"Müharibə tədricən Rusiya ərazisinə - onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır və bu, qaçılmaz, təbii və tamamilə ədalətli prosesdir".
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna ordusu hər keçən gün daha da güclənir. Bundan əlavə, Zelenski bildirib ki, ölkə qışda enerji infrastrukturuna yeni hücumlara hazırlaşmalıdır: “Ancaq bilməliyik ki, keçən il olduğu kimi, rusiyalı terrorçular qışda da enerji sektorumuza və kritik obyektlərimizə hücum edə bilərlər. Bütün mümkün ssenarilərə hazırlıqlar davam edir", - deyə Zelenski vurğulayıb.
İki gün əvvəl Ukraynaya məxsus pilotsuz təyyarələr Moskvaya hücum edib. Bildirilir ki, hücum nəticəsində “Moscow City” biznes mərkəzində yerləşən binalardan birində partlayış baş verib. Moskva meri Serqey Sobyaninin sözlərinə görə, “Moskva-Siti”də iki binanın fasadı və şüşə örtüyü zədələnib. İki nəfər yaralanıb".
Müharibə isə davam edir.