Bu gün Bayden administrasiyası Rusiyaya qarşı yeni "kəskin" sanksiyaları və Moskvaya qarşı əvvəlki sanksiyaların sərtləşdirildiyini elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Bu sanksiyalar Rusiyanın müharibə aparmaq və əvvəlki sanksiyalardan yan keçmək bacarığını daha da məhdudlaşdıracaq", - dövlət katibi Entoni Blinken deyib. Dövlət Departamenti 150-dən çox şəxsi və təşkilatı təqib edəcək, bunun ondan çoxu Rusiyadan kənardadır və ilk öncə Çindədir, müdafiə təyinatlı mühüm malların ən böyük təchizatçısında.(TURAN).

 Blinken qeyd edib ki, əlavə sanksiyalar "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyasının törəmə şirkətlərinə yönəlib. Maliyyə, energetika və müdafiə sektorlarından 100-ə yaxın təşkilat yenidən Maliyyə Nazirliyinin siyahısına daxil ediləcək. "Sanksiya rejiminin gücləndirilməsi həmçinin Konqresin vəziyyətə nəzarət etməsinə və onların ləğvinə dair istənilən cəhdin qarşısını almasına imkan verəcək", - Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan-ın suallarını cavablandırarkən deyib. Yeni səlahiyyətlər qanunvericilərə Rusiyanın hərbi-sənaye potensialına qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı Tramp administrasiyasının cəhdlərinin qarşısını almağa imkan verəcək. "Hesab edirik ki, tətbiq etdiyimiz sanksiyalar Rusiyanın iqtisadiyyatına effektiv şəkildə ziyan vurub, onun öz hərbi maşınını maliyyələşdirmək qabiliyyətini məhdudlaşdırıb. Onların qüvvədə qalacağına ümid edirik. Ancaq bu qərar növbəti administrasiya üçündür", - Miller deyib.

Maliyyə Nazirliyi Qırğızıstanın “Keremet Bank”ına qarşı yeni sanksiyalar elan edib və onun "Rusiya oliqarxı və Rusiya hökuməti ilə sıx əlaqədə olduğunu" bildirib. O,  “Rusiyanın idxala görə ödəniş edə bilməsi və ixraca görə ödəniş ala bilməsi üçün sanksiyalardan yayınmasından ötrü  xab yaratmaq niyyətindədir”, - Miller bildirib.

Rusiya isə hələki sərt sanksiyalara tab gətirməkdə və Ukrayna cəbhəsində döyüşməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN