Böyük Britaniyada altı milyondan çox daşınmaz əmılak su altında qala bilər.

 TEZADLAR.AZ rg.ru-ya istinadən xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EA) hesabatında deyilir.

 Agentliyin məlumatına görə, təxminən 6,3 milyon bina bir və ya bir neçə mənbədən - çaylardan, dənizlərdən və ya səth sularından daşqın təhlükəsi altında olan ərazilərdədir. İqlim dəyişikliyi ilə əlaqədar riskli ərazilərdə daşınmaz əmlakların ümumi sayı təxminən 8 milyona qədər arta bilər.

 "Başqa sözlə, İngiltərədəki hər dörd mülkdən biri əsrin ortalarına qədər çay, dəniz və ya yerüstü suların daşması riski ilə üzləşəcək", - sənəddə deyilir.

 2055-ci ilə qədər sahilyanı eroziyaya məruz qalma riski altında olan 3500 daşınmaz əmlak olacaq və 2105-ci ilə qədər bu rəqəm təxminən 10.100 -dək yüksələcək. Bu binaların yarısı yaşayış binasıdır. Qalan binalar məktəblər, xəstəxanalar, istirahət müəssisələri və ticarət obyektləridir.

Alimlər xəbərdarlıq edirlər ki, daha şiddətli daşqınlar Britaniya üçün ağır nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, 2016-2019-cu illər ərzində İngiltərə və Uelsdə daşqınların vurduğu ziyan müxtəlif hesablamalara görə 504-924 milyon funt sterlinq təşkil edib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN