booked.net booked.net  

Bakının "yaraşığı" olan tıxaclar bu gün də sürücü və sərnişinləri imtahana çəkəcək...

Belə ki, mayın 3-də də sürücülərə şad xəbər demək çətindir. Belə ki, Bakının bu yollarında nəqliyyatın hərəkətində yenə də sıxlıq var və hələki yol polisi də bunun aradan qaldırılmasında əsaslı nizamlama edə bilmir. "Təzadlar"ın ictimai nəqliyyatdan istifadə edən əməkdaşlarının verdiyi məlumata görə, tıxac bu yollardakı vəziyyəti arzuolunmaz hala gətirib:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

12. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bir sözlə, göydələnlərə təslim edilən və 50 il əvvəlki küçələri genişləndirilməyən paytaxtın yollarının bu günkü mənzərəsi belədir. Çıxış yolu isə hələki görünmür...

XALİQ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN