Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.
Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, bu rəsmi səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq. Sitat: "Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq", - məlumatda deyilir.
Putinin Azərbaycana bu səfərinin yekununda dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
Azərbaycanla Rusiyanın bütün sahələrdə əməkdaşlığı dostluq səviyyəsindədir.
A.Məmmədli