ağardıcı məhsulu istifadə edənlər var idi. […]
Paşinyan Ərdoğanla sülh prosesi barədə telefonla danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. “Tezadlar.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. Bildirilib ki, Paşinyan Türkiyə liderinə avqustun 8-də Vaşinqtonda baş tutan görüşün nəticələri barədə məlumat verib. “Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması regional […]
Bolqarıstanda keçiriləcək güləş mundialında Azərbaycanın heyəti açıqlanıb

Azərbaycanı Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib. Tezadlar.az xəbər verir ki, “Samokov Arena”da təşkil ediləcək mundialda ölkəmizin 23 güləşçisi mübarizə aparacaq. Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Fərhad Hacıyev (61 kq), […]
Astronomlar “Doqquzuncu Planet” nəzəriyyəsini yenidən gündəmə gətirdi

Günəş sistemimizin ən uzaq nöqtələrində, kəşf edilməyi gözləyən nəhəng bir planetin gizlənə biləcəyi nəzəriyyəsi yenidən gündəmə gəlib. Tezadlar.az xəbər verir ki, “Doqquzuncu Planet” adlandırılan bu fərziyyəvi göy cismi, astronomların uzun müddətdir cavab axtardığı bir bilməcəni izah edə bilər. Günəş sisteminin kənarında doqquzuncu planet varmı? Bu müzakirə, 1930-cu illərdə Pluton kəşf edilməzdən əvvəl “X Planeti” fikri […]
Gömrük postunda 94 min dollardan çox xarici valyuta aşkarlandı

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb. Tezadlar.az komitəyə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən gizlədilən 94 270 ABŞ dolları aşkar […]
İrlandiya XİN-dən Azərbaycan-Ermənistan sülh razılaşmasına reaksiya

İrlandiya Azərbaycan və Ermənistanı tarixi sülh sazişinin paraflanması münasibətilə təbrik edib. Tezadlar.az xəbər verir ki, bu barədə İrlandiya Xarici İşlər Nazirliyi bəyan edib. XİN-dən vurğulayıblar ki, İrlandiya hər iki ölkənin Cənubi Qafqazda davamlı sülh və sabitliyə doğru atdığı bu mühüm addımı yüksək qiymətləndirir. “Biz Ermənistan və Azərbaycanı sazişin paraflanması münasibətilə təbrik edirik. İrlandiya Avropa İttifaqı üzrə […]
“Qarabağ” baş məşqçisi: Şkendiya ilə vacib oyuna çıxırıq

Hər iki komanda qalib gəlməyə layiqdir. Tezadlar.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb: “Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. Döyüşkən kollektivdir. Sabah çox güc sərf etməli olacağıq. İntizamlı olmalıyıq. Azarkeşlər […]
Alimlər xəbərdarlıq edir: Kartof fri 2-ci tip diabet riskini 20% yüksəldir

Tədqiqat göstərib ki, kartofun hazırlanma üsulu böyük əhəmiyyət kəsb edir. Tez-tez kartof fri yemək 2-ci tip diabet riskini artırır. ABŞ-da kartof məşhur tərəvəzdir və məlumatlara görə, bu ölkədə insanlar ildə orta hesabla 22 kq kartof istehlak edirlər. Lakin Brüssel kələmi kimi tərəvəzlərlə müqayisədə, qida dəyəri baxımından eyni hörmətə malik deyil. Tezadlar.az bununla bağlı məlumatları təqdim edir: […]
Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik birgə təmin ediləcək

Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tezadlar.az-ın xəbərinə görə, bu, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsində əksini tapıb. Sənədə əsasən, tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik […]
Lisey və gimnaziya imtahanlarında köçürmə halları aşkarlanıb

25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanları keçirilib. İmtahanlar zamanı müəyyən köçürmə halları müşahidə olunub. Daha sonra imtahan nəticələri bizim əlimizdə olan digər məlumatlarla müqayisə edilərkən bəzi şagirdlərin nəticələrində uyğunsuzluqlar aşkar edilməsi ilə bağlı şübhələr yaranıb. Tezadlar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri […]
Ölkədə leysan və şimşəkli hava şəraiti həftə sonunadək davam edəcək

Milli Hidrometeotologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir. Azərbaycanın rayonlarında fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və […]
Oğul anasını döyərək öldürdü

Rusiyanın Sverdlovsk vilayətinin Rej şəhərində 34 yaşlı kişi, həyat tərzini tənqid edən anasını qətlə yetirib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, sərxoş halda evə qayıdan oğul yenidən anası ilə mübahisə edib və onu döyərək öldürüb. Müəyyən edilib ki, 2025-ci ilin mayında heç bir yerdə işləməyən Sergey yenidən sərxoş halda evə qayıdıb. Ana onun əxlaqsız həyat tərzini […]
Ahılları öldürüb evi yandıran şəxs ömürlük həbsə məhkum edildi

Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Tezadlar.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli cinayətdə təqsirli bilinənlərdən biri qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilib. Cinayət işində əsas epizod üç il əvvəl Tovuzun İbrahimhacılı kəndində […]
“Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində “Quba mənzərələri” adlı etüd-sərgi təşkil olundu – FOTOLAR

10 avqust tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə təşkil olunan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş – layihə rəhbəri Aygün Əzizovanın olduğu “Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində “Quba mənzərələri” adlı etüd-sərgi təşkil olundu. TEZADLAR.AZ 25 nəfərlik rəssam […]
Makron: Azərbaycan-Ermənistan sülh razılaşmasını alqışlayıram

Fransa ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır. Tezadlar.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən “X” hesabında yazıb. “Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə ABŞ-nin iştirakı ilə razılaşmanın əldə edilməsini bir daha alqışladım. Mən bu razılaşmanın […]
İspaniyanın şimalında ilin ən böyük meşə yanğınları davam edir

İspaniyanın şimalında böyük meşə yanğınları davam edir. Tezadlar.az xəbər verir ki, İspaniya hazırda ölkənin şimalında yerləşən Kastilya, Leon, Qalisiya və Navarra bölgələrində ilin ən böyük meşə yanğınları ilə mübarizə aparır. Yanğınsöndürənlər Leon, Ourense, Navarra və Avila bölgələrində bir gün yarımdır davam edən yanğınlarını nəzarət altına almağa başlayıb. Dünən axşam təhlükəsizlik məqsədilə təxliyə olunan 1500-dən çox […]
Respublika stadionu yaxınlığında avtobus dayanacaqları müvəqqəti dəyişdirildi

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsidə baş tutacaq “Qarabağ”-“Şkendiya” (Şimali Makedoniya) oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 12:00-dan avtobusların girişi məhdudlaşdırılıb. Bu barədə Tezadlar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq […]
Azərbaycan və Ermənistan XİN-ləri Minsk Prosesinin ləğvi üçün çağırış etdi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb. Tezadlar.az xəbər […]
Bakı və İrəvan arasında sülh razılaşması imzalanmağa bir addım qaldı

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. XİN-dən “Tezadlar.az”a verilən məlumata görə, paraflanmış Sazişin ingilis dilində mətni ilə bu keçid vasitəsilə […]
Röya Ayxanın atası Yaqub Nəcəfov dünyasını dəyişdi

Xalq artisti Röya Ayxana ağır itki üz verib. Tezadlar.az xəbər verir ki, sənətçinin atası Yaqub Nəcəfov vəfat edib. O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. Röyanın mətbuat xidməti Əfruzə Ağayeva xəbəri sayta təsdiqləyib. Allah rəhmət eləsin!
Prezidentliyə namizəd Miqel Uribe Turbay 2 aylıq mübarizədən sonra vəfat etdi

İyun ayında sui-qəsd zamanı güllələnən kolumbiyalı senator Miqel Uribe Turbay xəstəxanada vəfat edib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, senat və prezidentliyə namizəd 39 yaşlı Miqel Uribe, iki ay əvvəl seçkiqabağı tədbirdə sui-qəsdə məruz qalıb. Məlumata görə, insidentdən sonra həkimlər siyasətçinin həyatını xilas etmək üçün doqquz həftə mübarizə aparıblar. Lakin ötən həftəsonu onun vəziyyəti pisləşib. Uribedə […]
“Gürcü Arzusu” Daur İsmayılovun Marneuli merliyinə namizədliyini irəli sürəcək

Bu ilin 4 oktyabr yerli özünüidarəetmə seçkilərində Marneuli meri vəzifəsinə namizəd olaraq hakim “Gürcü Arzusu” partiyası Daur İsmayılovu təqdim edəcək. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, qərar bu gün saat 17:00-da rəsmi şəkildə açıqlanacaq. Məlumatı təsdiqləyən mənbə bildirib ki, partiya artıq İsmayılovun seçki kampaniyası üçün nəzərdə tutulmuş plakat çəkilişlərini yekunlaşdırıb. Qeyd edək ki, 1994-cü il […]
Paşinyanla Putin Vaşinqton görüşünü müzakirə ediblər – Rusiya prezidenti yenə üçtərəfli sazişi xatırladıb…

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Rusiya Azərbaycanla ticari əlaqələri kəsərsə…

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək deyib ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək. TEZADLAR.AZ xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov rusiyalı həmkarının bu fikrinə münasibət bildirib. “Doğurdanmı Azərbaycanın Rusiyadan iqtisadi asıllığı var? Qarşılıqlı ticarətdə […]
Vahan Kostanyanın İrana səfəri gözlənilir – Paşinyanla Pezeşkian səfər öncəsi telefonla danışıblar

İranla ikitərəfli münasibətlərə nəzarət edən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan avqustun 12-də Tehrana yola düşəcək.
Дальнобойные дроны СБУ нанесли удары по российскому заводу, производящему системы для ракет

Арзамасский приборостроительный завод, производящий комплектующие для ракет Х-32 и Х-101 в России, в ночь на 11 августа был поражен беспилотниками СБУ. Как сообщает tezadlar.az со ссылкой собеседники УП в Службе безопасности Украины. По информации источников, беспилотники смогли Центру спецопераций “А” СБУ нанесли удар по производственным мощностям “Арзамасского приборостроительного завода им. Пландина”, который расположен в Нижегородской […]
Yüzlərlə rus hərbçisi Belarusa gətirilib- SƏBƏB

Rusiya silahlı qüvvələrinin bir neçə yüz hərbi qulluqçusu və onlarla hərbi texnikası Belarusda sentyabrda keçirilməsi planlaşdırılan hərbi təlimlərə gəlib. Tezadlar.az xatırladır ki, Belorus Dövlət Sərhəd Xidmətinin mətbuat katibi polkovnik Andrey Demçenko milli telemarafonun efirində belə deyib. Sitat: “Söhbət Rusiya Silahlı Qüvvələrinin bir neçə yüz hərbçisindən və artıq Belarus ərazisinə gəlmiş texnikadan gedir. Eyni zamanda biz […]
Qırğızıstanda dövlət dili ilə bağlı qaydalar dəyişir

Qırğızıstan Prezidenti Sadır Japarov 2025-ci il iyunun 25-də Joqorku Keneş tərəfindən qəbul edilmiş “Dövlət dilinin tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb. TEZADLAR.AZ xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb (24.kg). Sənəd bir sıra qanunların və Cinayət Məcəlləsinin normalarının “Dövlət dili haqqında” konstitusiya qanununa tam uyğunlaşdırılmasına yönəlib. […]
“Ermənilər bıçağı uşaqlarımın boğazına söykəyib mənə iztirab verirdilər ki…”

Bakı Hərbi Məhkəməsində avqustun 11-də məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. Tezadlar.az xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil […]
33 ildə sonra Xocalının bu kəndinə qayıtdılar…

Avqustun 11-də Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç yola salınıb. Tezadlar.az xəbər verir ki, bu mərhələdə 62 nəfərdən ibarət 19 ailə Xanyurdu kəndinə yola düşüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış […]
Viruslar: Gözlə Görünməyən Təhlükə

Dünyanın ən kiçik “düşmənləri” insanlardan heyvanlara, bitkilərdən bütün ekosistemə qədər təsir göstərir. Viruslar canlı ilə cansız arasında qəribə bir yerdə dayanır. Onlar öz-özünə çoxala bilmir, yalnız başqa bir canlı hüceyrəsinə girərək həyat dövrünü davam etdirir. Bu səbəbdən viruslar, təbiətdə ən güclü parazitlərdən hesab olunur. Onların quruluşu sadədir: bir parça genetik material (DNT və ya RNT) və […]
Ad günün mübarək, ŞAİR!..

…Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmır, kiminsə qeybətini etmir. Nadanlardan uzaq durmağa, haqsızlığın baş qaldırdığı yeri sakitcə tərk etməyə çalışır. Yüksək ədəb, əxlaq sahibidir. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinir. Davranışında, hərəkətlərində bir kübarlıq var. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. […]
Azərbaycanda ali məktəblərin rus bölməsinə qəbul davam edir-DİM

“Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqqiəti əks etdirmir”. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. “Rus bölməsi üzrə plan yerlərinin siyahısı ayrıca olaraq rus dilində Abituriyent 4 jurnalında nəşr olunub”. Qeyd edək ki, bəzi media orqanlarında bir sıra universitetə rus dilində qəbulun dayandırılması ilə bağlı məlumatlar yayılmışdır. Rəsmi əsası olmayan belə məlumatları yayımlayanlar […]
Trampın keçmiş müşaviri Zelenski ilə yeni mübahisəni etiraf edib

ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə açıq mübahisəsini təkrarlaya bilər. Tezadlar.az xəbər verir ki, bunu “ABC News”-a müsahibəsində Amerika liderinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib. “Putinin planını müzakirə etdikdən sonra Zelenski elə vəziyyətə düşəcək ki, ona Tramp üçün çox əlverişli […]
Rusiya və Gürcüstan münasibətlərində paradoks

İki ölkə arasında iqtisadi əlaqələrin güclənməsinə baxmayaraq, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlərin bərpası perspektivləri hazırda qeyri-müəyyəndir. Tezadlar.az xəbər verir ki, bunu lenta.ru-ya müsahibəsində Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi işçisi Yevgeniya Qoryuşina deyib. “İntensiv humanitar və iqtisadi əlaqələrə baxmayaraq, rəsmi diplomatik münasibətlərin bərpası perspektivləri son dərəcə qeyri-müəyyəndir”, […]
Azərbaycanda toxuculuq sənayesi ötən illə müqayisədə xeyli irəliləyiş əldə edib

Toxuculuq sənayesi sahəsində 2025-ci ilin birinci yarısında 190,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,7 faiz artım deməkdir. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Qeyd edilir ki, ilin əvvəlindən toxuculuq sənayesi sürətlə genişlənir. 2025-ci ilin 6 ayının nəticələrinə görə, orta illik artım templəri 25,3 […]
Bakının əsas prospektlərində tıxacı yaradan daha bir səbəb- SOS!

…Deyirlər, Dünyada bir ölümə çarə yoxdur! Amma belə görürəm ki, həm də Bakıda uzun illərdir davam edən cansıxıcı və paytaxtın ekologiyasına ciddi zərbə vuran tıxaclara çarə yoxdur! Gəlirəm mətləbə: hamı bilir ki, Bakının yollarındakı tıxacların bir səbəbkarı və ya baiskarı da yolları daraltmaqla özünə parklama, velosipedxana düzəldən AYNA-dırsa, bir səbəbi də əsas prospektlərdə quraşdırılmış çoxsaylı […]
BDU təhsil haqlarını 600 manatadək artırıb – bu ixtisaslar üzrə

Bakı Dövlət Universitetində (BDU) 2025-2026-cı tədris ili üçün bır sıra ixtisasların illik təhsil haqları artırılıb. TEZADLAR.AZ xəbər verir ki, artım 100-600 manat aralığındadır. Belə ki, I qrupda mühəndislik ixtisasları (ekologiya , geologiya və geofizika, geomatika və geodeziya, kimya, mədən və sair mühəndislikləri) üzrə illik təhsil haqları ötən il 2100 manat olduğu halda bu il 2700 manatdır. Bu qrupda […]
ABŞ Gizli Xidməti sammit öncəsi Alyaskanın ən böyük şəhərində kirayə ev tutub

ABŞ Məxfi Xidməti Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində Alyaskanın ən böyük şəhəri Ankoricdə 6 otaqlı ev kirayələyib. Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. “ABŞ Məxfi Xidməti mənimlə əlaqə saxladı və mülklərimdən hər hansı birinin mövcud olub-olmadığını soruşdu. Alyaskanın niyə belə bir şey üçün […]
Bakıdakı qətlin üstü Ağsuda bilindi- İNANILMAZ

İki gün əvvəl Bakıda qətl hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə Nəsimi rayonunda münaqişə zəminində qeydə alınıb. 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayədə yaşadığı evdə onunla birgə yaşayan Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra meyiti hissələrə ayırıb sellofan torbalara yığaraq avtomobildə Ağsu rayonuna apararaq dağlıq […]
“Belə çıxır ki, əgər mən də laqeyd yanaşsaydım, heç kimin tükü də tərpənməyəcəkdi?” – Razi Nurullayev

İmişli rayonu Otuzkilər kənd ərazisində avtoqəza zamanı yaralanan şəxslərin hamısı azyaşlı uşaqlar olub. İsmayılov Fərman Bayram oğlu, Cahangiriv Röyal Zamiq oğlu, İsmayılov Cahid Cavid oğlu, Məmmədov Məhəmməd Əkbər oğlu, Bağırov Ümüd Rauf oğlu, Babaşov İlyas Cəmil oğlu və sürücü Babaşov Cəmil Zeyni oğlu.
Saratov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Saratov hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. “Saratov hava limanı (Qaqarin). Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır”, – məlumatda deyilir. E.ŞİRİNOV
Qəzanın qarşısını almaq istisna olmaqla, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır -NİİM

Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də bəzi sürücülərin hərəkət zamanı düzgün ara məsafəsi saxlamamasdır. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki, müşahidə kameraları vasitəsi ilə qeydə alınan qəzaların təhlili göstərir ki, bu cür hadisələr, xüsusilə paytaxtın Heydər Əliyev, 8 Noyabr prospektləri, Aeroport […]
Ukraynaya 2 milyon dollarlıq yardım gedir-SƏRƏNCAM

Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Tezadlar.az xəbər verir ki, Sərəncamda bildirib ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Sitat: “Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə […]
Əsgərin intiharına bais olan zabitə 6 il 6 ay həbs!

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu si*lahdan atəş açmaqla özünü ö*ldürməyinin təfərrüatı məlum olub. Əsgərin cibindən çıxan məktubda yazılırmış: “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”. Tezadlar.az xatırladır: istintaqla müəyyən […]