Terror, separatizm, soyqırımı və deportasiya tarixdə insanlığa qarşı törədilən kütləvi cinayətlər sırasında yer alıb.
Bu baxımdan ermənilərin dini və milli dözümsüzlüklə Qafqazda, Anadoluda və İranda türk soyuna qarşı törətdiyi bu cinayətlərin mütəşəkkilliyi, davamlılığı və amansızlığı xüsusi hal təşkil edir.
Bu tarixi avantürizmin milli psixoloji natamamlıqdan qaynaqlanması artıq heç bir şübhə doğurmur. Müsahibimiz Bakı Dövlət Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru İmdad Bayramovun elmi-təcrübi qənaətlərini "Təzadlar"ın oxucularına çatdırırıq.
– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə başlanmış və 35 ildən artıqdır ki davam edən sonuncu separatçı hərəkat terror, soyqırımı və deportasiya əməlləri ilə genişlənib, Qarabağda 2 qanlı müharibə ilə nəticələnib. Təəssüf ki, konkret bir soya qarşı yönəldilmiş bu hərəkatlar və onların dəhşətli nəticələri beynəlxalq aləmdə, az-çox, tarixi təsvirini tapsa da, hüquqi baxımdan qiymətini almayıb və qədərincə ittiham olunmayıb.
– Dünya erməniliyinin xalqımıza qarşı bu düşmənçiliyini və Ermənistanın ölkəmizə hərbi-siyasi təcavüzünə hazırlıq məsələlərini tədqiq etmək üçün tarixə müraciət etməyi zəruri hesab edirik. Ermənilərin müxtəlif bölgələrdə separatizm və soyqırımlar törətməsi tarixdə qanlı izlər qoyub. Bunu vacib edən amillərdən başlıcası “Böyük Ermənistan” barədə xülyaları reallaşdırmaq cəhdləri olub.
Belə bir xülyanın gerçəkləşdirilməsində Rusiya imperiyasının dəstəyinə nail olmaq istəyən ermənilər hər vasitə ilə ona qulluq göstərməyə çalışıblar. Beləliklə, heç vaxt dövləti və dövlətçilik tarixi olmayan, dünyanın müxtəlif bölgələrinə səpələnmiş, köçəri həyat tərzi keçirən ermənilər Anadoluda və Qafqazda özlərinə dövlət qurmaq üçün bəşəriyyət əleyhinə cinayətlər olan separatizm və terrorizmi mübarizə üsulu seçməkdən çəkinməyiblər. 1988-ci ildə Ermənistanda Azərbaycana qarşı baş qaldıran sonuncu separatçı hərəkatın doğurduğu münaqişәisə iki ölkə arasındakı genişmiqyaslı hәrbi toqquşmalarla müşayiәt edildi. İmperialist dairələrin, xristian mərkəzlərin açıq-gizli himayəsi ilə davam edən bu hərbi təcavüz beynәlxalq sәviyyәdәtanınmış Azәrbaycanın suveren sәrhәdlәri daxilindәQarabağ vә7 әtraf rayonun işğal altına düşmәsi ilәnәticәlәndi.
Azərbaycanın tarixi torpaqları olan Qarabağın dağlıq hissəsində erməni separatçılığı öz sosial-psixoloji xüsusiyyətlərinə görə etnoseparatçılığın ən radikal və qəddar formasıdır. Buna görə də erməni separatçılığının sosial-psixoloji baxımdan öyrənilməsi, istər 35 ildən artıq davam edən münaqişədə sülhün əldə edilməsi, istərsə də regionun sabit, ahəngdar inkişafı ücün, müəyyən tədbirlərin həyata keçirilməsini zəruri edir.
–Lakin Azərbaycanla aparılan ədalətsiz müharibənin sonunda uduzan Ermənistan bununla barışmaq istəmir, bu başabəla ölkədə separatçı və revanşist çağırışlar davam edir, sərhəddə və Qarabağda hərbi-siyasi təxribatlar, ekoloji və mina terrorları törədilir.
–Bunun dərin və fəsadlaşmış etnik-psixoloji kökləri var. Dövrümüzdə mütərəqqi bəşəriyyət üçün ciddi təhlükə sayılan etnik separatizmin ən qorxulu təzahürlərindən biri təcavüzkar erməni separatizmidir. Bu xalq özünü belə bir sağalmaz bəlaya düçar edib. Özgə torpaqlarını ələ keçirməyə şirnikləndirilmiş erməni toplumu bu xəstəliyin ağır formasına yoluxub. Açıq şəkildə bütün türklüyə qarşı nifrət hissi aşılayan bu erməniliyin mahiyyətini qonşu xalqlara qarşı ərazi iddiaları irəli sürmək təşkil edir.
Ermənistanda dövlət siyasətinə çevrilmiş bu avantüranın əsasında genosid, terror, deportasiya və müharibə yolu ilə ələ keçirilən yad torpaqları hesabına öz cılız milli maraqlarına xidmət edən uydurma “Böyük Ermənistan” ideyasına nail olmaq durur. Ermənilikdə formalaşmış konyunkturalı separatçılıqla dünyaya baxış sistemi XVIII - XIX əsrlərdən başlayaraq inkişaf edib. Bu səbəbdən də mövzunun ənənəvi erməni siyasi partiyalarının və gizli silahlı birləşmələrinin fəaliyyəti müstəvisində deyil, etnopsixoloji kontekstdə diqqətə çatdırılması aktuallıq daşıyır.
Azərbaycana qarşı erməni terrorunun son əsrlərdəki tarixi göstərir ki, həmişə bölgənin və ətraf aləmin ictimai mühitində sistem dəyişiklikləri baş verərkən ermənilikdə traybalizm və probabilizm elementləri daha qabarıq və sərt formatda fəallaşır. Bu onu göstərir ki, ermənilikdə separatçılıq xarakteri klassik əlamətdir. XVIII əsrdən başlayaraq ictimai-siyasi hadisələrin inkişaf tendensiyasını dini mənsubiyyət mövqeyindən həll etməyi qətiləşdirən erməniliyin XX əsrin əvvəllərində, xüsusilə də Rusiyada inqilablar dövründə müxtəlif məsləkli siyasi dairələrə sızaraq məhz etnik-dini toplum halında təşkilatlanması, bu toplumun siyasi məqsədlərinin qanunsuz silahlı təhdidlərlə həll olunmasını israrla davam etdirməsi separatçılıq xarakterindən irəli gəlib.
Birmənalı olaraq görünür ki, ermənilər psixoloji tipinə görə daha çox şovinist təbiətlidirlər. Çünki erməni kilsəsi tarixən bu xalqın şüuruna “biz məzlum və seçilmiş ermənilər, qatil və düşmən türklərdən qisas almalıyıq” stereotiplərini aşılamışdır. Bu stereotipləri qoruyub saxlamaq üçün onları milli-etnik mərasimlərdə psixoloji olaraq şüurlarda canlandırırlar. Bunun üçün uydurulmuş “erməni soyqırımı” psixoloji baxımdan erməni xalqını psixoloji əsarətdə saxlamağa kömək edir.
Belə bir etnosentrizm ilkin mərhələdə adi görünsə də, sonradan separatçılıq mərhələsinə keçir. Bu keçid özünü ideallaşdırmaq, digərlərini alçaltmaq hesabına baş verirsə, o, separatçılığın ilk mərhələsi hesab oluna bilər. Digərlərinə qarşı intolerant münasibətlər dinamikasında separatçılıq qaçılmaz sosial hadisəyə çevrilir. Kollektivist mədəniyyətlər etnosentrist xarakterli olur. Ermənilərdə bu kollektivist etnosentrist mədəniyyət qriqorian kilsəsi ətrafında formalaşmışdır. Çünki bu xristian kilsəsi yalnız erməni millətinə mənsub olan qriqorian təriqətinə xidmət edir. Bu baxımdan ermənilərdə din milli xarakter daşıyır.
Qədimlik, böyüklük barədə şüurda yaradılan yanlış təsəvvürlər erməni xalqının qonşu etnoslarla olan münasibətlərinə daim maneçilik törətmiş, onların milli özünüdərkinə xələl gətirmiş, etnik dözümsüzlük, nifrət hisslərinin güclənməsinə şərait yaratmışdır. Bu hisslər həm də daxildə korafəhm etnik birliyin möhkəmlənməsinə, düşmənə qarşı davakar diaspor şəklində təşkilatlanmaya səbəb olub.
– Erməni separatizminin elmi-tarixi kökləri olmasa da bəlalı nəticələri Qafqazı dəfələrlə qanlı diyara çevirib, Azərbaycanın 20 faiz ərazisi cəhənnəmə çevrilib. Lakin bu inadcıl separatizm sonda avantürist və ədalətsiz mahiyyətinin qurbanına çevrildi.
– Separatizm təhlükəsinə vahid dövlətin reaksiyası üçün bir çox variant var. Onları şərti olaraq iki qrupa bölmək olar: güc (silahlı) reaksiyaları və gücsüz (silahsız) reaksiyalar. Hər iki reaksiya bir-biri ilə sıx bağlıdır. Problemin güc yolu ilə həlli danışıqlar prosesinin potensialı tükəndikdən sonra baş verir. Dünyanın istənilən dövləti beynəlxalq müqavilələr və dünya ictimaiyyətinin rəyi ilə hesablaşmaya bilməz. Və o, birmənalı olaraq belə ifadə olunur: müasir siyasətdə münaqişənin sülh yolu ilə həlli üçün ən kiçik bir şans varsa, zorakı qərarlara yer yoxdur.
İkinci Qarabağ müharibəsinin nəticələri göstərdi ki, ermənilər həqiqətən xəstə psixoloji təfəkkürə malik olan bir xalqdır. Onlar işğal etdikləri Qarabağ ərazisində 30 il müddətində nəinki quruculuq işləri aparmamış, əksinə, ərazidə olan bütün mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri sökmüş, daş üstə daş qoymamış, təbiətə zərər yetirmiş və tərk etdikləri əraziləri minalamışlar. Onların Qarabağda etdikləri vəhşiliklərin nəticəsini Yaponiyaya atılmış atom bombasının nəticələri ilə müqayisə edirlər. Əslində, bu kütləvi vandalizm ermənilərin etnik psixoloji durumunu ortaya qoyur.
Həqiqət isə budur ki, rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifini də darmadağın etmiş oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan, tutarlı arqumentlər üzərində qurulan aydın açıqlama və bəyanatları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin, bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu.