...Tramp Rusiya Prezidenti Vladimir Putinlə onun üçün əlverişli olan istənilən vaxt görüşməyə hazır olduğunu bildirib...
Dünya siyasətçiləri isə bu görüşdən çox şey gözlədiklərini bildirirlər. Tezadlar.az CNN- ə istinadla qeyd edir ki, ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya lideri ilə danışacağına ümid etdiyini bildirib və Kiyevə silah tədarükünün dayandırılması imkanlarının araşdırıldığını təsdiq edib. Hətta Çin Xalq Respublikasının Sədri Si Cinpindən Ukraynadakı münaqişənin həllinə köməklik göstərməsini belə arzuladığını dilə gətirən Tramp qeyd edib ki, ölkə rəhbərliyi Ukraynadakı müharibənin həlli üçün danışıqlara getməsə, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı düşündüyünü də söyləyib. Tramp həmçinin 2020-ci il seçkilərindən sonra ABŞ-də hakimiyyətdə qalsaydı, Ukraynada münaqişənin başlamayacağına da işarə vurub.
Ukrayna cəbhəsində isə atəş səsləri kəsilmir.
A.Məmmədli