Ukraynada Rusiyanın əsir düşmüş hərbçiləri üçün xüsusi düşərgələr fəaliyyətə başlayıb.
"Təzadlar" xatırladır ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova BBC-yə müsahibəsində belə deyib. Sitat: “Artıq düşərgə hazırdır... Biz bunun üzərində işləmişik. Çünki bunu Cenevrə Konvensiyası tələb edir. Müharibə əsirlərinə gəlincə, hətta onlara tibbi yardım da demək olar ki, bizim hərbçilərə göstərilən səviyyədə (eyni) səviyyədə göstərilir. Ona görə də hesab edirəm ki, biz özümüzü işğalçıya dəf edən, amma özü işğalçıya çevrilməyən sivil ölkə kimi göstəririk. Bu əsirlər Putinin girovlarıdır, əmri yerinə yetiriblər”.
Venediktovanın sözlərinə görə, xüsusi təyinatlı hərbi şəhərciklərlə bağlı məsələlər hazırlanıb - bununla bağlı Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər xidmətlərin birgə əmri imzalanıb. Eyni zamanda, Baş prokuror aydınlaşdırıb ki, hərbi əsirlərlə bağlı məsələ ilə xüsusi yaradılmış hüquq-mühafizə orqanı - Hərbi Hüquq-mühafizə xidməti məşğul olur.
A.Məmmədli