"...Azərbaycan Ordusunun şanlı Zəfər tarixini yazmasında- xarici ölkələrdə bu gün də öyrənilməkdə olan düşməni məğlubetmə takstikasında onun təklifi əsasında modernləşdirilmiş köhnə “kukuruznik”lərin istifadəsinə öz imzasını qoydu və dillərdə dastan oldu"

***

...Bu igidlər hər zaman oyaqdırlar: qışın şaxtasında, sazağında, qarında, payızın yağışında-yağmurunda, yayın göydən od ələyən vaxtında - bizim qəhrəman sərhədçilərimiz.

s

Yaradılışı düz 105 il əvvələ dayanan (1919-2024) milli sərhəd xidməti Azərbaycan Demokatik Respublikası Nazirlər Kabinetinin 1919-cu il avqust ayının 18-də “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qəbul etdiyi qanunla təşəkkül tapıb, hansı ki, o zaman ümumilikdə 100-dək post yaradılaraq sərhədlərimizin mühafizəsi təşkil edilib.

Zaman keçdi və müstəqilliyin ilk illərindən həm Azərbaycan Ordusunun yaradılması, həm Sərhəd Qoşunlarının formalaşdırılması, eyni zamanda yeni sərhəd strategiyasının müəyyənləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində reallaşdı. Beləliklə, Silahlı Qüvvələrdə ilk dəfə bayrağımız 1992-ci ilin avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırıldı.

18 avqustda qeyd olunan sərhədçilərin peşə bayramı da Heydər Əliyevin ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi gün münasibətilə imzaladığı Sərəncamla bağlıdır. 2002-ci ildə Ulu Öndərin vermiş olduğu Fərmana əsasən isə, Dövlət Sərhəd Xidməti yaradıldı və sərhəd keşikçilərinə “Vətən sərhəddən başlanır” devizi ilə rəhbərlik etmək kimi ağır və şərəfli missiya da, illərin çətin sınaqlarından keçmiş general-polkovnik Elçin Quliyevə həvalə edildi. O Elçin Quliyev ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfər tarixini yazmasında- xarici ölkələrdə bu gün də öyrənilməkdə olan düşməni məğlubetmə takstikasında onun təklifi əsasında modernləşdirilmiş köhnə “kukuruznik”lərin istifadəsinə öz imzasını qoydu və dillərdə dastan oldu.

***

...O gündən 22 il keçib. Heydər Əliyevin yolunu davam etdirərək, Azərbaycan adlı məmləkətin parçalarını yenidən birləşdirib, bütövləşdirməyi qarşısına məqsəd qoymaqla Ermənistanın 30 illik işğalına son vermək isə, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti və Şanlı Ordumuzun rəşadəti nəticəsində baş tutdu. Azərbaycan xalqını illərdir əzab-əziyyətə düçar edən, sağalmayan yaraya çevrilmiş Ermənistanın torpaq işğalı məsələsinə də nöqtə qoyuldu. Məhz prezidentin, ordunun ölçüyəgəlməz əvəzsiz xidmətləri sayəsində düşmən tapdağından azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız ucaldıldı və bundan sonra Azərbaycan sərhədçilərinin qoruduğu çoxlu sayda sərhəd nəzarət postları yaradıldı.

 dsx-serhedde-bayraq

Ordumuzun digər silahlı birləşmələri ilə birlikdə Dövlət Sərhəd Xidmətinin (DSX) həmişə ön cərgələrdə olan heyətindən əks-hücum əməliyyatlarında 1843 hərbi qulluqçusu iştirak edib. Məhz  DSX-nin “Harop” “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirilib... Və DSX rəisi Elçin Quliyevin özünün qeyd etdiyi kimi, bu döyüş əməliyyatları zamanı “Harop” və “Bayraktar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.

SİTAT: “DSX-nin Vətən müharibəsində tətbiq etdiyi bu yenilik dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş “AN-2” (“kukuruzniklər” - red.) təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq zərərsizləşdirildi”.

k

Düşmənə qarşı cəsarət və fədakarlıqla döyüşmüş sərhədçilərimizdən bu döyüşlərdə 47 nəfəri şəhidlik zirvəsinə ucalıb, 197 nəfəri yaralanıb. 2022-ci ilin 12-14 sentyabr tarixlərində isə ordumuz tərəfindən Ermənistan SQ-nin törətdiyi genişmiqyaslı təxribatların qarşısı alınarkən (iki günlük müharibə) DSX-nın 8 hərbi qulluqçusu şəhid oldu. Onların bu şücaəti, igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib - 12 Azərbaycan sərhədçisi (onlardan 4-ü ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub.

***

...Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi DSX-nin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra, ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq, strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilib və  dərhal da həmin ərazilərdə dövlət sərhədinin mühafizəsini təşkil ediblər. Hazırda sərhədimizin müdafiə və mühazifəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına təmin edilir. Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb.

Qeyd edək ki, sərhədçilərimizin cəsurluğu sayəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin də qarşısı alınıb və nəticədə Ermənistan SQ-nin 2 hərbi qulluqçusu saxlanılıb.

Bu illər ərzində minlərlə sərhəd pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib. Hazırda 45 ağır cinayətdə ittiham olunan, Qarabağda özünü qondarma respublikanın  “naziri” elan etmiş, separatçıların maliyyə “çəlləyi” olan  Ruben Vardanyan da Laçın dəhlizinin girişində Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri tərəfindən saxlanılaraq Bakıya gətirildi.

serhedciler-ruben-v

***

...Bu gün sərhədçilərimiz hər yerdədir: suda, quruda, havada. Onlar sərhədlərimizi yalnız düşmən həmlələrindən qorumur, eyni zamanda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsinə çalışanların da qarşısını alır. İl ərzində ölkədə qaçaqmalçılardan müsadirə edilən tonlarla narkotik vasitələrin  ölkəmizə keçirilməsinin qarşısının alınması, məhz sərhədçilərimizin ayıq-sayıqlığı, bir çox hallarda isə həyatlarını təhlükə altına qoyaraq, silahlı narkotik alverçiləri ilə üz-üzə qalması nəticəsində baş tutur. Hətta son zamanlar, narkotacirlər sərhədlərimizi aşmaq üçün müasir texnologiyalardan istifadəyə də əl atmağa başlayıblar: müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə çalışırlar, lakin onların bu təşəbbüslərinin də qarşısı sərhədçilərimiz tərəfindən məharətlə alınır. 

Dövlət Sərhəd Xidmətinin cari ilin 11 aylıq icmalına nəzər salaq: sərhədçilərimiz qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində  yanvar ayında -107 kq 343 qr narkotik vasitə, 135 həb - psixotrop maddə, fevral ayında -102 kq 250 qr narkotik vasitə, 1265 həb- psixotrop maddə, mart ayında 178 kq 597 qr narkotik vasitə, 8178 həb - psixotrop maddə, aprel ayında 90 kq 951 qr narkotik vasitə, 1622 həb - psixotrop maddə, may ayında 178 kq 146 qr narkotik vasitə, 225 həb - psixotrop maddə, iyun ayında 455 kq 466 qr narkotik vasitə, 1642 həb - psixotrop maddə, iyul ayında 336 kq 31 qr narkotik vasitə, 6486 həb - psixotrop maddə, avqust ayında 321 kq 997qr narkotik vasitə, 8439 həb - psixotrop maddə, sentyabr ayında 74 kq 627 qr narkotik vasitə, 44195 həb - psixotrop maddə, oktyabr ayında 351 kq 553 qr narkotik vasitə, 15665 həb - psixotrop maddə, noyabr ayında 177 kq 299 qr narkotik vasitə, 6018 həbin  dövriyyəyə daxil olmasının qarşısını alıblar. Bu, ümumi çəkisi 2373 kiloqram 917 qram narkotik vasitə, 93870 ədəd həb deməkdir. İl isə hələ sona çatmayıb... Bu, çox böyük rəqəmdir, həm də ildən-ilə artan statistika deməkdir. Müsadirə edilmiş narkotik vasitələrin çəkisinin, pisixotrop həblərin sayının artması ondan xəbər verir ki, narkotika bazarının çəmbəri getdikcə kiçildilir və bu həyat oğrularının, insan qatillərinin, neçə-neçə cinayətə yol açanların əli-qolu qısaldılır.

 dsx-narkotik

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda müsadirə olunmuş narkotik vasitələr və psixotrop maddələrin ümumi çəkisi 6 343,4 kq təşkil etmişdir, o cümlədən tiryək 261,2, heroin 1 939,3 marixuana 3 823,7, həşiş və həşiş yağı 65,2, digərləri 254,0 kq təşkil etmişdir. Və ötən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin sayı 8697 nəfər təşkil etmişdir (2022-ci idə 8587). Onlardan 46 nəfəri əcnəbi vətəndaşlar olub.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı əvvəlki 3 ildə - 2020-ci ildə 5252, 2021-ci ildə 8571, 2022-ci ildə 10665, 2023-cü ildə 10057 hal təşkil etmişdir. Onlardan 2020-ci ildə 4832-si, 2021-ci ildə 8043-ü, 2022-ci ildə 10157-si, 2023-cü ildə 9671-i  qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (maddə 234) ilə bağlı olan cinayətlərdir.

Həmçinin 2023-cü ildə narkotik vasitələrin təsiri altında törədilmiş cinayətlərin sayı 5 (2022-ci ildə 7), cinayət törətmiş şəxslərin sayı isə 10 nəfər (2022-ci ildə 17) təşkil etmişdir.

Onu da diqqətə çatdıraq ki, yuxarıda qeyd etdiyimiz cinayətlərin sayı 2012-ci ildə 150, 2013-cü ildə 161, 2014-cü ildə 168, 2015-ci ildə isə 76 olmuşdur. Rəqəmlərin tədricən azalmağa doğru getdiyi göz önündədir. Lakin  2023-cü ildə ümumilikdə ölkə üzrə qeydiyyatı aparılmış narkotik istifadəçilərinin sayı 36 659 nəfər olmuşdur. Bu isə, yalnız rəsmi rəqəmlərdir. Bəli, sərhədlərimizdə narkotiklərin ölkəmizə daşınmasının qarşısı alınmaqla bağlı daha çox uğura nail olunsa da, çox təəssüf ki, hər il “ağ ölüm”ü seçənlərin, narkotik asılılarının sayı artır...

***

serhedciler-her-yerde

Yarandığı gündən həmişə öndə olan DSX-nın Sərhəd Qoşunlarının peşəkar heyəti gecəgörmə cihazları, dronlar, termal kameralar, yeni nəsil texnoloji vasitələri ilə dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirir və ölkəmizin dövlət suverenliyi, əhalinin təhlükəsizliyi etibarlı şəkildə qorunur.

Bu gün ölkəmizdə bütün sahələrdə baş verən canlanma, inkişaf sərhədlərimizin təhlükəsizliyindən, DSX-nın təcrübəli rəhbərliyinin yüksək səviyyəli, özünü təsdiq etmiş, güvənilən kadr təyinatlarından da keçir: respublikamızın bütün sərhədləri məhz  belə qəhrəman oğullar sayəsində etibarlı qorunur. Müdafiəmiz isə sərhəddən başlayır!

Yasəmən MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN