Təcrübə göstərir ki, sosial problemlər həmişə ölkənin demoqrafik göstəricilərinə birbaşa təsir edir...

Məsələn, son beş ildə Gürcüstanın ümumi əhalisində pensiyaçıların xüsusi sayı 10,2% artıb. 2024-cü ilin dekabrına olan məlumata görə, əhalinin 23%-dən çoxu pensiya yaşında olan vətəndaşlardır. Tezadlar.az Gürcüstan Milli Statistika Xidmətinə istinadla bildirir ki,  məsələn, Gürcüstanda 3,69 milyondan çox insan yaşayır, onlardan 864 mindən çoxu pensiyaçılardır. Pensiyaçıların ümumi sayının artması açıq-aydın əhalinin qocalması deməkdir.

Sahə mütəxəssisi və demoqraf Giorgi Meladze bunu doğum səviyyəsinin sürətlə azalması ilə izah edir: “Bütün dünyada əhalinin qocalması prosesi gedir, bu prosesə Gürcüstan da daxildir. 21-ci əsrin ən böyük problemlərindən biri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhalinin qocalmasıdır. Pensiya yaşına çatmış vətəndaşların sayının əhalinin faiz nisbətində artması doğum səviyyəsinin azalması və orta ömür uzunluğunun artması ilə əlaqədardır. Əgər ümumi doğum əmsalı 2,1-ə bərabərdirsə, bu o deməkdir ki, əhali nə artacaq, nə də azalacaq. Bütün Avropa ölkələrinin indeksi bu işarədən aşağıdır. Bizdə, məndə olan son məlumat 1.9-a qədərdir. Bunu isə yaxşı vəziyyət kimi hesab etmək olmaz, əhalinin sayını yüksəltmək üçün həvəsləndirmək lazımdır. Bizim orta ömür müddətimiz Qərb ölkələrindəki kimi yüksək deyil, Gürcüstanda doğum səviyyəsi aşağıdır, pensiya yaşına çatmış vətəndaşların sayı artır. Bu, mühacirətin yüksək nisbəti ilə müşayiət olunur. Mühacirətə gedənlərin yaşı təxminən 20-50 yaş arasında dəyişir, təəssüf ki, onlar mühacirətdə qalır və bu yaşda olan vətəndaşların sayı azalır, yaşlıların sayı isə artır...".

 O,  qeyd edir ki, mövcud vəziyyəti düzəltmək üçün dövlətin çoxuşaqlı ailələrin həvəsləndirilməsinə cəlb edilməsi, doğum səviyyəsinin artırılması üçün iş yerlərinin və müvafiq iqtisadi şəraitin yaradılması vacibdir. Sitat: “Pensiya yaşında olan vətəndaşların sayının artması dövlətin maliyyə sisteminə böyük yük yaradır - pensiyalar daha çox verilir, səhiyyənin yükü artır, çünki yaşlı insanların müəyyən güzəştlərə ehtiyacı var. Dövlət gənclərə maksimum şərait yaratmalı, doğum səviyyəsinin artmasına şərait yaratmalıdır, şərti olaraq 3-cü və 4-cü uşağa aşağı kreditlə mənzil verilə bilər, 5-ci uşağa tam pulsuz və s. Ən əsası vətəndaşların məşğulluğunun təşviq edilməsidir, çünki ailə dövlətdən və başqalarının müavinətindən asılı olmamalıdır, ailə özünü dolandırmalıdır. Bütün bunlar çətindir, amma istəsək, vəziyyət ən azı minimal dərəcədə yaxşılaşacaq”.

Xüsusi olaraq xatırladaq ki, ölkədə sürətli qocalmanın payı daha çox gürcü əsilli əhaliyə aiddir. Azərbaycanlılar arasında bu göstərici yaxşıya doğru getməkdədir, yəni Azərbaycan əsilli əhalinin doğum faizi gürcülərə nisbətən ən azı 1,8 dəfə yüksəkdir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN