...Ramiz Mehdiyev haqqında tərifnamə məqalələr "Azərbaycan" qəzetinin rəsmi saytından niyə silinib, yaxud yoxa çıxarılıb???

...Hamı Ramiz Mehdiyevi istefaya çağırır... Amma bu istefa çağırırşlarının daha çox yazılmalı olduğu "Azərbaycan" qəzetinin keçmiş səhifələrinə baxanda adamı dəhşət bürüyür... Gələk mətləbə: akademik Ramiz Mehdiyevin uzun illər ən çox himayə etdiyi KİV-lərdən biri və birincisi “Azərbaycan” qəzeti və onun baş redaktoru Bəxtiyar Sadıqovdur. Bu yazıda başına “Rəsmi dövlət qəzeti” kimi absurd, bəlkə də savadsız yarlıq yapışdırmış B.Sadıqovun "Azərbaycan" qəzetini onu 25 illik deputat kürsüsündə oturmasının səbəbkarının, ona “Şöhrət” ordeni, Əməkdar jurnalist və s. titullarla bərabər mənzil, ömürlük deputat pensiyası ilə hörmətə mindirmiş Ramiz Mehdiyevin tribunasına necə çevirdiyinə aydınlıq gətirəcəyik. Təsəvvür edin, "Azərbaycan" qəzetinin axtarış bölməsinə "Prezident İlham Əliyev" və "Ramiz Mehdiyev" ifadələri ilə elektron sorğu etdik, rəsmi xəbərlər istisna olmaqla, ortaya çıxan vəsf-tərif xarakterli məqalələrin mütləq əksəriyyəti Ramiz Mehdiyev barədədir. Yəni, dövlətin maliyyələşdirdiyi "Azərabyacan" qəzeti Ramiz Mehdiyevi bu yazıları ilə daha çox vəsf edib-dəstəkləyib, nəinki Dövlət başçısı İlham Əliyev... 
***
“Təzadlar”ın Araşdırma Qrupu daha bir ilkə imza atdı və 2018-ci ildə çapdan çıxmış “AKADEMİK RAMİZ MEHDİYEV” (Mehdiyev Ramiz Ənvər oğlu), Biblioqrafiya (BAKI-2018) kitabında Bəxtiyar Sadıqovun akademik R.Mehdiyev haqqında yazdığı məqalələrin siyahısını göstərəcəyik. Və diqqətli oxuculara onu da xatırladırıq ki, Biblioqrafiyada təqdim olunmuş məqalələrin böyük hissəsi, təxminən 80 faizi (1600-ə yaxın məqalə və materiallara istinadlar var) “Azərbaycan” qəzetində çap olunub və əksər məqalənin müəllifi də Bəxtiyar Sadıqov və “Azərbaycan” qəzetinin əməkdaşlarıdır (siyahı qismən təqdim olunur). Belə çıxır ki, Bəxtiyar Sadıqovun işi-gücü Ramiz Mehdiyev haqqında onun Azərbaycanda alternativsiz siyasi və elm xadimi olmasını vəsf edən məqalələr yazmaq, onun kitablarını redaktə etmək olub. Belə olan halda, o, 25-ci ildir deputat olduğu Ağdam seçiciləri ilə görüşə necə vaxt tapıb gedə bilərdi ki?! Ən maraqlısı, bəlkə də düşündürücüsü budur ki, o, redaksiya əməkdaşlarını da Ramiz Mehdiyev haqqında məqalələr yazmağa məcbur edib.

Bəs Ramiz Mehdiyev haqqında yazılmış bu çoxsaylı məqalələr “Azərbaycan” qəzetinin saytında niyə yoxa çıxarılıb?

Ramiz Mehdiyev haqqında 2018-ci ildə tərtib olunmuş “Biblioqrafiya” kitabında yer almış müəllif yazılarını aşağıda təqdim edəcəyik... Lakin diqqətimizi çəkən budur ki, “Biblioqrafiya”da Bəxtiyar Sadıqovun Ramiz Mehdiyevi göylərə qaldıran imzalı məqalələri indi “Azərbaycan” qəzetinin veb-səhifəsində tapılmır. Bilmirik, bəlkə texniki problemlə əlaqəlidir...
***
Beləliklə, “Biblioqrafiya” barədə: kitabın tərtibçi-müəllifi Kərim Tahirovdur (M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor). Ön sözün müəllifi: İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik, Əməkdar elm xadimi.
Kitab haqqında Prezidentin sabiq köməkçisi Əli Həsənovun giriş sözü yer alır, ardınca isə deputat Bəxtiyar Sadıqov yazır: ““Azərbaycançılıq ideyasının dərk olunması əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni əlaqələri zəmi-nində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının ayrılmaz atributlarına çevriləcəkdir” söyləyən akademik Ramiz Mehdiyev öz fikirlərində tamamilə haqlıdır. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörənliklə ərsəyə gətirdiyi azərbaycançılıq ideologiyası xalqı, cəmiyyəti öz dövləti ətrafında səfərbər edən, birləşdirən saf və sağlam bir ideyadır. Bu ideya dövrün, müstəqilliyin ən çətin və ağır sınaqlarından məharətlə çıxdı, məkrli hücumlara sinə gərərək daha da möhkəmləndi, həm də əbədiləşdi. Bu gün filosof və siyasətçilərin diqqətini ən çox cəlb edən məsələlərdən biri dünyada gedən qloballaşma prosesidir. Elmi-texniki tərəqqi sürətlənir, demokratiya dərinləşir, bu yöndə bir-biri ilə six əməkdaşlıq edən ölkələr öz sərhədlərinə “sığmır”, “genişlənir”. Tarixi təcrübə göstərir ki, dünyada gedən obyektiv prosesləri nəzərə alıb düzgün qiymətləndirən, öz fəaliyyətini daha uğurlu təşkil edən dövlətlər bu məqamda uduzmur, əksinə, böyük fayda götürür. Bəşəri inkişafın sivilizasiyalı yoluna qədəm qoyan Azərbaycan belə proseslərə biganə deyildir. Müasir dövrün mahir tədqiqatçısı, görkəmli filosof və ideoloq Ramiz Mehdiyev ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesləri dünyadakı hadisələrlə əlaqəli şəkildə araşdıraraq qiymətləndirən bir sıra konseptual elmi-fəlsəfi əsərlərin müəllifidir. “Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası” adlı yeni əsəri onun bu sahədə uğurlu və gərəkli addımlarından biridir. Dünyanı düşündürən və qayğılandıran aktual məsələ ilə bağlı yazılmış bu əsərdə indiyədək ölkəmizdə görülən işlərdən, qarşıdakı vəzifələrdən söhbət açılmaqla yanaşı, belə bir məsuliyyətli məqamda və prosesdə inkişaf strategiyamızın necə olması sualına da dəqiq və aydın cavab verilmişdir.
Bəxtiyar SADIQOV, yazıçı -publisist”.


Ramiz Mehdiyevi vəsf edən və “Azərbaycan” qəzetində dərc olunmuş çoxsaylı məqalələr silsiləsindən...


Aşağıda “Biblioqrafiya”da yer alan və Bəxtiyar Sadıqova, eləcə də onun həmkarlarına məxsus olub “Azərbaycan” qəzetində çap edilmiş məqalələri kitabdakı sıra nömrəsi saxlanılmaqla təqdim edirik:
14. Yeni siyasət: inkişafa doğru: İkicildlik /Ramiz Mehdiyev; buraxıl. məs. və tərt. B.Sadıqov.- Bakı, 2008.- C.2.- 344 s.
***
16. Fəlsəfə: ali məktəblər üçün dərs vəsaiti /[R. Mehdiyev]; layihənin rəhbəri A.Aslanov; elmi red. Bəxtiyar Əliyev (deputat.Red.); red. D.İsmayı-lov; tərc. red. O.Məmmədov; rəy çi Azərb. Resp. Prezidenti yan. Dövlət İdarəçilik Akad.- Bakı: Şərq-Qərb, 2010.- 359,
18. İctimai və humanitar elmlər: zaman kontekstində baxış /Ramiz Ənvər oğlu Mehdiyev; red. Əli Həsənov; burax. məs. Bəxtiyar Sadıqov.- Bakı: [s. n.], 2010.- 413, [1] s.
***
9. Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi /[müəl. İxtiyar Hüseynli (“Azərbaycan” qəzetinin şöbə müdiri və b.]; ideya rəhbəri R.Mehdiyev; red. Ə.Həsənov; burax. məs. Bəxtiyar Sadıqov.- Bakı: [s. n.], 2012.- C.1.
***
372. Azərbaycanda olimpiya hərəkatı: daim yüksəlişdə: İideya rəh. və ön söz. müəl. Ramiz Mehdiyev; [müəl. İxtiyar Hüseynli [və b.]]; red. Əli Həsənov; burax. məsul Çingiz Hüseynzadə, Bəxtiyar Sadıqov.- [Bakı]: [“Azərbaycan” qəzeti],
***
376. Heydər Əliyev mənim həyatımda: [məqalələr toplusu: kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunur: iki cildlik] /tərt. İ.Hüseynli; red. Ə.Həsənov; məsləhətçi və ön söz. müəl. R.Mehdiyev; burax. məsul B.Sadıqov.- “Azərbaycan”, 2013.

Kitablarda və dövri mətbuatda dərc edilmiş məqalələr

397. İxtiyar Hüseynli, Milli intibahın konseptual istiqaməti: “XXI əsrdə milli dövlətçilik” kitabı Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının müfəssəl elmi-siyasi şərhini verir. /İ.Hüseynli //Azərbaycan.- 2003.- 1 may. Ramiz Mehdiyev- 162
399. F.Xəlilzadə, Milli-mənəvi dəyərlərə çağırış və qayıdış. /Flora Xəlilzadə // “Azərbaycan”.- 2003.- 30 oktyabr.
403. R.Məmmədov. Qurucu insan haqqında layiqli söz: Bu məsuliyyətli olduğu qədər də şərəflidir: [Ramiz Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşün-cələr” adlı elmi əsəri haqqında] /R.Məmmədov // “Azərbaycan”.- 2003.- 21 avqust.
405. Niyazov. X. Azərbaycan - qloballaşan dünyanın təsir məkanı. Ədalət mücadiləsi: onun mübarizəsi heç vaxt asan və ağrısız olmayıb. /X.Niyazov, “//Azərbaycan”.- 2003.- 19 iyul.
407. B.Sadıqov. Heydər Əliyevin Azərbaycan tarixində və-təndaş, şəxsiyyət və lider kimi rolu: Yaxud, sadə həqiqətin elmi-fəlsəfi şərhi: [Professor R.Mehdiyevin “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabına rəy] /B.Sadıqov //Azərbaycan.- 2003.- 1 3 iyul.
408. Səfərov, S. Çətin və uğurlu quruculuq illəri: [R.Mehdiyevin “XXI əsrdə milli dövlətçilik” əsəri haqqında] /Səttar Səfərov //Azərbaycan.- 2003.- 22 may.
409. Zeynal V. Milli dövlətimizin qurucusu: [Ramiz Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” adlı elmi əsəri haqqında] /V.Zeynal //Azərbaycan.- 2003.- 23 oktyabr.
427. Abdullayev E. Tarixi gerçəkliklərə işıq salan fundamental əsər: [Fəlsəfə elmləri doktoru, professor R.Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” kitabı haqqında]. /E.Abdullayev, //Azərbaycan.-2006.- 3 avqust.
442. Hüseynli İ. Milli intibahın konseptual istiqaməti /İ.Hüseynli //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. Azərbaycan, 133-142.
447. Xəlilzadə F. Milli-mənəvi dəyərlərə çağırış və qayıdış: [Fəlsəfə elmləri doktoru R.Mehdiyevin “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabına rəu] /Flora Xəlilzadə //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. 285-292.
460. Məmmədov R. Qurucu insan haqqında layiqli söz /R.Mehdiyev. Vətəndaş cəmiyyətinə yol açan ideyalar: [R.Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsəri haqqında ] /R.Məmmədov.- Azərbaycan, Bakı, 2006.- S.
269-274.
464. Niyazov, X. Azərbaycan - qloballaşan dünyanın təsir məkanı: [R.Mehdiyevin “Azərbaycan:qloballaşma dövrünün tələbləri” kitabı haqqında] /X .Niyazov //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. 347-356. Azərbaycan, 2006.
466. Sadıqov B. Heydər Əliyevin Azərbaycan tarixində vətəndaş, şəxsiyyət və lider kimi rolu: yaxud, sadə həqiqətin elmi-fəlsəfi şərhi [Professor R.Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsəri haqqında] /B.Sadıqov //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. 241-250.
467. Sadıqov B. Qloballaşan dünya sivil mübarizəni qəbul edir: [Ramiz Mehdiyevin “Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası” əsərinə rə y] /B.Sadıqov //Mehdiyev R. Vətən -daş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. 339-346.
468. Sadıqov B. Müstəqil dövlət quruculuğu prosesini tarixin yaddaşına olduğu kimi y azaq: [R.Mehdiyevin “XXI əsrdə milli dövlətçilik, demokratik inkişaf və müxalifət” əsəri haq-qında] /B.Sadıqov //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.- S. 167-177.
470. Zeynal V. Milli dövlətçiliyimizin qurucusu: [Professor R.Mehdiyevin “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabına rəy] /V.Zeynal //Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar.- Bakı, 2006.-S. 275-284.
478. Hüseynli İ. Heydər Əliyev irsi - demokratiyanın, qüd-rətli dövlətin və güclü iqtisadiyyatın təminatçısı: [Fəlsəfə el mləri doktoru, professor Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabı haqqında] /İ.Hüseynli //Azərbay-can.-2007.- 17 aprel; İki sahil.- 2007.- 20 aprel.
486. Niyazov, X.Müasir tariximizə mükəmməl elmi fəlsəfi yanaşma: Akademik R.Mehdiyevin fundamental elmi əsərləri Azərbaycan tarixinə elmi-yaradıcı baxışdır /X.Niyazov, //Azərbaycan.- 2007.- 22 may.
488. Sadıqov B. Müstəqil Azərbaycanın inkişaf yolu: Fəlsəfə elmləri doktoru, akademik R.Mehdiyevin “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabını oxuyarkən /B.Sadıqov //Azərbaycan.- 2007.- 22 fevral.
511. Bəxtiyar Əliyev. Müstəqilliyin yolu demokratiyadan keçir: [Akademik Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabı haqqında] /B.Əliyev //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.-Bakı, 2008.- S.1.- S. 289-300.
518. Hüseynli İ. Demokratik inkişafın Azərbaycan modeli: Akademik Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haq-qında düşünərkən” kitabı haqqında ] /İ.Hüseynli //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.-Bakı, 2008.-C.2.- S. 92-109. Azərbaycan, 2008
519. Hüseynli, İ. Təhlükə haradan gəlir? Akademik Ramiz Mehdiyevin “Qloballaşma dövründə dövlət və cəmiyyət” əsəri haqqında] /İ.Hüseynli //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.- Bakı, 2008.-S.1.-S. 484-498.
546. Niyazov X. İqtisadi inkişaf liberallaşma və modernləş-mənin vacib şərtidir: [Akademi k R.Mehdiyevin “Gələcəyin stra-tegiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” əsəri haqqın-da] /X.Niyazov //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.- Bakı, 2008.- C.2.- S. 262-279.
547. Niyazov X. Müasir tariximizə mükəmməl elmi-fəlsəfi yanaşma: [Fəlsəfə elmləri doktoru, akademik R.Mehdiyev. “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabı haqqında] /X.Niyazov //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.- Bakı, 2008.-S.1.- S. 137-152.
553. Sadıqov, B. Azərbaycanın möcüzəsi: [Filosof alim, müasir dövrün mahir tədqiqatçısı, akademik R.Mehdiyevin “Modernləşmə xətti yenə də dündəlikdədir” əsəri haqqında] /B.Sadıqov //Azərbaycan.- 2008.- 2 iyul.
554. Sadıqov B. Birləşdirici ideya: [H.Əliyev irsini davam etdirən görkəmli filosof, akademik R.Mehdiyevin tədqiqatları haqqında] /B.Sadıqov //Mehdiyev R. Yeni siyasət: inkişafa doğ-ru.- Bakı, 2008.-C.l.-S. 565-577.
555. Sadıqov B. Geriyə doğru irəli?: Görəsən, belə paradoksal hal mümkündürmü?: [Qloballaşma dövrü və milli-mənəvi dəyərlər haqqında] /B.Sadıqov //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.- Bakı, 2008.-C.l.-S. 467-483.
556. Sadıqov B. Müstəqil Azərbaycanın inkişaf yolu: [Fəlsəfə elmləri doktoru R.Mehdiyevin məqalələri və “Vətəndaş cəmiy-yətinə yol açan ideyalar” kitabı haqqında] /B.Sadıqov //Mehdiyev R. Yeni siyasət: inkişafa doğru.- Bakı, 2008.-S.1.- S. 87-97.
557. Sadıqov B. Zamanın qeyri-adiliyi görülmüş işlərin miqyası ilə ölçülür: [R.Mehdiyevin 2008-ci il 11 noyabr tarixli “Azərbaycan” qəzetində dərc edilmiş “Azərbaycan-2003-2008: reallığa çevrilən qeyri-adi zaman” məqaləsi haqqında] /B.Sadıqov //Azərbaycan.-2008.- 18 noyabr.
587. Hüseynli İ. Özəl kanalların ictimai tamaşaçısı: Onun milli-mənəvi marağı hər şeydən yüksəkdə dayanır: [Akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi haqqında] /İxtiyar Hüseynli //Azərbaycan.-
2009.- 10 noyabr.- S. 8.
684. Niyazov X. Torpaq: Akademik Ramiz Mehdiyevin “Gorus - 2010: absurd teatrı mövsümü” əsərini oxuyarkən /Xalid Niyazov //Azərbaycan.- 2010.- 17 dekabr.- S. 4.
758. İsayev Ə. Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının müzakirəsi keçirilmişdir: [Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Aqrar Universitetində] /Əhməd İsayev //Azərbaycan.- 2011.- 26 aprel.- S. 7.
859. Niyazov X. Milli ideya, qüdrətli dövlət və güclü lider haqqında: [Azərbaycan Respublikası Prezidenti Administrasiya-sının rəhbəri akademik Ramiz Mehdiyevin “Bakinskiy raboçiy” qəzetinə müsahibəsi] /Xalid Niyazov //Azərbaycan.- 2012.- 6 yanvar.- S.3.
898. Hüseynli İ. Demokratik inkişafın Azərbaycan modeli: [görkəmli dövlət xadimi və alim Ramiz Mehdiyevin ilk Mərkəz-ləşmiş Azərbaycan dövləti olan Səfəvilər dövləti haqda qələmə aldığı fundamental elmi əsərlər - “Şah İsmayıl ali məramlı tarixi şəxsiyyət kimi” və “Tarixi idrakın elmiliyi problemlərinə dair” məqalələri haqqında] /İxtiyar H üseynli //Azərbaycan.- 2013.- 25 iyun.- S. 4, 5.
957. Hüseynli İ. Mənəviyyat manifesti: [Akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubile-yindəki çıxışı çərçivəsində] /İxtiyar Hüseynli //Azərbaycan.- 2014.- 30 oktyabr.- S. 5.; Ədalət.- 2014.- 31 oktyabr.- S. 5.
958. Hüseynli İ. Saxta erməni təbliğatına həqiqi tarixlə sarsıdıcı zərbə: Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Azərbaycanın tarix elminin son illərdəki ən böyük nailiyyətlərindəndir /İxtiyar Hüseynli //Azərbaycan.- 2014.- 15 oktyabr.- S. 3.
969. Rəşad Məcid. Dövlət İdarəçilik Akademiyasında növbəti dərs: Akademik Ramiz Mehdiyev: “Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq”: [akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının15 illik yubiley mərasimindəki çıxışı haqqında] /Rəşad Məcid //Azərbaycan.- 2014.- 28 oktyabr.- S. 5.; 525-ci qəzet.- 2014.- 29 oktyabr.- S. 4.
970. Rəşad Məcid. İdarəçilik akademiyasında jurnalistika dərsi /Rəşad Məcid //525-ci qəzet.- 2014.- 2 sentyabr.- S. 5
987. Sadıqov B. Cavabları bəlli və məlum olmayan suallar: [akademik Ramiz Mehdiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın “Azadlıq” radiosunun müxbirinə verdiyi müsahibəyə münasibəti haqqında] /Bəxtiyar Sadıqov //Azərbaycan.- 2014.- 3 iyun.- S. 8.
988. Sadıqov B. Müstəqilliyin bəhrələri və ya adiləşən qeyri-adiliklər: Dünya nizamını pozan ikili standartlar: [Akade-mik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı tədqiqat əsəri çərçivəsində] /Bəxtiyar Sadıqov //Azərbaycan.- 2014.- 10 dekabr.- S. 3-4.
989. Sadıqov, B. Sabahı düşünərkən: [m üəllifin akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik kademiyasındakı çıxışına dair fikirləri] /Bəxtiyar Sadıqov //Azərbaycan.- 2014.- 29 oktyabr.- S. 5.
Və sair...
***
...Göründüyü kimi, Bəxtiyar Sadıqov nəinki “Azərbaycan” qəzetinin səhifələrini, eləcə də bu qəzetdə çalışan və araşdırma, ciddi yazılar hazırlamalı jurnalistləri də Ramiz Mehdiyevin barəsində tərifli məqalələr hazırlamağa səfərbər edib... 
“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN