ABŞ Dövlət Deparamentinin faktiki şöbəsi və insan hüquqları ilə bağlı danışan dili olan "Freedom House" növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiliyini göstərib. TEZADLAR.AZ xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib.
"Dağlıq Qarabağ adlı subyektin mövcud olmasından və orda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi ilə bağlı reytinq çıxarıb. Bu dəfəki xəritədə Ermənistan və Gürcüstan azad ölkələr siyahısındadır. Gürcüstanda mövcud hakimiyyət qalsa, növbəti hesabatda rəng dəyişəcək.
"Freedom House" açıqlamasında belə qeyd edib: "Bu il “Freedom in the World” hesabatında Tailand, Ekvador və Dağlıq Qarabağda status dəyişiklikləri sənədləşdirilib. Dağlıq Qarabağ Azərbaycanın blokadası və hərbi əməliyyatından sonra 40 bal itirərək ilin ən böyük xal itkisini yaşayıb. 2024-cü ildə baş verənlər barədə daha çox məlumat əldə etmək üçün hesabatı oxuya bilərsiniz", - deyə Sahib Məmmədov paylaşımında təqdim edib.
JASMİN