Ucar rayonundan olan bir qrup Vətən Müharibəsi qaziləri «Təzadlar»a yazaraq aşağıdakı müraciətlərini Ali Baş Komandan İlham Əliyevə çatdırmağı xahiş edirlər. Aşağıda qeyd olunan müraciəti təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə

Surəti: Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyliyə

Surəti: «DOST» İş Mərkəzi MMC-nin rəhbəri cənab Firuddin Cəbrayılova

Surəti: «Təzadlar» qəzeti redaksiyasına 

 Ucar rayonunda yaşayan Vətən Müharibəsi Qaziləri tərəfindən

Çox hörmətli cənab Prezident!

Hörmətli Cənablar!

Biz Vətən müharibəsində iştirak edib yaralanıb qazi olmuşuq. Bu müraciəti imzalayan biz qazilərin hər biri ailəlidir, himayəmizdə azyaşlı uşaqlarımız var. İşlə təmin olunmaq üçün Məşğulluq Mərkəzində qeydiyyata alınsaq da indiyə qədər işlə təmin olunmamışıq. Məşğulluq İdarəsi pul ala bilmədiyi şəxslərə iş yeri kimi Ucar rayonunun Alpout kəndində yerləşən Mərcan Quşçuluq Broylerini təklif edir. Orada iş saatı səhər saat 08-00-dan gecə saat 01-00 kimidir, həmçinin orada olan nəmişlik və üfunət iyinə görə işləmək bizim səhhətimizə uyğun deyil.

Biz belə bir təklif irəli sürmək istəyirik ki, "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında 65 yaşı tamam olan çoxlu sayda işçi var. Onlar həm qocalığa görə pensiya alırlar, həm də maaş. Biz isə himayəmizdə azyaşlı uşağı olan gənc qazilər işsizik, maddi çətinlik içində yaşayırıq. Zərurət var ki, həmin 65 yaşı tamam olub qocalığa görə pensiya alan insanlar işdən çıxarılsınlar, bizi onların yerinə işə qəbul etsinlər. Bunun dövəlimizə, iqtisadiyyatımıza və büdcəmizə çox xeyri olacaq. Həmin adamların elə var 70-80 yaşı vardır. Onlar yaşlı olduqları üçün işləyə bilmirlər, istirahət etməlidirlər. Həmçinin "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında bir ailənin iki üzvü (ər və arvad) işləyir ki, onların 67 yaşları var, həm qocalığa görə pensiya alırlar həm də maaş alırlar. Biz isə neçə vaxtdır ki, işsiz kimi qeydiyyata alınmışıq, ancaq işlə təmin edilməmişik.

Cənab Prezidentin və nazir Sahil Babayevin xüsusi göstərişi var ki, ilk növbədə şəhid ailələri və qazilər növbədən kənar işlə təmin olunmalıdırlar. Ancaq Ucar rayonunda buna məhəl qoyan yoxdur. Çünki Ucar rayonunda məsul məzifəli şəxsləri prezidentin tapşırığı yox, şəxsi maraqları düşündürür. Ucar rayon Kommunal Müəssisələri Kombinatında ağac sulayan, bağları, ağacları qoruyan və sairə işlər var ki, orada işləmək bizim səhhətimizə çox uyğundur.

Hörmətli Prezident!

Hörmətli Cənablar!

Xahiş edirik bu təklifimizi nəzərə alıb "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işləyən 65 yaşı tamam olub qocalığa görə pensiya alan insanları işdən çıxarb bizi onların yerinə işə qəbul edilməyimizə köməklik göstərəsiniz.

Hörmətlə:

Vətən müharibəsi Qazisi Vahidli Nahid Əlivahid oğlu (Əlaqə telefonu-(050) 712-22-25), Vətən müharibəsi Qazisi Cəfərov Vəli Musa oğlu(Əlaqə telefonu- (050) 960-51-60) və başqaları.

Redaksiyadan: inanırıq ki, torpağı Vətən edən, düşmənə qan udduran, məğlub edən qazilərimizin səsinə səs veriləcək və onlar müvafiq sahələrdə işlə təmin ediləcəklər. Eləcə də qeyd olunan müraciəti aidiyyəti dövlət qurumlarına göndərdik.

A.Məmmədli  

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN