İsveçrə parlamenti respublikanın maliyyə naziri vəzifəsini icra edən 60 yaşlı Karin Keller-Satteri 2025-ci il üçün ölkə prezidenti seçib.

Ona verilən səslərin nəticəsinin “ortadan aşağı” olduğu qeyd edilir ki, bu da bir sıra əvvəlki dövlət başçıları üçün də belə olub.

“Maliyyə naziri Karin Keller-Satter gələn il İsveçrə Konfederasiyasının prezidenti olacaq. Parlament çərşənbə günü etibarlı 203 səsdən 168-i ilə Sankt-Qallendən olan liberal qadını seçdi”, - deyə parlamentin saytında bildirilib.

Parlament 232 bülletendən 23-nün tamamlanmadığını, 6-nın etibarsız olduğunu, daha 35 səsin digər namizədlərə verildiyini vurğulayıb.

Qeyd edək ki, İsveçrədə dövlət başçısı parlament tərəfindən Federal Şuranın (hökumətin) üzvləri arasından növbəti müddətə yenidən seçilmək hüququ olmadan bir il müddətinə seçilir.

 Əvvəllər prezident postunu Viola Amherd icra edirdi.

Onu da əlavə edək ki, Karin Keller siyasi fəaliyyətdən öncə məktəbdə müəllim işləyib.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN