2025-ci ilin yanvar ayından Qazaxıstan Respublikasının vergi qanunvericiliyində ailə gəlirlərinə təsir edəcək dəyişikliklər edilib.

Xüsusilə, Qazaxıstan Respublikasının Vergi Məcəlləsinin 347-ci maddəsində çoxuşaqlı ailələr üçün mühüm yeniliklər gözlənilir.

TEZADLAR.AZ  Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, ölkədə çoxuşaqlı ailə üçün vergi endirimi hər iki valideynə birlikdə aşağıdakı qaydalardan birində cari il üçün müəyyən edilmiş 282 MHG (minimum hesablanmış göstəricilər- red)  məbləğində (2025-ci ildə – 1.108.824 tenge) tətbiq edilir:

 1) çoxuşaqlı ailənin valideynlərindən birinə hər ay üçün 23 MHG (2025-ci ildə – 90 436 tenge) məbləğində;

 2) çoxuşaqlı ailənin valideynlərindən hər birinə hər ay üçün 12 MHG (2025-ci ildə – 47 184 tenge) məbləğində.

 Vergi güzəştləri şərti: bu qaydanın tətbiq edildiyi cari ilin 1 yanvar tarixinə ailədə dörd və ya daha çox azyaşlı uşağın olması.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN