Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Medianın İnkişafı Agentliyində olmuşdur.
TEZADLAR.AZ MEDİA Agentliyinə istinadən xəbər verir ki, fevralın 8-də Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov MEDİA Agentliyində olmuşdur. Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonaqlara qurumun fəaliyyəti və ölkədə media islahatlarının gedişi barədə məlumat vermişdir. Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ilə Medianın İnkişafı Agentliyi arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.