Qız qaçırma çoxdandır adam oğurluğu cinayəti sayılır və Azərbaycan CM-də ağır sanksiyası var...
Bu dəfə Goranboyda evlənmək məqsədilə 10-cu sinif şagirdini qaçırdı, amma özünü də işə saldı. Məsələ ondadır ki, evlənmək xoşbəxt ailə həyatı yaşamaqdır! Ammu bu şəxs əksinə, həyatını çətinə saldı... Hansı ki, qaçırılan qız əlindən alınaraq ata evinə qaytarılıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıb. Oğlan və qız hər iki şəxs polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib. İstintaq bölməsindən qızın nikah yaşına çatmadığı üçün qız ailəsinə verilib, hazırda istintaq bölməsində araşdırma aparılır...
Bu da qız qaçırmanın sonu!
A.Məmmədli