İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilmişdir.
T.Aslanova dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılmış, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır.
Hazırda baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
Redaksiyamızın əldə etdiyi məlumata görə intihar edən xanım ötən ilə qədər Mingəçevir polis şöbəsində kadrlar üzrə inspektor vəzifəsində çalışıb. Rütbəsi zabit (leytenant) olub.
İntiharla bağlı DİN-DƏN AÇIQLAMA : "Daxil İşlər Nazirliyinin Şəki regional mətbuat xidmətinin inspektoru Mahir Məsimov isə dünyanınsesi.az-a açıqlamasında bildirib ki, intihar edən xanım Daxil İşlər orqanlarında xidmət etməyib...".
***
T.Aslanovanın vəkili Emin Kiçibəyov deyib: "O, qəfil şəkildə özünü binadan atıb... İki aya yaxın idi ki, onunla müqavilə bağlamışdım. Bu işdə Turalə özü də zərərçəkmiş olduğunu bildirirdi. Pulları kimlərdənsə alıb kimlərəsə vermişdi. Əsasən Kəmalə adlı qadının adı qeyd edilirdi və istəyirdi ki, ona cinayət işi açılsın. Bildiyimə görə Turalə Kəmalə ilə Gəncədə polisdə birgə işləyiblər. Zərərçəkmiş şəxslər də polis işçiləri olduğuna görə bu işi Baş Prokurorluq nəzarətə götürmüşdü. Baş Prokurorluğun tapşırığına əsasən bu iş Mingəçevirdə ciddi araşdırılmalı idi və bizi dəvət etdilər. Mən onun müdafiəsini qurdum, şikayətçilərdən vaxt istədim. Orada onun köhnə vəkili də var idi. Hər şey qaydasında gedirdi. Turalə özü də Kəmalə adlı şəxsdən şikayətçi idi. Üzləşmələr aparıldı. Nə qədər çalışdım ki, zərərçəkənləri razılaşdıraq, razılaşmadılar... Bundan sonra işi aparan müstəntiq Turalənin tutulmasına qərar veriləcəyini dedi... Ona ağır gələn o idi ki, əvvəlki iş yerinə aparılacaqdı və orada tutulacaqdı. Ora getmək istəmirdi, özünə ar bilirdi. Hər şey 1-2 saniyə ərzində oldu. Həmin vaxt pəncərənin qarşısında dayanıb ağlayırdı, mən də otağa yenicə daxil olmuşdum, divana əyləşmək istəyirdim ki, gördüm pəncərəni açıb özünü atdı. Digər vəkillər getmişdi, mən orada idim, onu sonadək müdafiə edəcəkdik. O, anlaqsız şəkildə bunu etdi, bəlkə də düşündü ki, ölməyəcək, 2-ci mərtəbə idi, lakin başı daşa dəymişdi. Təəssüf ki müdaxilə etsək də, həyatını xilas etmək mümkün olmadı”.
Əsl faciə!
"Təzadlar"